Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Senyoraj
Senoraj (fr. seigneuriage)— Fransız sözü senyor (yəni, öz ərazisində pul çapetmə səlahiyyətinə malik yeganə feodal) sözündən yaranıb və pul çapı vasitəsi ilə yaradılan gəlir mənasını verir. Pul təklifindəki artım inflyasiyaya səbəb olur. Bəs nəticədə inflyasiya baş verəcəksə, mərkəzi banklar niyə pul çap edirlər? Bunun əsas səbəbi senyorajdır. Dövlət müəyyən mal və xidmətlərin alınmasına, eləcə də əhalinin az gəlirli təbəqəsinə transfertlərə müəyyən xərclər çəkir. Hökumət bu xərcləri müxtəlif yollarla (vergi, məqsədli fondlardan büdcəyə transferlər, dövlət əmlakının satışından gəlirlər və s.) təmin edə bilər. Bu yollardan biri də senyorajdır. Senyoraj bir baxımdan inflyasiya vergisidir. İnflyasiyanı bir vergi kimi görmək ilk növbədə çətin ola bilər.
Senyor Senyor böyük və Senyor Senyor kiçik (Kim Possibl)
Senyor Senyor böyük və Senyor Senyor kiçik - "Kim Possibl" serialının qəddar personajlardan biridirlər. == Xarakteristika == Senyor Senyor böyük və Senyor Senyor kiçik (Cunior) pulla maraqlanan şəxslərdir. Yaşadıqları yer adadır. Senyor Senyor böyük əvvəllər "Milyonçular klubu"nun üzvü idi. Lakin sonralar klubdan xaric edilmişdir. Senyor Senyor böyük, oğluna qəddarların gizli məlumatlarını öyrədirdi ki, onun layiqli davamçısı olsun. Cunior əzələli bədənə sahib olan, gözəl və nisbətən ağıldankəmdir. Çox vaxtı oğulun yöndəmsizliyi ucbatından atasının və digər qəddar şəxslərin planları pozulur. Senyor Senyorun ən qəti düşməni Kim Possibldır. Lakin oğlu Senyor Senyor Cunior atasından fərqli olaraq Kim Possibla aşiqdir.
Sentosa
Sentosa və ya Blakanq-Mati (ing. Sentosa, tam. செந்தோசா, çin. 圣淘沙) — Hind okeanında yerləşən, Sinqapura məxsus ada. Tropik Sentosa adası Sinqapurdan beş yüz metr cənubda yerləşir. Adanı Sinqapurdan Keppel boğazı ayırır. Sentosa malay dilində «sakitlik» mənası deməkdir. Sentosa asiyanın Disneylendi hesab olunur. Adada dünyanın ən böyük əyləncə mərkəzlərindən biri, eləcədə bir çox görməli yerlər: Siloso fortu, Dəniz həyatı okeanariumu, Merlion heykəli və s. var.
Senzura
Senzura (lit. cencura) — dövlətin kütləvi informasiya vasitələrinin məzmunu və yayılması üzərində nəzarətdir. Avropada 15-ci əsrdə yaranmışdır. Bu, əslində söz azadlığı, mətbuat azadlığı, televiziya və digər informasiya vasitələrinin dövlət, ictimaiyyət və digər ictimai müəssisələrin maraqlarına uyğun məhdudlaşdırma formasıdır. Senzura 2 cür olur; Bir növü əvvəlcədən hər hansı verilişin, məlumatın, informasiyanın, musiqinin və s.nin ictimailəşdirilməsindən əvvəl nəzərdən keçirilən və yalnız bundan sonra onun nümayişinə, çapa, nəşrə, dinlənilməsinə və s. icazə verilən senzuradır. Digər növü isə verilişin, filmin, kitabın, musiqinin və s.nin cəmiyyətə çatdırılmasından sonra onu nəzərdən keçirən senzuradır. Buna misal kimi İnternet senzuranı misal göstərmək olar.
Enydra
Enydra (lat. Enydra) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == == Növləri == Enydra anagallis Gardner Enydra fluctuans Lour.
Menora
Menorah (ivr. ‏חנוכייה‏‎) — Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Yəhudilərin ən qədim simvollarından hesab olunur. Musa peyğəmbərin Sina dağında gördüyü yanan kolun simvoludur. Doqquz qollu şamdan isə hanukiya adlanır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı, hanukiya isə Hanuka bayramında istifadə edilir.
