Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Google Scholar
Google Akademiya (ing. Google Scholar) — bütün format və fənlərin elmi nəşrlərinin tam mətnləri üçün pulsuz axtarış sistemi. Layihə 2004-cü ilin noyabr ayından bəri beta statusunda davam edir. Google Scholar Index, Avropada və Amerikadakı ən böyük elmi nəşrçilərin nəzərdən keçirdiyi onlayn jurnalların əksəriyyətinin məlumatlarını ehtiva edir. Google Scholar funksionallığı baxımından Scirus, CiteSeerX və GetCITED-ə bənzəyir. Ayrıca, Google Scholar, pullu bir abunəlikdən sonra nəşrlərə giriş imkanı verən saytlara bənzəyir, məsələn, Scopus və Web of Science. Google Scholar-un reklam şüarı — "nəhənglərin çiyinlərində durmaq" — İsaak Nyutonun məşhur "Başqalarından daha çox şey görməyimin səbəbi nəhənglərin çiyinlərində dayandığım üçün idi" ifadəsinin bir hissəsidir, elm adamlarına hörmət əsrlər boyu elmin inkişafına töhfə verən və yeni kəşflər və nailiyyətlər üçün zəmin yaradanlar. == Tarixi == Google Scholar layihəsi, Aleks Verstak və daha sonra Google axtarış indeksinin yaradılması üzərində işləyən Anuraq Açarya ilə müzakirə ilə başladı. 2006-cı ildə Microsoft Windows Live Academic Search layihəsini başlatdı. Potensial bir rəqibin ortaya çıxmasından sonra Google Scholar biblioqrafik məlumat idarəetmə proqramlarına (RefWorks, RefMan, EndNote və BibTeX kimi) istinadları idxal etmək qabiliyyətini əlavə etdi.
Sakolar
Sakolar (lat. Pitheciidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin quruburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Sibolar
Sibolar — Altay xalqları tunqus-mancur qrupunun mancur qoluna mənsub xalq. Sibolar Çin Xalq Respublikasında (əsasən ölkənin şimal-qərbindəki — Sinszyan-Uyğur muxtar rayonunda, qismən Lyaonin və Qirin əyalətlərində) yaşayırlar. Onlar özlərini sibo mançju adlandırırlar. Sibolar Altay dil ailəsinin tunqus-mancur qoluna daxil olan mancur dilinin sibo ləhcəsində danışırlar. Antropoloji cəhətdən sarı (monqol) irqin şimali Asiya tipinə aiddirlər. Şamançıdırlar. Sayları 89 min nəfərdir (1987). Siboların soykökündə əsasən mancur tayfaları iştirak etmişlər. Siboların əsas məşğuliyyəti əkinçilikdir. Balıqçılıq və heyvandarlıq köməkçi təsərrüfat sahələridir.
Səfolar
Cermuk, Quşçu — Ermənistan Respublikasında Arpaçayın (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər. 1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir. 1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, "İstisu" adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.
Smolar şəlaləsi
Smolar şəlaləsi (mak. Смоларски Водопад) — Makedoniya Respublikasının şərqində Yunanıstan ilə sərhəddə yerləşən şəlalə. Şəlalə Belasisa dağının şimal ətəklərində yerləşir. Şəlalə Lomnisa çayının orta axarlarında, sıx meşəlik daxilində qərarlaşır. Bu təbiət abidəsi dəniz səviyyəsindən 600 metr hündürlükdədir. Şəlalədən şimalda ona ən yaxın yaşayış məntəqəsi olan Smolari kəndi yerləşir. İnzibati baxımından Makedoniya Respublikasının Cənub-Şərq regionu, Strumisa icmasına daxildir. Şəlalə Lomnica çayı istiqamətində olan tektonik olaraq qeyri-sabit strukturda yerləşir. Şəlalənin töküldüyü hissədə dərin bir hovuz vardır. Bu hovuzun uzunluğu 5 metr, eni 11 metr, dərinliyi isə yerindən asılı olaraq 0,5–0,7 metr arasında dəyişir.
