Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • SEYFULLA(H)

    Ərəbcədir, hərfi mənası “Allahın qılıncı” deməkdir. Ad kimi “Allah yolunda qılınc işlədən” mənasını verir

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • SEYFULLA

    Allahın qılıncı, Tanrının qılıncı

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • SƏYDULLA

    adı sayılan Allah, hörmətli Allah

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ŞEYXULLA

    Allahın şeyxi, Tanrının şeyxi

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • ŞƏFULLA

    günahları Allah tərəfindən bağışlanmış (Adəm peyğəmbərin epiteti)

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • BEYTÜLLAH

    ...Kəbə. 2. Məscid. // məc. Gözəlin sifətinə işarədir. Camalın beytüllah, qaşların mehrab; Kəbə örtüyüdür, müxtəsər, zülfün. (Qoşma).

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • BEYTÜLLAH

    ə. Allahın evi (Kə’bənin adlarından biri)

    Tam oxu »
    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti
  • beytüllah 2021

    beytüllah

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • BEYTÜLLAH

    сущ. устар. 1. Кааба (священный храм мусульман в Мекке) 2. мечеть

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • EYNÜLLAH

    ə. Allahın gözü; Tanrının gözü

    Tam oxu »
    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti
  • ƏYULLAH

    ə. 1) bəli, hə; 2) təşəkkür; 3) Allah razı olsun!

    Tam oxu »
    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti
  • YANQILICI

    (Qarakilsə, Meğri) 1. yanakı (Meğri) – Seyfulla bəy həmmişə papaği yanqılıci quyərdi, bığlərin də əşərdi 2. biryanlı minmək (Qarakilsə). – Mən eşşəyi

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • DAVLA

    ...qurama çətir, bürüncək. – Quşdar davlıya yaxşı gəlir (Cəbrayıl); – Seyfulla davla aparıp qureydı, göreydin kə’xlix’ gətdi budu (Meğri)

    Tam oxu »
    Azərbaycan dilinin dialektoloji lüğəti.
  • КӀАМАЙ

    сущ.; -иди, -йда; -яр, -йри, -йра кӀамаш, акьул авачирди. Сейфуллагъ, - жаваб гана Вагьаба, - зун кӀамай туш кроватдин кӀаник квай балугъар гьуь

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • TÖVŞÜMƏK

    TÖVŞÜMƏK [Seyfulla:] Hə, Əsgər bəy, demə ki, cavanam, amma tövşüyürsən... (Ə.Cəfərzadə); LƏHLƏMƏK (heyvanlara aid) Sultan ağzından qan tökülən yalquza

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • КЪАРАВУШ

    ...ам Димиран кӀвале есир ва къаравуш хьанвай. 3. Э. Муьгьуьббатдин цӀелхем. Сейфуллагь гзаф йисара Ширванда ва Шекида кӀвалах авур кас тир. Аял чӀав

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ВЕТЕГА

    ...алачир... Къ. М. Маяк Саимат. Са сеферда мукьва-кьилияр тир Вагьабни Сейфуллагь ветегадиз кӀвалахар ийиз фида. С. М. ЦицӀигъ-наме.

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ВЕТЕГА

    ...алачир... Къ. М. Маяк Саимат. Са сеферда мукьва-кьилияр тир Вагьабни Сейфуллагь ветегадиз кӀвалахар ийиз фида. С. М. ЦицӀигъ-наме.

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ДНЕВНИК

    ...кхьидай тетрадь, блокнот. Рагьметдиз фидалди кьве йисан вилик Сейфуллагь Керимова вичин дневникда кхьенай... ЛГ, 2001, 15. XӀ.

