Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səngsər
Səngsər və ya Mehdişəhr — İranın Simnan ostanının şəhərlərindən və Mehdişəhr şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,581 nəfər və 5,473 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti səngsər elindən ibarətdir və səngsər dilində danışırlar.
Səngsər dili
Səngsər dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran qrupunun Simnan dilləridəndir ki İranın Simnan ostanında, xüsusilə Səngsər (Mehdişəhr)də danışılır.
Səngsər eli
Səngsər eli - əsasən İranın Simnan ostanında Mehdişəhr(Səngsər) şəhərində yaşayırlar, amma köç ərazilərinə Tehran, Qəzvin, Gülüstan, Mərkəzi, Qum,Rəzavi Xorasan, Şimali Xorasan, Cənubi Xorasan, Gilan, Mazandaran, İsfahan ostanlarıda daxildir. Səngsərlər səngsər dilində danışırlar, müsəlman (şiə) və bəhaidirlər. Onlar dünyanın ən uzun miqrasiya marşrutunu keçirlər. Belə ki, onların ən uzaq yaylaq və qışlaq nöqtəsinin məsafəsi 1500 km-dən çoxdur.
Rəngdar
Rəngdar (keçmiş adları Rənginədahar, Vəngidar) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Rəngidar (oyk.), (sadə.) - Quba rayonunun Xaltan inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Əsl adı Rənginədahardır. Oykonim tat dilindəki "rənginə" (rəngli) və "dahar" (qaya) sözlərindən düzəlib, “rəngli qaya” mənasındadır. Kənd eyniadlı qayanın yaxınlığında salındığından həmin qayamn adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 123 nəfər əhali yaşayır.
Sonasar
Sonasar — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sonasar kəndi Qarabağ yaylasındadır. XIX əsrdə Hocaz kəndinı məxsus binə yeri olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskən salmışlar. Tədqiqatçiların fikrincə, Sonasar oykonimi Sona ( yaşılbaş) və sar (“yırtıcı quş”) sözlərindən ibarətdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı ilə Laçın rayonu Sonasar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.
Səngan
Səngan (Rəzəvi Xorasan)
Səngər
Səngər (hərb) — müharinə zamanı döyüş sahələrində qazılan kanal. Səngər (coğrafiya) — qədim türk dillərində dağ burnu mənasında işlənmiş söz. Səngər (İran) — İranın Gilan ostanında yerləşən şəhər Səngər (Abaran) —İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd Səngər dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə dağı - Şahbuz rayonu ərazisində dağ Səngərtəpə yaşayış yeri — abidə Ağdam rayonunun Baharlı qəsəbəsindən 300 m cənub-qərbdə yerləşir Səngərçay — Səngər — Abşeronda palçıq vulkanı; Səngər — Goranboy rayonu ərazisində dağ; Səngər — Qusar rayonu ərazisində dağ. Səngər — Şəmkir rayonu ərazisində dağ. Səngərçay — İsmayıllı rayonu ərazisində çay.
Ənsar
Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.
Zəngbar (Bostanabad)
Zəngbar (fars. زنگبار‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (11 ailə).
Səngan (Qəzvin)
Səngan (Aşağı Tarım) yaxudda Aşağı Səngan (fars. سنگان‌سفلی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiyası == Kənd Qəzvindən 105 kilometr aralı yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 236 nəfər yaşayır (83 ailə). === Milli tərkibi === Əhalisi bütünlükdə yerli Azərbaycan türklərindən ibarətdir. == İqtisadiyyat == Əhalisi əsasən bağçılıqla məşğul olaraq gəlirləri bu yoldandır və bu kənd bölgədə nar meyvəsinin mərkəzi sayılır.Səngan kəndində müxtəlif nar növləri o cümlədən Şahabar,Qaragöz,Ağ nar və Meyxoş narları yetişdirilir. İllik olaraq bu kənddə Oktyabr ayında nar dərimi münasibəti ilə nar festivalı keçirilir.Üzüm, zeytun, alça, əncir, ərik, tut, böyürtkən, moruq, qoz və qara tut kəndin başqa önəmli bağçılıq məhsulları sayılır. == Din == Səngan kəndində İmamzadə Əlaəddin türbəsi yerlişir ki onda 2010-cu ildə quruculuq işləri aparılaraq qismən bərpa edilib.
