Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarcalı
Sarıcalı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarıcalı (Ağdam) Sarıcalı (Çəmənli, Ağdam) — Ağdam rayonunun Çəmənli inzibati ərazi dairəsində kənd. Sarıcalı (Sarıcalı, Ağdam) — Ağdam rayonunun Sarıcalı inzibati ərazi dairəsində kənd. Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarıcalı kənd inzibati ərazi vahidində kənd. Yuxarı Sarıcalı — Azərbaycan Respublikasının Tərtər rayonunun Düyərli kənd inzibati ərazi vahidində kənd. Sarıcalı — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Takab şəhristanının inzibati ərazi vahidində kənd. Sarıcalu — İranda, Zəncan ostanının Əbhər şəhristanının Sultaniyə bəxşinin Gözəldərə dehestanında kənd. Sarıcalı (Urmiya) — Sarıcalı (Takab) — Sarıcalı (Sultaniyə) Oxşar Sarıcalı oymağı — Cavanşir elinin qollarından biri. Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Alp sarıcası
Alp sarıcası (lat. Colias thisoa) — pulcuqqanadlılar dəstəsinə, ağ kəpənəklər fəsiləsinə aid nadir kəpənək növü. Kəpənək qanadları açılmış halda 45-50 mm-ə çatır. Rəngi müxtəlifdir. Erkək fərdlərin rəngi açıq narıncı olub, qanadlarının xarici kənarı ensiz qara haşiyəlidir. Dişi fərdlərin rəngi tünd narıncı olub, qanadlarının kənarındakı haşiyə enlidir. Qafqaz, Orta Asiya dağlarında, Azərbaycanda Dərəlyəz və Zəngəzur dağ silsiləsində (Kiçik Qafqaz) və Şahdağda (Böyük Qafqaz) yayılmışdır. Dəniz səviyəsindən 2000-2500 m yüksəklikdə tikanlı gəvən qarışıqlı alp otları bitən sıldırım yamaclarda yaşayır. İyunda və iyulun əvvəlində uçur, şığıyır və yer səthindən çox yüksəyə qalxmır. Dişi fərdlər nadir hallarda uçur, əksər hallarda otlar üzərinə qonur.
Avrorina sarıcası
Avrorina sarıcası (lat. Colias aurorina) — pulcuqqanadlılar dəstəsinin ağ kəpənəklər fəsiləsinə aid nadir növ. İri kəpənəkdir, qanadları açılmış halda 60–70 mm olur. Ön qanadının uzunluğu 25–31 mm-dir. Qanadların rəngi kərpici-narıncı olub, kənarlarə bozumtul-qara haşiyəlidir. Dişilərdə bu haşiyə sarı ləkəlidir. Ön qanadların ortasında qara, arxa qanadların ortasında isə qırmızımtıl-narıncı ləkə vardır. Suriya, Livan, Türkiyə, İran, Yunanıstan, Qafqaz, Orta Asiyada yayılmışdır. Azərbaycanda Naxçıvan MR-da (Şahbuz rayonu), Şamaxı rayonunda (Astraxanka), Altıağacda, Talışda (Zuvand) rast gəlinir. Kəklikotunun, traqakantın, gəvənin çox olduğu kserofil bitki örtüklü quru yamaclarda yaşayır.
Kürd sarıcası
Kürd Sarıcası (lat. Colias chlorocoma) — Pulcuqqanadlılar dəstəsinə, Ağ kəpənəklər fəsiləsinə aid növ. Cənubi Qafqazın subendemikidir. Ön qanadın uzunluğu 27–28 mm, bəzən 33 mm olur. Qanadlar üzərindəki naxış Qafqaz sarıcasında olduğu kimidir. Arxa qanadın kənarındakı haşiyə enlidir. Hər iki qanadın fonu yaşılımtıl – sarıdır. Arxa qanadın ortasında açıq yaşılımtıl – sarı rəngli ləkə vardır. Dişi fərddə qanadların kənarındakı haşiyə enli olub, içəri kənarı açıq rəngli ləkələrlədir. Şimal – Şərqi Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan (Naxçıvan MR dağları, dəniz səv.
