Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qayvan
Qayvan (蓋碗/盖碗; hərfən— “qapaqlı qab”) – ənənəvi Çin çay mərasimində istifadə edilən çay dəmləmək üçün qab. Bəzən (蓋杯 gay bey — “qapaqlı fincan”) və ya 焗盅 (szyu çjun — “istiliyi saxlayan qab”) da adlandırırlar. == Tarixi == Qayvan — qabın müasir adıdır. O Min sülaləsi dövründə ixtira olunmuşdur.Min sülaləsi dövründən qabaq çay hazırlandığı qabdan fincanlara süzülürdü. Bu baxımdan qayvan çayın dəmləndiyi qabdan birbaşa fincana süzülməsinin qarşısını alan qab kimi ixtira edilmişdi. O dövrdə qayvanlar daha böyük idilər. Müasir qayvan- fincan (80-250 ml), qapaq və nəlbəkidən ibarət dəstdir. Nəlbəki torpağı, qapaq səmanı, fincan isə onların arasında olan insanı təcəssüm etdirir. == İstifadəsi == Qayvandan həm çaynik kimi, həm də fincan kimi istifadə etmək olar. Klassik qaydaya uyğun olaraq qayvanlar saxsıdan hazırlanırlar.
Sarvan
Sarvan — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Salam Sarvan — Yazıçı, şair, publisist.Şəhərlər GürcüstanSarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi.Kəndlər AzərbaycanSarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd.GürcüstanSarvan (kənd) - Gürcüstanın Marneuli bələdiyyəsində kənd.Bələdiyyələr AzərbaycanSarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə.GürcüstanSarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Saypan
Saypan (ing. Saipan) — Şimali Marian adalarının paytaxtı; ada-şəhər. == Əhalisi == Ada-şəhərin əhalisi 62,4 min nəfərdir (2000), bu ölkə əhalisinin dörddə üçü deməkdir. Əsas ünsiyyət kkimi ingilis dilindən istifadə edilir. Məişətdə yerli xalqın dili olan çamorro geniş yayılıb. Şəhərdə Çin, Banqladeş, Filippin, Tailand, Vyetnam, Kamboca, yaponiya və Koreyadan gələnlər çox saydadırlar.
Tayvan
Tayvan və ay rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bu günkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Aran Sarvan
Aran Sarvan Marneuli rayonunda kənd adı. == Toponimkası == Aran Sarvan- Marneuli rayonunda kənd adı. Kənd Sarvan elinin və Qızıl Hacılı elindən bir qrup ailənin aranda (düzdə, yəni, qışlaq yerində) məskunlaşması nəticəsində yaranmışdır.
Baydar (Sarvan)
Baydar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Candar (Sarvan)
Candar, Aran Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd..
Hallavar (Sarvan)
Hallavar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Keşəli (Sarvan)
Keşəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Kəpənəkçi (Sarvan)
Kəpənəkçi (Kürüstü Kəpənəkçi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqeyi == Kəpənəkçi kəndi Marneuli rayonunun Qardabani ilə sərhəd zonasında Kür çayının sağ sahilində dəniz səviyyəsindən 280-300 metr hündürlükdə yerləşir. == Əhalisi == 2002-ci ilin siyahıyaalmasının nəticələrinə əsasən kənddə 1383 nəfər əhali yaşayır ki, bunların da 711-i kişilər, 672-si isə qadınlardır. Kənd əhalisinni 96%-i azərbaycanlılardan ibarətdir. = Xarici keçidlər = Региональный Информационный портал Квемо-Картли: Поселившимся в Квемо Болниси беженцам выдали удобрение для аграрной деятельности.
Lələli (Sarvan)
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Mahmudlu (Sarvan)
Mahmudlu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qasımlı (Sarvan)
Qasımlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci il yanvar tarixinə olan məlumata görə 2921 nəfər 2014-cü ilin məlumatına görə isə kənddə yaşayanların sayı 2299 nəfərdir (1162 kişi,1137 qadın). === Tanınmış sakinləri === Bürcəli Əsgərov — Azərbaycan aktyoru, Azərbaycan Respublikası əməkdar artisti.
Qaçağan (Sarvan)
Qaçağan — Gürcüstanın Aşağı Kartli bölgəsinin (Borçalı), Marneuli bələdiyyəsinin ərazisində, inzibati-ərazi vahidi və türkdilli əhali yaşayan kənd. == Tarixi == Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma qurluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilmişdir. Qaçağan kəndi yaxılığında aparılmış arxeoloji qazıntılar təsdiq edir ki, kəndin ərazisində hələ e.ə. II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələr kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığını təsdiq edir. 1118-ci ildə Gürcü çarı Qurucu David Qaçağan ərazisini qıpçaq xanı Artıq xana yaxın şəxs sayılan Qaraçuxa Arslana iqta verildiyini təsdiq edir. 654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi Tiflis Müsəlman Əmirliyinin tərkibində olmuşdur. 1116-ci ildə ərazi Gürcü çarlığının tərkibinə daxil edilmişdir. 1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edildi və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam etdi.
Qurdlar (Sarvan)
Qurdlar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Tanınmış şəxsləri == İsgəndərov İsgəndər Namaz oğlu - İkinci dünya müharibəsi iştirakçısı.
