Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simien Milli Parkı
Simien Milli Parkı — Afrikada, Efiopiya dövlətində yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Haqqında == Simien Milli Parkının sahəsi 13000 hektar olub, eroziya və yüksək bioloji müxtəliflik ilə yaradılmış möhtəşəm bir mənzərəyə malikdir. Milli Park çay vadiləri ilə ayrılmış Afrikanın başlıca dağ massivinin birinindən ibarətdir. Milli Parkda yüksəkliyi 4000 metrdən çox olan Ras Daşen zirvəsi yerləşir. Simien Dağları 40 milyon il əvvəl tektonik fəaliyyətlər nəticəsində yaranmışdır. . Minlərlə il boyuncaki eroziya, geridə Simien Dağlarında boğazlar, kanyonlar və uçurumlardan ibarət mənzərə buraxdı. Simien Milli Parkı nəsli tükənməkdə olan 3 növ məməliyə ev sahibliyi edir: Ualia dağ keçisi, Qelada meymunları və Efiopiya qurdu. Milli Park 1978-ci ildə 9-cu üzv kimi YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir.
Ramitən
Ramitən (özb. Romitan) — Özbəkistanın Buxara vilayətində şəhər. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Ramitəndə 13.940 nəfər yaşamaqda imiş.
Siminə
Siminə (tarixi adı Qaramusalı)(fars. سیمینه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanının Siminə bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957 nəfər və 188 ailədən ibarət idi. Şəhərin tarixi adı olan Qaramusalı, şəhərin Tatavuçay (farsca adı Siminərud) çayının sağ sahilində yerləşdiyinə görə Siminə olaraq dəyişdirilmişdir. Şəhər Tatavuçayın sağ sahilində, dəniz səviyyəsindən 1309 metr yüksəklikdə, Qərbi Azərbaycan ostanının inzibati mərkəzi olan Urmiya şəhərindən 129 kilometr cənub-şərq məsafədə yerləşir.
Simit
Simit — suysamla qablı yumru formalı çörəklərə verilən ümumi ad. Türkiyə və Yunanıstanda geniş şəkildə istehlak edilən simitə Yunanıstanda kuluri (Yunanca: κουλούρι) deyilir. İzmir elində simit gevrek adıyla bilinir.(Bolqarıstanda 'gevrek' və Serbiyada 'çevrek' və Rumıniyada da 'covrigi' deyilir. Ehtimalla balkanlardan İzmirə gələn immiqrantların təsiriylə simitə 'gevrek' deyilir.) Ümumiyyətlə tək istehlak edilən simit, nahar üçün seçildiyində pendir, çay və ya cemlə birlikdə də yeyilə bilər. İndiki vaxtda simit, müasir sobalarda və simit evlərində hazırlanıb satıla bildiyi kimi prospekt və küçələrdə satıcılıq edən səyyar satıcılar tərəfindən bir əl avtomobili içində də satılar.
Similan adası
Similan adası-(tay เกาะสิมิลัน) — Andaman dənizinin adası. İnzabiti cəhətdən Pxanqnqa əyalətinə daxildir ki, elə o əyalətin 70 km qərbində yerləşir. Yavi dilindən tərcümədə "doqquz" mənasını verir. Belə ki, burada olan adaların sayına görə adlandırılır. == Adaları == Cənubdan şimala adaların siyahısı: Huyonq (เกาะหูยง/Koh Hu Yong); Payanq (เกาะปายัง/Koh Payang); Payan (เกาะปาหยัน/Koh Payan); Mianq (เกาะเมียง/Koh Miang); Ха (เกาะห้า/Koh Haa); Paya (เกาะปายู/Koh Payu); Xin-Pusar (เกาะหินปูซาร์/Koh Hin Pusar); Similan (เกาะสิมิลัน/Koh Similan); Banqu (เกาะบางู/Koh Ba Ngu), Bon (เกาะบอน/Koh Bon), Taçay (เกาะตาชัย/Koh Tachai). == Coğrafiyası == Adanın sahəsi- 140 кm²-dir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən-244 m yüksəklikdədir. İllik yağıntıların miqdarı isə 3560 mm-dir. 2004-cü ildə baş verən sunamidə bu adalar çox zərər çəkmişdir. == Turizm == Adalarda və ətraf sularda toxunulmayan təbiətə rast gəlinir.
Simiran (Əsədabad)
Simiran (fars. سمیران‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 191 nəfər yaşayır (60 ailə).
Simin Behbahani
Simin Behbəhani (fars. سیمین بهبهانی‎; 20 iyul 1927, Tehran – 19 avqust 2014, Tehran) – İranın görkəmli şairəsi və tanınmış feminist. == Həyatı == 12 yaşında şeir yazmağa başlamış Behbəhani ilk dəfə şeirini 14 yaşında ikən nəşr etdirmişdir. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədir, sonralar qəzəllərə keçmişdir. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbəhani bir arada İran Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Nobel mükafatına ədəbiyyat üzrə 1999-cu və 2002-ci ildə namizəd seçilmişdir.
