Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Talisman
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend. İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Balistan (Urmiya)
Balistan (fars. بالستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 973 nəfər yaşayır (248 ailə).
Sabirxan (Şot)
Sabirxan (fars. صبيرخان‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Səlimxan Bayramov
Xalisan (Sərdəşt)
Xalisan (fars. خليسان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (19 ailə).
Kalistan-i Süfla
Kalistan-i Süfla (fars. كلستان سفلي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 261 nəfər yaşayır (63 ailə).
Kalistan-i Ülya
Kalistan-i Ülya (fars. كلستان عليا‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər yaşayır (98 ailə).
Talıbxan
Talıbxan — kişi adı.
Talıstan
Talıstan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. Talıstan çayının sol həm də sağ yaşayış yeri və qəbir abidələrindən metal əşyalar, silahlar, zəngin keramika nümünələri və saxsı qablar tapılmışdır. Tapıntılardan məlum olmuşdur ki, bu ərazidə hələ 2-1 əsrlərdə yaşayış olmuşdur. Rayon mərkəzindən 4 km şimal-şərqdə Girdimançayın sağ sahilindən 10 km aralı, Acınohur ön dağlığı yamacındadır. Şimaldan Cavanşir qalası, qərbdən Cülyan kəndi, şərqdən Diyallı kəndi ilə əhatə olunub və dağətəyi ərazidə yerləşir. 1859-1864-cü il olan məlumata əsasən Talıstan kəndində 83 evdə 225 nəfəri kişilər, 117 nəfəri isə qadınlar olmaqla 342 nəfər müsəlman Azərbaycanlılar yaşayırdı. Əhalisi 2556 nəfərdir ki onunda 1295 nəfəri kişi, 1261 nəfəri qadındır.
Alışqan
Alışqan — kibritin ixtirasından əvvəl icad olunmuş alov yaradan polad alətdir. == Yaranması == Bu, köhnə çaxmaqdaşlı silahlarda qayaya vuraraq qığılcım yaradaraq barıt vurmaq üçün istifadə olunan alət idi. Alışqanı alovlandırarkən qığılcımları alovlandırmaq üçün ağac gövdələrindən çıxarılan və qurudulmuş, asanlıqla alovlanan maddələrdən istifadə edilmişdir. Göyərtə, sol əlin baş barmağı və şəhadət barmağı arasında sıxılaraq daşın üstünə qoyulur. Sağ əlində tutulan alışqan daşa dəyəndə yaranan qığılcımla alovlandı. Daha sonra isə pambıq iplik fitillərindən istifadə olunmağa başladı. Çaxmaq daş, və ya fitil dərisindən hazırlanmış ağzı büzməli torbada saxlanılırdı. Hal-hazırda alışqan əsasən siqaret yandırmaq üçün istifadə olunur. Bundan əlavə, butan tipli alovlanma üçün istifadə olunan alətlərə alışqan da deyilir. Əvvəlcə benzin, sonra qaz alışqanları əvəzinə maqnit alışqanlarının istifadəsi adi hala çevrildi.
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Zaza müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına baxmayaraq hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
Talıbxan (Marağa)
Talıbxan (fars. طالبخان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,632 nəfər yaşayır (430 ailə).
Talıstan bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Necmettin Çalışkan
Nəcməddin Çalışkan (1973, Malatya ili) — ilahiyatçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Nəcməddin Çalışkan 1973-cü ildə Malatya ilinin Darende ilçəsində anadan olub. İmam Hatip Liseyində təhsil alıb. Əlcəzairin Əl-Əzhər Universiteti İlahiyat Bölməsindən məzun olub. Ankara Universitetində magistr və PhD dərəcələri alıb. Hatay Mustafa Kamal Universitetində yardımçı dosent və dosent elmi adları alıb. Kənd təsərrüfatı, sənaye, ixrac və satış sahələrində uzun illər çalışıb. Ticarət və Sənaye Palatası Məclisinin sədr müavini, Hatay Mustafa Kamal Universiteti İlahiyyat Bölməsinin Kafedra müdirinin müavini, Əsas İslam Elmləri Bölməsinin müdiri və müəllim vəzifələrində çalışıb. Hatay Jurnalistlər Cəmiyyətinin (HGC) Fəxri Şurasının üzvü olub. Kitabları çap edilib, Millî Gazetedə məqalələri dərc olunub.
Nəcməddin Çalışkan
Nəcməddin Çalışkan (1973, Malatya ili) — ilahiyatçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Nəcməddin Çalışkan 1973-cü ildə Malatya ilinin Darende ilçəsində anadan olub. İmam Hatip Liseyində təhsil alıb. Əlcəzairin Əl-Əzhər Universiteti İlahiyat Bölməsindən məzun olub. Ankara Universitetində magistr və PhD dərəcələri alıb. Hatay Mustafa Kamal Universitetində yardımçı dosent və dosent elmi adları alıb. Kənd təsərrüfatı, sənaye, ixrac və satış sahələrində uzun illər çalışıb. Ticarət və Sənaye Palatası Məclisinin sədr müavini, Hatay Mustafa Kamal Universiteti İlahiyyat Bölməsinin Kafedra müdirinin müavini, Əsas İslam Elmləri Bölməsinin müdiri və müəllim vəzifələrində çalışıb. Hatay Jurnalistlər Cəmiyyətinin (HGC) Fəxri Şurasının üzvü olub. Kitabları çap edilib, Millî Gazetedə məqalələri dərc olunub.
