Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabahat Ərdoğan Sarıtaş
Sabahat Ərdoğan Sarıtaş (1988, Siirt ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Sabahat Ərdoğan Sarıtaş 1988-ci ildə Siirt ilində anadan olub. Qadın hüquqları müdafiəçisi olaraq tanınır. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Siirt ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Evli və 1 uşaq anasıdır.
Səyahət
Səyahət — adam və ya obyektlərin (təyyarə, gəmi, qatar, və s.) uzaq yerlər arasında reallaşdırdığı hərəkətdir. Əyləncə, turizm və tətilin yanında dini, mədəni və öyrədici məqsədli səfərlər də edilə bilər. Səfər — yerli, regional, milli və ya beynəlxalq miqyasda da baş verə bilər.
Astral səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Aya səyahət
Aya səyahət (film, 1902)
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Sabahın əfsanələri
Sabahın əfsanələri (ing. Legends of Tomorrow) — DC Comics cizgi romanlarından uyğunlaşdırılmış 2016-cı ildə başlayan serial. Qəhrəmanlar çatmayanda dünyanın əfsanələrə ehtiyacı olur.Gələcəyi görən Rip Hanter həm yaxşı,həm pis qəhrəmanları bir araya gətirdikdən sonra dünyanı qurtarmaq üçün böyük təhlükərlə döyüşür. Viktor Qarber - Dr.Martin Steyn Brendn Rous - Rey Palmer Artur Darvil - Rip Hanter Keyti Lotz - Sara Lanse Franz Drameh - Fayrstorm Eymi Pemberton - Qaydion Dominik Pursel - Hit Veyv Stiven Emill - Oliver Kuvin Film ilk dəfə 21 yanvar 2016-cı ildə ABŞ-də premyeraya çıxarılmışdır.Birinci sezon 16 bölümdən ibarət olmuşdur.Amma ilk seriyanın premyeraya çıxacağı ilk dəfə Avstraliyada 20 yanvar 2016-cı ildə bəyan edilmişdir.Birləşmiş Krallıqda isə ilk dəfə 1 mart 2016-cı ildə yayımlanmağa başlanmışdır.
Səlahət Ağayev
Səlahət Ağayev (4 yanvar 1991, Füzuli) — Misli Premyer Liqasında çıxış edən "Səbail"in və Azərbaycan milli futbol komandasının qapıçısı. Səlahət Ağayev 1991-ci il yanvarın 4-ü Füzuli şəhərində anadan olmuşdur. Futbolçu "İnter" (Bakı), MOİK , "Sumqayıt" , "Neftçi" və "Qəbələ" klublarında çıxış edib. 2023-cü ilin yayından "Səbail"in uğurları üçün çalışır. Səlahət Ağayev milli komandada debüt matçını 2010-cu ildə keçirib.
Səyahət agentliyi
Səyahət agentliyi - turistlərə turizm haqqında məlumat verən, turları təşkil edən, öz turlarını və digər səyahət agentliklərinin təşkil etdiyi turları satan şirkətdir. Fərdlər və qruplar üçün səyahətlər, səfərlər və ekskursiyaları planlaşdırır, təşkil edir və həyata keçirir. Müasir səyahət agentlikləri XIX əsrin ikinci yarısında ortaya çıxmışdır.1841-ci ildə Tomas Kuk Midland Railway şirkəti ilə müştərək olaraq agentliklər şəbəkəsi yaratdı. Onlar öz turlarından əlavə digər firmaların da xidmətlərini təklif edirdilər. Digər ilk Britaniya səyahət agentlikləri Dean & Dawson,, the Polytechnic Touring Association, və the Co-operative Wholesale Society agentlikləri idi. ABŞ-də ən yaşlı səyahət agentliyi Brownell Travel şirkətidir. Bu şirkət 4 iyul 1887-ci ildə Devonia adlı gəmi ilə 10 nəfəri Nyu-Yorkdan Avropaya yola saldı. 1920-ci illərdə ticari aviasiyanın inkişafı turizm agentliklərini də ön plana çəkdi. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi səyahət agentliklərini 3 qrupa bölür : A qrup - Bütün səyahət agentlikləri vəzifələrini yerinə yetirirlər. B qrup - Beynəlxalq quru, dəniz və hava nəqliyyat vasitələri A qrupunun təklif etdiyi turların biletlərini satırlar.