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • MƏĞŞUŞLUQ

    ...Aram, deyirlər, Bakıda məğşuşluq var? C.Cabbarlı. [Musa:] [Şeyx Feyzullah] … gedib, Şah Əbdüləzimdə oturub məğşuşluq salmaqla məşğuldur. P.Makulu.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • КРОВАТЬ

    ...валчагърин хара ва кровать эцигнава. 3. Гь. Лезгийрин риваят. - Сейфуллагь, - жаваб гана Вагьаба, - зун кӀамай туш кроватдин кӀаник квай балугъар

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ГЬАВА

    ...цӀийи кьилелай, шад гьаваяр ягъиэ хьана. А. А. СтӀал Сулейман. Сейфуллагь лит галчудна, кфилдай жуьреба-жуьре гьаваяр ягъиз, са къвалахъ ярх хьа

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • СУЬРГУЬН

    ...Къиргъизстандиз хизанарни галаз Абдурагъманан хва Рамалданов Сейфуллагь ва Сагъидан хва Рамалданов Абдуллагь суьргуьндиз акъудна. С. Муслимов. ЦицӀи

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • DÜÇAR

    ...əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Ə.Haqverdiyev. [Molla Seyfulla] böyük müsibətə düçar olmuş adam kimi, hərdənbir dərindən ah çəkib,

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • КӀВАЛАХ

    ...Зун и пата, вун а пата. Са сеферда мукьва-кьилияр тир Вагьабни Сейфуллагь ветегадиз кӀвалахар ийиз фида. С. М. ЦицӀигъ-наме. Са-садбуру, завай кӀв

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • СЯТ

    ...Пакаман сятдин кӀуьдаз ам райондиз агакьна... Н. М. Буба. Сейфуллагь авай бригадади кӀвалах са зур сятдин вилик куьтягьна. С. М. ЦицӀигъ-наме. Гъа

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Qışlaq-i Seyidlər-i Seyfullah (Biləsuvar)
Qışlaq-i Seyidlər-i Seyfullah (fars. قشلاق سيدلرسيف اله‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (5 ailə).
Seyfulla Bədəlov
Seyfulla Hacı Əbdül oğlu Bədəlov (31 dekabr 1907 – 24 noyabr 1978) — Azərbaycan kinooperatoru, kinorejissor. == Həyatı == 31 dekabr 1907-ci ildə doğulub. Operator Seyfulla Bədəlov İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur.24 noyabr 1978-ci ildə vəfat edib. == Fəaliyyəti == Azərbaycan kinosunun ilk kinooperatorlarındandır. 1929-cu ildən kinoda çalışmışdır. Kinostudiya ilə yanaşı 1963-cü ildən Azərbaycan televiziyasında da filmlər çəkmişdir. Operator kimi 100-ə yaxın film, bir o qədər də kinojurnallar üçün süjetlər çəkmişdir. Rejissor kimi isə 25-dən çox yaxın film çəkmişdir. == Mükafatları == "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 == Filmoqrafiya == Operator kimi Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934) (qısametrajlı sənədli film) İnqilab tribunu (film, 1934) (qısametrajlı sənədli film) Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934) (qısametrajlı sənədli film) Azərbaycan günü (film, 1935) (qısametrajlı sənədli film) Azərbaycan SSR-nin 15 illiyi (film, 1935) (qısametrajlı sənədli film) Cəfər Cabbarlının dəfni (film, 1935) (qısametrajlı sənədli film) Şöhrətli Azərbaycan (film, 1935) (qısametrajlı sənədli film) Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) Yüksək məhsul uğrunda (film, 1936) (qısametrajlı sənədli film) S. M. Kirova abidə özülünün qoyulması (film, 1937) (qısametrajlı sənədli film) SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937) (qısametrajlı sənədli film) Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film) Yaşasın Azərbaycan artistləri (film, 1938) (qısametrajlı sənədli film) Bir May Bakısı (film, 1941) (qısametrajlı sənədli film) Sovqat (film, 1942) (qısametrajlı bədii film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Bakı neftçiləri (film, 1944) (qısametrajlı sənədli film) Xəzər dənizçiləri (film, 1944) (qısametrajlı sənədli film) Məktuba cavab (film, 1944) (qısametrajlı sənədli film) Şəfa nəğməsi (film, 1944) (qısametrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film) İran Azərbaycanının paytaxtında (film, 1945) (qısametrajlı sənədli film) Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film) Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) (qısametrajlı sənədli film) Arazın o tayında (film, 1947) (tammetrajlı sənədli film) Xalq şairi (film, 1947) (qısametrajlı sənədli film) Xəzər nefti (film, 1948) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film) Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film) Sovet Naxçıvanı-şərqin qapısı (film, 1949) (qısametrajlı sənədli film) Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) Bakıya xoş gəlmisiniz (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Daha iki nəfər (film, 1965) (qısametrajlı bədii film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Yun şal (film, 1965) (qısametrajlı bədii film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Quzu (film, 1967) (qısametrajlı bədii film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) İthaf (film, 1969) (qısametrajlı sənədli film) Səhhət (film, 1970) (qısametrajlı sənədli film) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (sənədli serial)(6-cı seriya) Bakı arxipelaqı (film, 1971) (qısametrajlı sənədli film) Konsert proqramı (film, 1971) (I) (qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1971) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1972) (tammetrajlı sənədli film) Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film) Günəşlə dolu dünya (film, 1973) (qısametrajlı sənədli film) Cəsurlar kəndi (film, 1974) (qısametrajlı sənədli film) Xalq istedadları (film, 1974) (qısametrajlı sənədli film) Üç monoloq (film, 1974) (qısametrajlı sənədli film) Yeddinci horizont (film, 1974) (qısametrajlı sənədli film) Şəki (film, 1977) (qısametrajlı sənədli film)Rejissor kimi Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film) Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) Mahnıya həsr olunmuş həyat (film, 1969) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Ürək dostluğu (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film)Ssenari müəllifi kimi Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Seyfulla Mustafayev