Simin Behbəhani
Simin Behbəhani (fars. سیمین بهبهانی‎; 20 iyul 1927, Tehran – 19 avqust 2014, Tehran) – İranın görkəmli şairəsi və tanınmış feminist. == Həyatı == 12 yaşında şeir yazmağa başlamış Behbəhani ilk dəfə şeirini 14 yaşında ikən nəşr etdirmişdir. Əvvəl Nima Yuşicin "çar parə" ədəbi tərzini işlədir, sonralar qəzəllərə keçmişdir. Şairənin teatr məsələlərini və müasir gündəlik hadisələri qəzəl formasında təqdim etməsi fars ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Simin Behbəhani bir arada İran Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. Nobel mükafatına ədəbiyyat üzrə 1999-cu və 2002-ci ildə namizəd seçilmişdir.
Simin Daneşvar
Simin Daneşvar (28 aprel, 1921 – 8 mart, 2012) - iranlı akademik, romançı, tərcüməçi. O, ilk əsas iranlı qadın romançı olaraq tanınır. Bir çox ilklər onun adı ilə bağlıdır. Fars dilində nəşr olunan hekayələr toplusunun (1948) müəllifi olan ilk iranlı qadındır. Onun bestseller olan "Savuşun" ("Siyavuşun ağıçıları", eyni zamanda "İranın matəm musiqisi" olaraq da tanınır) (1966) romanı iranlı qadın tərəfindən yazılmış ilk romandır. 5 hekayə və 2 avtobioqrafik əsərdən ibarət "Teatr" adlı toplusu iranlı qadın yazıçı tərəfindən yazılan ilk topludur ki, xarici dilə tərcümə olunmuşdur. O, iranlı yazıçı Cəlal Ale-Əhmədlə evlənmiş, onun yaradıcılığına güclü təsir göstərmişdir. Eyni zamanda çox yaxşı tərcüməçi olan Simin Anton Çexovun "Albalı bağı" və Nataniel Hotornun "Qırmızı ləkə" əsərləri daxil olmaqla, bir sıra əsərləri tərcümə etmişdir. Hal-hazırda son kitabının harada olduğu bəlli deyil və bunun Siminin trilogiyasının son hissəsi olduğu güman olunur. == Erkən həyatı == Simin Daneşvar 1921-ci il 28 apreldə İranın Fasa şəhərində anadan olmuşdur.
Simian Mobile Disco
Simian Mobile Disco — Simian qrupundan Ceyms Ford və Cas Şau tərəfindən yaradılmış elektronika musiqi duosu.
Nadirin Simindən ayrılması (film, 2011)
Nadirin Simindən ayrılması, (fars. جدایی نادر از سیمین‎) ssenari müəllifi və rejissoru Əsgər Fərhadi olan, 2011-ci ildə Qızıl Qlobus mükafatın qazanan və Leyla Hatəmi, Peyman Məadi, Şəhab Hüseyni, Sarə Bayat və Sarina Fərhadinin oynadığı İran dram filmi. Boşanmış bir orta sinif İranlı cüt və həyat yoldaşın yaşlı atası üçün alt sinif bir sorğu tutmasını izləyən çəkişmələri mövzu edinmektedir.61.Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film sahəsində Qızıl Ayı və ən yaxşı aktyor ilə ən yaxşı aktrisa sahələrində Gümüş Ayı qazandı, beləcə Qızıl Ayı qazanan ilk İran filmi oldu. 2012 ildə 69.Qızıl Qlobus mükafatlarında ən yaxşı xarici dil film mükafatın qazandı. Film həmçinin İran film seçimi şurası tərəfindən 2012 Oskar mükafatlarının, ən yaxşı xarici dil film mükafatında iştirak etmək üçün təqdim edilmişdir və Oskar mükafatını əldə etmişdir. == Məzmun == Nadir və Simin 11 yaşlı qızları Tirmə ilə birlikdə Tehranda yaşayırlar. Şəhərli orta sinif xarakterə sahib olan ailə dağılmaq üzrədir. Simin qızı Tirmənin İrandakı mövcud şərtlər altında böyüməsini istəmədiyi üçün əri və qızıyla birlikdə ölkəni tərk etmək istəyir. Ancaq Nadir eyni fikirdə deyil. Çünki ailəylə yaşayan və Alzheimer xəstəsi olan atası üçün nigarandır.
Şamisen
Şamisen (yap. 三味線 "üç sim") – baçi adlı bir mızrab ilə çalınan üç telli Yaponiya çalğı aləti. XVI əsrdə cənubi Yaponiyada yaranıb. Şamisen müxtəlif formalarda hazırlanır və teatr tamaşalarında istifadə olunur.
