Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abbasabad (Sərhənd)
Abbasabad (köhnə adı Qaradərə) — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərhənd bölgəsinin Sərhəndbala (YUxarı Sərhənd) kəndistanında, Sərhənd qəsəbəsindən 38 km şimal-şərqdədir.
Fərhəng Hüseynov
Fərhəng Rəhim oğlu Hüseynov (16 iyul 1949 – 16 fevral 2010) — Azərbaycan bəstəkarı, skripkaçı, Azərbaycanın əməkdar artisti (2009), "Böyük İpək Yolu" Beynəlxalq müsabiqənin (Yaponiya, 1991) "Sülh naminə" Beynəlxalq müsabiqənin (ABŞ, 1995) "Xose Asunsyon Flores" adına I Beynəlxalq müsabiqənin laureatı (Argentina, 2000). == Yaradıcılığı == === Operalar === "Balaca şahzadə" (1990) — Antuan de Sent-Ekzüperinin eyniadlı əsəri əsasında "Kodayu (opera)" (1993) – libretto Eyko Aokinindir, yapon dilində ilk opera === Simfonik əsərlər === Simfonik orkestr üçün "Zaman üzrə səyahət" (1990); Solistlər, xor və simfonik orkestr üçün "Qoy dünyada sülh olsun!" (1995); Simfonik orkestr üçün "Quarani kapriççiosu" (2000); === Digər === Orqan üçün "Mərasimlər" (1991); "Kiçik kantata" (1996); 4 Romans (1997); Skripka və piano üçün Sonata (1997); Soprano və simli kvartet üçün "Stabat Mater" /"Ümumdünya insan hüquqları Deklarasiyası"nın 50 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin mükafatına layiq görülüb/ (1998); 2 saylı Simli kvartet (2000).
Sərsəng (1975)
== Məzmun == Sərsəng komsomol-gənclər tikintisidir. Film bu tikinti, burada çalışan insanlar haqqındadır. Sürücü Seyfəli bu barədə söhbət açır və deyir ki, tikinti nəinki mənim, həm də btün diyarın taleyini dəyişdirmişdir.
Sərsəng SES
Sərsəng SES ya Tərtər SES (tam adı: Sərsəng/Tərtər Su Elektrik Stansiyası) — Azərbaycana məxsus 1976 ci ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində, inşa edilmiş su elektrik stansiyası. == Texniki göstəriciləri == Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur. Bəndinin hündürlüyü 125 m, uzunluğu 600 m-dir. Bənd Sərsəng su anbarını əmələ gətirmişdir. === Vəziyyəti === Qeyd etmək lazımdır ki, Sərsəng respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.
Sərtəng (Soyuqbulaq)
Sərtəng (fars. سرتنگ‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Sərsəng (film, 1975)
== Məzmun == Sərsəng komsomol-gənclər tikintisidir. Film bu tikinti, burada çalışan insanlar haqqındadır. Sürücü Seyfəli bu barədə söhbət açır və deyir ki, tikinti nəinki mənim, həm də btün diyarın taleyini dəyişdirmişdir.
Sərsəng su anbarı
Sərsəng su anbarı — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində , inşa edilmiş su anbarı. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır. Lakin anbarın işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradır. 26 fevral 1993-cü ildə ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla, Tərtər–Kəlbəcər yolunu kəsib.
Sərsəng su qovşağı
Sərsəng su anbarı — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində , inşa edilmiş su anbarı. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır. Lakin anbarın işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradır. 26 fevral 1993-cü ildə ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla, Tərtər–Kəlbəcər yolunu kəsib.
Fərsəng
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Kərkəng
Kərkənc – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Kərkənc kəndi Mədrəsə qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kərkənc kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonim qıpçaqların kərki və əncə tayfa adlarını əks etdirir. XIX əsrdə Altayda tubaların və toqusların yaşadığı Kərkəc adlı əyalət qeydə alınmışdır. == Tarixi == İddiaya görə kəndin əsası 400 il əvvəl qoyulub. == Coğrafiyası və iqlimi == Kənd Kərkənc yaylasında yerləşir. == Əhalisi == Kənddə 1989-cu ilə qədər ermənilər yaşayıb. 1989-cu ildə kəndin erməni əhalisi Qərbi Azərbaycandakı azərbaycanlı kəndi Qızıl Şəfəq ilə yerlərini qarşılıqlı razılaşma ilə dəyişiblər. Hazırda kəndin əhalisi 738 nəfərdir ki, onun da 356 nəfərini kişilər, 352 nəfərini isə qadınlar təşkil edir.
Sərkənd
Sərkənd (qaz. Сарқан) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Sərkənd rayonunun mərkəzi. Sərkənd şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 196020100 . Mulalı dəmir yolu stansiyasından 135 km şərqdə (Türksib xəttində) və Taldıkorqandan 155 km şimal-şərqdə, Cungarskiy Alatau'nun qollarında yerləşir.Şəhər mərkəzi Taldıkorqandan təxminən 155 km şimal-şərqdə yerləşir. == Tarixi == Sərkənd haqqında ilk bəhs 1857-ci ilə aiddir. Rusiyadan gələn ilk məskunlaşma yerləri 1858-ci ildə Kopalsky və Lepsinsky bölgələrindən 22 kazak ailəsinin köçürülməsi ilə Sərkənd çayının sahillərində meydana gəldi. İlk məktəb 1872-ci ildə açıldı. 1928-ci ildə Sərkənd bölgəsi quruldu. Cherkasy volostunu və Lepsinski rayonunu əhatə edirdi.