Quşçu (Sarvan)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qızılhacılı (Sarvan)
Qızılhacılı və ya Aran Qızılhacılı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqe == Qızılhacılı kəndi Marneuli şəhərinin qərb hissədində, dəniz səviyyəsindən 400–420 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Bala Muğanlı, Tamaris, Hallavar və Candar kəndləri ilə qonşudur. == Əhali == 2002-ci il siyahıyalamasının nəticələrinə əsasən Qızılhacılı kəndinin əhalisinin sayı 7124 nəfər (rayon əhalisinin 7,5%-i) olmuşdur ki, onlardan da 50,5%-i kişilər, 49,9%-i isə qadınlardır. Kənd əhalisinin 98%-i azərbaycanlılardan ibarətdir. Qızılhacılı əhalisinin sayına görə Sadaxlı kəndindən sonra Borçalının azərbaycanlılar yaşayan ən iri kəndi hesab olunur. == Təsərrüfatı == Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Faraş tərəvəzçilik və kartofçuluq kifayət qədər inkişaf etmişdir.
Sabir Sarvan
Məlikov Sabir Soltan oğlu — şair, tərcüməçi, Prezident təqaüdçüsü Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996–2016-cı ilə qədər AYB Sumqayıt bölməsinin sədri vəzifəsində çalışmışdır. == Həyatı == Sabir Soltan oğlu Məlikov 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Əsil anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanım övladlığa götürmüş, onun himayəsində böyüyüb, təlim-tərbiyə almışdır. 1971-ci ildə Sarvan kəndində səkkizillik məktəbi,1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdir. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakultəsinin bitirmişdir.1977-1980-ci illərdə N.Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, 1981-1987-ci illərdə isə Bakı Tədris Teatrında aktyor işləmişdir. Onun üçün Vətən məvfumu böyük məna kəsb etsə də, doğulduğu yurda, elə-obaya bağlılığı ilə də örnək idi. Hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onlarla zarafatlaşar, dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi. 2014-cü ildə Ağsu rayonunda, 2016-cı ildə Sumqayıt şəhərində, 2017-ci ilin fevral ayında AYB-nin “Natavan” klubunda 60 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. 2017-ci il, fevral ayının 28-də onu çoxdan narahat edən kəskin ağrılar ucbatından Sumqayıt 1 saylı xəstəxanaya yerləşdirilmiş, lakin həkimlər Bakı şəhərində yerləşən “Neftçilər” xəstəxanasına yerləşdirməyi məsləhət görmüşlər. 2017-ci il mart ayının 14-də saat 03.
Sabirkənd (Sarvan)
Sabirkənd (gürc. საბირქენდი) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Safvan Mbaye
Safvan Mbaye (20 aprel 1997, Paris) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. O, həmçinin Komor adaları vətəndaşlığını daşıyır. == Klub karyerası == === Monako === Mbaye öz peşəkar karyerasında debütünü Monako klubu ilə 26 aprel 2017-ci ildə etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Monako Fransa Kubokunun yarımfinal mərhələsində Pari Sen-Jermenə 5-0 hesabı ilə məğlub olmuşdur. Mbaye 51-ci dəqiqədə avtoqolla yadda qalmışdır.
Salam Sarvan
Salam Sarvan (1966, Astraxanbazar rayonu) — Azərbaycanlı yazıçı, şair. == Həyatı == Salam Sarvan - şair. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Hazırda Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir. == Yaradıcılığı == "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub.Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrayn dilində nəşr edilib.
Sayman Aruz
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri == Həyatı == Sayman Aruz ( Saman Həsənzadə) aprel 19, 1979-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur. 2001 və 2007-cu illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", “Dənizləri yelləndirən faciə” adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır.
Qırıxlı (Sarvan)
Qırıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci ilin rəsmi siyahıya alınmasına görə , Qırıxlı kəndinin əhalisi 1262 nəfər olaraq, onların 100% Azərbaycan türkləridir. == Toponimiyası == Kəndin adı Oğuz türklərinin Əfşar boyunun Qırıxlı tayfasının adından gəlir. == İqtisadiyyat == Əhali əsasən əkinçilik, qoyunçuluq , maldarlıq və tərəvəzçiliklə məşğul olur. == Din == Kənddə Həzrət Fatiməyi-Zəhra adına məscid fəaliyyət göstərir.
Sarvan (Borçalı)
Marneuli (gürc. მარნეული; azərb. Sarvan‎) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Marneuli bələdiyyəsinin inzibati mərkəzi. 1929-cu ilədək Sarvan, Zaqafqaziyada ilk dəfə rayon inzibati-ərazi bölgüsü təsis edildikdən sonra isə 1947-ci ilə kimi Borçalı, 1947-ci ildən 1952-ci ilədək Sərvan, 1952-ci ildən sonra isə Marneuli adını daşımışdır. == Etimologiya == Sarvan Azərbaycan dilində "dəvəçi" deməkdir. Fars dilindən alınan sözün əsli "sərban" (fars. ساربان‎‎) olub, "dəvələrin hamisi" deməkdir. == Tarix == Marneuli 1964-cü ildə şəhər statusunu almışdır. İkinci dünya müharibəsinin başlanmasından az sonra 1941-ci ildə o vaxtlar kənd olan Marneuli yaxınlığında Sovet ordusunun hərbi Aerodromu tikilərək istifadəyə verilmişdir. Aerodromdakı təyyarələr Almaniya ordusuna qarşı bir sıra döyüşlərdə iştirak edirdi.
Sarvan (Salyan)
Sarvan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Əhatə etdiyi kəndlər == Bəydili kəndi Dayıkənd kəndi == Din == Kənddə Sarvan kənd məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxsiyyətləri == Qüdrət Səmədov — kolxoz sədri, sosialist əməyi qəhrəmanı.
Sarvan (Şabran)
Sarvan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.