Səngan (Üşnəviyyə)
Səngan (fars. سنگان‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 925 nəfər yaşayır (151 ailə).
Səngər (Abaran)
Səngər - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tabeliyində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tabeliyindən Alagöz (Araqadz) rayonunun tabeliyinə keçirilmişdir. Toponim qədim türk dilində «dağ burnu» mənasında işlənən səngər (sengir) sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Səngər (Maku)
Səngər (fars. ‎سنگر‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 585 nəfər yaşayır (118 ailə).
Səngər (coğrafiya)
Səngər — qədim türk dillərində dağ burnu mənasında işlənmişdir. Azərbaycanlıların məskunlaşdığı ərazilərdə səngər sözü ilə bağlı çoxlu toponimlər vardır. Məsələn, Vardenis rayonunda Səngər qışlağı olmuşdur.
Səngər (hərb)
Səngər — ön xəttə qazılan kanallar və yaxud kanal tipli dərin qazılan və insanları kənar təhlükələrdən qoruyan xəndəkdir. Səngər sözü qədim fars mənşəli söz olub, mənası (səngər - aşağı, aşağıda) mənası ilə tərcümə olunur.[mənbə göstərin]Səngər əsasən müharinə zamanı döyüş sahələrində qazılır. Güllədən, qəlpədən əsgərləri qorunmaq üçün nəzərdə tutlur. Səngər sözünə müxtəlif bədii əsərlərdə də rast gəlmək olur. Məsələn: – Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra aynalı tüfəngi işə salır. “Qaçaq Nəbi”.
Səngər (Üşnəviyyə)
Səngər (fars. ‎سنگر‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (60 ailə).
Səngər (İran)
Səngər — İranın Gilan ostanında yerləşən şəhər. Səngər əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Səngər dağı
Səngər dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2915,9 m). Dərələyəz silsiləsinin suayırıcısında zirvə. Güney Qışlaq kəndindən 4,8 km şimal-qərbdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Yamaclarında eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitləri açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Batabat-Qanlıgöl maili əyilməsinin hüdudlarında şimal-qərb istiqamətli edyniadlı sinklinalın cənub-qərb qanadında yerləşir.
Ənsar (İslam)
Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.
Sensor
Sensor — fiziki kəmiyyəti ölçən və onu hər hansı bir müşahidəçi və ya alət tərəfindən oxuna bilən siqnallara çevirən alət. Sensor ona toxunan zaman siqnalı qəbul edir və ona cavab verir. Sensor alətlə və ya müşahidə ilə fiziki miqdarda ölmələri və siqnalda çevirmələri oxuya bilən çeviricidir. Məsələn, civə şüşəli termometr kolibrovka olunmuş şüşə boruda mayenin genişlənməsi və sıxılmasında ölçülmüş temperaturu çevirir. Termocüt temperaturu voltmeter ilə oxuna bilən çıxış gərginliyinə çevirir. Dəqiqlik üçün çox sensorlar tanınan standartların əksinə karibrovka olunur. Sensorlar əsas toxunma ilə tutqun və ya aydınlaşmış lampaların və qaldırıcı düymələrin toxunma həssaslığı kimi gündəlik obyektlərdə istifadə olunur. Əksər insanların heç vaxt xəbərdar olmadığı sensorlar üçün həmçinin sonsuz sayda tətbiqlər var. Tətbiqlərə maşınlar, mexanizmlər, kosmos , tibb istehsalat və robot texnikası daxildir. Sensor adətən elektrik və ya optika siqnalının formasında funksional olaraq əlaqələndirilmiş çıxışı əmələ gətirməklə giriş miqdarına cavab verən qurğudur.
Şonqar
Şonqar — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Şunqar
Şunqar (lat. Falco rusticolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Səngan (Rəzəvi Xorasan)
Səngan — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Səngan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,718 nəfər 1,952 ailədən ibarət idi.
