Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ceyrançöl alçaq dağlığın landşaftları
== Ceyrançöl alçaq dağlığın landşaftları == Ceyrançöl alçaq dağlığı Azərbaycanın intensiv kənd təsərrüfatının həm əkinçilik, həm də heyvandarlığın inkişaf etdiyi regionlardan biridir. Tədqiq olunan ərazi Azərbaycanın qış otlaqları içərisində özünün əlverişli iqlimi, zəngin bioloji məhsuldarlığı ilə fərqlənir. Ceyrançöl alçaq dağlığında landşaft tədqiqatları M. Ə. Süleymanov (1965), A. A. Mikayılov (1982) M. A. Müseyibov, M. Ə. Süleymanov (1975). M. C. İsmayılov, E. Ş. Məmmədbəyov (2015) və b. tərəfindən aparılmışdır. Bu tədqiqatlar əsasən ərazinin təbii landşaftlarının öyrənilməsinə və relyefin landşaftların formalaşmasına təsiri istiqamətində olmuşdur. Son 50–60 il ərzində Ceyrançölün təbii komplekslərindən səmərəsiz istifadə nəticəsində arid meşə və kolluqlar, tuqay meşə ekosistemləri, müxtəlifotlu quru çöllər geniş sahədə deqradasiya uğramış, səhralaşma, xətti və sahəvi eroziya güclənmiş və geosistemlərinin təbii ehtiyat potensialı kəskin şəkildə pozulmuşdur. Ərazidə kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün landşaft tədqiqatları əsasında kompleks ekoloji qiymətləndirilmə aparılması vacib şərtlərdən biridir. Ceyrançöl alçaq dağlığının arid landşaftlarının formalaşması, onların struktur-genetik xüsusiyyətləri və inkişaf meyllərinin müəyyən olunması, bu əsasda landşaftların antropogen təsirlər nəticəsində transformasiyası, onlardan istifadənin optimallaşdırılması, ekoloji cəhətdən davamlı geosistemlərin formalaşması yollarının müəyyən olunması tədqiqatın əsas məqsədidir. Ceyrançöl alçaq dağlığı kənd təsərrüfatında geniş istifadə olunan və ən məhsuldar yerlərdən olduğundan ərazinin təbii ehtiyat potensialının öyrənilməsi və qiymətləndirilməsi qarşıya qoyulan ən mühüm məqsədlərdən biridir.
İqtisadiyyatın solluğu (sağlığı) indeksi
İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ - Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi illik göstəricidir. Birinci mərhələdə İndeks Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr (cəmi 37 ölkə) üçün hesablanmışdır. 2015-ci ilin Hesabatına müxtəlif inkişaf səviyyəsinə malik və dünyanın fərqli regionlarını əhatə edən daha 25 dövlət üzrə hesablamalar əlavə edilmiş və təhlil olunan ölkələrin sayı 62-yə çatdırılmışdır. 2016-cı ildə tədqiq olunan ölkələrin sayı 99-a çatmışdır. == İndeks haqqında == Hansı siyasi-iqtisadi məfkurəni rəhbər tutmalarından asılı olmayaraq, bütün dövlətlər və siyasi qruplar ictimai rifahın yüksəlməsini özlərinin son məqsədi elan edirlər. Solçu siyasi-iqtisadi məfkurəyə görə, həmin məqsədə çatmağın ən “qısa” və düzgün yolu dövlətin fəal tənzimləmə tədbirləri həyata keçirməsindən, sağçı məfkurəyə görə isə, iqtisadiyyatın “sərbəst buraxılması”ndan keçir. Bu iki fəlsəfə (solçuluq və sağçılıq) arasındakı rəqabət müasir dünyada siyasi-iqtisadi inkişafın əsas təkanverici qüvvələrindəndir. Dövlətin iqtisadiyyata müdaxilə formaları arasında modelyaradıcı müdaxilə formalarını ayrıca təsnifləşdirilir. Bunlar elə müdaxilə formalarıdır ki: iqtisadi modellər, ilk növbədə, belə müdaxilələrin səviyyəsinə görə fərqlənir. Məsələn, daxili bazarın qorunması məqsədi ilə idxalın məhdudlaşdırılması xarici ticarət rejiminin liberallıq səviyyəsini və dolayısı ilə həm də iqtisadi sistemin ümumi liberallıq səviyyəsini aşağı salır.
İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ

Uşaqlığın son gecəsi
Uşaqlığın son gecəsi — kinorejissor Arif Babayevin çəkdiyi bədii film. Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib deyilir. Əslində isə ssenarinin həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir. == Məzmun == Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstəylə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır.
Uşaqlığın son gecəsi (film, 1968)

Klitoral başlığın kiçildilməsi
Klitoral başlığın kiçildilməsi, həmçinin klitoral kaputektomiya, klitoridotomiya və ya (qismən) kaputektomiya kimi də adlandırılan bu əməliyyat növü klitoral başlığın ölçüsünü və sahəsini azaltmaq və daha çox klitoris və klitoral qlans meydana çıxarmaq üçün həyata keçirilən plastik, rekonstruktiv və estetik əməliyyat növüdür. Bəzən xəstənin cinsi funksiyasını yaxşılaşdırmaq və vulvanın estetik cəhətdən təkmilləşdirilməsi kimi terapevtik məqsədləri olan seçmə cərrahiyyə forması kimi həyata keçirilir. Bu, hoodplastikanın bir formasıdır. Klitoral preparat toxumalarının azaldılması adətən dodaqların daxili hissəsini azaltmaq üçün həyata keçirilən labioplastika proseduru və bəzən vaginaplastika əməliyyatı çərçivəsində bir alt əməliyyatdır. Pasiyent sorğuları bu cür prosedurların nəticəsindən pasiyentlərin əməliyyatın axırında məmnun olduğunu göstərir. Bununla belə, 2007-ci ildə Amerika Mamalıq və Ginekoloqlar Kolleci onun tamamilə təhlükəsiz olduğunu tövsiyə edən bir rəy vermişdir.
Varlığın dözülməz yüngüllüyü (roman)
Varlığın dözülməz yüngüllüyü - Milan Kunderanın 1982-ci ildə yazdığı kitab. == Haqqında == İlk dəfə 1984-cü ildə Fransada fransız dilində nəşr olunan kitab ilk nəşr olunduğu andan ədəbi aləmdə öz əksini tapmışdır. Çex orijinalı növbəti il nəşr olundu. Onun türk dilinə tərcüməsi ilk dəfə 1986-cı ildə, 2014-cü ilin martında isə 41-ci nəşrini həyata keçirmişdir. Roman 1987-ci ildə eyniadlı filmə uyğunlaşdırılıb. Romanda baş qəhrəmanlar Tereza, Tomas, Sabin və Franzın münasibətləri 1968-ci ilin Praqa baharı və ondan sonra Sovet İttifaqının Çexoslovakiyaya hücumu arxa plana keçərək izah edilir. Hadisələr Praqa, Paris, İsveçrə, Kambocada baş verir. Yeddi hissədən ibarətdir. == İstinadlar == "Qanun Nəşriyyatı".
Çaplıgin
Çaplıgin — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.