Səyahət sənədi
Səyahət sənədi, bir icmanın bir ölkədən və ya dövlətdən digər dövlətə gedərkən hətta pasportsuz da gedə biləcəyi ölkələr üçün pasport polisi tərəfindən verilən sənəddir. Pasportlarını xaricdə itirən (yeni pasport almaq üçün kifayət qədər vaxtları olmadıqda) vətəndaşlar dərhal vətənə qayıtmaq istədikdə; öz adlarına səyahət bileti və ya rezervasiya təqdim etdikdə konsulluqlar tərəfindən verilən müvəqqəti sənəddir. Etibarlılıq müddəti maksimum bir ay müddətinə olur və cari ölkədən qayıtmaq üçün yalnız birtərəfli formada verilir. Bu sənəddən üçüncü bir ölkəyə səyahət məqsədi üçün istifadə etmək mümkün deyildir.
Qərbə Səyahət
Qərbə səyahət — XVI əsrdə Min sülaləsi dövründə nəşr olunmuş və Vu Çenqenə aid edilən Çin romanıdır. Qərbə Səyahət Çinin ən böyük romanlarından biri kimi qəbul edilir və Şərqi Asiyada ən məşhur ədəbi əsər kimi təsvir edilmişdir. Roman 7-ci əsrdə yaşamış buddist rahib Ksuan Zangın (602–664) müqəddəs mətnləri axtarmaq üçün Hindistana həqiqi ziyarətində əsaslanır. Vu Chengen onu uzun və zəngin yumoristik romanına çevirdiyi zamanı hekayənin özü artıq Çin xalq və ədəbi ənənəsinin bir hissəsi idi. === Srukturu === 100 fəsildən ibarət olan romanı üç böyük hissəyə bölmək olar. İlk yeddi fəsil daş yumurtadan meymunun doğulmasından və onun sehrli güclər əldə etməsindən bəhs edir. Beş fəsil Tripitaka kimi tanınan Ksuan Zangın hekayəsini və Qərb Cənnətindəki missiyasının mənşəyini izah edir. Romanın əsas hissəsi Tripitakanın və onun üç heyvan ruhunun — sehrli istedadlı Meymun, ləng və yöndəmsiz Donuz və balıq ruhu Sandinin — Hindistana səyahətləri zamanı başına gələn 81 sərgüzəştdən bəhs edir və nəhayət müqəddəs yazıları necə tapıllar. === Stilistika === Romanın komediya və macərasına əlavə olaraq, Qərbə Səyahət cəmiyyətin və Çin bürokratiyasının iyrənc satirasına və insan səyi və əzmkarlığının alleqorik təqdimatına görə uğur qazandı. İngilis dilli ölkələrdə daha çox Artur Veylinin 1942-ci ildə qısaldılmış tərcüməsi olan "Meymun" vasitəsilə tanınır.
