Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Limonlu piroq
Limonlu yovşan
Limonlu yovşan (lat. Artemisia balchanorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda, Azərbaycanda dağ yamaclarında bitir. == Botaniki təsviri == Limonlu yovşanın hündürlüyü 50-80 sm, diametri 50-60 sm olan mürəkkəbçiçəklilər fəsiləsindən olan çox budaqlanan yarımkoldur. Oduncaqlı çoxillik zoğlara malikdir. Yarpaqları 2-3 yerə lələkvari bölünmüşdür. Səbətləri oval-uzunsov, uzunsov süpürgədə yerləşir. Çiçəkləri ikicinslidir. Külək və həşəratların vasitəsilə çarpaz tozlanır. Çiçəkləməsi vegetasiyanın birinci ilində başlayır.
Limonlu çayı
Limonlu çayı (q.yun. Λάμος Lamos; lat. Lamus) və ya Gökler çayı ― qədim Kilikyada, müasir Türkiyənin Mersin ilində çay. Çay Tavr dağlarındakı Yüğlük dağından başlayır və Ərdəmli ilçəsindəki Limonlu (qədim Antakiya Lamotis) qəsəbəsi ərazisində Aralıq dənizinə tökülənə qədər dərin dərəsi boyu cənub-qərb istiqamətində axır. Hövzəsinin təxminən yarısında qərbdən qol olaraq Susama çayını qəbul edir. Limonlu qəsəbəsində, çayın mənsəbindən təxminən 500 metr qərbdə, sağ sahilindəki düz təpə üzərində orta əsrə aid Limonlu qülləsi yerləşir. Çayın üzərindən qüllənin altında yerləşən və ehtimal ki, daha əvvəlki bir Roma körpüsünün yerində tikilmiş, Osmanlı dövrünə aid körpü keçir. Qəsəbənin şimalında çaydan qədim Elaiussa Sebaste və Korikus şəhərlərinə su daşımış su kəmərinin qalıqları var. == Tarix == Çayın qədim adı Lamos (q.yun. Λάμος: lat.
Qrifonlu ev
Qrifonlu ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşən, memar İ. V. Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilmiş iki mərtəbəli malikanə tipli bina. Bina, memar İ. V. Edelin yaradıcılığında xüsusi yer tutur. Keçmiş Politseyskaya (indiki Yusif Məmmədəliyev) küçəsində yerləşən bu malikanə, başlanğıcda Lazarev ailəsinə məxsus olduğu guman edilir. Bunu binanın əsas frontonunda quraşdırılmış LB inisialı olan nəfis venzel təsdiqləyir. Bir müddət sonra, bu binaya tanınmış ticarətçi Akopov köçür və binanın birinci mərtəbəsində "Münch und Weiss" Ticarət Yoldaşlığını təsis edir. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi (həmin dövrdə Gürcüstanın Azərbaycandakı səfiri N. S. Alşibay idi) yerləşirdi. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayırdı. Bir zamanlar Qrifonlar evi yaxınlıqdakı Teatr institutunun əsas korpusuna birləşirdi, lakin həmin bina söküldükdən sonra, burada böyük boş ərazi yarandı və zamanla istifadəsizlikdən bu boşluq bataqlığa çevrildi. Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq bəzi səbəblərə görə səfirlik başqa yerə köçürüldü. Malikanə (mülk) tipdə olan yaşayış evi 1894–1896-cı illərdə memar İohann Vilhelmoviç Edel tərəfindən inşa edilmişdir.
Sinoplu Diogen
Sinoplu Diogen (Διογένης ὁ Σινωπεύς, təq. e.ə. 400, Sinop – təq. e.ə. 323) — qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi. Onun heç bir fəlsəfi təlimi olmamışdır. Ancaq müasir dövrə qədər gəlib çıxmamış bir neçə kitabın müəllifi olması deyilir. O öz həyat tərzi ilə insanları həqiqətə səsləyirdi. Diogen, Atisfenin təbiətə uyğun həyat çağırışına tabe olmuşdur. Həyatını son dərəcə kasıb olaraq keçirən Diogen çox vaxt əlində fənəri ilə gəzir və çəlləkdə yaşayırdı.
Lionlu Blandina
Lionlu Blandina və ya Müqəddəs Blandina (fr. Blandine, lat. Blandina; II əsr, Lion – 177, Lion) — erkən xristian əzabkeşi. == Həyatı == 177-ci ildə yepiskop Pofin və başqaları ilə birlikdə Mark Avrelinin rəhbərliyi altında Lionda xristianların təqibləri zamanı əzabkeş olmuşdur. O, Liondakı bir xristian qadının gənc qulluqçusu idi və bədəninin zəifliyinə baxmayaraq, hər cür işgəncələrə möhkəm dözmüş, həmçinin başqalarının ruhunu dəstəkləmişdir. Amfiteatrda heyvanlar ona toxunmamış, buna görə də Roma səlahiyyətliləri onu yenidən həbs edərək orada qamçılamış və qaynar oturacağa yerləşdirmişdilər. Bundan sonra o, öküz ilə qarşı-qarşıya qoyulmuş və ardınca asılmışdır. Xristianların onu basdırmasının qarşısını almaq üçün bədəni yandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Yevsevi. "Kilsə tarixi".
