Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Selva
Selva (isp. selva, lat. silva — meşə) — Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir. == Bitki örtüyü == Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir. == Torpaqları == Torpaqları qırmızı-sarı ferraritdir. == Heyvanlar aləmi == Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s. == Selvalar == Selva Cənubi Amerikada Meksikada Selva Selva Konqoda Selva Yeni Qvineyada == Xarici keçidlər == Tropik meşələr Comunidad Nativa de Queros Selva Perú Cusco Arxivləşdirilib 2009-03-31 at the Wayback Machine Portal Selva Lluviosa (ing.). Yağışlı Selva Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine (ing.).
Selvas
Selvas - Cənubi Amerikada Amazon ovalığında rütubətli ekvatorial meşədir.
Selya
Selya (isp. Sella) — İspaniyada yerləşən, şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 38.72 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 649 nəfərə çatmışdır. Şəhər mərkəzdən 50 km məsafə uzaqlıqdadır.
Elva
Elva (est. Elva) — Estonianın cənubi-şərqində şəhər, Tartumaa bölgəsinin inzibati mərkəzi. Emayıgi çayına tökülən Elva çayında yerləşir. Şəhərdə iki göl var: Verevi və Arbi. Həmçinin şəhər yaxınlığında Viysyaagu gölü də mövcuddur.
Anderson Silva
Anderson da Silva - UFC-nin braziliyalı döyüşçüsü, peşəkar boksçu. 1975-ci ildə Braziliyanın San Paulo şəhərində anadan olmuşdur. Peşəkar boksda cəmi iki döyüş keçirən Silva bu döyüşlərin birində qalib gəlmiş, o birində isə rinqi məğlub tərk etmişdir. Buna baxmayaraq Silva MMA yarışlarında daha yüksək nəticə əldə edərək 129 döyüşdən cəmi 8-da məğlub olmuşdur. Dayane adlı xanımla ailəlidir və 5 uşaq atasıdır. Hal-hazırda Amerikanın Los Anceles şəhərində yaşayır.
Bernardo Silva
Bernardo Mota Veyqa de Karvalyo e Silva (10 avqust 1994, Lissabon) — Portuqaliyalı futbolçu. İngiltərənin Mançester Siti klubunda və Portuqaliya milli futbol komandasının yarımmüdafiəçisi. 1 iyul 2017-ci ildən Premyer liqa təmsilçilərindən olan Mançester Siti klubunda çıxış edəcək. == Klub karyerası == === Benfika === Silva Benfika akademiyasının yetirməsidir. Silva klub ilə birlikdə 2013-cü ildə 2012–13 Portuqaliya Gənclər Çempionatının qalibi olmuşdur. O, Benfika B ilə debütünü 10 avqust 2013-cü ildə (1-ci oyun günü) 2013–14 Sequnda Liqasında Trofense klubuna qarşı oyunda etmişdir.Silva Benfika klubu ilə debütünü 19 oktyabr 2013-cü ildə 19 yaşı olarkən 2013–14 Portuqaliya Kubokunun üçüncü mərhələsində Kampeonata de Portuqal təmsilçilərindən olan Desportivo de Kinfaeş klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə meydana daxil olmuş və komandası 1–0 hesabı ilə qalib gəlmişdir. O, Benfika B-dəki yaxşı performansına görə 2013–14 Sequnda Liqa mövsümündə İlin Tapıntısı mükafatına layiq görülmüşdür. O, 2013–14 mövsümündə Benfika klubu ilə daxili trebl-qələbənin şahidi olmuşdur. Bernardo Silva heç vaxt Benfikaya olan məhəbbətini sosial mediada və ya müsahibəsində əks etdirməmişdir.
