SARVAN

bax sarban.
Sarvanlar uyqulu, dəvələr yorğun; Nədir bu heçlikdə bu gülünc oyun?! M.Müşfiq.
“Allahü-əkbər!” – deyə sarvan dua oxuyur. B.Vahabzadə.

Etimologiya

  • SARVAN Fars mənşəlidir, əsli sərban kimidir. Farslar dəvəyə sar deyirlə (sər isə fars­ca “baş” deməkdir). Sarvan hərfi mənada “dəvəçi” deməkdir, indi karvanı
SARSITMAQ
SASANİLƏR
OBASTAN VİKİ
Aran Sarvan
Aran Sarvan Marneuli rayonunda kənd adı. == Toponimkası == Aran Sarvan- Marneuli rayonunda kənd adı. Kənd Sarvan elinin və Qızıl Hacılı elindən bir qrup ailənin aranda (düzdə, yəni, qışlaq yerində) məskunlaşması nəticəsində yaranmışdır.
Baydar (Sarvan)
Baydar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Candar (Sarvan)
Candar, Aran Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd..
Hallavar (Sarvan)
Hallavar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Keşəli (Sarvan)
Keşəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Kəpənəkçi (Sarvan)
Kəpənəkçi (Kürüstü Kəpənəkçi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kəpənəkçi ərazi birliyinə daxildir bu kəndlər: İkinci Kosalı Birinci Kosalı Kəpənəkçi İlməzli Keşəli Ambarovka Alget üzümçülük təsərüfatı == Coğrafi mövqeyi == Kəpənəkçi kəndi Marneuli rayonunun Qardabani ilə sərhəd zonasında Kür çayının sağ sahilində dəniz səviyyəsindən 280-300 metr hündürlükdə yerləşir. == Əhalisi == 2002-ci ilin siyahıyaalmasının nəticələrinə əsasən kənddə 1383 nəfər əhali yaşayır ki, bunların da 711-i kişilər, 672-si isə qadınlardır. Kənd əhalisinni 96%-i azərbaycanlılardan ibarətdir. = Xarici keçidlər = Региональный Информационный портал Квемо-Картли: Поселившимся в Квемо Болниси беженцам выдали удобрение для аграрной деятельности.
Lələli (Sarvan)
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Mahmudlu (Sarvan)
Mahmudlu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qasımlı (Sarvan)
Qasımlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci il yanvar tarixinə olan məlumata görə 2921 nəfər 2014-cü ilin məlumatına görə isə kənddə yaşayanların sayı 2299 nəfərdir (1162 kişi,1137 qadın). === Tanınmış sakinləri === Bürcəli Əsgərov — Azərbaycan aktyoru, Azərbaycan Respublikası əməkdar artisti.
Qaçağan (Sarvan)
Qaçağan — Gürcüstanın Aşağı Kartli bölgəsinin (Borçalı), Marneuli bələdiyyəsinin ərazisində, inzibati-ərazi vahidi və türkdilli əhali yaşayan kənd. == Tarixi == Qaçağan Cənubi Qafqazın qədim yaşayış məskənlərindən biridir. Kəndin 1 kilometrliyində yerləşən "Təkəli" kurqanında aparılan arxeoloji qazıntılar zamanı ibtidai icma qurluşu dövrünə aid qəbirlər və yaşayış məskəni, kiçik gil parçalardan bütöv antropomorfik qadın heykəlcikləri aşkar edilmişdir. Qaçağan kəndi yaxılığında aparılmış arxeoloji qazıntılar təsdiq edir ki, kəndin ərazisində hələ e.ə. II minillikdə yaşayış məskənləri olub. Tarixi mənbələr kəndin XII əsrdə Dəşti-Qıpçaq çölündən gəlmiş Qıpçaq tayfaları tərəfindən salındığını təsdiq edir. 1118-ci ildə Gürcü çarı Qurucu David Qaçağan ərazisini qıpçaq xanı Artıq xana yaxın şəxs sayılan Qaraçuxa Arslana iqta verildiyini təsdiq edir. 654–1116-ci illərdə indiki Qaçağan kəndi ərazisindəki yaşayış məntəqəsi Tiflis Müsəlman Əmirliyinin tərkibində olmuşdur. 1116-ci ildə ərazi Gürcü çarlığının tərkibinə daxil edilmişdir. 1460-cı ildə Ağqoyunlu dövlətinin bəylərbəyinə tabe edildi və burada Ağqoyunlu hakimiyyəti 1497-ci ilə qədər davam etdi.
Qurdlar (Sarvan)
Qurdlar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Tanınmış şəxsləri == İsgəndərov İsgəndər Namaz oğlu - İkinci dünya müharibəsi iştirakçısı.
Quşçu (Sarvan)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qırıxlı (Sarvan)
Qırıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci ilin rəsmi siyahıya alınmasına görə , Qırıxlı kəndinin əhalisi 1262 nəfər olaraq, onların 100% Azərbaycan türkləridir. == Toponimiyası == Kəndin adı Oğuz türklərinin Əfşar boyunun Qırıxlı tayfasının adından gəlir. == İqtisadiyyat == Əhali əsasən əkinçilik, qoyunçuluq , maldarlıq və tərəvəzçiliklə məşğul olur. == Din == Kənddə Həzrət Fatiməyi-Zəhra adına məscid fəaliyyət göstərir.
Qızılhacılı (Sarvan)
Qızılhacılı və ya Aran Qızılhacılı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqe == Qızılhacılı kəndi Marneuli şəhərinin qərb hissədində, dəniz səviyyəsindən 400–420 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Bala Muğanlı, Tamaris, Hallavar və Candar kəndləri ilə qonşudur. == Əhali == 2002-ci il siyahıyalamasının nəticələrinə əsasən Qızılhacılı kəndinin əhalisinin sayı 7124 nəfər (rayon əhalisinin 7,5%-i) olmuşdur ki, onlardan da 50,5%-i kişilər, 49,9%-i isə qadınlardır. Kənd əhalisinin 98%-i azərbaycanlılardan ibarətdir. Qızılhacılı əhalisinin sayına görə Sadaxlı kəndindən sonra Borçalının azərbaycanlılar yaşayan ən iri kəndi hesab olunur. == Təsərrüfatı == Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Faraş tərəvəzçilik və kartofçuluq kifayət qədər inkişaf etmişdir.
Sabir Sarvan
Məlikov Sabir Soltan oğlu — şair, tərcüməçi, Prezident təqaüdçüsü Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1996–2016-cı ilə qədər AYB Sumqayıt bölməsinin sədri vəzifəsində çalışmışdır. == Həyatı == Sabir Soltan oğlu Məlikov 1956-cı il mart ayının 5-də Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Əsil anası Cəmilə xanım olsa da, bir yaşından Sarvan kəndində yaşayan ana nənəsi Səkinə xanım övladlığa götürmüş, onun himayəsində böyüyüb, təlim-tərbiyə almışdır. 1971-ci ildə Sarvan kəndində səkkizillik məktəbi,1973-cü ildə isə Növcü kənd orta məktəbini bitirmişdir. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakultəsinin bitirmişdir.1977-1980-ci illərdə N.Vəzirov adına Lənkəran Dövlət Dram teatrında, 1981-1987-ci illərdə isə Bakı Tədris Teatrında aktyor işləmişdir. Onun üçün Vətən məvfumu böyük məna kəsb etsə də, doğulduğu yurda, elə-obaya bağlılığı ilə də örnək idi. Hər dəfə Pirhəsənliyə yolu düşəndə ahıl insanlara, kimsəsizlərə baş çəkər, onlarla zarafatlaşar, dərd-sərini öyrənib, əlindən gələn köməyi edərdi. 2014-cü ildə Ağsu rayonunda, 2016-cı ildə Sumqayıt şəhərində, 2017-ci ilin fevral ayında AYB-nin "Natavan" klubunda 60 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur. 2017-ci il, fevral ayının 28-də onu çoxdan narahat edən kəskin ağrılar ucbatından Sumqayıt 1 saylı xəstəxanaya yerləşdirilmiş, lakin həkimlər Bakı şəhərində yerləşən "Neftçilər" xəstəxanasına yerləşdirməyi məsləhət görmüşlər. 2017-ci il mart ayının 14-də saat 03.
Sabirkənd (Sarvan)
Sabirkənd (gürc. საბირქენდი) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Salam Sarvan
Salam Sarvan (1966, Astraxanbazar rayonu) — Azərbaycanlı yazıçı, şair. == Həyatı == Salam Sarvan - şair. 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Hazırda Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir. == Yaradıcılığı == "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub.Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrayn dilində nəşr edilib.
Sarvan Mirzəyev
Sarvan Əli oğlu Mirzəyev (1 yanvar 1995; Zevin, Yardımlı — 11 noyabr 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Sarvan Mirzəyev 1 yanvar 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sarvan Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlər zamanı həlak olmuşdur. Sarvan Mirzəyev 11 noyabr 2020-ci ildə Biləsuvar rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sarvan Mirzəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sarvan Salmanov
Sarvan Qarakişi oğlu Salmanov (22 dekabr 1927, Zoğallıq, İsmayıllı rayonu – 2003, Mingəçevir) — inşaatçı, Sosialist Əməyi Qəhrəmanı (1971), Azərbaycanın fəxri energetiki. Sarvan Qarakişi oğlu Salmanov 1927-ci il dekabr ayının 21-də İsmayıllı rayonunun Zoğallıq kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1945-ci ildə Mingəçevir SES-da başlamış və burada müxtəlif vəzifələrdə çalışmışdır. İnşaatçı, Sosialist Əməyi Qəhrəmanı (1971), SİKP-nın üzvü (1951), SSRİ-nin və Azərbaycanın fəxri energetikidir. SİKP-nın 24-cü qurultayının nümayəndəsi olaraq 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Azərbaycanın Xalq şairi Səməd Vurğunun "Muğan" poemasında Sarvan Salmanovun obrazı yaradılmışdır. Sarvan Salmanov 2003-cü ildə vəfat etmişdir.
Sarvan bələdiyyəsi
Sarvan bələdiyyəsi (Borçalı) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin inzibati-ərazi vahidi. Sarvan bələdiyyəsi (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunda bələdiyyə.
Sarvan döyüşü
Sarvan döyüşü — 1920-ci ilin aprel ayının 27-sində Şabran rayonunun "Sarvan" stansiyasında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş. == Döyüş == XI Qızıl Ordunun gəldiyi qatar Həmdulla əfəndi və Qaçaq Mayılın rəhbərlik etdiyləri dəstələr tərəfindən "Sarvan" stansiyasında məcburi saxlanılıb. Sayca qeyri-bərabər gedən bu döyüşdə Qızıl Ordu xeyli canlı qüvvəsini itirmişdir. Yalama döyüşündən sonra məğlub olan anti-inqilabçı dəstələrin rəhbərləri müqaviməti dayandırmaq barədə müzakirələr aparılir. Qərara etiraz edənlərin çoxluğu səbəbindən ikinci döyüş üçün yer seçilir. Bu dəfə döyüş üçün yer Həmdulla əfəndinin kəndi Şabran rayonu Qələgah kəndi yaxinliqindaki Sarvan stansiyasında relslər sökülür. Silahlılar mövqe tutur. Günortaya yaxın qırmızı ordunu gətirən qatar gəlib çıxır. Sökülmüş relslər, qurulmuş barrikadalar və silahlanmış sakinlərin sayəsində ordunun hərəkəti dayandırılır. Elə bu vaxt qatardan səsgücləndirici vasitəsi ilə müraciət edilir: Qatardan silahlılara müraciət edən şəxs Həmdulla Əfəndinin dayısı oğlu, İbrahimin məktəb yoldaşı və Mircəfərin süd qardaşı Qəzənfər Musabəyov idi.
Sarvan Şamiloğlu
Sarvan Şamiloğlu-Azərbaycan jurnalisti, Şamil Ağayevin və Zərifə Ağayevanın oğlu == Həyatı == Sarvan Şamiloğlu 18 sentyabr 1955-ci ildə Ağdamda anadan olmuşdur. Ağdam şəhər 2 saylı orta məktəbdə oxumuş, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti)ali təhsil almışdır. Sarvan Şamiloğlu ali təhsilini başa vurduqdan sonra Ağdamda 136 saylı Texniki peşə məktəbində komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. O, 1990-cı ilin fevral ayından ömrünün sonuna kimi "Qarabağ"qəzetində işləmişdir. "Qarabağ"qəzetində müxbirlikdən baş redaktorun müavinliyinə qədər şərəfli yaradıcılıq yolu keçmişdir. Sarvan Şamiloğlu 1992 ildə Jurnalistlərin Azad Həmkarlar İttifaqının təsis etdiyi "Zəfər" mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci tarixli sərəncamı ilə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə Sarvan Şamiloğlu “Tərəqqi” medalına layiq görülmüşdür. Sarvan Şamiloğlu 17 iyul 2014-cü Bakıda faciəli şəkildə həlak olmuşdur. == Yaradıcılığı == Sarvan Şamiloğlunun jurnalistikaya gəlişi 60-cı illərin sonlarından - orta məktəb illərindən başlayır. Onun pioner drujinasının fəaliyyətindən, məktəbli dostlarının uğurlarından bəhs edən məqlələri "Pioner" jurnalında, "Lenin yolu" (indiki "Ağdam" qəzeti) qəzetində çap olunmuşdur.