Ənsar xəlifə Qaradağlı
Ənsar xəlifə Qaradağlı — Qızılbaş sərkərdəsi, bəylərbəyi. == Həyatı == Ənsar xəlifə Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Səfəviyyə ordeninin məşhur sufilərindən, həm də bu təriqətin xəlifəsi idi. Ənsar xəlifə tanınmış Qızılbaş sərkərdəsi idi. 1552-ci ildə Osmanlı ordusu üzərınə yürüş edən Qızılbaşlar ordusunun bir qoluna o başçılıq edirdi. Onun dəstəsi Bərgiri istiqamətində hücum edib xeyli əsir, qənimət gətirmişdi. Ənsar xəlifə 1567-ci ildən 1583-cü ilədək Qaradağ vilayətinin hakimi olmuşdu.1583-cü ildə şahın əmri ilə Şirvan əyalətinə Bəylərbəyi təyin edildi. == Ailəsi == Ənsar xəlifənin Söhrab bəy, Şahverdi bəy, Mürşüdqulu bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu.
Ənsar əd-Din
Ənsar əd-Din (ərəb. أنصار الدين‎ «din müdafiəçiləri») — 2012-2013-cü illərdəki Tuareq qiyamında fəal iştirak edən Malinin şimalındakı tuareq-islamistlər terror qrupu. Hərəkatın qurucusu İyad Аq Qali. 2012-ci ilin yazında qrupun sayı 300 döyüşçü idi; digər mənbələrə görə 2012-ci ilin aprelində Ənsarəddinin sayı yüz nəfəri keçmədi . == Tarixi == Qrup ilk olaraq 30 mart 2012-ci ildə özünü yüksək səslə elan etdi, Kidal (Mali) şəhərini ələ keçirdi və qərargahını orada qurdu ; 2 apreldə hərəkat Tombuktu şəhəri üzərində nəzarəti quraraq separatçıları oradan sıxışdırdı (Əzəvadın Azadlığı Uğrunda Milli Hərəkat). Qrupun liderlərindən biri Ömər Hamaxa, məqsədlərinin Əzəvadın ayrılması deyil, bütün Malidə bir şəriət dövləti yaratmaq olduğunu söylədi (digər mənbələrə görə, yalnız Malidə deyil, Cezayir, Nigerira və Mavritaniyada da) ). 2013-cü ilin yanvarında hərəkatın bölmələri Kona şəhəri uğrunda Fransa-Mali birlikləri ilə vuruşdu. 20 noyabr 2015-ci ildə bu qruplaşma xadimləri, Malinin paytaxtı Bamakoda Radisson Blu otelini ələ keçirdi. 6 Rusiya vətəndaşı da daxil olmaqla 19 nəfər öldürüldü.
Ənsar əl-İslam
Ənsarül-İslam və ya Ənsar əl-İslam (ərəb. أنصار الإسلام‎) ‎ — kürd islamçı yaraqlı və separatçı qrupdur. O, 2001-ci ildə Əfqanıstandan qayıdan keçmiş Taliban və keçmiş Əl-Qaidə üzvləri olan kürd islamçılar tərəfindən Kürdüstan bölgəsi ətrafında Şimali İraqda yaradılıb. Onun məqsədi Kürdüstan bölgəsi ətrafında İslam dövləti yaratmaq və kürdləri qorumaqdır.Rəhbəri Fərəc Əhməd Nəcməddindir. Təşkilat İslam Dövlətinin müttəfiqidir və Avropa kəşfiyyat orqanlarının məlumatına görə, Avropa İttifaqının bir çox ölkələrində öz hücrələri var. == Tarixi == "Ənsarül-İslam" 2001-ci ildə İran sərhədinə yaxın Hələbcə şəhəri ətrafında 10-a yaxın kəndə nəzarət edirdi. 4 "Qrad" qurğusu və dörd 106 mm-lik silahla təchiz edilmiş 600–700 nəfərdən ibarət silahlı dəstələri vardı. 2001-ci ilin fevralında "Ənsarül-İslam" təxribatçıları Kürdüstan Demokratik Partiyasının rəhbər simalarından Franso Həririni öldürmüşdür. 23 sentyabr 2001-ci ildə "Ənsarül-İslam" Həmada bir kəndə girmiş, burada 25 peşmərgə döyüşçüsünü əsir götürmüş və onları edam etmişdir. Cəlal Talabaninin əmri ilə 12 min peşmərgə döyüşçüsü dərhal yaraqlılara qarşı göndərmişdir.
