Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siyavar
Siyavar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Kənd ərazisində hallabonq bağları salınmışdır.
Səravan
Səravan- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Səravan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,652 nəfər və 10,078 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Gəzvar
Gəzvar-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Gəzvar-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Samavar (Tarım)
Samavar (az-əbcəd. ساماوار‎, fars. صومعه‌بر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 114 nəfər yaşayır (41 ailə).
Siyavar bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səbzevar şəhristanı
Səbzivar şəhristanı— İranın Rəzəvi Xorasan ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Səbzivar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 296,034 nəfər və 82,431 ailədən ibarət idi.
Səbzivar şəhristanı
Səbzivar şəhristanı— İranın Rəzəvi Xorasan ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Səbzivar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 296,034 nəfər və 82,431 ailədən ibarət idi.
Səbzvar şəhristanı
Səbzivar şəhristanı— İranın Rəzəvi Xorasan ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Səbzivar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 296,034 nəfər və 82,431 ailədən ibarət idi.
Səbzəvar ekspedisiyası
Səbzəvar ekspedisiyası - Nadir xan Əfşarın hərbi fəaliyyəti dövründə həlledici hadisə. Bundan sonra o II Təhmasibin hərbi qüvvələrinin arxasındakı həqiqi gücə çevrilmişdir. Sənqan ətrafındakı döyüşdən sonra Nadir Məşhədə qayıdıb bir müddət istirahət etdi. Həmin vaxt ərzində əsas diqqəti qoşunların toplanmasına və təminatına yönəltdi. O, yaxşı görürdü ki, əfqanlar ciddi düşməndir və onlara qalib gəlmək üçün ciddi hazırlıq görülməlidir. Sonuncu döyüş də bunu göstərirdi. Lakin Nadiri düşündürən təkcə səfər hazırlığının aparılması deyildi. O eyni zamanda ətrafındakı əyanlar tərəfindən təhrik edilən Şah Təhmasibin müqavimətini qırmalı idi. Çünki mühüm səfər ərəfəsində şahın mövqeyi tamam başqa idi. O, Herat istiqamətində deyil, İsfahan istiqamətində hərbi yürüşə başlanmasını tələb edirdi.
Səbzəvar şəhristanı
Səbzivar şəhristanı— İranın Rəzəvi Xorasan ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Səbzivar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 296,034 nəfər və 82,431 ailədən ibarət idi.
Səravan şəhristanı
Səravan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səravan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 147,757 nəfər və 28,218 ailədən ibarət idi.
Texnogen qəzalar
Texnogen qəza (ing. Industrial disaster) — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayda insan tələfatına və hətta ekologi dəyişikliklərə səbəb ola bilər. Qəza dedikdə müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur.
Ərvah Səbzəvar dərəsi
Ərvah Səbzəvar dərəsi (fars. دره ارواح سبزوار‎) — İranda dərə. Dərə Çah Suxtə kəndindən 3 kilometr (1.9 mil) cənub-qərbdə və Səbzəvardan 55 kilometr (34 mil) cənubda yerləşir. Geoloji cəhətdən bu vadidə Dördüncü dövr çöküntüləri ilə mergel və konqlomeratın növbələşməsi burada müəyyən formasiyaların yaranmasına səbəb olmuşdur. Vadidə mövsümi şəlalələr mövcuddur. Vadinin ucunun bir hissəsində vadi o qədər dar və dəhşətli olur ki, bəzən iki nəfər o hissədən keçə bilmir. Ərvah Səbzəvar dərəsində maral kimi heyvanlar yaşayır. Bundan əlavə, dərədə su eroziyasının nəticəsində daş sütunlar yaranmışdır.
Telavar
Telavar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şovut, Jiy, Porsova və Ərsilə kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 1221 nəfərdən ibarətdir.[mənbə göstərin] Coğrafi ad ərəb dilində tel "təpə", "kurqan" və var qədim türk dillərində "kənd" komponentlərindən və "ə" (a) birləşdirici saitdən ibarətdir (Təpəkənd). Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. Keçmişdə Şovut kəndi də Telavarın parçası idi 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir. 1970-ci illərdə, Şovut Azərbaycan SSR, Yardımlı rayonunun, Telavar kənd sovetinə daxildir. Telavar ətrafındakı relyef dağlıqdır. Ən yaxın yaşayış məntəqəsi Telavardan 14,1 km güney-günbatanda yerləşən Yardımlı şəhəridir. Bəhruz Mənsurov — Azərbaycan Milli Qəhrəmanı. Mirmahmud Mirəlioğlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının sədri.