Abasət İsayev
Abasət İsa oğlu İsayev (7 oktyabr 1948, Kotam, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Abasət İsayev 1948-ci il oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində[mənbə göstərin] anadan olmuşdur. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası aspiranturaya daxil olub.[mənbə göstərin] Burada selen yaımkeçiricisinin elektron xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1976-cı ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Abasət İsayev 2017-ci ildə professor elmi adını alıb. === Elmi-pedeqoloji fəaliyyəti === Onun həm namizədlik, həm də doktorluq dissertasiyası kristal və amorf selen və selen əsasında olan yarımkeçirici sistemlərdə elektron proseslərinin tədqiqinə həsr olunmuşdur. Abasət İsayev tərəfindən ilk dəfə olaraq selen monokristalında bir sıra qeyri-tarazlıqlı proseslər (qalıq və mənfi fotokeçiricilik, foto və elektro-stimulyasiya effektləri, anomal fotokeçiricilik, fotocərəyanın alçaq tezlikli rəqsləri və s.) müşahidə edilmiş və həmin effektlərin kompleks şəkildə tədqiqi nəticəsində yükdaşıyıcıların generasiya-rekombinasiya proseslərini və dreyfini idarə edən müxtəlif təbiətli baryerlərin parametrləri təyin edilmiş, həmin proseslərin mexanizmi aydınlaşdırılmışdır. İsayev 1994-cü ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq edir və 2015-ci ildən Fizika institutunun magistrantlarına müxtəlif fənnləri tədris edir. O, 1994–2010-cu illərdə Bakı şəhərindəki 289 saylı məktəbdə (Zəngi liseyində) fizika fənnini tədris edib. Abasət İsayev 2004–2011-ci illərdə Azərbaycan Təhsil Nazirliyinin Fizika fənni üzrə Elmi-Metodiki Şurasının sədr müavini, 2008-ci ildən isə Dövlət İmtahan Mərkəzində Fizika fənni üzrə ekspert olmuşdur.[mənbə göstərin] == Elmi əsərləri == Abasət İsayev 130 elmi əsərin müəllifidir və bunlardan 60-ı ölkədən xaricdə, 40-ı isə beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunmuşdur. O, 4 müəlliflik şəhadətnaməsi və patentin sahibidir.
Gəncəli Sabahi
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısı. == Həyatı == Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi.İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı. Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Səməd Sabahi
Səməd Sabahi (1914, Bakı – 1978, Tehran) — Azərbaycan və İran rejissoru, aktyoru və ssenaristi. Səməd Sabahi 1914-cü il Bakıda zəhmətkeş ailəsində doğulub. Bu vaxt ailə yaşadığı Mərənd şəhərinin Miab kəndindən yenicə köçmüşdü. Səmədin böyük qardaşı Gəncəli Sabahi bu ailənin hekayəsini "Mənim günlərim" əsərində yazıb. Bu əsərdə minlərlə köçkün ailənin həyat və taleyi əks olunub. Birinci Dünya Müharibəsi və Böyük Rusiya inqilabı dövründə Səməd hələ uşaq ikən Bakı Konservatoriyasına daxil olur. Bura getməsinə səbəb teatr aşiqi və aktivisti olan böyük qardaşı idi. Oranı uğurla bitirən Səməd öz yolunu Bakı Rəssamlıq Məktəbində davam etdirir. Qısa zaman ərzində şəhərin gənc aktyorları arasında tanınmağa başlayır və Bakı, Gəncə səhnələrində yer alır. İkinci Dünya Müharibəsinin yaxınlaşması ilə hələ sovet vətəndaşlığını qəbul etməmiş iranlı mühacirlərin həyatında da dəyişiklik baş verir.
Qafqaza səyahət (balet)
Qafqaza səyahət, yaxud Natəvan Aqşin Əlizadənin 2002-ci ildə Aleksandr Dümanın eyniadlı əsəri əsasında yazdığı birpərdəli, dördşəkilli baleti. Libretto bəstəkarındır. Baletmeyster Tamilla Şirəliyeva, musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, rəssamı Tahir Tahirov. Məlum olduğu kimi, XIX əsrdə Şərq ölkələrinə səyahətə çıxmış A. Düma Qafqazı gəzmiş, Şuşada, Bakıda, Şamaxıda gördüklərini qələmə almışdır. Macəra romanlarının ustasını Azərbaycan xalqının qonaqpərvərliyi, incəsənəti, səfalı təbiəti, tanış olduğu insanlar heyrətə gətirmişdi. A. Əlizadə Dümanın təssüratlarını baletin üç iri səhnəsində canlandırır. "Azərbaycan muğamı", "Atəşgah", "Dümanın xan qızı Natəvan və Xasay xanla görüşü" səhnələri ümumi musiqi dramaturqiyası lövhə prinsipi ilə qurulmuş bir aktlı kompozisiyada əsas məzmunu dolğun açır. Bəstəkar burada da milli musiqi ənənələrinin rəngarəng qaynaqlarından, muğam, mahnı və rəqslərin tanış avazlarından hörülmüş musiqi çələngi yaratmışdır. Dümanı səciyyələndirən Avropa qiyafəli, Fransız ruhlu musiqi mövzusu da ümumi musiqi axınında olduqca təbii və həmahənq səslənir. Bəstəkar bu əsərdə müasir xoreoqrafik konsepsiyanın iki mühüm tələbini yüksək səviyyədə reallaşdırmışdır: yadda qalan, yığcam, orijinal süjet xətti və yüksək bədii ümumiləşdirmə dərəcəsinə, teatral obraz konkretliliyinə malik "ümumi hərəkət formullarından" uzaq dinamik musiqi partiturası.