Abengoa Solar
Abengoa Solar (əvvəllər Solúcar Energía) Abengoa-nın budaq şirkətidir. Əsas fəaliyyət istiqamətlərinə fotovoltaiklər, konsentrasiya edilmiş fotoelektriklər və ya konsentrasiya edilmiş günəş istilik texnologiyasından istifadə edən günəş elektrik stansiyalarının layihələndirilməsi, təşviqi, maliyyələşdirilməsi, tikinti və istismarı daxildir. == Abengoa Solar və innovasiya == Araşdırma və inkişaf etdirmə investisiyası: 2011-ci ildə elmi-tədqiqat işlərinə 42.4 milyon avro və 2007-ci ildən bəri cəmi 150 milyon avrodan çox investisiya qoyulmuşdur Patent hüquqları: Elmi-tədqiqat işlərinin vacibliyini nəzərə alaraq, sənaye və əqli mülkiyyət inkişafının hüquqi müdafiəsi vacibdir. Buna görə şirkət müxtəlif əsas ixtiralar üçün prioritet hüquqlara malikdir. 115 CSP və PV texnologiyasına patent müraciəti 2012-ci ilin may ayından etibarən qeydə alınmışdır. == Günəş enerjisi qülləsi == Abengoa Solar, Avropanın ticarətdə ilk 11 MW PS10 Günəş Elektrik Stansiyasına sahibdir ki, bu da Konsentrik günəş elektrik stansiyası olan günəş enerjisi qülləsi texnologiyasından istifadə edir.
Solar (müğənni)
Kim Yon-son və ya səhnə adı ilə Solar (21 fevral 1991, Seul) – Cənubi Koreya müğənnisi, modeli, aktrisası və söz yazarı. 2014-cü ildə Rainbow Bridge World şirkəti tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu Mamamoo-nun yaşca ən böyük üzvü, əsas vokalisti və lideridir. Kim Yon-son Cənubi Koreya-nın Seul şəhərində, Gangseo-gu-da anadan olub, burada valideynləri və böyük bacısı Yong-hee ilə birlikdə yaşamışdır. Hanyan Qadın Universitetini turizm ixtisası ilə bitirib. Solar Munbyul, Vhi-in və Hvasa ilə birlikdə 18 iyun 2014-cü ildə Mamamoo-nun lideri və vokalisti olaraq çıxış etdi. 24 aprel 2018-ci ildə ilk solo EP-si olan "Solarr's Emotion"-ni çıxatdı, bu EP-də qrupda əvvəllər nümayiş olunan bir neçə Koreya pop mahnısının cover versiyaları və özü yazdığı Mamamoo-nun "Star Wind Flower Sun" mahnısının solo versiyası yer aldı. 2019-cu ilin yanvar ayında Solar "Solarrsido" adlı YouTube kanalını açdı və 16 fevralda ilk videosunu yayımladı.2021-ci ilin mart ayından etibarən kanal 2.8 milyondan çox abunəçi qazandı. Rəsmi solo debütünü 23 aprel 2020-ci ildə bir musiqi videosu ilə yayımlanan "Spit It Out" sinqli ilə etdi. Eyni gün Solar "Mnet M Countdown"-da ilk çıxışını etdi. 28 aprel tarixində SBS MTV The Show-da solo sənətçi kimi ilk musiqi şou mükafatını qazandı.
Parker Solar Probe
Parker Solar Probe — ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) " Parker Solar Probe " peykini Günəşə göndərib. Florida ştatının Kanaverel kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır. Parker Solar Probenin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə — 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır. Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.
Solar System Research
Solar System Research (ingilis dilindən – "Günəş sistemi tədqiqi") — ABŞ elmi jurnalı. Günəş sistemindəki obyektlərə diqqət yetirir. Jurnal "Nauka" tərəfindən "Springer Science+Business Media" vasitəsilə nəşr olunur. Bu, ilk dəfə 1967-ci ildə nəşr olunan Rusiya nəşri "Astronomiçeskii vestnik"in (rus. Астрономический вестник; mənası – "Astronomiya xəbərçisi") ingiliscə versiyasıdır. İngilis versiyası fəaliyyətə 2000-ci ildə 34-cü cildlə başladı. "Journal Citation Reports"a görə, jurnalın 2020-ci ildə impakt faktoru 0,706 olmuşdur.