David Silva
David Xose Ximez Silva (8 yanvar 1986) — Real Sosyedadın yarımmüdafiəçisi . David Silva 8 yanvar 1986-cı ildə İspaniyada doğulub. = Erkən yaşları = Silva Arquinequin şəhərində Valensiya stadionunun təhlükəsizliyinə cavabdeh olan keçmiş bələdiyyə polisi Fernando Jimenesin ailəsində anadan olub.Onun atası Fernando İspan (Kanar), anası Eva isə Yapon əsillidir, Kanar mediası belə iddia edir Silva Maspalomas yaxınlığındakı UD San ​​Fernandonun gənclər komandasında futbol oynamağa başladı.Qanad oyunçusu olmamışdan və ətrafındakılar tərəfindən onun idolu olan Mikel Laudrupa bənzədilirməmişdən əvvəl o,qapıçı kimi oynamışdı. 14 yaşı olanda Valensiya FK da gənc oyunçu olmaq təklifi aldı və o,bunu qəbul etdi.O, 17 yaşına qədər Valensiyanın gənclik heyətində qatıldı. == Klub Karyerası == === Valensiya === Valensiyanın gənclik sisteminin məhsulu olan Silva peşəkar debütünü 2004–05-ci illərdə Segunda División-un "Eibar" klubunda, Valensiyadan icarədə olarkən edib, 35 liqa oyununda oynadı və 5 dəfə də qol vurdu. Növbəti mövsümdə yenidən icarəyə götürüldü. bu dəfə Celta de Vigo-da 34 oyun keçirərək, dörd qol vurdu. İki gec əvəzedici matçdan sonra, 28 avqust 2005-ci ildə Malaqa üzərində 2–0 evdə qalib gələn Silva, mübahisəsiz başlanğıc kimi bitirdi. UEFA Kubokunu birbaşa ikinci pillədən aldı. 2006-cı ilin yayında Valensiyaya qayıtdı və 20 yaşında gənc olmasına baxmayaraq, avtomatik olaraq Valensiyanın ilk seçimi oldu.
Denis Silva
Adətən Denis Silva və ya Denis kimi tanınan Denis Silva Kruz (28 dekabr 1985-ci il təvəllüdlü) — Rio Branko-ES-də müdafiəçi mövqeyində oynayan Braziliyalı peşəkar futbolçudur. == Karyerası == Denis peşəkar karyerasına 2006-cı ildə "İmperatriz" klubunda başladı. Bir mövsüm bu klubda forma geyinən Denis, 2007/08 mövsümü üçün "Qama" futbol klubuna transfer olundu. 2008-ci ildə klubla yollarını ayırdı və Lənkəranın Xəzər klubuna transfer olundu. 2010-cu ilə qədər Azərbaycan klubunda forma geyinən Denis, komandası üçün keçirdiyi 42 oyunda 3 qolla yadda qaldı.2010-cu ildə komandadan ayrılaraq "Qremio Barueri" klubuna keçdi və klubda 12 oyun keçirdi. Qısa müddət ərzində Braziliyadan yenidən Azərbaycana qayıdan Denis, bu dəfə "Neftçi" klubunda forma geyindi. "Neftçi" ilə UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün təsnifat mərhələsində, Dinamo Zaqreb klubuna qarşı keçirilən ilk matçda start heyətində yer aldı. Ardıcıl 2 mövsüm ərzində Bakı klubunda forma geyinən Denis, 59 oyunda iştirak etdi və 2 qol vurmağı bacardı. 2012-ci ildə klub onu, Braziliyaya icarəyə göndərdi, bu 2010-cu ildə Denisin formasını geyindiyi "Qremio Barueri" klubu idi. 2013-cü ildə yenidən "Neftçi"yə qayıdan braziliyalı futbolşu komandası üçün 58 oyunda 4 qol vurmağı bacardı.
Kavaku Silva
Anibal Antoniu Kavaku Silva (port. Aníbal António Cavaco Silva) — Portuqaliya siyasətçisi, Portuqaliya Respublikasının prezidenti (9 mart 2006 – 9 mart 2016), Portuqaliyanın baş naziri (6 noyabr 1985-ci ildən üzrə 28 oktyabr 1995-ci ilə qədər).
