Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Selikli qişa
Selikli qişa (lat. tunica mucosa) — yumşaq, nəm, bir çox nahiyələrdə büküşlü membran olub, çəhrayı və tünd qırmızı rəngdə olur, artıq dərəcədə genəlmə qabiliyyətinə malikdir. Əsasını lifli birləşdirici toxumadan əmələ gəlmiş xüsusi səfhə - lat. lamina propria mucosae təşkil edir; boşluğa baxan səthi müxtəlif şəkilli (yastı və silindrəbənzər) epitel ilə örtülüdür. Çoxqatlı yastı epitel ilə örtülü olan nahiyələrdə lifli birləşdirici toxumadan məməciklər - lat. papillae əmələ gəlir. Selikli qişanın bəzi nahiyələrində saya əzələ liflərindən təşkil olunmuş əzələ səfhəsində - lat. laminamuscularis mucosae təsadüf olunur. Selikli qişa həzm və tənəffüs aparatında ağız boşluğunu, ağız vəzilərinin axacaqlarını, əsnəyi, udlağı, eşitmə borularını və onun əlavə boşluqlarını (ciblərini), göz yaşı-burun axacaqlarını, qırtlağı, nəfəs borusunu, bronxları, qida borusunu, mədəni, bağırsaqları, ödlüyü, öd axacaqlarını və pankreas axacağını örtür. Sidik-cinsiyyət aparatında isə bu qişa sidik üzvlərindən böyrək ləyənini, sidik axarlarını, sidikliyi və sidik kanalını, kişi cinsiyyət üzvlərindən - xaya artımları axacaqlarını, toxum kisəciklərini və qadın cinsiyyət üzvlərindən - uşaqlıq borularını, uşaqlığı və uşaqlıq yolunu örtür.
Albalı selikli mişarcısı
Albalı selikli mişarcısı-(lat. Caliroa cerasi) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yetkin mişarcı qanadları açılmış halda 10 mm-dir. Bədəni qara, ön ayaqların baldırları isə sarımtıldır. Qanadlar olduqca şəffafdır. Yalançı tırtıl yaşılımtıl sarıdır. Axırıncı yaşda 15-20 mm uzunluqda olur. Bədəni ön tərəfdən yoğun, arxaya doğru getdikcə nazilir. Pupu ağımtıl rəngdə olur. Albalı mişarcısı torpağın 2-5 sm dərinliyində baramalar içərisində qışlayır. Yazın axırlarında tırtıllar puplaşır, 7-10 gündən sonra puplardan yetkin mişarcılar uçur.
Selikli Sporlular sinfi
Selikli Sporlular sinfi (lat. Myxosporıdıa ) — Heyvan qamçılıları yarımsinfinə aid olan sinif. Miksosporidilər, əsasən balıqlarda, qisməndə də suda-quruda yaşayanlarda və sürünənlərdə parazitlik edir. Bu parazitlərin 700-ə qədər növü məlumdur. Parazitlər balıqların əzələlərini, qəlsəmələrini, beynini, böyrəklərini, sidik kisəsini və digər orqanlarını zədələyərək, balıqçılıq təsərrüfatına böyük ziyan vururlar. Miksosporidilər inkişaflarının ilk mərhələsindən birnüvəli formada olurlar, sonradan isə protoplazma kütləsinə malik olan çoxnüvəli formaya keçir. Bədən boşluğunda yaşayan miksosporidilər çılpaq olub, amöbvarı hərəkət edir. Toxumalarda yaşadıqda isə onlar örtüklə əhatə olunurlar və bir neçə mm-dən bir sm-ə qədər ölçüyə malik olurlar . Balıqlar sporu udmaqla parazitə yoluxurlar . Balığıın bağırsağında həzm fermentlərinin təsirindən spor açılır və dalayıcı kapsula xaricə atılaraq bağırsağın divarına yapışır.