Şatolar
Şato (Çincə: 沙陀 pinyin: shā tuó, Sha-t'o) — Qərb Göytürk Xaqanlığının ərazisində yaşayan türk tayfaları. Bu ad onlara Şato səhrasında yaşadıqları üçün verilmişdir. Miladdan sonra VII əsrdə Fərqanədə qədim Usunların ərazisində yaşayan Şato tayfaları bir əsr sonra artıq Yanmin əyalətini tutaraq Barkul gölü ətrafında yerləşmiş, daha sonralar Şensi, Qansu və Şansi əyalətlərinə köçmüş, sonrakı əsrlərdə isə Quzey Çini zəbt etmişlər. Qumilyov yazır ki, şatolar Şərqi Cunqariya ərazisində, Burkul gölünün ətrafında yaşayırdılar. Tan imperiyasına tabe idilər. Şato tayfasının hakim ailəsi Çuye (朱邪) adlanırdı. Çuye Ake Çuye Quçu - İşbara xaqanla birlikdə Tan imperiyasına qarşı üsyana qoşulmuşdu.651-ci ildə məğlub edilmişdi. Çuye Cinşan - 661-ci ildə Yağlakarlara qarşı səfərbərliyə qoşulduğu üçün Moliçun qarnizonu komandanı təyin olunmuşdu. 702-ci ildə Çinmanzu qubernatoru və Çanqyeçunqonq knyazı idi. 712-ci ildə hələ sağ idi.
Şahlar Ağayev
Şahlar Cəfərov
Şahlar Hüseynov
Şahlar Hüseynov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. Şahlar Hüseynov (dövlət xadimi) — Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi.
Şahlar Məmmədov
Şahlar Nağıyev
Şahlar Nüsrət oğlu Nağıyev (31 dekabr 1987; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şahlar Nağıyev 31 dekabr 1987-ci ildə Gəncə şəhərində Nüsrət Nağıyevin ailəsində anadan olmuşdur. 1995-2006-cı illərdə Gəncə şəhər 24 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. Şahlar Nağıyev 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şahlar Nağıyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Şahlar Nəzərov
Şahlar Quliyev
Quliyev Şahlar Həsənağa oğlu — müğənni, Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü. Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E. Quliyevanın sinfi) bitirmişdir. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən professionallıqla ifa olunur və tamaşaçı rəğbəti qazanır. Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış etmişdir. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir. 2005-ci ildə Azərbaycan Xalq Artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsüdür.
Şahlar Şükürov
Şahlar Əvəz oğlu Şükürov (17 may 1952, Zülfüqarlı, Kəlbəcər rayonu – 8 may 1990, Mardakert, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı. O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu. Ailəli idi, iki övladı yadigar qalıb.
Şahlar Əsgərov
Əsgərov Şahlar Qaçay oğlu (15 iyun 1941, Kəlbəcər rayonu) — azərbaycanlı professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri. Şahlar Qaçay oğlu 15 iyun 1941-ci ildə Azərbaycan SSR-in Kəlbəcər rayonunda anadan olub və orta təhsilini burada almışdır. 1963–cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və təyinatla Universitetdə saxlanılmışdır. 1964 – 1967-ci illərdə ADU–nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan institutunda prof. L.A. Senanın rəhbərliyi altında Fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər. Ş. Əsgərovun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamət fiziki elektronika və mikroelektronikaya aid olan metal – yarımkeçirici kontaktının (MYK) öyrənilməsidir. 1974 –cü ildə Danimarkanın Texniki Universitetində birillik staj keçmədə olarkən katod tozlanması sahəsində əldə etdiyi nəticələri metal – yarımkeçirici kontaktına tətbiq etmiş və kontakt üçün qeyri- bircins model təklif etmişdi. Bu istiqamətlərdə onun aldığı nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunmuş, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer almışdı.
Şahlar Hüseynov (hərbçi)
Hüseynov Şahlar İsa oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur. 1986-1988-ci illərdə Moskvada hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra Gəncə şəhəri 27 saylı texniki-peşə məktəbini bitirərək Alüminium zavoduna çilingər işləməyə başlamışdır. Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. Döyüş dostları deyirdilər ki, Şahlar Hüseynov xüsusən Tərtər rayonun Şəfəq kəndində daha böyük hünərlə vuruşmudur, düşmənin xeyli hissəsini, texnika və canlı qüvvəsini məhv etmişdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu. Subay idi.
Şahlar bəy Şıxəlıbəyov
Şahlar Əsgərov (şəhid)