Seyfulla Fuad oğlu Mustafayev (18 noyabr 1962) — ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidenti. == Həyatı == Seyfulla Mustafayev 1962-ci ildə anadan olub. Azerbaijan News Service (Azərbaycan Xəbərlər Xidməti — ANS) 26 noyabr 1991-ci ildə 2 nəfər gənc jurnalist: Vahid və Seyfulla Mustafayev qardaşları tərəfindən yaradılıb. ANS Şirkətlər Qrupuna aid olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV — 1991), ANS ÇM Yayım və Media Şirkətinin — 1994, ANS-Kommers Şirkətinin — 1995 və ANS-PRESS NƏŞRİYYAT EVİ-nin — 2001, habelə ANS-in əhatə dairəsinə daxil olan digər şirkətlərin təsisçilərindəndir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) 1997–1998-ci illərdə Baş Prodüseri və 2002–2004-cü illərdə Baş Direktoru olub. 2001-ci ildən ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidentidir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Şurasının üzvüdür. Çingiz Mustafayevin qardaşıdır. Vahid Naxışın qardaşıdır. Fuad Mustafayevin oğludur.
Seyfulla Qasımov
Seyfulla Şamil oğlu Qasımov (azərb. Qasımov Seyfulla Şamil oğlu‎) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, "Azərbaycan Bayrağı" ordeni kavaleri. == Həyatı == Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil almışdır. 1975-1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasına yiyələnmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1980-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışmışdır. 1985-2004-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışdıqdan sonra, 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Baş İdarəsində rəis əvəzi vəzifəsində çalışmışdır. 2004-cü ildə Eldar Mahmudov tərəfindən əsassız olaraq işdən azad edilmişdir. === Vəfatı === 2010-cu il 12 dekabrda ürək tutmasından vəfat etmişdir.
Seyfulla Qurbanov
Seyfulla Hüseyn oğlu Qurbanov — Azərbaycan alimi, texnika elmləri namizədi. == Həyatı == Seyfulla Qurbanov 1931-ci ildə Naxçıvan MSSR Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1949-cu ildə orta məktəbi bitirmiş və Azərbaycan Sənaye institutunun neft və qaz yataqları istismarı fakültəsinə daxil olmuşdur.1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib Azərbaycan Elmlər Akademiyası nəznindəki neft ekspedisiyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildən Akademiya nəznində olan neft və qaz yataqları istismarı institutunun hidromexanika labaratoriyasında kiçik elmi işçi, sonra isə mühəndis vəzifəsində çalışmışdır. Bu illər ərzində neçə-neçə elmi əsərləri çap olunmuşdur. 1964-1966-cı illər Azərbaycan Sənaye institunun materiallar müqaviməti kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 1966-1969-cu illər ərzində Azərbaycan neft və qaz yataqları istismarı institutunda çalışmışdır. 1970-ci ildən Odessa gəmi mühəndisləri institutunun Bakı filialında materiallar müqaviməti kafedrasında dosent kimi çalışmış və VODQEO elmi tədqiqat institutunda da elmi fəaliyyətini davam etdirmişdir. 1996-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dəniz Akademiyasında dərs demişdir. Görkəmli Alim Seyfulla Qurbanov 22 dekabr 2003-cü ildə dünyasını dəyişmişdir.
Seyfulla Şamilov
Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938). == Həyatı == Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir. Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir. == Mükafatları == "Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur. == Əsərləri == === Kitabları === "Leninin pedaqoji üsulları" (1925) "Dördüncü il" (1929) "Laçın" (1932) "Seçilmiş əsərləri (1974) "Nigarın məcarası" (1977) == Mənbə == Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016.
Seyfulla Əkbərov
