1. Yeməyə ehtiyac hissi. Səhərdən aclıq hiss edirəm.
// Uzun müddət doyunca yeməmə. Aclıqdan tələf olmaq.
□ Aclıq çəkmək – uzun müddət doyunca yeməmək, qarnı tox olmamaq.
2. Məhsulsuzluq və ya başqa bir ictimai fəlakət nəticəsində əmələ gələn qıtlıq, qəhətlik, ərzaq yoxluğu. Aclıq ili.
□ Aclıq düşmək – məhsulsuzluq və ya başqa bir ictimai fəlakət nəticəsində məhsul qıtlığı.
3. məc. Ümumiyyətlə, qıtlıq, hər hansı istehlak şeylərinin azlığı, çatışmaması, tapılmaması. Əmtəə aclığı.
4. məh. Təzə taxıldan birinci dəfə üyüdülən un, döyülən xırman.
◊ Aclıq elan etmək – özünə və ya başqalarına edilən haqsızlığa etiraz əlaməti olaraq şəxs(lər)in yeməkdən imtina etməsi.