Selma Lagerlöf
Selma Ottiliya Lovisa Lagerlöf (isv. Selma Ottiliana Lovisa Lagerlöf; 20 noyabr 1858[…] – 16 mart 1940[…]) — İsveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın (1909) == Həyatı == İsveçli Selma Ottiliana Loviza Laqerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. O, ölkənin cənubundakı Vermlan əyalətində, istefaya çıxmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü idi. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalxa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. Nənəsindən dinlədiyi çoxsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözün sehrli aləminə gətirmişdi. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə olmuşdu. Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi.
Selma Laqerlöf
Selma Ottiliya Lovisa Lagerlöf (isv. Selma Ottiliana Lovisa Lagerlöf; 20 noyabr 1858[…] – 16 mart 1940[…]) — İsveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın (1909) == Həyatı == İsveçli Selma Ottiliana Loviza Laqerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. O, ölkənin cənubundakı Vermlan əyalətində, istefaya çıxmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü idi. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalxa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. Nənəsindən dinlədiyi çoxsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözün sehrli aləminə gətirmişdi. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə olmuşdu. Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi.
Selma Neuhaus
Selma Neuhaus (16 oktyabr 1981) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Selma Neuhaus Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Selma Rza
Selma Rza (5 fevral 1872, Konstantinopol – 5 oktyabr 1931, İstanbul) — ilk Türk qadın jurnalisti.. O həmçinin ilk hekayə yazan Türk hekayəçidir. Onun ölmündən sonra onun adını "Feraçeli" ləqəbi ilə əbədiləşdiriblər. Bəzən o "Selma Rza Feraçeli" kimi adlanırdı. == Tərcümeyi halı == O 1872-ci ilin fevral ayının 5-də anadan olmuşdur. Onun atasının adı Əli Rza idi. O Avstriya və Belçika Osmanlı imperiyasının diplomatı olmuşdur. Selma Rzanın anası isə Nailə xanım Avstriyalıdır. O ilk təhsilini İstanbulda almışdır. O Parisə Fransaya 1898-ci ildə səyahət edərkən böyük qardaşı Əhməd Rza ilə görüşür.
Serva (En)
Serva (fr. Servas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Peronna kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01405. == Coğrafiyası == Kommuna Paris şəhərinin 370 km cənub-şərqində, Lion şəhərindən 50 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 757 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 559 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,8%, 1999-cu ildə 74.6%). Aktiv 559 sakindən 530 nəfər (286 kişi və 244 qadın), 29 nəfər işsiz (12 kişi və 17 qadın) idi.
Silva Kaputikyan
Silva Kaputikyan (erm. Սիլվա Կապուտիկյան; 20 yanvar 1919, İrəvan[…] – 25 avqust 2006, İrəvan) - erməni şairəsi, erməni millətçilərinin Qarabağın Azərbaycandan qoparılması üçün başladığı "Qarabağ hərəkatının" aktiv nümayəndəsi. == Həyatı == 5 yanvar 1919 cu ildə İrəvanda anadan olub. 1933 – cü ildən mətbuatda şeirləri nəşr olunub 1941 – ci ildən Ermənistan SSR – nın Yazıçılar ittifaqının üzvü olub. 80 – ci illərin sonundan etibarən Miatsum ideyasının ardınca düşərək, nümayişlərdə və mətbuatda Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi tələbi ilə aktiv çıxışlara başlayır. Onun çıxışları bir qayda olaraq Azərbaycana və azərbaycanlılara qarşı nifrət və düşmənçilik ilə dolu idi. Mətbuatda və əhali qarşısında irqçi çıxışlarına baxmayaraq, rus hüquq müdafiəçiləri və inteleqensiyası arasında özünə geniş dəstək əldə edə bilir. 26 fevral 1988 – ci ildə Zori Balayanla birlikdə Moskvada Mixail Qorbaçovun şəxsi müşaviri Georgi Şahnazarovun "Qarabağ nümayəndə heyəti" ilə təşkil etdiyi görüşdə iştrak edir, bu görüşdə Silva Kaputikyan Qorbaçovu Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etməyə çağırır. Yuri Pompeyev öz kitabında (Krovaviy omut karabaxa) Silva Kaputikyanın "türklərə və azərbaycanlılara qarşı zooloji nifrət bəslədiyini" yazır. Bütün münaqişə dövrü ərzində Kaputikyan azərbaycanlılara qarşı törədilən cinayətlərə bəraət qazandıran çıxışlar edərək erməniləri müharibəyə səsləyirdi.