Seyfulla Əkbərov — Azərbaycan SSR və Azərbaycan Respublikasının tanınmış dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Baş prokuroru. == Həyatı == Seyfulla Əkbərov 1914 cü ildə Göyçayda anadan olub. 1931-1937-ci illərdə Bakıda Neft-Kimya İnstitutunda təhsil alıb. Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə çalışıb. Müharibədən sonra isə respublika prokurorluğunun qısamüddətli hüquq kursunu bitirərək prokurorluğun Mərkəzi aparatında ümumi nəzarət şöbəsinə işə qəbul olunub. Sonralar Bakı şəhərinin keçmiş Orconikidze (indiki Suraxanı) rayon, Gəncə şəhərində rayon prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifələrində çalışıb. S.Əkbərov 1948-ci ildə Moskva Ümumittifaq Hüquq institutunu bitirib. 1951-1963-cü illərdə Respublika Prokuroru vəzifəsində işləyib. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 25 sentiyabr 1959-cu il tarixli Fərmanı ilə ona II dərəcəli Dövlət Ədliyyə müşaviri xüsusi rütbə dərəcəsi verilib.
Seyfulla Əzimov
Seyfulla Səttar oğlu Əzimov (1970, Yuxarı Daşarx, İliç rayonu) — polis general-leytenantı, Daxili işlər nazirinin birinci müavini, Milli koordinator. == Həyatı == Seyfulla Əzimov 1970-ci ildə anadan olmuşdur. Daxili İşlər Nazirliyinin Azərbaycan Polis Akademiyasını bitirib. == Fəaliyyəti == Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2014-cü ilin noyabrın 4-dən DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutmuşdur. Seyfulla Əzimov 5 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Seyfulla Əsədullayev
Seyfulla Əsədullayev (19 iyun 1924, Ərçivan – 4 avqust 2011, Bakı) — ədəbiyyatşünas. == Həyatı == Seyfulla Əsədullayev 1924-cü ildə anadan olmuşdur. 1942–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1947–1949-cu illərdə Bakı Slavyan Universitetində təhsil almışdır. 1951-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1956–1959-cu illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində Filologiya fakültəsinin Rus sovet ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuşdur. 1959–1966-cı illərdə Azərbaycan Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, dekan müavini, fakültə dekanı vəzifələrində çalışmışdır. 1959-cu ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə professor elmi adı almışdır. 1966-cı ildən BDU-da kafedra müdiri vəzifəsində işləmişdir (Rus ədəbiyyatı tarixi kafedrası (1967–1984); Müasir rus ədəbiyyatı kafedrası (1984–2011).
Seyfulla mirzə Qovanlı-Qacar
Seyfulla mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (6 mart 1864, Şuşa və ya Tiflis – 29 iyul 1926, Bakı) — Çar ordusunun polkovniki. == Həyatı == Bəhmən mirzənin oğlu Seyfulla mirzə 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Tiflis ədadiyə məktəbinin tam kursunu bitirmişdi. 1886-cı il avqustun 30-da isə Tiflisdəki birinci dərəcəli yunkerlər məktəbini qurtaran podporuçik Seyfulla mirzə 152-ci Vlаdiqаfqаz alayında hərbi xidmətə başlamışdı. Rusiyanın müxtəlif şəhərlərində, süvari diviziyalarındakı əla xidmətinə görə həmişə fərqlənmişdi. Birinci Cahan Müharibəsi illərində Qərb cəbhəsində batalyon və alay кomandiri olmuşdur. Ivanoqorod şəhəri uğrunda gedən döyüşlərdə yaralanmışdı.1916-cı ildə polkovnik rütbəsi almışdı. Azərbaycan Demokratik Respublikası dönəmində milli orduda zabit olmuşdu. Sovet dönəmində , 1920-ci ildən 1921-ci ilədək konvoy nizami hissəsinin rəisi vəzifəsini icra etmişdi. Keçmişinə görə işdən çıxarmışdılar.
Baba Şeydullah (Qürvə)
Baba Şeydullah (fars. باباشيداله‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 501 nəfər yaşayır (113 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Beydullah Xanmaqomedov
Beydullah Xanmaqomedov (18 avqust 1927 – 28 sentyabr 1999, Mahaçqala — Sovet və rus dilçisi, qafqazşunas, Tabasaran dili üzrə mütəxəssis, Tabasaran dili dərsliklərinin və lüğətlərinin müəllifi, dünya ədəbiyyatı əsərlərinin Tabasaran dilinə tərcüməçisi. == Bioqrafiyası == 1927-ci ildə Xiv rayonunun Kondik kəndində tabasaranlı və ləzgi ailəsində anadan olmuşdur. Ata babası Cənubi Dağıstanda məşhur bir torpaq sahibi olan Hacı-Kutaya Xiv rayonunun ən varlı şəxsi olur. Ana babası isə tarixçi, filosof, şair və pedaqoq Mirzə Həsən Əlqədari olmuşdur. Xiv orta məktəbini bitirdikdən sonra, 1942-1945 -ci illərdə rayon torpaq şöbəsində əlavə işçi, sonra Xiv rayonunda heyvandarlıq texnikisi vəzifəsində çalışmışdır. 