Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları
Bor-azot-kükürd saxlayan alkilfenolyat aşqarları - molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor atomları daxil edilən aşqarlardır. == Ümumi məlumat == Alkilfenol tipli aşqarların dünya miqyasında yağlara əlavələri kimi alınması və tətbiqi 70-80 il əvvələ təsadüf edir. Sovetlər birliyində bu aşqarların sənayedə istehsalı 1950-ci illərdən başlamışdır. Onların nümayandələri yüksək kül ədədinə və aşağı qələviliyə malik barium duzlarından ibarət olmuşdur. Inkişaf edən texnika ilə bağlı, mühərriklərin müasir tələblərinə cavab verə bilmədikləri üçün az küllü və yüksək qələvili kalsium duzları ilə əvəz edilmişlər. Alkilfenolyatları əlverişli motor yağı əlavələri edən onların çoxfunksiyalı olmalarıdır. Bu keyfiyyətlər neytrallaşdırıcı-yuyucu və dispersedici, korroziya, oksidləşmə, yeyilməyə qarşı, termiki stabillik, mühafizə edici, suya davamlıq kimi xassələrdir. Göstərilən xassələr onların molekul tərkiblərinə müxtəlif fraqmentlər halında daxil edilən azot, kükürd, bor, heteroatomları, karboksil, hidroksil qrupları, fenolyat, karbonat, karboksilat kimi qələvilik mərkəzləri ilə bağlıdır. Bütün bunlar motor yağı vasitəsi ilə mühərrik detallarına çatdırılaraq, onun istismar müddətinin uzanmasına səbəb olur. == Alınması == Fenolyatların alınmasında mühüm şərtlərdən biri korroziyon aqressiv fenol OH-larının qapanmasıdır ki, bunun da ən əlverişli yolu qələvi metal hidroksidləri, xüsusən Ca(OH)2 ilə mümkün olur.
Axlatyan
Əxlətyan, Əhlətyan, Axlatyan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Bazarçayın sağ tərəfində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Axlatyan formasında yazılır. Toponim ehtimal ki, «qardaşlar» mənasında işlənən əxi sözü ilə bağlıdır.
Sarayan
Sarayan — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Sarayan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,098 nəfər və 2,933 ailədən ibarət idi.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Oğulcan Çağlayan
Oğulcan Çağlayan (22 mart 1996, Altındağ ilçəsi, Ankara ili) — Türkiyə futbolçusu. "Qalatasaray PFK" klubunun hücumçusudur. 14 fevral 2014-cü ildə Super Liqada debüt etdi.
Çağlayan (Qars)
Çağlayan — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 181 nəfərdir (2022).
Dalayan ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Sarayan şəhristanı
Sarayan şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarayan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 34,636 nəfədən ibarət idi.
Zori Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Xankəndi şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
Zoriy Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Xankəndi şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
Gomuşçu (Salyan)
Gomuşçu — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Tədqiqatçılar oykonimləri Şahsevənlərin gomuşçu tayfasının adı ilə əlaqələndirirlər.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Həsənli (Salyan)
Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir.
Kolanı (Salyan)
Kolanı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Düzənlikdədir. == Tarix == XIX əsrdə Dağ Kolanı adı ilə Quşçu-Şamaxı yolu üstündə yaşayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək indiki kəndin əsasını qoymuşlar. Yerli əhali yaşayış məntəqəsini Qumlavar Kolanısı da adlandırır. Oykonim kolanı tayfasının adı ilə bağlıdır. == Əhalisi == Bu kənddə Kolanlı tayfası meskunlaşıb təqribi olaraq 1845-ci illərdən məskunlaşan Kolanlılar buradan: Biləsuvar, Əli-bayramlı, Şamaxı və Naxçıvanın cənub qərbində oğuz türk tayfasından olan bu Kolanlılar adət-ənənələrini davam etdirirlər. Kolanlı tayfası qədim türk tayfaları arasında ən böyük tayfalardandır. Salyan rayonunda yerləşən kolanlı tayfası özü də 3 hissəyə bölünüb: Şahbazlılar, Mənsimovlar və Məmmədovlar nəsli, lakin Məmmədovlar sonradan Şamaxıya köç ediblər bununla da əlaqə tam olaraq kəsilib. Hal-hazırda Şahbazlılar və Mənsimovlar Biləsuvar rayonunda (keçmış Puşkin) r-nunda daha çox məskunlaşıblar.[mənbə göstərin] == Foto məlumatlar == Kolanı kəndi 2018 == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Kərimbəyli (Salyan)
Kərimbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal-qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950-60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir.