Sensor
Sensor — fiziki kəmiyyəti ölçən və onu hər hansı bir müşahidəçi və ya alət tərəfindən oxuna bilən siqnallara çevirən alət. Sensor ona toxunan zaman siqnalı qəbul edir və ona cavab verir. Sensor alətlə və ya müşahidə ilə fiziki miqdarda ölmələri və siqnalda çevirmələri oxuya bilən çeviricidir. Məsələn, civə şüşəli termometr kolibrovka olunmuş şüşə boruda mayenin genişlənməsi və sıxılmasında ölçülmüş temperaturu çevirir. Termocüt temperaturu voltmeter ilə oxuna bilən çıxış gərginliyinə çevirir. Dəqiqlik üçün çox sensorlar tanınan standartların əksinə karibrovka olunur. Sensorlar əsas toxunma ilə tutqun və ya aydınlaşmış lampaların və qaldırıcı düymələrin toxunma həssaslığı kimi gündəlik obyektlərdə istifadə olunur. Əksər insanların heç vaxt xəbərdar olmadığı sensorlar üçün həmçinin sonsuz sayda tətbiqlər var. Tətbiqlərə maşınlar, mexanizmlər, kosmos , tibb istehsalat və robot texnikası daxildir. Sensor adətən elektrik və ya optika siqnalının formasında funksional olaraq əlaqələndirilmiş çıxışı əmələ gətirməklə giriş miqdarına cavab verən qurğudur.
Senzor
Senzor (lat. censor, censere — "qiymətləndirmə", "nəzarət") — Qədim Romada e.ə. 443-cü ildə, əvvəl 5 il, sonralar 18 aya qədər, sonralar isə ömürlük müddətə təsis edilmiş vəzifə. Senzorlar keçmiş konsullardan seçilirdilər və heç kim vəzifəni ikinci dəfə tuta bilməzdi. == Vəzifələr == inventarlaşdırma, siyahıyaalma; ədəb-ərkana, davranışa nəzarət (lat. censura morum) və cəzalandırmaq: senatdan kənarlaşdırma (lat. senatu movere), rütbənin kiçildilməsi (lat. tribu movere) və ya alınması (lat. tribubus omnibus movere), bu zaman günahkar erari (lat. aerarius) adlandırılırdı.
Anna Senkoro
Anna Klaudiya Senkoro ( 1962 - 4 yanvar 2017-ci ildə vəfat edib) — Tanzaniyalı siyasətçi və Tanzaniya-Maendeleo Mütərəqqi Partiyasının (PPT-Maendeleo) üzvü. 14 dekabr 2005-ci il seçkilərində PPT-Maendeleo üzrə prezidentliyə namizədliyini irəli sürmüşdür. Senkoro seçicilərin 0.17% səsini (18741 səs) toplayaraq namizədlər arasında ümumilikdə on səkkizinci yeri tutdu. O, seçkilərdə namizədliyini irəli sürən yeganə qadın siyasətçi idi. Prezident seçkilərdə iştirak edən ilk qadın siyasətçi kimi Tanzaniya tarixinə öz adını yazdırmışdır.
Cuzeppe Sinyori
Cuzeppe Sinyori (it. Giuseppe Signori; 17 fevral 1968, Alzano Lombardo, Lombardiya)— İtaliyalı keçmiş futbolçu. Hücumçu mövqeyində oynayıb. İtaliya millisinin üzvu olub. Sinyori, A Seriyasında ardıcıl 10 səfər oyununda qol vurmaqla rekorda sahibdir (1991–92-də "Focca" ilə bir oyun, 1992–93-də "Latsio" ilə 9 oyun). == Karyera == === Klub === "İnter" klubunun uşaq futbol məktəbinin yetirməsi olan Cüzeppe Sinyori, ilk debütunu, 1984-cü ildə həvəskarlar çempionatında oynayan "Leffe" komandasında edib. Burada iki mövsüm çıxış edən futbolçu pzunu yaxşı tərəfdən göstərir və komandasının D Seriyasına yüksəlməsinə kömək edir. Sinyori 1986-cı ildə C Seriyasında yarışan "Pyaçentsa" klubuna keçir. "Pyaçentsa"da 3 il oynadı, 46 matçda 7 qol vurur. 1987–88 mövsümunu icarə əsasında "Trento" klubunda keçirir.