Lionlu İriney
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. == Bioqrafiyası == İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiyə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
İrineus Lionlu
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiyə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
Bolnisi sionu
Bolnisi sionu (gürc. ბოლნისის სიონი, translit. Bolnisis Sioni) və ya Bolnisi Sioni kafedralı — Gürcüstanın Kvemo-Kartli diyarının Bolnisi rayonunun Xaçın kəndində gürcü ortodoks bazilikası. Kafedralın inşaat prosesinə 478-ci ildə start verilmiş, 493-cü ildə tamamlanmışdır. Bu, Gürcüstandakı mövcud kilsələr arasında ən qədimidir. Yepiskop David Bolsini sionunun inşaat prosesi zamanı kilsənin rəhbəri idi. Bolnisi sionu kafedralı gürcü dilindəki yazılarıyla tanınır. Bu yazılar gürcü əlifbasının istifadə edildiyi ən qədim tarixi sənədlərdən biridir. Kilsə Gürcüstanda xaricində tamamlanma tarixi yazılmış ilk tikilidir. Bolnisi sionunun dekorativ sxeması Sasani üslubunda hazırlanmışdır.
Sifon (dəqiqləşdirmə)
Sifon (termin) Sifonoforlar -ərbəst üzən dəniz heyvanları dəstəsi. Sifon (hidrotextika) - avtomatik suötürücü. Sifon (məişət) - içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab.
Sifon (hidrotextika)
Sifon — əsasən SES su anbarlarından (bəndlərdə), kanal və basqı hovuzlarından izafi suyu kənar etmək üçün tətbiq olunan boruşəkilli avtomatik suötürücü. Giriş hissəsi çox vaxt geniş olur və yuxarı byefin su səviyyəsindən aşağıda yerləşdirilir ki, içərisinə hava, zibil və ya buz girməsin.
Sifon (məişət)
Sifon — içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab. Avtosifon adlanan növü metal və ya şüşə (metal torla armaturlanmış) balondan ibarətdir: balonun ağzına yivlə burulub bağlanan axıdıcısı və maye karbon qazı baloncuğu üçün dairəvi hissəsi olur. Metal avtosifonlar 1 və 2 litrlik, şüşə avtosifonlar 1 litrlikdir. Doldurulan sifon növünü qalın şüşədən 0,8 və 2 litrlik hazırlayır və xüsusi yerlərdə 6101—8105 N/m² (6—8 am) təzyiq altında doldururlar.
Sifon (termin)
Sifon (rus. сифон, ing. siphon) — yun.siphon-kiçik boru, nasos – geomorfologiyada, yeraltı karst çaylarının kanalının şaquli səthdə dirsəkvari əyilməsi.
Sonlu elementlər üsulu
Sonlu elementlər üsulu (SEÜ)- tətbiqi fizikanın ədədi həll üsuludur. Deformasiya oluna bərk cism mexanikası, istilik mübadiləsi prosesləri, hidrodinmaika və elektrodinamikada bu üsuldan geniş istifadə olunur. Qoyulmuş çətin həll olunan texniki məslələrin həlli təqribi olaraq sərhəd şərtlərinə malik elliptik differensial tənliklərin köməyi ilə aparılır. Bu mühəndislikdə müasir hesablama üsullarından sayılır. Hesablama riyaziyyatı baxımından sonlu elementlər üsulunun mahiyyəti ondan ibarətdir ki, məsələnin funskionallığının minimallaşdırılması ayrı-ayrılıqda alt sahələrdə müəyyən olunmuş funksiyalar toplusu kimi baxılır və sistemin ədədi anlaizi onu tam bir vahid kimi nəzərə alır. Sonlu elementlər üsulunun yaranması 1950-ci ildə kosmik məsələlərin həlli ilə bağlıdır. Bu üsul tikinti mexanikası və sərtlilik nəzəriyyəsindən məlum olmuş, sonralar isə onun riyazi əsası işlənmişdir. SEÜ əsas təkanı 1963-cü ildə tikinti mexanikasında potensial enerjinin minimallaşdırlması ilə sisitemin həllini tarazlığın xətti asılılıqları ilə əvəz olunmasına gətirilməsinin Reley-Rits üsulunda sübutundan sonra almışdır. SEÜ minimallaşdırma ilə əlaqəsini sübut edəndən sonra o Laplas və Puasson düsturları ilə ifadə olunan məsələlərə də tətbiq olunmağa başaldı. Getdikcə SEÜ geniş tətbiqi və onun riyazi əsasınn genişləndirilməsi bu üsulla çətin həll olunan differensial tənliklərin həllinə də şərait yaratmışdır.