Əxlətyan, Əhlətyan, Axlatyan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[2]
kənd | |
Əxlətyan | |
---|---|
39°26′32″ şm. e. 46°02′07″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Sisyan rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.775 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 12 km cənubda, Bazarçayın sağ tərəfində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Erməni mənbələrində Axlatyan formasında yazılır[5]. Toponim ehtimal ki, «qardaşlar» mənasında işlənən əxi sözü ilə bağlıdır.
S.P.Zelinski yazır ki, Zəngəzur qəzasında Axlatian, Prnakot və Şinətaq adlı cəmi üç erməni kəndi yerlidir, qalan erməni kəndləri 1826-28-ci illərdən sonra gəlmədir[6]