Devid Senborn
Devid Senbor (ing. David Sanborn,) Amerikalı doğumlu caz, saksofon və piano ustası. == Haqqında == Devid Senbornun tam adı Devid Uliyam Senborndur. O, 1945-ci il iyulun 30-da Floridada anadan olmuşdur. Əslində, Devid hələ 3 yaşında olanda musiqi ilə məşğul olmağa başlamışdı, çünki nəfəs alətində çalmaq onun terapiyasının bir hissəsi idi. O, nəfəs alətlərindən məhz alt-saksofonu seçdi, çünki o vaxta qədər radioda tez-tez maraqla dinlədiyi əsərlər məhz bu alətdə səslənirdi. Devidin 18 yaşı olanda o, musiqiçi olmağı qət etdi və bu vaxtdan etibarən ciddi musiqi ilə məşğul olmağa başladı. Əvvəlcə Şimal-Qərb Universitetində, sonra isə Ohayo Universitetində musiqi təhsili aldı. == İllər keçdi == Illər keçdi… Devidin barəsində yazmağa başladılar. Xüsusən Italiyaya gedib, orada kino üçün musiqi ifalarını yazdıranda bu işə xeyli qüvvə sərf etmişdi.
E-senzura
Netdə senzura
Onlayn senzura
İnternet senzurası senzuranın ən yeni növlərindən biridi, dövlət, hökumət orqanları, İnternet provayder və internetə nəzarət etmək imkanı olan şirkət və təşkilatların istifadəçilərin İnternetdəki fəaliyyətinə nəzarət və ya qadağalar qoyması deməkdir. İnternet senzuranın aradan qaldırılması hazırda İnternetin ən böyük problemlərindən biridir və miqyasından asılı olmayaraq İnternetlə bağlı əksər şirkətlər internet senzuranın aradan qaldırılması, eləcə də İnternet senzuradan yayınma yolları axtarmaqla məşğuldurlar. Belə ki, Google və Mərkəzi Avropa Universiteti 2010-cu ilin sentyabrın 20–22-də Macarıstanın paytaxtı Budapeştdə "Azadlıqda İnternet 2010" beynəlxalq tədbirini təşkil edib bu barədə müzakirələr aparıblar. Bundan başqa müxtəlif təşkilatlar və şirkətlər İnternetdə anonimliyi təmin etmək, bloklanmış səhifələrə daxil olmağa şərait yaratmaq üçün müxtəlif onlayn alətlər (Freegate, Dynaweb, Tor, Tor körpüləri, JonDo, Puff, Your-Freedom, Ultrasurf, Tor Brauzer Bandlı, Psiphon, Hotspot Shield, GPass, GTunnel və s.) hazırlayıblar.
Yaxınlıq sensoru
Yaxınlıq sensoru (ing. Proximity sensor) obyektə toxunmadan onun yaxınlaşmağını, mövcudluğunu hiss edən həssas qurğudur. Bir çox istehsal proseslərində istifadə edilir. == Növləri == 3 tipi var: induktiv, maqnetik və tutum.İnduktiv yaxınlıq sensorların ucunda dolaq yerləşir. Bu dolaq yüksək tezlikli maqnit sahəsi yaradır. Metal cisim bu maqnit sahəsinə yaxınlaşdıqda metalda induksiya olunan cərəyan sensorda rəqslərin dayanması və ya azalması ilə nəticələnir və termal itkiyə səbəb olur. Bu dəyişiklik həssas dövrə vasitəsilə müəyyən olunur, çıxış dövrəsini aktivləşdirir.Tutum yaxınlıq sensorları cisim və sensor arasındakı elektrostatik tutumun dəyişməsini müəyyən edir. Sensorun hiss etmə sahəsinə cisim yaxınlaşdıqda dielektrik xassəsi göstərir və beləliklə, tutum dəyişir. == Xüsusiyyətləri == Yaxınlıq sensorları limit sviçdən fərqli olaraq heç bir mexaniki kontakt olmadan obyekti müəyyən edə bilir. Kontaktsız işləmə xüsusiyyəti onların işləmə müddətinin artmasına səbəb olur.
İnternet senzura
İnternet senzurası senzuranın ən yeni növlərindən biridi, dövlət, hökumət orqanları, İnternet provayder və internetə nəzarət etmək imkanı olan şirkət və təşkilatların istifadəçilərin İnternetdəki fəaliyyətinə nəzarət və ya qadağalar qoyması deməkdir. İnternet senzuranın aradan qaldırılması hazırda İnternetin ən böyük problemlərindən biridir və miqyasından asılı olmayaraq İnternetlə bağlı əksər şirkətlər internet senzuranın aradan qaldırılması, eləcə də İnternet senzuradan yayınma yolları axtarmaqla məşğuldurlar. Belə ki, Google və Mərkəzi Avropa Universiteti 2010-cu ilin sentyabrın 20–22-də Macarıstanın paytaxtı Budapeştdə "Azadlıqda İnternet 2010" beynəlxalq tədbirini təşkil edib bu barədə müzakirələr aparıblar. Bundan başqa müxtəlif təşkilatlar və şirkətlər İnternetdə anonimliyi təmin etmək, bloklanmış səhifələrə daxil olmağa şərait yaratmaq üçün müxtəlif onlayn alətlər (Freegate, Dynaweb, Tor, Tor körpüləri, JonDo, Puff, Your-Freedom, Ultrasurf, Tor Brauzer Bandlı, Psiphon, Hotspot Shield, GPass, GTunnel və s.) hazırlayıblar.
İnternetdə senzura
İnternet senzurası senzuranın ən yeni növlərindən biridi, dövlət, hökumət orqanları, İnternet provayder və internetə nəzarət etmək imkanı olan şirkət və təşkilatların istifadəçilərin İnternetdəki fəaliyyətinə nəzarət və ya qadağalar qoyması deməkdir. İnternet senzuranın aradan qaldırılması hazırda İnternetin ən böyük problemlərindən biridir və miqyasından asılı olmayaraq İnternetlə bağlı əksər şirkətlər internet senzuranın aradan qaldırılması, eləcə də İnternet senzuradan yayınma yolları axtarmaqla məşğuldurlar. Belə ki, Google və Mərkəzi Avropa Universiteti 2010-cu ilin sentyabrın 20–22-də Macarıstanın paytaxtı Budapeştdə "Azadlıqda İnternet 2010" beynəlxalq tədbirini təşkil edib bu barədə müzakirələr aparıblar. Bundan başqa müxtəlif təşkilatlar və şirkətlər İnternetdə anonimliyi təmin etmək, bloklanmış səhifələrə daxil olmağa şərait yaratmaq üçün müxtəlif onlayn alətlər (Freegate, Dynaweb, Tor, Tor körpüləri, JonDo, Puff, Your-Freedom, Ultrasurf, Tor Brauzer Bandlı, Psiphon, Hotspot Shield, GPass, GTunnel və s.) hazırlayıblar.
Fotoelektrik sensor
Fotoelektrik sensor əsasən infraqırmızı işıq şüasından istifadə edərək məsafəni, obyektin mövcud olub-olmamağını hiss edən qurğudur. Onlardan sənayenin müxtəlif sahələrində geniş istifadə olunur. Üç əsas növü var: qarşılıqlı, geriyə əks olunan və maneədən əks olunan. == Növləri == Qarşılıqlı fotoelektrik sensorlar iki hissədən ibarət olur: emitter, yəni şüanı göndərən qurğu və qəbuledici. Emitterdən göndərilən şüa qəbulediciyə çatdıqda sensorda heç bir dəyişiklik baş vermir. Lakin emitter və qəbuledici arasında maneə olduqda şüa çatmadıqda sensor bununla çıxış siqnalı verir.Geriyə əks olunan fotoelektrik sensorlarda emitter və qəbuledici hissə bir qurğuda yerləşir və həmin qurğunun qarşısında əksetdirici lövhə olur. Emitterdən göndərilən şüa həmin lövhədən əks olunaraq qəbulediciyə çatır. Şüa hər hansı maneə ilə rastlaşdıqda və əksolunmadıqda sensor çıxış siqnalı verir.Maneədən əks olunan fotoelektrik sensorlarında da emitter və qəbuledici bir qurğuda yerləşir.
Leopold Senqor
Leopold Sedar Senqor (fr. Léopold Sédar Senghor, 9 oktyabr 1906, Joel-Fadiut, Seneqal – 20 dekabr 2001, Normandiya, Fransa) — Seneqallı şair və yazıçı, filosof, siyasətçi; Seneqalın ilk prezidenti. == Mükafatları == Qızıl çələng mükafatı (1975).
Sensor ekran
Sensor ekran — toxunmaya reaksiya verən ekrandan təşkil olunmuş, informasiyanın giriş təchizatı. == Tarix == Sensor ekran proqramlaşdırılma mərhələləri üzrə tədqiqatlar çərçivəsində ABŞ-də ixtira edilib. 1972-ci ildə istehsal edilmiş PLATO IV kompüter sistemi İK-şüa torundan və 16x16 ölçülərində blokdan ibarət sensor ekrana malik idi. Hətta ekranın bu qədər kiçik və aşağı dəqiqliyinə baxmayaraq tələb olunan yerə toxunduqda əməliyyat icra olunurdu . 1971-ci ildə ilk dəfə Samuyel Herst tərəfindən qrafik planşet, dördməftilli rezistiv prinsipi üzrə (US patent 3662105) eloqraf hazırlanmışdır. == Sensor ekranların iş prinsipləri == Sensor ekranların müxtəlif fiziki prinsiplərdə işləyən tipləri mövcuddur. === Rezistiv sensor ekranlar === ==== Dördməftilli ekran ==== Rezistiv sensor ekran şüşə paneldən və elastik plastik membrandan ibarətdir. Panelə və membrana rezistiv örtüyü çəkilmişdir. Şüşə və membran arasındakı sahə mikroizolyasiya edilmişdir. Ekrana toxunduqda, panel və membran qapanır və analoq-rəqəmsal çevirici müqavimət dəyişikliyini və toxunmanın (X və Y) koordinatlarını qeydə alır.