Səngər-i Mirabdullah (Urmiya)
Səngər-i Mirabdullah (fars. سنگرميرعبداله‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 416 nəfər yaşayır (112 ailə).
Cəlal Şəngör
Əli Mehmet Cəlal Şəngör (24 mart 1955, İstanbul) — türk geoloq. İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunda elmi fəaliyyət göstərib.Şəngör ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Mehmed Fuad Köprülüdən sonra Rusiya Elmlər Akademiyasına seçilən ikinci türk professordur. Şəngör Alman Geologiya Cəmiyyəti tərəfindən Gustav Şteinman Medalına layiq görülmüşdür. Fransa, İngiltərə, Avstriya və Amerika Birləşmiş Ştatlarında qonaq professor olaraq çalışan Şəngör, başda geologiya, xüsusən də struktural yer elmi və tektonika sahəsindəki çalışmalarıyla tanındı. 1988-ci ildə Nevşatel Universitetinin Elm Fakültəsindən fəxri elmlər doktoru dərəcəsi aldı. Şəngör 1990-cı ildə Avropa Akademiyasına qəbul edildi və həmin ildə Avstriya Geologiya Xidmətinin müxbir üzvü, 1991-ci ildə Avstriya Geologiya Cəmiyyətinin fəxri üzvü oldu. 1991-ci ildə Mədəniyyət Nazirliyinin "Bilgi Dövrü" mükafatını aldı. 1992-ci ildə İstanbul Texniki Universitetinin Mədən Fakültəsinin Ümumi Geologiya Bölümü professoru oldu. == Həyatı == 1955-ci il 24 martda İstanbulda dünyaya gəlib.
Fotoelektrik sensor
Fotoelektrik sensor əsasən infraqırmızı işıq şüasından istifadə edərək məsafəni, obyektin mövcud olub-olmamağını hiss edən qurğudur. Onlardan sənayenin müxtəlif sahələrində geniş istifadə olunur. Üç əsas növü var: qarşılıqlı, geriyə əks olunan və maneədən əks olunan. == Növləri == Qarşılıqlı fotoelektrik sensorlar iki hissədən ibarət olur: emitter, yəni şüanı göndərən qurğu və qəbuledici. Emitterdən göndərilən şüa qəbulediciyə çatdıqda sensorda heç bir dəyişiklik baş vermir. Lakin emitter və qəbuledici arasında maneə olduqda şüa çatmadıqda sensor bununla çıxış siqnalı verir.Geriyə əks olunan fotoelektrik sensorlarda emitter və qəbuledici hissə bir qurğuda yerləşir və həmin qurğunun qarşısında əksetdirici lövhə olur. Emitterdən göndərilən şüa həmin lövhədən əks olunaraq qəbulediciyə çatır. Şüa hər hansı maneə ilə rastlaşdıqda və əksolunmadıqda sensor çıxış siqnalı verir.Maneədən əks olunan fotoelektrik sensorlarında da emitter və qəbuledici bir qurğuda yerləşir.
Frederik Senger
Frederik Senger (ing. Frederick Sanger; 13 avqust 1918[…] – 19 noyabr 2013[…], Kembric, İngiltərə) — ingilis biokimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1980). == Həyatı == İngilis biokimyaçısı Frederik Senger 1918-ci ilin avqustun 13-də Redkompda (Qolsterşir) anadan olmuşdur. 1939-cu ildə Kembric universitetini bitirmişdir. 1940-cı ildən Kembric universitetində işləmişdir. 1983-cü ildə istefaya çıxmışdır. Frederik Sengerin əsas elmi işləri zülalların və nuklein turşularının kimyasına həsr olunub. Senger insulinin strukturunu öyrənmişdir. O, peptidlərin kənar aminqruplarının identifikasiyasının dinitroflorbenzol üsulunu işləyib hazırlamış və bu üsulun köməyi ilə insulində amin qruplarının ardıcıllığını və təbiətini müəyyən etmiş, insulinin strukturunu açmışdır (1944–1954-cü illər). F. Senger müəyyən etmişdir ki, insulinin ümumi formulu C337 N65O75S6 kimidir, üç sulfid körpüsü var və iki zəncirdən ibarətdir: 21 aminturşu qalığına malik A zənciri və 30 aminturşu qalığından ibarət B zənciri.