Çalışqan (Silopi)
Çalışqan — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Şəhərin adı 1928-ci il qeydlərində ərəbcə "yeni quyu" mənasını verən Qittəyicədid kimi qeyd olunur. Əvvəllər kənd ikən 30 dekabr 1998-ci ildə bələdiyyə statusu alaraq qəsəbəyə çevrilmişdir.
Alişan dağları
Alişan (çin. 阿里山) — Tayvanda, Yuşan dağından bir qədər aralıda yerləşən dağ sistemi. Dağ sistemi ərazisində Alişan Milli Təbiət Parkı, (çin. 阿里山國家風景區), istirahət zonası və təbiət qoruğu yerləşir. Park ümumilikdə 415 km² ərazini əhatə edir (45 ha). Parka qoruq dağları, dörd qəsəbə, şəlalələr və yüksək dağlıq ərazidə çay plantasiyalarıdaxildir. Szyai şəhəri ilə Alişan meşə dəmiryolu xətti, avtomobil yolu vastəsi ilə əlaqələnir. Park gəzinti yolları və çığırların kəsişdiyi ərazidədir Alişan dağlıq vilayətini çoxlu sayda turist və alpinist ziyarət edir. Bu dağ Tayvanın ən görməli yerlərindən biri hesab edilir və ölkənin milli rəmzlərindən biridir. Burada yerli çay və vassabi xüsusi məşhurluğa sahibdir.
Ağ alışan
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dictamnus generalis E.H.L.Krause Dictamnus odorus Salisb. Dictamnus solitarius Stokes Dictamnus suffultus Wallr. Fraxinella alba (L.) Gaertn.
Ensizyarpaq alışan
Gevond Alişan
Gevond Alişan (erm. Հայր Ղեւոնդ Ալիշան; 6 (18) iyul 1820, Konstantinopol, Osmanlı imperiyası – 9 noyabr 1901, San-Ladzaro-deli-Armeni[d], İtaliya krallığı), həmçinin Leonsio Alişan (it. Leonzio Alishan) və ya Leons Alişan (fr. Léonce Alichan) — erməni əsilli katolik keşişi, tarixçi və şairi. 1885-ci ildə Parisdəki Erməni Tələbələr Fondu Gevond Alişandan Ermənistanı təmsil edəcək bayraq hazırlamağı xahiş etmişdir. Onun tərtib etdiyi ilk bayraq formaca müasir Ermənistan bayrağına bənzəsə də, üzərindəki rənglər fərqli idi. O, daha sonra hazırladığı başqa bir bayraqğı Fransa bayrağından ilhamlanaraq tərtib etmişdir. Bu bayraqdakı rənglər qırmızı, yaşıl və mavi idi. Bunların Nuhun yerə enərkən ardıcıl olaraq gördüyü üç rəng olduğuna inanılır. İngilis yazıçısı Con Raskin "ona həmişə bir növ müqəddəs kimi baxdı"ğını qeyd etmiş, "uzun illər dostu" olduğunu əlavə etmişdir.
Tükcüklümeyvə alışan
Tükcüklümeyvə alışan (lat. Dictamnus dasycarpus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü.
İlayda Alişan
İlayda Alişan (26 fevral 1996, İstanbul) — türkiyəli aktrisa. İlayda Alişan 26 fevral 1996-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Bilgi Universiteti məzunudur.
Talıbxan bəy Talıbxanov
Talıbxan bəy Talıbxanov (24 may 1859, Qaryagin, Şuşa qəzası – Konstantinopol) — Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Şamaxı qəzasının rəisi. Talıbxan bəy Məşədi Hüseyn bəy oğlu 24 may 1859-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Qacar kəndində anadan olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra ailə şəraitində rus dilini öyrənmişdi. 1881-ci ilin avqustun 1-də Bakı şəhəri Ivanov sahəsində katib köməkçisi kimi işə başlamışdı. 1882-ci ildə Quba qəzasına tərcüməçi kimi göndərilmişdi. 1883-cü ilin dekabrından Quba qəzasında pristav köməkçisi vəzifəsinə dəyişilmişdi.4 iyun 1884-cü ildə Qubadakı həbsxanaya baxıcı təyin edilmişdi. 22 sentyabr 1888-ci ildə Quba şəhər pristavının köməkçisi vəzifəsinə dəyişilmişdi. 18 oktyabr 1890-cı ildə yenidən həbsxana baxıcısı vəzifəsinə göndərilmişdi. Talıbxan bəy 31 mart 1892-ci ildə Göyçay qəzasının Bərgüşad nahiyəsinə polis pristavı təyin edilmişdi.
Sarışan hallar nevrozu
Obsessiv-kompulsiv pozuntu və ya qısaca OKP , həmçinin sarışan hallar nevrozu — narahatıq yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. OKP yetişkin insanlarda görünən ən yayılmış psixiki pozuntudur. Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür. Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.