1945-ci ildə Pedaqoji İnstitutun Dil və Ədəbiyyat Fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra Tabasaran rayonunun Tinit orta məktəbinə rus dili və ədəbiyyatı müəllimi, 1952-ci ildə isə Xiv orta məktəbinə göndərilir. 1953-54-cü illərdə Təhsil və Gənclər Siyasəti Nazirliyinin dəvəti ilə Daquçpedqizdə Tabasaran dilinin redaktoru işləmişdir. Sonra SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda aspiranturanı bitirmişdir. 1958-ci ildə SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda "Tabasaran dilinin deklensiya sistemi ləzgi və agul dillərinin azalma sistemləri ilə müqayisədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Heybullah Əsdiyev
Heybullah Məzahir oğlu Əsdiyev (14 oktyabr 1993; Qaysa, Balakən rayonu - 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Heybullah Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub. 2000-2011-ci illərdə Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Heybullah Əsdiyev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Heybullah Əsdiyev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Həsən Xeyrullah Əfəndi
Həsən Xeyrullah Əfəndi (1834, Konstantinopol – 1898, Taif, Məkkə bölgəsi[d]) — Osmanlı alimi və şeyxülislamı. Sultan Əbdüləzizin imamlarından olduğu üçün İmam-ı sultani olaraq anılır. == Həyatı == Təxminən 1834-cü ildə İstanbulda dünyaya gəldi. Əsl adı Həsən Xeyrullah olub, Kasımpaşalı Osman Əfəndinin nəvəsi və tərsanədə çalışan Həmdullah Əfəndinin oğludur. İlk dini təhsilini Hacı Hafiz Əhməd Əfəndi və Əyinli Mehmed Qasım Əfəndidən aldı. Səsinin gözəlliyi və Quran-ı Kərimi səlis oxuması səbəbilə qısa zamanda digərlərindən seçildi və saraya alındı. Sultan Əbdülməcid dönəmində 9 il boyunca ikinci imam olaraq xidmət etmiş, 1861-ci ildə Sultan Əbdüləzizin cülusundan sonra isə Hacı Mehmed Şükrü Əfəndinin yerinə birinci imam (imam-ı sultani) olaraq təyin edilmişdir. Sultan Əbdüləzizin Bursa səyahətinə qatıldı, Gəmlik və Molava qəzalarının mülkləri ona hədiyyə edildi. Bir müddət sonra İstanbul qazılığına, 6 oktyabr 1861-ci ildə isə Anadolu qazəsgərliyinə namizəd göstərildi. Sultan Əbdüləzizin Avropa səyahətinə imam-ı sultani ünvanıyla qatıldı və bu səyahəti əsnasında Fransa kralı III Napaleon tərəfindən qiymətli daşlarla bəzəli tütün qabı hədiyyə edildi.
Kürəkənzadə Feyzullah Əfəndi
Kürəkənzadə Feyzullah Əfəndi (1700, Bursa – 27 dekabr 1761, Bəyoğlu) — Osmanlı alimi, bəstəkarı və şeyxülislamı. Atası Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. == Həyatı == 1700-cü ildə Bursada dünyaya gəldi. Atası o əsnada Bursa qazısı olan, Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. Təhsilini tamamlayıb müdərris lik dərəcəsi ladı və müxtəlif mədrəsələrdə xidmət etdi. Ailəsinin nüfuzundan istifadə edərək sürətlə dərəcələri artdı və 1730-cu ildə öncə Qalata, ardından həmin il Bursa qazısı oldu. İstanbul qazılığına təyinatından bir neçə ay sonra 1739-cu ildə Anadolu qazəsgərliyinə gətirildi. Ancaq bu vəzifədə 9 ay qala bildi və azad edildikdən sonra 10 il boyunca dövlət vəzifələrindən uzaq qaldı. Bunda atasının vəfatı ilə nüfuzunun azalmasının rolu mühümdür. 1750-ci ildə və 1754-cü ildə 2 dəfə Rumeli qazəsgəri oldu.
Seyid Feyzullah Əfəndi
Seyid Feyzullah Əfəndi (1639, Ərzurum – 3 sentyabr 1703, Ədirnə) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == 1639-cu ildə Ərzurumda dünyaya gəlmiş, əsl adı Mehmeddir. Atası Ərzurum müftüsü Seyid Mehmed Əfəndi, anası isə Şərifə Xatundur. İlk təhsilini atasından almışdır. Ərzurumda ikən ərəbcə, farsca və din təlimi dərslərini almışdır. Müəllimi Mehmed Vani Əfəndinin təkidiylə 1664-cü ildə İstanbula, daha sonra Ədirnəyə gələn Feyzullah Əfəndi ardından müəlliminin kürəkəni oldu. Şeyxülislam Minkarizadə Yəhya Əfəndinin müdərrislik təklifini müəllimi və qaynatası olan Mehmed Əfəndinin rəyi ilə qəbul etməyərək həccə getdi. (1687–1688) Döndükdən bir müddət sonra Mehmed Əfəndinin vasitəsiylə IV Mehmedin oğlu Şahzadə Mustafaya lələ təyin olundu. (1669) Bundan sonra Feyzullah Əfəndi üləma zümrəsində sürətli bir şəkildə irəliləməyə başladı. Üsküdar Mihrimah Sultan, Sahn-ı Səman və Aya Sofiya mədrəsələrində müdərrislik etdi.