Qafqaz sarıcası
Qafqaz sarıcası (lat. Colias caucasica) -Pulcuqqanadlılar dəstəsinə və Ağ kəpənəklər fəsiləsinə aid növ. İri kəpənəkdir, qanadları açılmış halda 50–55 mm-ə çatır. Qanadları qırmızımtıl – narıncı rəngdə olub, kənarları enli qara zolaqlıdır. Ön qanadın üzərində iri qara nöqtə vardır. Arxa qanadın mərkəzində dairəvi narıncı ləkə vardır. Qanadın alt səthində bu ləkə iridir və ikiqatdır. Gürcüstanda Borjomi, Tsaqveri, Bakuriani. Azərbaycanda Murovdağ silsiləsinin cənub yamacları. Traqakant tikanlı gəvən və müxtəlif ot bitkilərinin bitdiyi sıldırım yamaclar.
Saçal Sarmast
Saçal Sarmast (1739–1827) (Sind dilində: سچلُ سرمستُ‎, Urdu dilində: سچل سرمست‎), Əbdül Vahab Faruqi (Urdu: عبد الوہاب فاروقی‎) indiki Pakistanın hüdudlarında yerləşən Sind vilayətində yaşayan Sufi şairi; Kalhoro/Talpur dövründə əsasən Sind dilində olmaqla 7 dildə şeirlər yazmışdır. Buna görə o "Şair-e həft zəban", yəni 7 dildə yazan şair kimi tanınmışdır. O hicri tarixi ilə 1152-ci ildə (miladi tarixi ilə 1739-cu ildə) Ranipur yaxınlığında Darazada anadan olmuşdur. Hal-hazırda Sind əyalətinin Xayrpur məntəqəsindən 40 km cənub qərbdə yerləşən Darazada Saçalın türbəsi mövcuddur. Hər il Saçal Sarmastın vəfatının ildönümünə həsr olunmuş, Ramazan ayının 14-dən başlayaraq Daraza Şərifdə keçirilən 3 günlük mərasim Saçalın ürsü adlanır. Onun poeziyasına əsaslanan ədəbi konfrans, musiqili konsert də keçirilir. Sindin baş naziri Sayed Qaim Əli Şah bu mərasimlə əlaqədar Ramazan ayının 14-də Daraza Şərifdə olur və Sind şairi və sufi müqəddəsinin məzarı üzərinə çələng qoyur. O həmçinin Urs mərasimini açaraq Məhfil-e Samanı ziyarət edir və Saçal Sarmastın ardıcıllarınan ənənəvi üslubda onun şeirlərinə bəslənən musiqiləri dinləyir. Daraza Şərifdə Saçal bağının təməl daşını qoyur və açıq Saçal Muzey guşəsi yaradır. Saçal Sarmastın tərəfdarları Hindistan, Banqladeş, İran, Türkiyə və digər ölkələrdən onu ziyarət etmək üçün bura təşrif buyururlar.
Sarqas (ulduz)
Sarqas və ya Teta Əqrəb (θ Əqrəb, qısaldılmış θ Sco) Əqrəb cənub zodiak bürcünün qoşa ulduzudur. Bu ulduzun görünən ulduz ölçüsü +1,89, açıq havada adi gözlə gecə göyünun ən parlaq ulduzlarından biri kimi görünür. Məsafənin, parallaks üsulunun tətbiqi ilə birbaşa ölçülməsi mümkündür, Hipparkos missiyası zamanı aparılan bu cür ölçmələrdə bu ulduzun Günəşdən məsafəsi 300 işıq ili ( 90 parsek) tapılmışdır. İki komponent Teta Əqrəb A ( bu ulduz Sarqas adlanır) və B .
Sarqas dənizi
Sarqas dənizi – Şimali Amerika materikinin yaxınlığında yerləşir. Sarqas dənizi Atlantik okeanında yerləşir. Dəniz 23—35° ş. e. və 30—68° q. u. arasında yerləşir. Sahəsi axınlardan asılı olaraq 6—7 mln km² təşkil edir. Sahildddən kifayət qədər aralıda yerləşir. Bermud adalarında şimal-şərqdədir.