Aleksey Şaprıqin
Aleksey Saprıkin (tam adı: Aleksey Saprıki; 11 iyun 1955, Bakı – 8 oktyabr 2019, Bakı) — Rus Dram Teatrının aktyoru. Qarabağ qazisi.[mənbə göstərin] == Həyatı və fəaliyyəti == Aleksey Saprıkin 1955-ci ildə Bakıda anadan olub. 134 saylı məktəbi bitirib. 1991-ci ildən Bakı Kamera Teatrında, 2002-2008-ci illərdə - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 1992-ci ildə Aleksey Saprıkin könüllü olaraq cəbhəyə yollanmış, operativ kəşfiyyat bölümündə baş leytenant hərbi dərəcəsi almış, 1996-cı ildə ehtiyata buraxılmış, 1997-2000-ci illərdə isə Azərbaycan Dövlət Texniki Universitetinin "Hərbi kafedrası"nda müəllim vəzifəsində çalışmışdır. 2008-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru idi. Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının oynadığı son tamaşaları arasında "Sənətkarın taleyi", "Payız sonatası", "Və yağış yağır və içini tökür", "Meme", "Peterburq işçisi", "Qürur və qərəz" tamaşaları var. Saprıkin həmçinin "Cavad xan", "Biz qayıdacağıq", "Qafqaz", "Cavidin həyatı", "Qraf Krestovski " və digər filmlərdə rol alıb. === Vəfatı === Şəkər xəstəliyindən əziyyət çəkən aktyor 2019-cu il 8 oktyabr tarixində Bakıda vəfat edib.
Sergey Çaplıgin
Sergey Çaplıgin (5 aprel 1869, Çaplıgin, Ryazan quberniyası[d] – 8 oktyabr 1942[…], Novosibirsk) - riyaziyyatçı, nəzəri mexanika sahəsində rus alimi, müasir hidroaerodinamikanın banilərindən biri. Sosialist Əməyi Qəhrəmanı (1941). Əməkdar Elm Xadimi.
Malıgin boğazı
Malıgin boğazı (rus. Пролив Малыгина) -Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Belı adasını Yamal yarımadasından ayırır. Boğaz dayazdır, dərinliyi 19 m təşkil edir. Sahilləri alcaqdır, qum və gil suxurları ilə örtülüdür. Sahilində Malıgin, Sedexanqensalya, Sadevanqutsalya, Şuberya (Belı adası), Qolovina, Yonba, Pendadasalya və Xelya (Yamal yarımadası) vardır. Uzunluğu 63 km, eni 9–27 km arası dəyişir. Boğaza Nyarka-Monqatayaxa, Sidyanyannqnqeboyaxa, Myanqnqevoyaxa və Yxadiyaxa çayları axır. Boğazın şimalında Paxa buxtası vardır. Qərqində Ostovoy, şərqində isə Tabnqo və Tyobsyanqo adaları vardır.
Muğan şahlığı
Muğan şahlığı — Tarixi mənbələrdə “Şiri-Muğan”, “Muğan şahlığı”, “Muğaniyyə” və s. adlanan Muğan haqqında tədqiqatları Əsgər Zahidovu bir muğanşünas alim kimi tanıtmışdı.642-ci ildə ərəblər tərəfindən işğal olunan Muğanda ərəb tarixçisi ibn Xordadbehin yazdığına görə IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Muğan şahlığı yaranır.İbn Miskəveyhin yazdığına görə, Muğan şahlığını o zaman Sipəhbud İbn Dəlulə idarə edirdi. Onun atası Dəlulə çiçək xəstəliyindən ölmüşdür. Qətran Təbrizinin şeirlərindən məlumdur ki, Muğanda Dəlulə nəslindən olan feodallar ağalıq edirmişlər. Dəlulənin oğlu Əmir Sipəhbud Təbriz şahına tabe olmadığı üçün Vəhüstanın oğlu Abunəsr Məhəmmədin ordusu ilə (hücum edən Təbriz şahı olur) Muğan şəhərində döyüş olur. Bu döyüşdə Muğan şahı Şipəhbud məğlub edilir. Bu qanlı vuruşmada dahi şairimiz Qətran Təbrizi də iştirak edir. (Bax: Qətran Təbrizi, «Divan», «Əbu Nəsr Məmlan İbn Vəhüstanın mədhi», Bakı, 1967,s.272).Muğan şahlığı Rəvvadilər dövlətinə qatılmaqla Muğan şahlığı tarixdən silinir.