Qarabağa Səyahət (1968)
Mənzərə filmi Azərbaycanın gözəl guşələrindən biri — Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın keçmişdən bu günə kimi mühafizə olunmuş tarixi qala və abidələrindən danışır. Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, unudulmaz bəstəkarımız, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və sevimli müğənnimiz Bülbül də bu səfalı dağların övladıdır. Bu gün də burada-hər obada, hər evdə musiqi sədaları ətrafa yayılır, saf sular kimi axıb, min-min ürəyi fəth edir. Bütün bunlar barədə filmdə söhbət açılır. Ekranda diktorun səsi eşidilir: "Qarabağa əlvida demək çətindir;çünki Qarabağdan ayrılmaq mümkün deyil;çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir". Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Məmməd Mərdanov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Suya Səyahət (1996)
Səyahət (film, 1974)
"Səyahət" (it. Il viaggio) — rejissor Vittorio de Sikanın İtaliya-Fransa istehsalı olan filmi. Adriana de Mauro Çezare Braciyə aşiq olub. Lakin Çezare atasının son qərarını biləndən sonra öz qardaşı Antoni ilə Adriananın evlənməsinə razılıq verir. Amma məsələ elə gətirir ki, Antonio avtomobil qəzasında həlak olur. Adriana ərinin ölümünə kədərlənir və Çezare onu yenidən həyatına qaytarmağa çalışır. Qadının keçirdiyi ağır günlər nəticəsində onda ağrılar və başgicəllənmələrlə müşahidə olunur. Çezare onu həkimə aparır. Həkim müayinədən mənfi diaqnoz qoyur: Adriana sağalmaz xəstəliyə tutulub və çox yaşamayacaq. Çezare vaxt itirmədən ona evlilik təklifi edir.
Səyahət jurnallarının siyahısı
Səyahət və turizm jurnallarının siyahısıdır: Afar (2009) Arthur Frommer's Budget Travel (1999; Intellitravel Media tərəfindən nəşr olunub) British Columbia Magazine (1959; My Passion Media) Caravan (1933; Warners Midlands Plc) Caribbean Beat (1992; Media and Editorial Projects Limited tərəfindən nəşr olunub, inflight magazine of Caribbean Airlines) Condé Nast Traveler (1987; Condé Nast Publications tərəfindən nəşr olunub) Cruise International (2008; Chelsea Magazine Company tərəfindən nəşr olunub) Darling (2009) Departures Magazine (1984; American Express Publishing tərəfindən nəşr olunub) DestinAsian (2001; DESTINASIAN Media Group tərəfindən nəşr olunub) EnRoute, Air Canadanın tematik jurnalıdır Escapism Travel Magazine (2008; Revolution Publishing Ltd. tərəfindən nəşr olunub, beynəlxalq turizm jurnalı) Escapism Travel Magazine (2013; Square Up Media tərəfindən nəşr olunub) Executive Travel magazine (2002; American Express tərəfindən nəşr olunub) FIDO Friendly (2003) Get Lost Magazine (2004; Grin Creative tərəfindən nəşr olunub) Hana Hou! (1998; Pacific Travelogue Inc. tərəfindən nəşr olunub, Hawaiian Airlinesın tematik jurnalıdır) Islands (Bonnier Corporation tərəfindən nəşr olunub) Lonely Planet Traveller (2009; the BBC in the UK tərəfindən nəşr olunub, aylıq jurnaldır.