Velisson Silva
Velisson Rosa da Silva (22 noyabr 1983 Viçosa) — Braziliyalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Braziliyanı təmsil edir. O, 2008 Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində çıxış etmişdir. Birdən qaldırmada 135 kq, təkanla qaldırmada 155 kq, ümumilikdə isə 290 kq qaldıraraq ümumilikdə 8-ci olmuşdur. Velisson Silva dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Selvi Kılıçdaroğlu
Matheus Silva
Matteus Silva (port. Matheus de Barros da Silva, 3 oktyabr 1997, Marituba[d], Para) — Braziliyalı futbolçu. Azərbaycan Premyer Liqasında yarışan "Qarabağ" klubunda sağ cinah müdafiəçisi kimi çıxış edir.
Kaniggia Elva
Kaniggia Ginola Elva (14.7.1996) — 2. Bundesliqa təmsilçilərindən olan Ştutqart FK klubunda hücumçu kimi çıxış edən peşəkar Sent-Lüsiya — Kanada futbolçusudur. == Klub karyerası == === VfB Ştutqart === 2013-cü ilin noyabr ayında Elva Bundesliqa təmsilçilərindən olan Ştutqart FK klubunda yoxlanışdan keçmişdir. Elva 14 iyul 2014-cü ildə 18-ci ad günündə digər klublardan, xüsusilə də Premyer liqa təmsilçilərindən olan Arsenal FK klubundan da gələn təkliflərə baxmayaraq, yoxlanışdan keçdikdən sonra Ştutqart FK klubu ilə 4 illik müqavilə imzaladı. Kanada vətəndaşlığını qəbul etməməyinə baxmayaraq, Elva Ştutqartın ehtiyat komandası ilə 3. Liqada iştirak edə bilmədi. Həmin müddət ərzində o, U-19 Bundesliqasında iştirak edirdi. Bunun nəticəsində Elva istənilən oyun təcrübəsini əldə edə bilmədi. O, klubun əsas komandası üçün hazır vəziyyətdə deyildi. Sonralar o, xaricdə icarə əsasında çıxış etməyə başlamışdır.
Seva Teoremi
Çeva teoremi - planimetriyada üçbucaqlarla bağlı teorem. Teoremin adı italyalı riyaziyyatçı Ciovanni Çevanın adı ilə bağlıdır. ABC üçbucağı verildiyi təqdirdə qarşı tərəfləri D, E və F-də qarşı tərəflərə qovuşdurmaq üçün AO, BO və CO sətirlərini təpələrdən ortaq O nöqtəsinə (ABC tərəflərindən birində deyil) çəkək. (AD, BE və CF seqmentləri çevianlar kimi tanınır.) Sonra imzalanmış seqment uzunluqlarından istifadə etsək, A F F B ⋅ B D D C ⋅ C E E A = 1. {\displaystyle {\frac {AF}{FB}}\cdot {\frac {BD}{DC}}\cdot {\frac {CE}{EA}}=1.} yazarıq. Başqa sözlə, XY uzunluğu xəttin bəzi sabit istiqamətində X -in Y-nin solunda və ya sağında olmasına görə müsbət və ya mənfi qəbul edilir. Məsələn, AF / FB, F A və B 'arasında olduqda müsbət dəyərə, əksi olsa mənfi olaraq təyin edilir.