Şotavar
Şotavar — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Oykonim şato (etn.) və var (İran dillərində "yaşayış yeri", "möhkəmləndirilmiş yer", "qala", "çəpər") komponentlərindən ibarət olub, "şatoların kəndi" mənasındadır. Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. 1872-ci ildə nəşr olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsinin Qarasu naibliyinə daxil olan Şotavar kəndində milli tərkibi muğallardan ibarət 35 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin etnik tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdir. 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Əlibəyli kənd cəmiyyəti tərkibinə daxil olan Şotavar kəndində 56 evdə sünni etiqadlı müsəlman tatarlardan (42 evdə 126 nəfəri kişilər və 136 nəfəri qadınlar olmaqla toplam 262 nəfər) və avarlardan (14 evdə 46 nəfər kişilər və 42 nəfəro qadınlar olmaqla toplam 88 nəfər) ibarət 350 nəfər (172 nəfəri kişilər, 178 nəfəri qadınlar) əhali yaşayırdı. Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 263 təsərrüfatda hər iki cinsdən toplam 1081 nəfər əhali yaşamaqdadır. Hazırda kənd əhalisi tamamilə etnik Azərbaycan Türklərindən təşkil olunmuşdur.
Sevakar
Sevakar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Səvar (Bünab)
Səvar (fars. صور‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (52 ailə).
Gəzvar-i Süfla
Gəzvar-i Süfla (fars. گزورسفلي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (14 ailə).
Gəzvar-i Ülya
Gəzvar-i Ülya (fars. گزورعليا‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (31 ailə).
Sezar
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[…], Roma – 15 mart e.ə. 44[…], Pompey teatrı[d], Roma respublikası), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı.
Malika Şeravat
Malika Şeravat (Hindcə:मल्लिका शेरावत) əsil adı:Reema Lambha; d. 24 oktyabr 1981, Rohtak, Haryana, Hindistan), Hind model və aktrisa. Ləqəbi "Bollivudun öpüşən kraliçası"dır.
Şotavar bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şezana Ənvər
Şezana Ənvər (21 avqust 1989) — Keniyalı oxatan. Şezana Ənvər Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmçinin həmin Olimpiya Oyunlarında Keniyanın bayrağını apardı. Şezana Ənvər birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Ki Bo-Bae ilə üz-üzə gəldi. Həmin görüşdə Şezana Ənvər rəqibinə 1:7 hesabı ilə uduzdu.
Xəzər dənizində baş vermiş qəzalar
Xəzər dənizində baş vermiş qəzaların siyahısı:
Sezar (titul)
Sezar və ya qeysər (lat. Cæsar, yun. καισαρ — kaisar, ər. qeysər — قيصر) — Roma imperatorlarının titul adıdır. Sezar əslində Romalı dövlət adamı Qay Yuli Sezarın ləqəbidir (lat. cognomen — qondarma ad və ya ləqəb deməkdir). Ondan sonra gələn imperatorlar sezar sözünü adlarına əlavə etmişlər. Daha sonralar xüsusən tetrarxiya zamanında bu titul cavan imperatorlara verilmişdir ki, bu da Avqust ilə müqayisədə hakimiyyət məhduddiyətinə malik olması ilə fərqlənir.
Sezar Frank
Sezar Frank (César Franck - Cesar-Auguste-Jean-Guillaume-Hubert Franck, 10 dekabr 1822[…], Lyej, Niderland birləşmiş krallığı[d] – 8 noyabr 1890[…], Paris, Fransa) — Belçika əsilli Fransa bəstəkarı və orqanisti.
Sezar Romero
Sesar Xulio Romero (ing. Cesar Julio Romero; 15 fevral 1907, Nyu-York, Nyu-York ştatı, ABŞ - 1 yanvar 1994, Santa Monika, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Sezar Sampson
Sezar Sampson (alm. Cesár Sampson‎; d. 18 avqust 1983, Linz, Avstriya) — Avstriya müğənnisi, bəstəkarı və modeli. O, "Nobody but You" mahnısı ilə Avstriyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sezar Sampson 18 avqust 1983-cü ildə Avstriyanın Linz şəhərində anadan olmuşdur. O illərlə sosial işçi olaraq fəaliyyət göstərmişdir. Musiqi sahəsində isə Sezar Symphonix International musiqi birləşməsinin üzvü olaraq çalışır. Sezar Sampson 2016 və 2017-ci illərdə Bolqarıstanın Avroviziya təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. 5 dekabr 2017-ci il tarixində Avstriyanın ÖRF telekanalı Sezar Sampsonun "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnının bəstəkarları Boris Milanov və Sebastian eyni zamanda Bolqarıstana Avroviziyada iki il ard-arda yüksək nəticələr qazandırmışdırlar.
Sezar amanitası
Amanita caesarea (lat. Amanita caesarea) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin amanitaceae fəsiləsinin amanita cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. Meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari, ağ örtüyə malikdir. Yetişdikdə yuxarı hissədə partlayır və papaqcıq xaricə çıxaraq böyüyür. Papaqcıq 10-15 sm diametrindədir, sıx, lətlidir, yarımdairəvi, sonradan bir qədər qabarıq, alov və ya çəhrayımtıl-qırmızı rənglidir, səthində tez qopan ağ, iri ziyilləri vardır, kənarları zolaqlıdır. Lövhələri sıx, oxralı sarı, quruyanda solğunlaşandır. Ayaqcıq 8-15 x 1.5-2 sm, oxralı-sarı, silindirik, əsası şişkindir, volva ağ, torbaya bənzərdir, ağ rəngli, sərbəst, kənarı dilimlidir.