Sərəngi
Sərəngi (hind सारंगी sārangī IAST) — Hind simli-kamanlı udkimilər tipində musiqi alətidir. Hind ənənəsinə uyğun olaraq, tata-vadya qrupunun aləti kimi təsnifatlaşdırılıb; hindustani ənənəli klassik musiqi çalğı təcrübəsində yayılıb. ( Hindistanın Şimali rayonları , Pakistan , Nepal ) Bölgələr üzrə bir neçə ənənəvi növü də vardır. == Alətin quruluşu == Korpus Diapazon Alətin tonal diapazonu olduqca geniş-- 2 oktavaya qədərdir.
Xərçəng
Xərçənglər (lat. Astacidea) — onayaqlılar dəstəsinə aid heyvan infradəstəsi.
Nərəng
Nərəng (fars. نرنگ‎) Künər vilayətinin rayonlarındandır. Mərkəzi Kuz Nərəng şəhəridir.
Səhənd
Səhənd dağı – İranda, Təbriz şəhərinin cənub tərəfində yerləşən və vulkan mənşəli dağ. Dəniz səthindən 3700 m hündürlükdə olan Səhənd dağı və qolları olan Qaflantı, Şibli keçidi, onun Qərbində isə Liqvan yüksəkliyi Təbriz şəhərini əhatə edir. Qaranqu çayı öz başlanğıcını Səhənd dağından alır. Səhənd dağı öz əsrarəngiz gözəlliyi ilə qədim Azərbaycan şəhəri Təbrizin simvollarından biridir.
Əhəng
Əhəng — əhəng daşı və təbaşir kimi karbonat dağ süxurlarının, müəyyən dərəcədə yandırılması nəticəsində əmələ gəlir. Kimyəvi tərkibinə görə, o demək olar ki tamamilə, əsasən СаО(Bax Kimya-7ci sinif 2015)tərkibli sərbəst kalsium və maqnezium oksidlərindən ibarətdir. Tikintidə, eləcə də müxtəlif kimyəvi maddələrin alınması üçün istifadə olunur. Əvvəllər bir çox yerdə kustar üsullarla istehsal edilirdi, evlərin interyerinin və eksteryerinin rənglənməsi, ağacların dezinfeksiyası və bəzi dərman məhlulları üçün istifadə olunurdu. Azərbaycanda Bakı yaxınlığındakı Suraxanı kəndində tarixən əhəng istehsalı ilə məşğul olublar. Bunun üçün yerin təkindən çıxan odun bişirdiyi əhəng daşı və təbaşirdən istifadə edirdilər.
Biosenozun sərhədi
Biosenozun sərhədi — dominant növlər qrupunun bir-birini əvəz etdiyi zolaq. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Cərzəng (Hurand)
Cərzəng (fars. جرزنگ‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (10 ailə).
Dövlət sərhədi
Dövlət sərhədi — dövlət ərazisinin kənar xəttini (quruda) göstərən ensiz vertikal səth. Müstəqil dövlətin fəaliyyət məhdudiyyəti. == Maraqlı faktlar == 2006-cı ildə ABŞ prezidenti Corc Buş Meksikadan qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün sərhəddə sədd tikmək haqqında qanun imzalayır. Rusiyanın 26 ölkə ilə dövlət sərhəddi vardır. == Mənbə == Vikianbarda Dövlət sərhədi ilə əlaqəli mediafayllar var.
Fərhəngi-türki
"Fərhəngi-türki" lüğəti – XVIII əsrə aid kitab Azərbaycanlı alim Məhəmmədtağı Qaraqoyunlunun 1727-ci ildə Hindistanda tərtib etdiyi "Fərhəngi-türki" çox qiymətli bir lüğətdir. Azərbaycan, türk, türkmən, özbək və uyğur dillərinin leksik materialları əsasında tərtib edilmiş 1183 səhifəlik bu kitabın hər səhifəsi 15 sətirdən ibarətdir. Lüğətdə sözlərin əsası və kökü deyil, onların müxtəlif qrammatik formaları verilir və həmin söz-formaların bədii konteksdə işlənməsinə dair müvafiq nümunələr gətirilir. == Mənbə == V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20–21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25–26.
Kolorektal xərçəng
Yoğun bağırsaqlarda bədxassəli yenitörəmələr — yoğun bağırsaqda və ona bitişik olan — kor bağırsaqda bədxassəli çoxalma. İngiliscə terminin (ing. colorectal cancer) düzgün tərcümə olunmaması nəticəsində, bu şişlər qrupu daha çox sadələşdirilmiş şəkildə Kolorektal xərçəng adlandırılır, halbuki, azərbaycan dilində bu bir qədər dar termindir (məsələn, özündə yoğun bağırsaq limfomasını əks etdirmir); ingilis dilində isə bu termin özündə düz bağırsaq xərçəngi anlayışını da əks etdirməkdədir. Hər il dünyada 600 mindən çox, Rusiyada isə təxminən 50 min nəfərdə yoğun bağıraq xərçəngi aşkar edilir. Кolorektal xərçəngin bütün hallarında – hətta gecikmiş mərhələsində, üzə çıxma nisbəti 70%-dən çox deyi. Gec diaqnoz səbəbli bu xəstəlikdən ölüm nisbəti olduqca yüksəkdir və xəstəliyin geç aşkar edilməsindən sonra 1 il üçün 40 % nisbətindədir. Kolorektal xərçəngin ən çox metastaz etdiyi orqan isə qaraciyərdir. Çünki bağırsaqlardan vena qan damarları ilə qanın dövriyyəsi, qaraciyərin Qapı venası sistemindən keçməklə baş verir. Bəzi mütəxəssislər hesab edirlər ki, kolorektal xərçəng səbəbindən qaraciyərdə metastazın ola bilməsi ehtimalı 50 %-ə yaxın nisbətdədir (Curtiss, 1995). Viganonun qənaətinə görə, qaraciyərində kolorektal xərçəng metastazı olan pasientlərin spesifik müalicə tətbiq edilmədən beş il yaşaya bilmə ehtimalı 2 %-dən çox deyil; bu xəstələrin müalicəsiz yaşaya bilmə ehtimalı orta hesabla 6,6—10 ay arasında dəyişirKolorektal xərçəngin metastazı nəticəsində zədələnmiş qaraciyər hissəsinin kəsilib götürülməsindən sonra ölüm nisbəti hal-hazırda 6 %- dən də azdır; daha ixtisaslaşmış klinikalarda isə bu nisbət hətta 3 %-dən də aşağıdır.
Moxoroviçiç sərhədi
Moxo (Moxoroviçiç) səthi — materiklərdə və okeanlarda Yer qabığı ilə mantiya arasında yerləşən xüsusi qatdır. Bu səthdə seysmik dalğalarrın sürəti sıçrayışla 6,4-dən 8 km/san-dək artır. == Kəşf olunma tarixi == 1909-cu ildə Balkan yarımadasında Zaqreb şəhəri yaxınlığında güclü zəlzələ baş verdi.Xorvat geofiziki Andriya Moxoroviçiç bu hadisə baş verən anda yazılmış seysmoqramı öyrənərkən təyin edir ki, təqribən 30 km dərinlikdə seysmik dalğaların sürəti əhəmiyyətli dərəcədə artır. Sonra başqa seysmoloqlar da təsdiq etdilər ki, buna bənzər hadisələr hər yerdə 30 km-ə yaxın dərinliklərdə baş verir. == Dərinliyi == Moxo səthinin dərinliyi Yer kürəsində fərqli fərqli ölçüyə malikdir.Okeanlarda onun dərinliyi daha az,materiklərdə isə daha dərindir. Orta hesabla litosferin səthindən 5 km-dən 75 km-ə qədər dərinlikdə yerləşir. == Adlandırılması == Bu səthi ifadə etmək üçün xüsusi termin-Moxoroviçiç səthi(bəzən bunu sərhəd və ya sədd adlandırırlar)termini qəbul edildi.Slavyan soyadı çətin tələffüz edildiyindən bəzi alimlər onu əksər hallarda Moxo səthi və hətta M səthi kimi işlədirlər.
Sərbənd (Nəmin)
Sərbənd (fars. سربند‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (41 ailə).
Xərçəng (astronomiya)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Xərçəng (bürc)
Xərçəng (lat. Cancer) — ən az nəzərə çarpan zodiak bürcü. Xərçəng bürcünü yalnız aydın gecədə Şir və Əkizlər bürcləri arasında görmək olar.
Behrəng
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Serpent
Serpent (fr. - ilan) qədim nəfəsli musiqi aləti , bir neçə müasir nəfəsli alətlərin əcdadı. XVI əsrdən məlumdur. Öz adını ilanvari qıvrılmış formasına görə alıb. == Alətin quruluşu == Serpent müxtəlif materiallardan hazırlanırdı, məsələn : Ağac , mis, sink və ya Gümüş. Bəzən Fil sümüyündən və ya digər heyvanların sümüyündən hazırlanan dərin piyaləli Mundştuku var ki , müasir mis nəfəsli alətlərin mundştukuna çox bənzəyir. Alətin korpusunda əvvəllər 6 dəlik olurdu. Sonrakı modellərdə artıq bir neçə klapan da yerləşdirilirdi. Kilsə musiqisində , xüsusən də , kilsə xorunun "bas" səslərini müşayiət etmək üçün istifadə olunurdu.
Spreng.
Kurt Sprengel; Kurt Şprengel (alm. Kurt Polykarp Joachim Sprengel‎; 3 avqust 1766 — 15 mart 1833) — alman botaniki, həkim və filoloq.