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Larri Senger
Larri Senger (16 iyul 1968, Belvyu[d], Vaşinqton) — ABŞ-lı internet-sahibkar, vikipediyanın qurucularından biri və Citizendium-un qurucusu. == Həyatı == Senger Ankoric şəhəri, Alyaska ştatında böyümüşdür. Uşaq yaşlarından etibarən fəlsəfə ilə maraqlanmağa başlamışdır.O 2000-ci ildə Ohayo Dövlət Universitetində Fəlsəfə Doktoru adını almışdır.
Leopold Senqor
Leopold Sedar Senqor (fr. Léopold Sédar Senghor, 9 oktyabr 1906, Joel-Fadiut, Seneqal – 20 dekabr 2001, Normandiya, Fransa) — Seneqallı şair və yazıçı, filosof, siyasətçi; Seneqalın ilk prezidenti. == Mükafatları == Qızıl çələng mükafatı (1975).
Marqaret Senqer
Marqaret Senqer (ing. Margaret Sanger; 14 sentyabr 1879[…], Korninq[d], Nyu-York ştatı – 6 sentyabr 1966[…], Tuson, Arizona) – ABŞ-də doğuma nəzarət hərəkatının lideri. == Həyatı == 1879-cu ildə Nyu-York ştatının Korninq şəhərində doğulmuşdur. 1966-cı ildə Arizona ştatının Tuson şəhərində ölmüşdür. == Yaponiya == 1921-ci ilin iyununda Senqerin müəllifi olduğu bir məqalə Yaponiyanın "Kaizo" jurnalında çap olunmuşdur. Nəşriyyatın dəvəti ilə 1922-ci ilin martında Yaponiyaya gələrək burada bir sıra mühazirələr vermişdir. Polis tərəfindən ciddi şəkildə izlənilsə də, Tokio və Yokohamada 8 mühazirə verə bilmişdir. Lakin müxalifəti nəzərə alaraq Kioto, Osaka və Kobedə planlaşdırdığı mühazirələri verməmiş, Yaponiyanı aprel ayından erkəndən tərk etmişdir.Senqerin Yaponiyadakı fəaliyyəti böyük marağa səbəb olmuş və Yaponiyada doğuma nəzarət hərəkatının yaranmasına təkan vermişdir. Hamiləliyin qarşısını almaq yollarından bəhs etdiyi "Ailə məhdudiyyəti" traktatı Yamamoto Senci tərəfindən tərcümə edilərək nəşr olunmuşdur. 1954-cü ildə ikinci dəfə Tokioya səyahət edərək Yaponiya Ailə Planlaşdırması Federasiyasının quruluş mərasimində iştirak etmişdir.
Sanqar boğazı
Sanqar boğazı (yap. 津軽海峡) – Honşu adasını Hokkaydo adasından ayıran boğaz. Sakit okeanı isə Yapon dənizi ilə birləşdirir. Boğazın uzunluğu 96 km ,eni isə 18–110 km arası dəyişir. Dərinliyi isə 110–491 m arası təşkil edir. Boğazda axının istiqaməti qərbdən şərqə doğrudur. Axının sürəti mərkəz hissələrdə 3 dəniz milinə bərabərdir. Burada dalğaların hündürlüyü 2 m-dir. Boğazın hər iki sahili sıldırımlı ,qayalı dağlar və onların üzəri isə meşələrlə örtülüdür. Hokkoyda adasının boğaz sahillərində yerləşən əsas liman şəhəri Hakodayedir.