Mənazilüs-sabiqin
Mənazilüs-sabiqin - Əsər Seyid Yəhya Bakuviyə aiddir. O,bu əsərində xəlvətilik üsulu üzrə bir şeyxə "beyət" etmənin vacibliyi və ədəb, daha sonra seyri-sülukdakı "ətvarüs-səba" adı verilən yeddi məqamın halları nəql edilir.
Sind şahlığı
Sind şahlığı — "Mahabharata" və "Harivamsa-Purana" epik kitabında xatırlanan qədim hind şahlığı. == Haqqında == Sind şahlığı müasir Pakistan ərazisində, qədim Hindistanda Sind (Hind) çayın sahilləri boyu ərazidə yerləşirdi. Hesab edilir ki, Sind şahlığının əsası Vrsadarbh tərəfindən qoyulmuşdu. O Sivi oğullarından biri idi. Mirçandaninın müəllifi olduğu "Qədim Sind düşüncələri"nə əsasən, sonralar Sind kimi tanınan Tulsianis yerdə, indiki Mithankot şəhərinin ərazisində (cənubi Pəncabda) yerləşirdi. Şahlığın sakinləri sindus və ya sindxavami adlandırılırdı. "Sindhu" hərfən "dəniz" mənasını bildirir. "Mahabharata" epik kitabına əsasən, Cayadratha (Duryodhananın bacısının əri) Sindus Suviras və Sivis şahı idi. Ehtimal ki, Sauvira və Sivi sindhu şahlığına yaxın iki şahlıq idi və Cayadrata onları bir müddət işğal etməyə müyəssər olmuşdu. Sindhu və Sauvira, görünür, bir-biri ilə vuruşan iki vuruşan dövlət idilər.
İvan Malıqin
İvan Malıqin (22 yanvar (3 fevral) 1888 – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında Qafqaz ordusunun hərbi-inqilab komitəsinin sədri İvan Malıqin 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Müharibə Uşaqlığı Muzeyi
Müharibə Uşaqlığı Muzeyi (bosn. Muzej ratnog djetinjstva) ― 2017-ci ilin yanvar ayında Bosniya-Herseqovinanın Sarayevo şəhərində açılan tarixi muzey. Muzeydə əşyalar, video ifadələri və hekayələrin vasitəsi ilə Bosniya müharibəsindən sağ çıxan uşaqların həyatlarından bəhs olunur. 2018-ci ildə muzey sənayesinin ən prestijli mükafatlarından biri olan Avropa Şurası Muzey Mükafatı bu muzeyə təqdim olundu. Hadisə 2018 "Avropada ilin muzeyi" müsabiqəsi çərçivəsində baş verdi.Layihə 2010-cu ildə Sarayevolu təşəbbüskar, aktivist və “müharibə övladı” Yasminko Haliloviçin Bosniya müharibəsi illərində uşaq olmuş gənc yetkinlərin qısa xatirələrini toplamaq üçün onlayn platformadan istifadə etməsindən başladı. 1000-dən çox gənc yetkin öz xatirələri ilə bölüşmüşdür. Haliloviç bu xatirələrini 2013-cü ildə nəşr olunan kitabda paylaşdı. Kitab sonradan alman və yapon dillərinə tərcümə olundu.Haliloviç xatirələrini təqdim edən gənc yetkinlərlə yazışmağa başladıqda, keçmiş "müharibə uşaqları"nın bir çoxunun hələ də xatirələri ilə əlaqəli xüsusi obyektlərə sahib olduğunu başa düşdü. Muzey kolleksiyasını inkişaf etdirmək üçün digər gənc mütəxəssislər qrupu ilə işə başladı, nəticədə 3000-dən çox əşyanı və 60-dan çox şifahi ifadələr hekayələrini topladı.2016-cı ilin may ayında Müharibə Uşaqlığı Muzeyi Bosniya və Herseqovina Tarix Muzeyində ilk müvəqqəti sərgisini keçirdi. Daha sonra sərgilər Zenitsa və Visoko şəhərlərində təşkil olundu.