Veb səyahət tarixçəsi
Bustan əs-siyahət
Bustan əs-siyahət (azərb. Səyahət bustanı‎) — Hacı Zeynalabdin Şirvaninin əsəridir. Hacı Zeynalabdin Şirvaninin üçüncü əsəri Bustan əs-siyahət adlanır. Bu qiymətli mənbə uzun müddətdir tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Bir çox alimlər, o cümlədən Çarlz Riyo, V. A. Jukovski, E. Braun, M. Tərbiyət bu əsərə böyük önəm vermişlər. Bu kitab da Hədayiq əs-siyahət kimi əlifba sırası ilə tərtib edilmiş və həmin tərtibatla ölkələr, şəhərlər və s. adlar qeyd edilmişdir. Bustan əs-siyahət ön sözdən, dörd müfəssəl babdan, 1 seyr, 28 gülşən, 4 gülzar və bir bahardan tərtib olunmudur. Gülşənlərin hər biri müəyyən 1 hərflə başlayır. Bu əsərdə çox sayda ölkə, şəhər, bölgə, kənd və qəsəbələr təsvir edilmişdir.
Hədayiq əs-siyahət
Hədayiq əs-siyahət (azərb. Səyahət bağları‎) — Hacı Zeynalabdin Şirvaninin əsəridir. Hədaiq əs-siyahət girişdən, 28 fəsildən və nəticədən ibarətdir. Mətn əlifba hərfləri tərtibilə yəni coğrafi lüğətə oxşar formada tərtib edilmişdir. Mətnin mütaliəsindən anlaşılır ki, Şirvani 30 ildən artıq bu əsər üzərində çalışmış və onu hicri-tarixi ilə 1242/1826–27-ci ildə Şiraz şəhərində bitirmişdir. Əsərin sonunda belə yazılmışdır: "Allahın lütfü ilə Hədaiq əs-siyahət adlı bu kitabı şənbə günü, Zilhiccə ayının iyirmi səkkizi, yəni Qədir-Xum bayramı günü, hicri-qəməri tarixi ilə 1242-ci ildə Şiraz şəhərində bitirdim. Bəndəniz hicri-qəməri tarixi ilə 1273-cü ildə dördüncü gün, mübarək ramazan ayının 5-i bu kitabın nüsxəsini də yazıb başa çatdırdım".
Riyaz əs-siyahət
Riyaz əs-siyahət (azərb. Səyahət bağçaları‎) Riyaz əs-siyahət — (fars. ریاض السیاحه‎) əsəri Hacı Zeynalabdin Şirvaninin əsəridir. Hacı Zeynalabdin Şirvaninin Riyaz əs-siyahət, Bustan əs-siyahət və Hədayiq əs-siyahət adlı əsərləri ona dünya şöhrəti gətirmişdir . Riyaz əs-siyahət əsəri 2 hissədən ibarətdir. "Riyaz əs-siyahət"in önəmli hissəsi hicri-tarixi ilə 1237-ci ildə (1821–1822) Qomşedə qələmə alınmışdır. "Riyaz əs-siyahət"in birinci hissəsinin sonunda bu yazı gözə çarpır: "Həqiqətən bu ürəkaçan bağın və ruhu oxşayan nüsxənin yazılması üçün son dərəcə ciddiyyət tələb olunduğu halda, lakin alicənab Abbasqulu Ağa ibn Mirzə Məhəmmədxan səfərə tələsdiyi üçün onun yazılmasını tələb etdikdə məcbur qalıb bir neçə gün ərzində Məhəmməd Təqi ibn Məhəmməd Qasim Salyani ilə birlikdə 1258-ci ilin şəvval/1842-ci ilin noyabr ayında Qubada onu bitirmək şərəfinə nail oldum. Ümidvaram ki, həqiqət axtaranlar onun nöqsan və qüsurlarını fürsətin azlığı və durumun gərginliyindən qaynaqlandığını bilərək islah etməyə çalışacaqlar. "Riyaz əs-siyahət"in ikinci hissəsi hicri-tarixi ilə 1242-ci ilin zilhiccə ayının 7-də, miladi tarixi ilə 23 iyul 1827-ci ildə sona çatmışdır. Aşağıdakı sətirlər bu mövzudan xəbər verir: "O, bu kitabın yazılmasını Məlik Vəhhabın köməyi ilə Şiraz şəhərində hicrətin 1242-ci ilində zilhiccə ayının 27-də bazar ertəsi günü bitirdi".