Sonora (səhra)
Sonora (ing. Sonoran Desert; isp. Desierto de Sonora, bəzən Hila səhrası adlandırılır) — daşlı-qumlu səhra Şimali Amerikada, ABŞ-Meksika sərhədində qərarlaşır. İinzibati cəhətdən isə ABŞ-nin Arizona və Kaliforniya, Meksikaın isə Aşağı Kaliforniya və Sonora ştatları ərazisində qərarlaşır. Kaliforniya körfəzinin şimal sahillərinə qədər uzanır. Sonora Şimali Amerikanın ən isti və ən böyük səhralarından biridir. Müxtəlif hesablamalara görə səhranın sahəsi 260,000 km²-355,000 km² arasında dəyişir. Onun tərkibinə Yuma, Yuxa, Kolorado, Leçugilla, Tule, Altar səhraları daxildir. Yağıntının miqdarı 75–380 mm arasında dəyişir. Yağıntı əsasən qış-yaz mövsümündə düşür.
Şarey-Sentra
Şarey-Sentra (fr. Montvicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 201 nəfərin (15-64 yaş arasında) 150 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.6%, 1999-cu ildə 70.4%). Fəal olan 150 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın), 9 nəfər işsiz (5 kişi və 4 qadın) idi. 51 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Senya adası
Senya (norv. Senja, Ş.saam. Sážža) — Norveçin sahəsinə görə ikinci böyük adası (Şpitsbergen adaları daxil edilmədən). Sahilin qarşı tərəfində yerləşir. Finnsnes şəhəri yaxılığında yerləşir və şəhərlə körpü ilə birləşir. Senya adasında Onderdalen milli parkı vardır. Adanın qərbi açıq dənizlə əhatələnir. Şərqi isə meşələrlə örtülüdür. Əraziləri Lenvik, Berq, Torsken və Traney kommunalarına bölünür. 1 yanvar, 2008-ci il məlumatına görə adada 7782 nəfər yaşayır.
Leopold Sedar Senqor
Leopold Sedar Senqor (fr. Léopold Sédar Senghor, 9 oktyabr 1906, Joel-Fadiut, Seneqal – 20 dekabr 2001, Normandiya, Fransa) — Seneqallı şair və yazıçı, filosof, siyasətçi; Seneqalın ilk prezidenti. == Mükafatları == Qızıl çələng mükafatı (1975).
Cəlal Şəngör
Əli Mehmet Cəlal Şəngör (24 mart 1955, İstanbul) — türk geoloq. İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunda elmi fəaliyyət göstərib.Şəngör ABŞ Milli Elmlər Akademiyası, Amerika Fəlsəfə Cəmiyyəti və Rusiya Elmlər Akademiyasının üzvüdür. Professor Mehmed Fuad Köprülüdən sonra Rusiya Elmlər Akademiyasına seçilən ikinci türk professordur. Şəngör Alman Geologiya Cəmiyyəti tərəfindən Gustav Şteinman Medalına layiq görülmüşdür. Fransa, İngiltərə, Avstriya və Amerika Birləşmiş Ştatlarında qonaq professor olaraq çalışan Şəngör, başda geologiya, xüsusən də struktural yer elmi və tektonika sahəsindəki çalışmalarıyla tanındı. 1988-ci ildə Nevşatel Universitetinin Elm Fakültəsindən fəxri elmlər doktoru dərəcəsi aldı. Şəngör 1990-cı ildə Avropa Akademiyasına qəbul edildi və həmin ildə Avstriya Geologiya Xidmətinin müxbir üzvü, 1991-ci ildə Avstriya Geologiya Cəmiyyətinin fəxri üzvü oldu. 1991-ci ildə Mədəniyyət Nazirliyinin "Bilgi Dövrü" mükafatını aldı. 1992-ci ildə İstanbul Texniki Universitetinin Mədən Fakültəsinin Ümumi Geologiya Bölümü professoru oldu. == Həyatı == 1955-ci il 24 martda İstanbulda dünyaya gəlib.