Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarılar
Sarılar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Sarılar (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə.
Sarılar (Germi)
Sarılar (fars. ساري لار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 128 nəfər yaşayır (25 ailə).
Sarılar (Əhər)
Sarılar (fars. ساري لار‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Palıda sarılmış üzüm
Palıda sarılmış üzüm — Vahid Məmmədlinin postmodern ədəbiyyatın seçilən nümunələrindən olan romanı. == Məzmun == Vasif və Ünal adlı iki gəncin uşaqlıqdan yetkinlik çağlarına qədər yaşadıqları rəngarəng və keşməkeşli həyat hekayələrinin toplusu olan romandakı hər bir hekayət ayrılıqda öz süjet xətti və bədii həlli ilə bir roman qədər müstəqil və orjinaldır. Romanın əsas ideyası təbiətin bir parçası olmağın insanı sevdiklərini, dünyanın gözəlliyini qorumağa sövq etdyini anladır. İnsan öz yolundan dönmürsə, sevgisinə inanıb sahib çıxırsa, təbiət və kainat da onu əbədi məhəbbətinə qovuşdurur. Həqiqi sevgi dünyada gözəl iz buraxır, hər kəsin görmək istədiyi minillik palıda sarılmış üzüm tənəyi kimi... İnsanın özü də təbiət qədər bir möcüzədirsə, həyatda baş verənlər də möcüzəvi sonluğa çatır. Reallıqların sərhədinin silindiyi roman, əslində, gənclərin tutmağa həvəsli olmadıqları gündəlikləri, insanın uşaqlığından kamilliyə qədərki tale yolunun, həyata tutunması təməlinin bədii təzahürüdür.
Sarılar yaşayış yeri
Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə. == Tarixi == Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 12400 metrdir. Araşdırmalar göstərir ki, yaşayış yerinin bir qismi indiki Şahbulaq kəndinin altında qalmışdır. Yaşayış binalarının yalnız dağılmış qalıntıları saxlanmışdır. Onların bünövrəsi daşdan, yuxarı qismi isə möhrədən tikilmişdir. Bəzi binaların yerində dördkünc formalı çalalar vardır. Araşdırmalar zamanı toplanan yerüstü materiallar əsasən çəhrayı, bəzən isə boz rəng- də bişirilmiş keramika məmulatından ibarətdir. Çəhrayı rəngdə bişirilmiş keramika məmulatının bir qismi cilalanmışdır. Onlar küpə, kasa, çölmək tipli qabların parçalarından ibarətdir. Arxeoloji materiallara və tikinti qalıqlarına əsasən demək olar ki, yaşayış yerində həyat uzun müddət davam etmişdir.