Şaolinin 36-cı otağı
Şaolinin 36-cı otağı — 1978-ci ilə aid, Şaolin monastırı və əlbəyaxa döyüş sənətinə həsr olunmuş Çin filmidir. == Məzmun == Liu Yude adlı gənc oğlan müəlliminin təsiri ilə mancur hakimiyyətinə qarşı olan yerli qiyamçılara qoşulur. Hakimiyyət qiyamçıların bir çoxunu, o cümlədən Liu Yudenin atasını, müəllimini və dostlarını öldürdükdən sonra o, Şaolin monastırına gedərək kunq fu sənətinə yiyələnmək, beləliklə, yaxınlarının qisasını almaq fikrinə düşür. Yaralı olmasına baxmayaraq, Liu Yude böyük məhrumiyyətlərlə monastıra gəlib çıxır. Monastırda San Te adı ilə tanınan Liu Yude kunq fu məşğələlərinə başlayaraq, ən çalışqan tələbəyə çevrilir və ən qısa zaman ərzində 35 otaqda əlbəyaxa döyüşün sirlərinə yiyələnir. Kunq fu ustasına çevrilmiş San Te yenidən öz şəhərinə qayıdaraq əzilən xalqa kömək etmək qərarına gəlir. Yerli hakimiyyət nümayəndələrinə qarşı mübarizə aparan San Te öz ətrafına xeyli adam toplaya bilir. Mübarizəsi uğurlu başa çatdıqdan sonra yeni şagirdləri ilə Şaolinə qayıdan San Te 36-cı otağın əsasını qoyur.
Abdulla Şaiqin Ev Muzeyi
Abdulla Şaiqin ev-muzeyi – azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, əməkdar incəsənət xadimi Abdulla Şaiqin 1916–1959-cu illərdə yaşadığı ev; Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə şairin həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeçiliyindədir. Muzey, Bakı şəhəri, A. Şaiq küç.21 ünvanında yerləşir. == Tarixi == Abdulla Şaiq 1900-cü ildə Tiflisdən Bakıya köçərək ilk illər anası Mehri xanım və böyük qardaşı Yusif Ziya Talıbzadə ilə İçəri şəhərdə kiçik bir mənzildə yaşamışdır. Bundan sonra, o, öz yaşayış yerini bir neçə dəfə dəyişmiş, şəhərin müxtəlif yerlərində mənzil kirayə etmişdir. 1916-cı ildə bu gün "Abdulla Şaiqin mənzil muzeyi" adını daşıyan, Yuxarı Dağlıq küçəsində (indiki A. Şaiq adlı küçədə) 21 saylı evin II mərtəbəsində beş otaqdan ibarət mənzilə köçmüş, orada 1957-ci ilin son gününə qədər yaşamışdır. A. Şaiqin qələm və sənət dostlarından N. Vəzirov, S. S. Axundov, H. Cavid, Bülbül, Y. V. Çəmənzəminli, S. Hüseyn, Ə. Cavad, Ə. Abid, A. Musaxanlı, T. Ş. Simurğ, M. M. Seyidzadə, M. Rzaquluzadə, H. Mehdi, Q. Xaliqov, H. Əlizadə və xüsusən, Səməd Vurğun bu mənzilin əziz qonaqlarından idi. Mehriban yazıçı elmi və yaradıcılıq məsləhətləri almağa gələn aspirantlar, tələbələr, hətta məktəb şagirdləri ilə bu mənzildə dəfələrlə görüşmüş, öz yeni əsərlərini onlara oxumuş, maraqlı söhbətlər edib məsləhətlər vermişdir.Abdulla Şaiqin ev-muzeyi 1991-ci ildən fəaliyyətə başlamışdır. == Direktorları == Kamal Talıbzadə (1991-2006) Rəfiqə Talıbzadə (2006-2009) Ülkər Talıbzadə (2009-cu ildən) == Həmçinin bax == Bakı muzeylərinin siyahısı Abdulla Şaiq == Xarici keçidlər == http://www.abdullashaig.com/ Arxivləşdirilib 2019-07-07 at the Wayback Machine http://www.ashaig.aznet.org/ "Abdulla Şaiqin mənzil-muzeyi". kataloq.gomap.az. İstifadə tarixi: 09.02.2021.