Koryo-saram
Koyro-saram (kor. 고려사람; rus. Корё сарам) - Əsas hissəsi Rusiya Federasiyasının Uzaq Şərq federal dairəsində yaşayan etnik koreyalı toplum. Koyro-saramlar tarixən keçmiş Sovet Sosialist Respublikaları İttifaqının müxtəlif müttəfiq dövlətlərində yaşamışdılar. 1937-ci ildə SSRİ-nin uzaq şərq regionunda yaşayan etnik koreyalı əhali Orta Asiyaya köçmək məcburiyyətində qalıblar. Bir sıra koyro-saram mənsubiyyətində olan şəxslər Koreyanın azadlığı üçün mübarizə aparmış və həmin dövrdə Yaponiyanın hakimiyyəti altında olan vətənlərini azadlıq mübarizəsinə qoşulub. Bu şəxslərə misal olaraq Honq Beom-donu və ya Çonq Sanq-Çini misal göstərmək olar. 1937-ci ildən etibarən koyro-saramlar Sibir, Özbəkistan, Ukrayna, Özbəkistan, Tacikistan, Estoniya və Belarus kimi keçmiş SSRİ ərazilərinə səpələniblər. Təxminən 500.000 etnik koreyalı hal-hazırda keçmiş Sovet Sosialist Respublikaları İttifaqı ərazisində yaşamaqdadır. Rusiya Federasiyasının cənubunda (Volqoqrad ətrafında) Uzaq Şərq federal dairəsində (Vladivostok ətrafında) Qafqazda və Ukraynanın cənubunda böyük etnik koreya icmaları hələ də mövcuddur.
Koyro-saram

Sarıçam (Adana)
Sarıçam — Adana ilinin ilçəsi. 2018-ci ilin məlumatına görə ilçədə 173.154 nəfər yaşayır.
Düz xətt parçası
Düz xətt parçası – düz xəttin üst-üstə düşməyən 2 nöqtəsi və bu nöqtələr arasında qalan hissəsi adlanır. İki A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələrini birləşdirən düz xətt parçası ya [ A ; B ] {\displaystyle [\;A;\;B]} , yaxud A B {\displaystyle \;A\;B} kimi işarə olunur. A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələri A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri, onlar arasındakı nöqtələr isə daxili nöqtələri adlanır. A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri arasındakı məsafə onun uzunluğu adlanır və | A B | {\displaystyle \;|AB|} kimi işarə olunur. Düz xətt üzərində n sayda nöqtə olduqda həmin düz xətt üzərində parçaların sayı (N) kimi işarə olunur.
İlıq Dənizdə Buz Parçası (1983)
Bu psixoloji dram təqaüdə çıxmış qocaman neftçi (Həsənağa Turabov) haqqında danışır. O, ürəyinin hökmü ilə yenidən dəniz mədəninə qayıdır və burada ən çətin sahədə gənclərə dayaq olur. Pritça düzgünlük, təmənnasızlıq, cəsurluq, xeyirxahlıq və ədalət kimi keyfiyyətləri tərənnüm edir. Film yazıçı Cəmil Əlibəyovun "Qış macərası" povestinin motivləri əsasında yaradılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Əsərin müəllifi: Cəmil Əlibəyov Ssenari müəllifi: Pavel Finn Quruluşçu rejissor: Yuli Qusman Quruluşçu operator: Valeri Kərimov Quruluşçu rəssam: Fikrət Əhədov Bəstəkar: Xəyyam Mirzəzadə Geyim rəssamı: Abdulla Azəroğlu Səs operatoru: Tatyana Kərimova Rasim Balayev — Məmməd Həsənağa Turabov — təqaüdçü Həsən Məmmədov — direktor Tanilə Əhmərova — gəlin Vəliəhd Vəliyev — Muradov Sədayə Mustafayeva — təqaüdçünün arvadı Kazım Abdullayev — sürücü Mərkəzi Televiziya (Moskva) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
İlıq dənizdə buz parçası (film, 1983)