Sela (soyad)
Sela (isp. Cela) – ispan soyadı. Bu soyada malik məşhur şəxslər: Pedro Pardo de Sela (1425–1483) – XV əsrdə Qalisiya qubernatoru, Xuan Nuns Pardonun oğlu Kamilo Xose Sela (1916–2002) – ispan yazıçı və publisist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Andre Silva (futbolçu)
Andre Migel Valente da Silva (6 noyabr 1995) — Portuqaliyalı futbolçu. Almaniyanın RB Leypsiq klubunda və Portuqaliya milli futbol komandasında hücumçu kimi çıxış edir. == Həyatı == Andre Silva 6 noyabr 1995-ci ildə anadan olub.
Anibal Kavaku Silva
Anibal Antoniu Kavaku Silva (port. Aníbal António Cavaco Silva) — Portuqaliya siyasətçisi, Portuqaliya Respublikasının prezidenti (9 mart 2006 – 9 mart 2016), Portuqaliyanın baş naziri (6 noyabr 1985-ci ildən üzrə 28 oktyabr 1995-ci ilə qədər).
Aylton Ferreyra Silva
Aylton Ferreyra Silva (16 mart 1995) — Aylton kimi də tanınan, Braziliyalı peşəkar futbolçu. == Karyerası == Aylton futbolçu karyerasına Braziliyanın Fluminense klubunda start vermişdir. O, 2015-ci ilin iyun ayında Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi Bakı klubuna bir mövsümlük icarəyə verilmişdir. Həmin mövsümün sonunda Aylton Primeyra Liqa təmsilçilərindən olan Eştoril klubuna icarəyə verilmişdir.2017-ci ilin iyul ayında Aylton Ştutqart klubu ilə dörd illik müqavilə imzalamışdır. Transferdən Eştoril Praya klubu €1 milyona yaxın pul əldə etmişdir.25 yanvar 2018-ci ildə Aylton mövsüm sonuna qədər Eştoril Praya klubuna icarəyə verilmişdir.
Neydson da Silva
Meydson da Silva (28 oktyabr 1996, Maseyo[d]) — Neydson kimi də tanınan, Molde klubundan icarə əsasında Eliteserien təmsilçilərindən olan Elverum klubunda qapıçı kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Klub karyerası == === Molde === Neydson Molde akademiyası vasitəsilə inkişaf etmişdir. Neydson öz peşəkar karyerasında debütünü 8 noyabr 2015-ci ildə İK Start klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Etan Horvatı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.19 iyul 2017-ci ildə Neydson 2017-ci ilin sonuna qədər Elverum klubuna icarəyə verilmişdir. === Brattvaq === 29 dekabr 2017-ci ildə Neydson Molde klubundan ayrıldıqdan sonra Brattvaq klubu ilə müqavilə imzalamışdır.