Abdulla Şaiqin ev-muzeyi

Şaolinin 36-cı otağı (film, 1978)
Şaolinin 36-cı otağı — 1978-ci ilə aid, Şaolin monastırı və əlbəyaxa döyüş sənətinə həsr olunmuş Çin filmidir. == Məzmun == Liu Yude adlı gənc oğlan müəlliminin təsiri ilə mancur hakimiyyətinə qarşı olan yerli qiyamçılara qoşulur. Hakimiyyət qiyamçıların bir çoxunu, o cümlədən Liu Yudenin atasını, müəllimini və dostlarını öldürdükdən sonra o, Şaolin monastırına gedərək kunq fu sənətinə yiyələnmək, beləliklə, yaxınlarının qisasını almaq fikrinə düşür. Yaralı olmasına baxmayaraq, Liu Yude böyük məhrumiyyətlərlə monastıra gəlib çıxır. Monastırda San Te adı ilə tanınan Liu Yude kunq fu məşğələlərinə başlayaraq, ən çalışqan tələbəyə çevrilir və ən qısa zaman ərzində 35 otaqda əlbəyaxa döyüşün sirlərinə yiyələnir. Kunq fu ustasına çevrilmiş San Te yenidən öz şəhərinə qayıdaraq əzilən xalqa kömək etmək qərarına gəlir. Yerli hakimiyyət nümayəndələrinə qarşı mübarizə aparan San Te öz ətrafına xeyli adam toplaya bilir. Mübarizəsi uğurlu başa çatdıqdan sonra yeni şagirdləri ilə Şaolinə qayıdan San Te 36-cı otağın əsasını qoyur.
Şaolinin ilan və durna döyüş sənətləri (film, 1978)
Şaolinin ilan və durna döyüş sənətləri (ing. Snake & Crane Arts of Shaolin, çin. 蛇鶴八步) — rejissoru Çen Çi Hva olan və baş rolda Ceki Çanın oynadığı 1978-ci ildə çəkilmiş Honq Konq hərəkət filmidir."Golden Harvest"in istehsalı olan film Lo Wei Motion Picture Company tərəfində nümayiş olundu. Tu Vi Ho ilə yanaşı Çen də filmin kaskadyor koordinatoru idi. = Məzmunu = Tzin sülaləsi dövründə səkkiz Şaolin ustası ən yaxşı döyüş texnikalarını "ilan və durnanın səkkiz pilləsində" birləşdirdi. Texnikaları güc simvolu olaraq əjdahanın nizəsi ilə birlikdə mühafizə üçün Ustad Lin-ə verilən bir kitabda yazdılar. Kitab döyüş sənətləri dünyasındakı ən təhlükəli sirr sayıldı və təlimatda olduğu kimi səkkiz bilici də yox oldu. Səkkiz klan hamısı kitab axtarmağa insanları göndərdi, buna görə Hu Yinqen adlı bir oğlan hədəflə görünəndə bir çox insan onu təqib etməyə başladı. Bir çox məşhur döyüşçünün toplandığı bir şəhərə gedir və dilənçi paltarında Huan Tzu adlı bir qızın köməyinə gəlir. Onu döyüşdə ona məğlub olaraq kitab üçün İnfan pulu təklif edən dilənçi klanının liderinə aparır.