Şimiltəy
Şimiltəy xanım - türk və altay mifologiyasında yer altı tanrıçası. Şebəldəy xanım və ya Sibildəy xanım olaraq da xatırlanır. Cəhənnəm və yer altındakı bütün fövqəladə varlıqlar onun hökmü altındadır. Yer altı aləmiylə əlaqəli olan bütün qadın şamanlara liderlik edir. Çox uzun mis bir dimdiyi vardır. İstədiyində buludların arxasına uça bilər. Altay əfsanələrinə görə yer altının sahibi, yer altı aləminə bağlı bütün qadın şamanların lideridir. Ölüb dirilmələr halındakı zaman dövrünü kainatın nizamını işarələr. == Etimologiya == (Şim/Çim) kökündən törəmişdir. Monqolca Şim sözü hər hansı bir şeyin özünü, "Sime" isə səs-küyü ifadə edər.
Sbiten
Sbiten (сби́тень) Qədim şərqi slavyan içkisi olub, su, bal və müalicəvi otlardan ibarətdir.Soyuqdəyməyə qarşı isidici funksiyası olduğundan qış aylarında ən çox içilir.Soyuq stiben isə isti yay aylarında və hamamdan çıxan zaman zaman içilir. == Etimologiyası == Sbiten öz mənasını qarışdıqmaq feylindən götürür.Belə ki, iki müxtəlif qabda hazırlanır. Birində balı əridirlər, o birində isə otları. Hazır olandan sonra onları qarışdırırlar. Onun tərkibi (alkoqollu və alkoqolsuz) və onun hazırlanması (2 və daha çox qabda) reseptdən asılı olaraq dəyişir. Alkoqollu içkinin tutumu 4-7 %, alkoqolsuz içkinin isə 1% olur. == Tarixi == 1803-1804-cü illərdə Rusiya İmperiyasının ənənələri haqqında olan məlumatlara əsasən çay yaranana kimi sbiten yeganə isti içki hesab edilirdi. Onu samovarlarda hazırlayırdılar. Belə ki, samovorlar ölkənin müxtəlif yerlərində yerləşdirilmişdir. Belə ki, evlərin divarlarında açılmış pəncərələr əsas idi.
Bulbophyllum simile
Bulbophyllum simile (lat. Bulbophyllum simile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Trillium simile
Trillium simile (lat. Trillium simile) — melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü.
Emap International Limited
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir.2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi. Verilənlər bazası biznesinin adı dəyişdirilərək "4C Group", tədbirlər bölməsi isə "I2i Events Group" adlandırılmışdır.
Scott Trust Limited
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir == Tarixi == Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
Simen Burhol
Simen Burhol (23 yanvar 1992) — Norveçli oxatan. Simen Burhol Norveçi 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Simen Burhol birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 107-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Caspian Marine Services Limited
Caspian Marine Service Limited — özəl dənizçilik şirkəti. Xəzər dənizində neft-qaz hasilatı ilə bağlı əməliyyatların təmin edilməsi və neft-qaz platformalarına işçilərin daşınması üçün dəniz nəqliyyatı xidmətləri göstərir. == Fəaliyyəti == Xəzər regionunda fəaliyyətə 2006-cı ildə başlamışdır. Əsas fəaliyyəti, müasir texnologiyalardan və qabaqcıl idarəetmə sistemlərindən istifadə etməklə, Xəzərin Azərbaycan və digər sektorlarında çalışan şirkətlərə dəniz nəqliyyatı xidmətlərinin göstərilməsindən ibarətdir.Fəaliyyət göstərdiyi sənaye sahəsində davamlı inkişaf məqsədi ilə şirkət digər şirkətlərlə əməkdaşlıq edir və bütün hüquqi tələblərə uyğun və mümkün qədər əsaslandırılmış şəkildə təşkil edir.
Simen Heqstad Krüger
Simen Heqstad Krüger (13 mart 1993) — Norveçli xizək yürüşçüsü. O, FİS Xizək Dünya Kubokunda iştirak etmişdir. Krüger Lin klubunun üzvüdür. O, Norveçi 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etmiş və qızıl medal əldə etmişdir.
Guardian News and Media Limited
"Guardian Media Group plc" (çox vaxt "GMG"adlandırılır) — Birləşmiş Krallıq mətbuat şirkəti. "The Guardian" və "The Observer" daxil olmaqla bir sıra media aktivlərinə sahibdir. Şirkət özü "Scott Trust" qrupuna məxsusdur. == Strukturu == "GMG"ə bir sıra bölmələr və şirkətlər daxildir: Guardian News & Media ("The Guardian", "The Observer" qəzetləri, "guardian.co.uk" saytı) GMG Regional Media ("Manchester Online", "Channel M" daxildir) GMG Radio ("Smooth", "Real" və "Rock Radio" kimi bir sıra regional radio stansiyaları daxildir) Trader Media Group ("The Auto Trader" jurnalı və veb saytı) GMG Property Services (daşınmaz əmlak proqramı, verilənlər bazası və "CFP Software", "The Media Design House" dizayn bürosu və "ThinkProperty.com" istehlakçı portalı)"Guardian Media Group" öz sahibinin olan "Scott Trust" şirkətinin əsas məqsədlərini dəstəkləmək üçün mövcuddur.