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Şalva Amiranaşvili
Şalva Amiranaşvili (gürc. შალვა ამირანაშვილი; 26 mart (7 aprel) 1899, Kutaisi quberniyası – 9 fevral 1975, Tbilisi) gürcü sənət tarixçisi, Gürcüstan sənətinin sistematik şəkildə elmi müalicəsi ilə məşğul olanlardan biri idi. 1991-ci ildə ölümündən sonra, adını 1939–1975-ci illərdə 36 il rəhbərlik etdiyi Gürcüstan İncəsənət Muzeyinə verdilər. Amiranaşvili, kiçik dağlıq Gürcüstanın Oni şəhərində (o vaxtlar Kutais qubernatorluğunun, Rusiya imperiyasının bir hissəsi) yerli müəllim ailəsində anadan olub. 1922-ci ildə yeni qurulmuş Tbilisi Dövlət Universitetinin (TDU) ilk məzunlarından biri idi. İki il Moskva və Leninqradda yaşadıqdan sonra, Rus və Bizans sənətləri üzrə ixtisaslaşmış Amiranaşvili TDU və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında dərs demişdir. 1925-ci ildə TDU-da Tarix və İncəsənət Nəzəriyyəsi şöbəsinə rəhbərlik etmiş və 1936-cı ildə professor elmi dərəcəsi qazanmışdır. 1939–1975-ci illərdə Gürcüstan İncəsənət Muzeyinin direktoru idi. 1921-ci ildə Bolşevik Sovet hökuməti tərəfindən Gürcüstan ələ keçirildikdən sonra 1945-ci ildə Fransaya köçürülmüş gürcü antikalarının geri qaytarılmasına nəzarət etmək üçün Parisə göndərilmişdir. Amiranaşvili 1943-cü ildə Sovet Elmlər Akademiyasının müxbir üzvü, 1955-ci ildə Gürcüstan Elmlər Akademiyasının üzvü, 1957-ci ildə Sovet Muzeyləri Milli Komitəsi və Beynəlxalq Muzeylər Şurasının üzvü seçildi.
Şalva Dadiani
Şalva Nikolayeviç Dadiani (1874 - 1959) — gürcü aktyor, yazıçı və dramaturq, ictimai xadim, tərcüməçisi. Gürcüstan Xalq artisti (1923). == Həyatı == 9 may (21), 1874-cü ildə Zestafoni şəhərində anadan olub. Məşhur gürcü knyaz nəsli Dadiani sülaləsinin üzvü Georgi Lipartianinin oğlu Manuçarın nəslindəndir. Atası - məşhur gürcü şairi, nasir və tərcüməçi Knyaz N.T.Dadiani (1844-1896), anası - knyaginya Lidia Antonovna Sulukidzedir.Şalva Dadiani ədəbi və ictimai fəaliyyətə 1890-cı illərdə başlamışdır. Teatr fəaliyyətinin başlanğıcı da eyni vaxta təsadüf edir. Ş.Dadiani 1893-1923-cü illərdə aktyor və Gürcüstan teatrlarının rejissoru idi. Bu müddət ərzində o, teatrda aktyor kimi 200-dən çox rol ifa etmişdir. 1905-ci il inqilabının təsiri altında Sovet dövründə Gürcüstanın akademik teatrlarında səhnələşdirilən bir sıra inqilabi pyeslər yazmışdır. Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra (1921) Sovet Gürcü teatrının inşasında fəal iştirak etmişdir.
Şalva Eliava
Şalva Eliava (gürc. შალვა ელიავა; rus. Шалва Зурабович Элиава; 30 sentyabr 1883 – 3 dekabr 1937, Tbilisi) — Sovet partiya və dövlət xadimi. == Siyasi karyerası == Şalva Eliava, 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına üzv oldu. Çar rejiminə qarşı aktiv fəaliyyətinə görə bir neçə dəfə sürgün edilmiş və həbsə məruz qalmışdır.1917-ci ilin mart-dekabr aylarında Voloqda quberniyası İşçi və Əsgər deputatları Sovetliyinin birinci sədri, 1918-ci ilin yanvar-aprel aylarında isə Voloqda quberniyası İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edildi. 1920-ci ildən etibarən 1 il müddətinə Rusiya Sovet Federativ Sosialist Respublikasının Türkiyə və İran üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Daha sonra Gürcüstan Sovet Sosialist Respublikasının Hərbi Dəniz məsələləri üzrə Xalq Komissarı təyin edilir. 1923-cü ildən etibarən Gürcüstan SSR Xalq Komissarları Sovetinin, 1927-ci ildən isə Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sədri təyin edilir. Daha sonralar 1931–1937-ci illər arasında SSRİ-nin Xarici Ticarət məsələləri üzrə xalq komissarının müavini və Yüngül Sənaye məsələləri üzrə xalq komissarının müavini vəzifələrini üstələyir. 1937-ci ildə vəfat edir.