Azərbaycana Səyahət (1924)
Azərbaycana səyahət filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1924-cü ildə çəkilmişdir. AFKİdə istehsal edilmişdir. Film tamaşaçıları respublikanın mənzərəli təbiəti, onun zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı ilə tanış edir. == Məzmun == Film tamaşaçıları respublikanın mənzərəli təbiəti, onun zəngin yeraltı sərvətləri və mədəni iqtisadi həyatı ilə tanış edir. == Film haqqında == Film rejissor Abbas Mirzə Şərifzadənin rejissor kimi kinoda ilk işidir. == Filmin üzərində işləyənlər == Rejissor: Abbas Mirzə Şərifzadə Ssenarist: Aleksandr Litvinov, Yakov Tolçan Operator: Yakov Tolçan, A. Ardatov == İstinadlar == == Mənbə == Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года. Azərbaycan SSR Elmlər Akademiyası.
Yerin mərkəzinə səyahət
Yerin mərkəzinə səyahət (fr. Voyage au centre de la Terre) — 1864-cü ildə Jül Vern tərəfindən yazılmış fantastik roman. Romanın qəhrəmanı alman professor Otto Lidenbrok yerin mərkəzinə qədər uzanan vulkanik dəliklərin olmasına inanır. O və onun qardaşı oğlu Aksel və bələdçi Hans İslandiyadakı vulkan Snayfeldsin içinə enirlər. Bu səyahət zamanı onları müxtəlif macəralar, təbiətin sürprizləri və nəsli kəsilmiş heyvanlar gözləyir. Hekayə 1863-cü ilin mayında professor Lidenbrokun yeni aldığı original Run manuskriptini araşdırmaq üçün evə tələsməsi ilə başlayır. Araşdırma zamanı Aksel və professor Run əlyazmasını Latın hərflərinə transliterasiya etməyi bacarırlar. Sonda Aksel cümləni arxadan əvvələ oxumaqla kodu çözə bilir. Lakin bu açılımın professoru təhlükəli səyahətə sövq edəcəyindən qorxaraq kodu tapdığını söyləmir. Ancaq professor bu şifrəni çözməyə çox inadlı olduğundan şifrə açılmayınca heç kimə (hətta özünə belə) otaqdan çıxmağa hətta yemək yeməyə belə icazə vermir.
Sabah-2
Şahadət Üsüfov
Şəfahət İmranov
Şəfahət İmranov — Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru. İmranov Şəfahət Aydın oğlu 1972-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildən Azərbaycan Respublikası Prokurorluğuna işə qəbul olunaraq, Bakı şəhəri Əzizbəyov rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru və müstəntiqi, 1999-cu ildən Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində çalışmışdır. 2004-cü ildən Bakı şəhər prokurorluğunun Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsində çalışmış, 2005-ci ilin mart-dekabr aylarında isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini vəzifəsini icra etmişdir. 2005-ci ilin dekabrında icrası həvalə olunmuş vəzifəyə, 2006-cı ildə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun 04 dekabr 2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilmişdir. Ədliyyə general-mayoru hərbi rütbəsindədir. Ölkə Prezidentinin 2018-ci il 28 sentyabr tarixli Sərəncamı ilə isə Ş.İmranov “Tərəqqi” medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.
Saadet Partisi
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir. 2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib. 2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır.