Eyvan.
Fələk, şad könlümdən alma həvəsi,
Ayırma yarımdan, tutaram yası.
Necə oldu bu seyvanın yiyəsi?
Dərd-qəmi var, tamam ağlar qalıbdı.
(“Səyyad və Sədət”)
*
Mən gələndə seyvanda durmuşdu,
Ağ üzündə halqa birçək burmuşdu,
Firəngi qayçıynan telin vurmuşdu,
Oğul, sən adın de, mən nişan verim.
(“İrvahım”)