Şalva Kikodze
Şalva Qerasimoviç Kikodze (gürc. შალვა ქიქოძე; 27 may 1894 – 7 noyabr 1921, Frayburq im Breisqau, Veymar Respublikası) — Gürcüstan ekspressionist rəssam, qrafika rəssamı, karikaturaçı və teatr dekoratoru, Paris məktəbinin nümayəndəsi. == Həyatı == Şalva Kikodze Gürcü zadəganları üçün gimnaziyada oxumuşdur. 1914-cü ildə Şalva Moskvaya getdi və Moskva Universitetinin hüquq fakültəsinə daxil oldu. 1916-cı ildə Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində oxumağa başladı. Lakin 1918-ci ildəki inqilabi hadisələrdən sonra Gürcüstana qayıtdı. 1916-cı ildən — Gürcüstan Rəssamlar Cəmiyyətinin üzvü seçilmişdir. Cəmiyyətin təşkil etdiyi sərgilərin fəal iştirakçısı olmuşdur. Elə həmin il yerli kilsədə XV əsrə aid fresklərin surətlərini hazırlayaraq Gürcüstanın Nabakhtevi kəndinə ekspedisiyada iştirak etdi. 1918-ci ildə Tiflisdəki Georgi Jabadari Studio Teatrında quruluşçu rəssam və dekorator olaraq çalışmışdır.
Şalva Loladze
Şalva Loladze (gürc. შალვა ლოლაძე; alm. Schalwa Loladse‎; nid. Sjalwa Loladze; 16 aprel 1916, Tiflis – 25 aprel 1945, Teksel, Şimali Hollandiya) - keçmiş SSRİ əsgəri. Üçüncü Reyx tərəfindən yaradılmış Gürcüstan legionuna rəhbərlərindən biri. Loladze 1945-ci ilin 5 aprel tarixində Niderlandın Teksel adasında Reyxə qarşı başladılmış üsyan hərəkatına rəhbərlik etmişdir. == Həyatı == Loladze İkinci dünya müharibəsindən əvvəl və müharibə başlayan zaman SSRİ ordusunda xidmət etmişdir. Sovet Hava Qüvvələrində kapitan rütbəsinə yüksəlməsinin ardından döyüş təyyarələrinin pilotu kimi döyüş əməliyyatlarında iştirak edir. Loladzenin içərisində olduğu təyyarə 1942-ci ildə Ukrayna səmalarında olarkən almanlar tərəfindən vurulur. Reyx tərəfindən əsir alındıqdan sonra Gürcüstan legionuna qoşulmaq qərarı verən Loladze legionun tərkibində yaradılmış Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonuna rəhbərlik edir.
Şalva Mşvelidze
Şalva Mixayloviç Mşvelidze (gürc. შალვა მიხეილის ძე მშველიძე; 1904–1984) — sovet gürcü bəstəkarı və musiqi müəllimi. Gürcüstan SSR xalq artisti (1958). İki İkinci dərəcəli Stalin mükafatı laureatı (1942, 1947). 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. == Həyatı == Şalva Mşvelidze 1904-cü il iyulun 15-də (28) Tiflisdə (indiki Tbilisi, Gürcüstan) anadan olmuşdur.1930-cu ildə Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasına daxil olmuş, burada M.M.Baqrinovskinin yanında bəstəkarlıq təhsili almışdır. Aspirantura təhsilini N. A. Rimski-Korsakov adına Dövlət Konservatoriyasında və Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında (V. V. Şerbaçovun qrupunda təhsil alıb) davam etdirib.Şalva Mşvelidze ilk gürcü klassik musiqisinin pionerlərindən sayılır. Onun yaradıcılığına altı simfoniya və simfonik poema daxildir. Belə ki, o, "Tariel əfsanəsi" (1946), "Böyük Ustadın sağ əli" (1961), "Qafqazioni" oratoriyası (1949) və "Əsrlər ənənəsi" (1970, V. İ. Leninə həsr olunmuş) operalarının, dörd simfoniyanın (1943, 1944, 1952, 1968), "Zviadaur" (1940), "Mindiya" (1950), "Gənc və bəbir" (1962) simfonik poemalarının müəllifidir.Mşvelidze bədii yaradıcılıqla yanaşı inzabati vəzifələrdə də çalışıb. O, Sov.İKP üzvü və deputat olub.