Peyk (Salyan)
Peyk — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Peyk kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Peyk kəndində Rayon İcra hakimiyyəti başçısının görüş-qəbulu Salyan rayon İcra hakimiyyəti başçısının 4 sentyabr 2012-ci il tarixdə Varlı kənd inzibati ərazi dairəsinin Peyk kəndində səyyar görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda 145 nəfər kənd sakini iştirak etmişdir. Rayonun hüquq-mühafizə orqanları, xidmət təşkilatı rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etməsinə şərait yaradılmışdır. Qəbulda kənd sakinlərindən Faiq Sərxan oğlu Zərbalıyev, Meyrənsə Hüseynbaba qızı Əliyeva, Ənvər Məlik oğlu Həsənov, Rəşidov Aydın Babasəli oğlu, Ağamədi Şərəfxan oğlu Əlirzayev, Yədulla İsa oğlu Əliyev və başqaları son vaxtlar rayonda aparılan abadlıq-quruculuq işlərini, ərazidən keçən Kürsəngi-Yolüstü kəndarası yolunun tikintisini böyük məmnunluqla qeyd etmiş, eyni zamanda kollektorların təmizlənməsi, elektrik dirək və naqillərin dəyişdirilməsi, kəndin qazlaşdırılmasının sürətləndirilməsi, qış aylarında kənd məktəbin qızdırılması ilə əlaqədar müraciətlər etmişlər. Vətəndaşların müraciətləri yerində araşdırılmış və icrası ilə əlaqədar konkret vaxt qoyulmaqla aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda aparılan işlər barədə kənd sakinlərinə məlumat vermişdir.[mənbə göstərin] Peyk kəndi Birinci Varlı, İkinci Varlı kəndləri ilə birlikdə Varlı bələdiyyəsinin daxilindədir. Kənddə Peyk kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarabağlı (Salyan)
Qarabağlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Qarabağlı kəndinin maraqlı tarixi var. Tarixi mənbələrdə göstərilir ki, Qarabağlı kəndi əsasən 1698–1700-cü illərdə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşmışdır. Bu fakt Qarabağlı kənd qəbristanlığında olan hicri tarixi ilə yazılmış baş daşlarında olan əski əlifba ilə yazılan yazılardan məlum olur. Sonradan 1845-ci illərdən, 1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşmiş, həmdə qışlaqlarını burada salmışdır. 1948-ci ildə isə Stalinin əmri ilə Qərbi Azərbaycandan, yəni Ermənistanın Əzizbəyov rayonundan (keçmiş Dərələyəz mahalı, 18-ci əsrdə Qarababa adlanan sonralar Paşalı adlanan, əsasən Terp (Tarixi mənbələrdə Derp) və Tarp kəndləri) buraya 80–90 ailə köçürülmüş və burada onlara yaşayış evləri tikilmişdir.[mənbə göstərin] Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlər. 2009-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında Qarabağlı kəndinin cəmi əhalisi 8367 nəfər olub. Qasımov Elməddin Aqil oğlu (1999-2020) Daşdəmirov Elmar Seymur oğlu (2001-2020) Mustafayev Samir Elşən oğlu (1995-2020) Xanəlıyev Albaba Elşən oğlu (2002-2020) Şirəliyev Kənan Telman oğlu (2001-2020) 15 sentyabr 2012-ci il tarixində rayonun Qarabağlı kəndində 480 şagird yerlik tam orta məktəb binasının açılıb. Ümumilikdə Qarabağlı inzibati vahidliyində 4 təhsil ocağı var. Qarabağlı-1 və Qarabağlı-2 saylı tam orta məktəb Qarabağlı kəndində yerləşir.
Qızılağac (Salyan)
Qızılağac — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Qızılağac kənd məscidi dini icması fəaliyyət göstərir.
Salyan (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Salyan hakimliyi — Salyan sancağı — Şirvan əyalətinin sancağı Salyan sultanlığı — sultanlıq. Salyan rayonu — Azərbaycan Respublikasında rayon. Salyan — Azərbaycan Respublikasında şəhər.