Əbusəidzadə Feyzullah Əfəndi
Əbusəidzadə Feyzullah Əfəndi (16 yanvar 1631, Konstantinopol – 21 oktyabr 1698, Konstantinopol) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == 16 yanvar 1631-ci ildə İstanbulda dünyaya gəlmişdir. Məşhur Osmanlı üləma ailəsinə mənsubdur. Xoca Sadəttin Əfəndinin oğlu Əsad Əfəndinin şəcərəsindən olub, şeyxülislam Əbu Səid Mehmed Əfəndinin oğludur. Ailə ənənəsinə uyğun olaraq ilk təhsilini atasından aldı. Atasının şeyxülislamlığından istifadə edərək uşaq yaşlarından müxtəlif mədrəsələrə müdərris təyin edildi. İlk müdərrisliyi isə hələ 15 yaşında ikən Üsküdar Mihrimah Sultan mədrəsəsi oldu. Ardından 1650-ci ilədək müxtəlif mədrəsələrdə xidmət etdi. Beləliklə, 20 yaşına çatanda artıq mədrəsə həyatında ən yüksək pilləyə çatmışdı. Daha sonra qazı vəzifəsinə gətirildi və 1651-ci ildə Qalata qazısı oldu.
Qaraca-i Feyzullah (Mərənd)
Qaraca-i Feyzullah (fars. قراجه فيض اله‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,851 nəfər yaşayır (449 ailə).
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universiteti
Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universiteti (QazATU) (qaz. С. Сейфуллин атындағы Қазақ агротехникалық университеті (ҚазАТУ)) — Orta və Şimali Qazaxıstanın ən böyük əkinçilik universiteti, Astana şəhərindəki ilk ali təhsil müəssisəsi. Müasir qazax ədəbiyyatının banisi Saken Seyfullinin adını daşıyır. == Tarixi == 3 oktyabr 1957-ci ildə SSRİ Nazirlər Soveti Akmolinsk şəhərində kənd təsərrüfatı institutunun təşkili barədə qərar qəbul etdi. Akmolinskdə ilk ali təhsil ocağının açılması qərarı, qaldırılmış bakirə torpaqda kənd təsərrüfatı istehsalının təşkili zərurətindən qaynaqlandı. Müvəqqəti baza olaraq instituta 4 saylı dəmir yolu məktəbinin (şəhər mərkəzi ilə stansiya arasında yerləşən) ərazisi, keçmiş üç illik kənd təsərrüfatı məktəbinə aid və iki kilometrdən 4,5 km məsafədə yerləşən binalar verildi. yataqxana üçün institutun əsas ərazisi ayrılmışdı . Universitetin həqiqi fəaliyyəti 22 fevral 1958-ci ildə Akmola Kənd Təsərrüfatı İnstitutunun ilk direktoru T.Q. Duxovun vəzifələrini icra etməsi ilə başladı. İnstituta 4.1 min kvadratmetr təhsil sahəsi və tələbələr üçün əsaslı təmir tələb olunan narahat binalar ayrıldı. Buna görə əsaslı təmirlə yanaşı, əsaslı santexnika və abadlıq işləri də aparıldı: istilik magistralları çəkildi və bütün binalar buxar isitmə sisteminə verildi, su təchizatı və yerli kanalizasiya xətti çəkildi, ərazi yaşıllaşdırıldı və əsas yollar asfaltlandı .
Qəyfulla (Arxangel)
Qəyfulla (başq. Ғәйфулла, rus. Гайфуллинское) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Təyəkəs kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 44 km, kənd sovetliyindən (Təyəkəs): 4 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 50 km.Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (92%) üstünlük təşkil edir.
Şeyxulla Çanbarisov
Şeyxulla Habibulloviç Çanbarisov (9 may 1916 – 4 oktyabr 1996, Ufa) — başqırd elm xadimi, tarix elmlər doktoru, siyasətçi, hərbçi, professor. Ufa Rektorları Şurasının başçısı və Sovet İttifaqı Kommunist Partiyasının Ufadakı yerli təşkilatının lideri olan Çanbarisov Ufanın millət vəkilliyini də etmişdir. == Həyatı == Şeyxulla Çanbarisov 22 may 1916-cı ildə Büzdek bölgəsinə bağlı Büzdek kəndində kasıb ailədə dünyaya gəlmişdir. Kənd şurası başqanlığı edən atası müxtəlif Sovet vəzifələrini icra etsə də, spirtli içki qəbul etdiyi üçün ailəvi və siyasi problemlər yaşadı. Böyümə illərində anasının Şeyxullaya təsiri böyük olmuşdur. 1929-cu ildə ibtidai məktəbi bitirmişdir. Ardından Novo-Kulevo kəndində toplu əkinçilik məktəbinə girdi və 1932-ci ildə məzun oldu. 1920-ci ildə Komsomola qatıldı və Komsomolun yerli orqanının katibi seçildi. Məzun olduqdan sonra Komsomol Bysdyak bölgə komitəsinə təhsil nümayəndəsi olaraq təyin edildi və eyni zamanda bölgə komitəsi katibi olaraq çalışdı. Şeyxulla Çanbarisov 4 oktyabr 1996-cı ildə Ufada həyatını itirmişdir.
Bone-yi Xeyrüllah
Bone-yi Xeyrüllah (fars. بنه خيراله‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.