Şalva Natelaşvili
Şalva Natelaşvili (gürc. შალვა ნათელაშვილი; 17 fevral 1958, Tbilisi) — Gürcü siyasətçi. Müxalifətçi Gürcüstan Əmək Partiyasının lideri (1995-ci ildən). Gürcüstanın prezidentliyə keçmiş namizədi (nəticə — 6.49% səs) == Bioqrafiyası == 1981-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, müstəntiq, prokuror və Gürcüstan prokurorluğunun beynəlxalq əlaqələr şöbəsinin müdiri işləyib. 1989-cu ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının aspiranturasını bitirib. 1992-1995-ci illərdə Gürcüstan Parlamenti Hüquq Komitəsinin sədri 1994-1995-ci illərdə ölkə Parlamentində, parlament fraksiyalarında, parlamentin müvəqqəti və daimi komissiyalarında, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu ilə bağlı Redaksiya-Konstitusiya Komissiyasının rəhbəri. Onun təşəbbüsü ilə Gürcüstan insan hüquqları paktlarına və beynəlxalq hüququn əsas konvensiyalarına qoşuldu. 1992-ci ildə Gürcüstan Parlamentinə deputat seçildi. 1995-ci ildən parlamentdəki "Seçici" və "Majoritar" fraksiyalarına, 1997 -ci ildən "Əmək" fraksiyasına rəhbərlik etdi.
Şalva Nutsubidze
Şalva İsakoviç Nutsubidze (gürc. შალვა ისაკის ძე ნუცუბიძე; 14 dekabr 1888 – 6 yanvar 1969[…], Tbilisi) — Gürcü və sovet filosofu, ədəbiyyatşünas, mədəniyyət tarixçisi. Aletoloji realizm (həqiqət doktrinası) cərəyanının banisi. Gürcü fəlsəfəsi tarixinin ən böyük tədqiqatçısı. Fəlsəfə elmləri doktoru (1926). == Həyatı == 14 dekabr 1888-ci ildə Tsxaltubski rayonunun (Gürcüstan) Partsxanakanebi kəndində anadan olub. 1910-cu ildə Sankt-Peterburq Universitetinin Tarix və Filologiya fakültəsini bitirib. A. İ. Vvedenski, N. O. Losski, İ. İ. Lapşinin seminarlarına qatılmışdır. 1911–1914-cü illərdə xaricdə oxumuş və çalışıb, Leypsiqdə Vilhelm Vundt, Volkelt və Bartın rəhbərliyi altında təhsil alıb. Tbilisi Dövlət Universitetinin qurucularından biri olub.
Balva
Balva - Azərbaycanın milli yeməyi. == Tərkibi == Düyü - 40q, yumurta - 1əd., ərinmiş yağ - 30q, lavaşana - 10q, buğda unu - 15q, göyərti (ispanaq, balva) - 100q, göy soğan - 15q, istiot, duz. == Hazırlanma qaydası == Düyü 30 dəqiqə bişirilir, üzərinə xırda doğranmış göyərti, suda çalınmış un, hazır olana yaxın isə yağ, isladılmış lavaşana, duz, istiot və yumurta çalıntısı əlavə edilir.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır.Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.