Salyan (şəhər)
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Salyan bələdiyyələri
Salyan bələdiyyələri — Salyan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Salyan bələdiyyəsi
Salyan bələdiyyələri — Salyan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Salyan döyüşləri
Salyan döyüşləri — daşnak-erməni silahlı birləşmələri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan hərbi birləşmələrinin keçirdiyi döyüş əməliyyatlarından biri. Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin əsasən erməni zabit və əsgərlərindən ibarət olan qoşunlarına qarşı 1918-ci il iyunun sonunda və iyulun ortalarında Salyan bölgəsində (Kür çayı boyunca və indiki Neftçala ətrafında) baş vermişdir. Salyan ətrafında döyüşlərin aparılmasına hər iki tərəf mühüm diqqət yetirirdi. Çünki Muğanda bol taxıl ehtiyatları var idi. Digər tərəfdən Kür boyu ərazilərin nəzarət altında saxlanması ilə bolşevik-daşnak qüvvələrinin Yevlaxa qədər üzüb Yevlax körpüsünü partlatmaq təhlükəsinin qarşısını almaq olardı. Buna nail olmaq üçün Qafqaz İslam Ordusu komandanlığı konkret tədbirlərə əl atdı, çar ordusunda xidmət etmiş mayor Nazim Ramazanovun komandalığı altında Cavadda silahlı dəstə təşkil olunmasına yardım göstərildi. Dəstəyə 10-cu Qafqaz piyada alayının 28-ci taborundan bir bölük, 30-cu taborundan bir pulemyot tağımı və iki rus topu verildi. Azərbaycan süvarilərindən ibarət 140 nəfərlik bir dəstə də N. Ramazanovun tabeliyində idi. İyunun 26-da Qarabucaq kəndində düşərgə salan bolşevik-daşnak qüvvələri səhərisi gün Kür çayının hər iki sahili boyunca irəliyə doğru hərəkətə başladı. Surra kəndi yaxınlığında N. Ramazanovun dəstəsinin mühafizə postlarında dayanmış azsaylı döyüşçülərlə düşmən qüvvələri arasında iki saata qədər davam edən döyüş baş verdi.
Salyan düzü
Salyan düzü — Kür çayının sağ sahilində Muğan düzü ilə Xəzər dənizi arasındakı ərazidə yerləşir. Xüsusilə Qızılağac körfəzinin sahil boyu əraziləri bataqlıqlaşmışdır. Ərazisindən Bakı-Astara dəmir yolu keçir. Quruçöl-yarımsəhra iqliminə sahibdir. Cənub-şərqi bataqlıq fauna və florası ilə zəngindir. Qızılağac Milli Parkının ərazisinin bir hissəsini əhatə edir.
Salyan mahalı
Salyan mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. Şamaxı xanlığının qonşu xanlıqlarla Salyan uğrunda mübarizəsi daha çox diqqəti cəlb edir. Ona görə ki, Salyan mahalında Mustafa xanın 1400 ailə yaşayan 25 mülkü var idi (2, 176). 1789-cu ildə Qubalı Fətəli xanın ölümündən sonra Mustafa xan Salyana sahib olur. 1799-cu ildə xanlığın ərazisini, xüsusilə Ağsu şəhərini dəhşətli taun xəstəliyi bürüyür. Yaranmış vəziyyətdən qubalı Şeyxəli xan istifadə edərək Salyanı ələ keçirir. Çar I Pavel Şeyxəli xanın "könlünü almaq üçün" 1799-cu il sentyabrın 1-də verdiyi fərman ilə onu bəzi ərazilərlə birlikdə Salyanın da hakimi elan etmişdir. Lakin Şeyxəli xan Dərbəndə qayıdan kimi Salyan hakimləri və yerli əhalinin təklifi ilə Mustafa xan yenidən Salyana sahib olur. Bu mahalda 1821-ci ildə Salyan, Seyidan Şahsevən, Əhmədbəyli, Novruzəlibəyli, Məmmədəlibəyli, Qaramanlı, Bayat, Surra, Xocaçobanlı, Arbatan, Qızılağac, Ərəbqardaşbəyli, Gəzəmənarxı, Marışlı, Şilli, Sarvan, Şorsulu-Xilli, Ballıca, Beşdəli, Ərdəbilli kəndləri vardı. Salyan mahalının sakinləri əkinçilik, üzümçülük, balıqçılıq, çaparlıq, arabaçılıq, duz istehsalı.
Salyan qəzası
Cavad qəzası (rus. Джеватский уезд) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı quberniyasında inzibati ərazi vahidi. Mərkəzi 1916-cı ilə qədər Cavad, bu ildən isə Salyan şəhəri idi. Rus çarı II Aleksandrın (1855–81) Zaqafqaziya və Qafqaz diyarının idarəçiliyinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli fərmanına əsasən, təşkil edilmişdi. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. 1920-ci ildə Cavad qəzası Azərbaycan SSR-in tərkibinə daxil olmuş və Salyan adlandırılmışdır. 1929-cu ildə ləğv edildi. Salyan qəzasını VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə eyni inzibati ərazi çərçivəsində Muğan mahalı əvəz etmişdir. Bakı quberniyasının ən böyük qəzası olmuşdur. 1870-ci il məlumatına görə, ərazisi 9837,5 kv.
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.
Dаlаyаn ağəsmə