Sarvan
Şəhərlər Gürcüstan Sarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi. Kəndlər Azərbaycan Sarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Gürcüstan Sarvan (kənd) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Bələdiyyələr Azərbaycan Sarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə. Gürcüstan Sarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Sarvan (Borçalı)
Marneuli (gürc. მარნეული; azərb. Sarvan‎) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Marneuli bələdiyyəsinin inzibati mərkəzi. 1929-cu ilədək Sarvan, Zaqafqaziyada ilk dəfə rayon inzibati-ərazi bölgüsü təsis edildikdən sonra isə 1947-ci ilə kimi Borçalı, 1947-ci ildən 1952-ci ilədək Sərvan, 1952-ci ildən sonra isə Marneuli adını daşımışdır. == Etimologiya == Sarvan Azərbaycan dilində "dəvəçi" deməkdir. Fars dilindən alınan sözün əsli "sərban" (fars. ساربان‎‎) olub, "dəvələrin hamisi" deməkdir. == Tarix == Marneuli 1964-cü ildə şəhər statusunu almışdır. İkinci dünya müharibəsinin başlanmasından az sonra 1941-ci ildə o vaxtlar kənd olan Marneuli yaxınlığında Sovet ordusunun hərbi Aerodromu tikilərək istifadəyə verilmişdir. Aerodromdakı təyyarələr Almaniya ordusuna qarşı bir sıra döyüşlərdə iştirak edirdi.
Sarvan (Marneuli)
Sarvan - Marneulidə azərbaycanlılar yaşayan kənd.
Sarvan bələdiyyəsi (Borçalı)
Marneuli bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında (Borçalı) inzibati-ərazi vahidi. İnzibati mərkəzi Marneuli şəhəridir. == Tarix == 1929-cu ildə Zaqafqaziyada ilk dəfə rayon inzibati-ərazi bölgüsü təsis edildikdən sonra 1947-ci ilədək onun adı ləğv edilmiş bütöv qəzanın adını (Borçalı) daşımışdır. === Toponimlərin dəyişdirilməsi === == Coğrafiya == Marneuli rayonu Aran Borçalının Azərbaycan və Ermənistanla sərhədində yerləşir. Marneuli rayonunun sahəsi 935 km² - dir . Ərazisinin 90%-i 350-600 metr mütləq hündürlüyə malik Marneuli ovalığında yerləşir. Ən hündür nöqtəsi 1416 metrə bərabər Qaradağ dağıdır. Rayonun ümumi torpaq fondu 83.479 hektardır. == İqtisadiyyat == Sovetlər Birliyi dağıldıqdan sonra Marneuli iqtisadiyyatı dərin böhran keçirmişdir. Marneuli hazırda kəndə təsərrüfatı bölgəsi kimi tanınır.
Sarvanlar
Sarvanlar (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarvanlar (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.
Sarvanlar (Ağcabədi)
Sarvanlar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Sarvanlar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sarvanlar kəndi Ağcabədi rayonunda, rayon mərkəzindən 34 km məsafədə, Qarqar çayının sağ sahilində Qarabağ düzündə yerləşir. Sarvanlar kəndinin keçmiş adı Piyada Qurbanlı olub. Bu yaşayış məntəqəsi sarvançılıqla məşğul olmuş qurbanlı nəslinin burada məskunlaşması nəticəsində yarandığına görə belə adlanmışdır. Kəndin ərazisində vaxtilə karvanların və sarvanların düşərgəsi, dayanacaq yeri də olmuşdur. Burada içməli su olduğu üçün gələn karvanlar burada dayanıb dincələ̟rmişlər Sonralar camaat burada evlər tikmiş, kəndi Sarvan düşən adlandırmışlar. Sonralar kənd Sarvanlar adlandırılmışdır. Sarvanlar kəngərlərin bir qoludur. XIX əsrin ortalarına aid olan məlumata görə sarvanlar Şəki qəzasında köçərilik etmiş bir içma olmuşdur. Onlar qışı indiki kəndin yerləşdiyi yerdə ərəbşəki icması ilə bir yerdə keçirmiş, sonralar orada daimi yaşayış məntəqəsi salmışlar.

Digər lüğətlərdə