Senqay Qibon
Senqay Qibon (仙厓義梵, 1750[…], Mino[d], Gifu prefekturası – 1837[…], Fukuoka) – Yaponiya rəssamı və xəttatı. Onun əsərləri üçün yumor və satira səciyyəvidir. == Həyatı == Senqay Qibon 1750-ci ildə Yaponiyanın Mino əyalətində doğulmuşdur. O, 11 yaşında Rinzay sektasının keşişi olmuş və özünə buddist ad olaraq Qibon adını seçmişdir. 50 il keşişlik etdikdən sonra 1811-ci ildə Hakatada yerləşən Şofuku məbədinin 123-cü abbatı vəzifəsini tərk etmişdir.Senqay həyatının son 26 ilində müəllimlik, rəssamlıq və xəttatlıqla məşğul olmuşdur. Onun mürəkkəblə çəkdiyi işlər ciddi sənət kimi olunmaya bilər. Bir çox şəxs onu ziyarət edərək ondan fırça işi istəyirdilər və Senqay onların xahişini yerinə yetirirdi. Onun əsərləri Daruma və Kannon kimi buddist fiqurlara həsr olunmaqla yanaşı, mənzərə, çiçək, bitki və heyvan kimi mövzuları əhatə etmişdir. Onun əsərlərində söz oyunları və zarafatlar yer alırdı. Ən məşhur əsəri "Dairə, üçbucaq və kvadrat" hesab olunur.
Sensor ekran
Sensor ekran — toxunmaya reaksiya verən ekrandan təşkil olunmuş, informasiyanın giriş təchizatı. == Tarix == Sensor ekran proqramlaşdırılma mərhələləri üzrə tədqiqatlar çərçivəsində ABŞ-də ixtira edilib. 1972-ci ildə istehsal edilmiş PLATO IV kompüter sistemi İK-şüa torundan və 16x16 ölçülərində blokdan ibarət sensor ekrana malik idi. Hətta ekranın bu qədər kiçik və aşağı dəqiqliyinə baxmayaraq tələb olunan yerə toxunduqda əməliyyat icra olunurdu . 1971-ci ildə ilk dəfə Samuyel Herst tərəfindən qrafik planşet, dördməftilli rezistiv prinsipi üzrə (US patent 3662105) eloqraf hazırlanmışdır. == Sensor ekranların iş prinsipləri == Sensor ekranların müxtəlif fiziki prinsiplərdə işləyən tipləri mövcuddur. === Rezistiv sensor ekranlar === ==== Dördməftilli ekran ==== Rezistiv sensor ekran şüşə paneldən və elastik plastik membrandan ibarətdir. Panelə və membrana rezistiv örtüyü çəkilmişdir. Şüşə və membran arasındakı sahə mikroizolyasiya edilmişdir. Ekrana toxunduqda, panel və membran qapanır və analoq-rəqəmsal çevirici müqavimət dəyişikliyini və toxunmanın (X və Y) koordinatlarını qeydə alır.
Ceyş əl-Mühacirin vəl-Ənsar
Ceyş əl-Mühacirin vəl-Ənsar (ərəb. جيش المهاجرين والأنصار‎ Mühacirlər və Dəstəkçilər Ordusu) — Suriya vətəndaş müharibəsinin iştirakçısı olan silahlı birləşmə. Keçmiş adı olan «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adıyla da tanınır. == Tarixi == Silahlı qruplaşma etnik çeçen Əbu Ömər əl-Şişaninin başçılığı ilə «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adı altında 2012-ci ilin yayında yaradılıb. 2013-cü ilin mart ayında isə suriyalı islamçı Kətibət Xəttab və Ceyş Muhəmməd qruplaşmaları ilə birləşən «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») «Ceyş əl-Mühacirin vəl-Ənsar» («Mühacirlər və Dəstəkçilər Ordusu») adını alıb. == Qruplaşmanın tərkibi == Əsasən çeçen, azərbaycanlı, dağıstanlı və digər Qafqazlı döyüşçülərdən təşkil olunan qruplaşmada digər MDB ölkələrindən olan döyüşçülərə də rast gəlinir.2013-cü ilin sentyabr ayında Rusiya Federal Təhlükəsizlik Xidməti rəsmisinin bildirdiyinə görə Suriya vətəndaş müharibəsində döyüşmək üçün 300-400 Rusiya vətəndaşı ölkəni tərk edib.