Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Slade
Slade (oxunur "Sleyd" ; əvvəllər Ambrose Slade) — Britanialı rok qrupdur, qlem rokun liderlərindən biridir.
Sate
Sate İndoneziya mətbəxinə məxsus, ədviyyatlardan istifadə edərək şişə çəkilmiş və manqalda qızardılmış ət yeməyidir. Xüsusi sousla süfrəyə verilir. Sate dilimlənmiş toyuq, keçi, qoyun, mal əti, donuz əti, balıq, digər ət və ya tofudan ibarət ola bilər. Kokos palmasının yarpaqları daha original olmasına baxmayaraq, bambuk şişləri tez-tez istifadə olunur. Odun və ya kömür ocağı üzərində qızardılır və sonra müxtəlif ədviyyatlarla servis olunur. Sate müxtəlif souslarla süfrəyə verilir, lakin ən çox soya və yer fıstığı sousundan istifadə olunur. Belə ki, yer fıstığı sousu tez tez sate sousu adlandırılır. Sate İndoneziyayanın Yava adasına məxsusdur. Bu İndoneziyanın milli yeməyidir. Həmçinin Cənub-Şərqi Asiyada, xüsusilə İndoneziya, Malayziya, Sinqapur , Tayland və Vyetnamda məşhurdur.
Zlate Moravtse
Zlate Moravtse (slovak. Zlaté Moravce, alm. Goldmorawitz‎, mac. Aranyosmarót) — Şəhər Slovakiyanın mərkəzində, Poqronski İnovets dağ massivinin yamacında və Jitava çayının sahilində yerləşir. Əhalisi 15 min nəfərə yaxındır. == Tarix == Zlate Moravtse ilk dəfə 1113-cü ildə Morova adı altında qeyd olunmuşdu. 1530 və 1634-cü ildə şəhər türklər tərəfindən iki dəfə yandırılaraq qarət edilmişdi. 1735-ci ildə şəhər Tekova vilayətinin paytaxtına çevrilmişdi. 1894-cü ildən isə Şuranıdan buraya dəmiryolu çəkdirilmişdi. 1919-cu ildə şəhər ətrafında Macar Qızıl ordusu ilə Çexoslovak qoşunları arasında şiddətli döyüşlər gedirdi.
Skate Kitchen
Skate Kitchen (azərb. Skeyt mətbəxi‎) — Kristal Mozellin 2018-ci ildə ssenarisi və rejissorluğu ilə çəkilmiş ABŞ filmi. Bu onun qısametrajlı filmi "That One Day" əsasında çəkilib. Film Nyu-Yorkda bir qrup qadın skeytbordçu ilə dostlaşan Kamil (Reyçel Vinberq) adlı yeniyetmə qızın hekayəsindən bəhs edir. Real həyatda da var olan "Skate Kitchen" qrupunun üzvləri bu filmdə özlərinin uydurma versiyalarını canlandırıblar. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Skate Kitchen — Internet Movie Database saytında.
Qedunq Sate
Qedunq Sate Bandunq, Qərbi Yava, İndoneziyada ictimai bir binadır. Holland memar J. Qerber tərəfindən indiki İndoneziya elementlərini birləşdirən neoklassik memarlığı təsvirinə əsasən Niderland Ost-Hindi Dövlət Müəssisələrindən olan (Hökumət Sektorları Departamenti sözündən ibarətdir) bu bina 1920-ci ildə tamamlandı. Bu gün bina Qərbi Yava əyalətinin qubernatorluğu və muzey kimi xidmət edir. Onun ümumi adı Qedung sate indoneziyalıların "satay binasına" çevrilmiş bir ləqəbidir və bu binanın mərkəzi zirvəsinin şəklinə istinaddır - indoneziyanın ənənəvi yeməklərindən biri olan "satay" adına bənzəyir.
Late Registration
Late Registration — amerikalı repçi və prodüser Kanye Vestin ikinci studiya albomu. 30 avqust 2005-ci ildə Def Jam Recordings və Roc-A-Fella Records tərəfindən buraxılıb.
Golden State Warriors
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu. 1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır. == Tarixi == === 1946–1962: Filadelfiya Uorriorz === Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.
Too Late for Love (mahnı)
Too Late for Love (azərb. Sevgi üçün çox gec‎) — İsveçin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Con Lundvik "Too Late for Love" mahnısı ilə İsveçi İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Con Lundvik, Anderz Vretov və Andreas “Stone” Yohansson tərəfindən bəstələnmişdir.
State University of New York Press
State University of New York Press və ya SUNY Press — Nyu-York Dövlət Universitetinə bağlı Amerikan universitet kitab nəşr şirkətidir. Olbani, Nyu-Yorkda yerləşir. 1966-cı ildə qurulub. Müxtəlif bilik sahələrində elmi əsərlərin nəşri ilə məşğul olur. Hər il təxminən 160-180 kitab nəşr edir və ABŞ-nin ən böyük universitet kitab nəşrçilərindən biridir.
Flame
Flame — Kompüter virusu, hansı ki, Microsoft, Windows 7, XP, Vista əməliyyat sistemlərində fəaliyyət göstərir. Bu virusu Roel Şuvenberg Wiper virusunu, hansıki İranın dövlət kompüterlərinə hücum etdi, izləyəndə aşkarladı. Roel Şuvenberg Kasperski laboratoryiasında kompüter təhlükəsizliyi departamentində işləyir. Virus 2010-cu ilin mart ayından işləyir. Əsas təhlükəli funksiyalari: Sistemin fayllarını yığmaq Kompüterin göstəricilərini dəyişmək Səs yazma Danışıqlıqlara qoşulma Ekranın şəklini (skrinşotu) yadda saxlamaq Flame virusunun proqram kodu Stuxnet virusunun kodundan 20 qat artıqdı (20МВ). Flame sıxılış üçün zlib, libbz2, ppmd kitabxanalarını, sqlite3 informasiya bazasını , Lua virtual maşınını istifadə edir.
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. == Növləri == Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır; Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. == Salatlar haqqında maraqlı məlumatlar == Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Acacia alata var. alata
Acacia alata (lat. Acacia alata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia alata var. alata Acacia alata var. genuina Meissner Acacia alata var. glabrata Seem. Acacia uniglandulosa Seem. & J.A.Schmidt Mimosa alata (R.Br.) Poir. Phyllodoce alata (R.Br.) Link == Yarımnövləri == Acacia alata var. alata Acacia alata var.
Abroma alata
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Acacia alata
Acacia alata (lat. Acacia alata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia alata var. alata Acacia alata var. genuina Meissner Acacia alata var. glabrata Seem. Acacia uniglandulosa Seem. & J.A.Schmidt Mimosa alata (R.Br.) Poir. Phyllodoce alata (R.Br.) Link == Yarımnövləri == Acacia alata var. alata Acacia alata var.
Acacia elata
Acacia elata (lat. Acacia elata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Achyrocline alata
Achyrocline alata (lat. Achyrocline alata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Alaria alata
Alaria alata (lat. Alaria alata) — chromista aləminin yastı qurdlar tipinin trematodlar sinfinin diplostomida dəstəsinin diplostomatidae fəsiləsinin alaria cinsinə aid heyvan növü. == Növün xarakterik morfoloji əlamətləri == Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm-dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm-dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm-dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm-dir. Qida borusu yoxdur.
Ambrosia elata
Yovşanyarpaq ambroziya (lat. Ambrosia artemisiifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ambroziya cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, gövdəsi düz, sadə və ya budaqlanan, 25-80 sm hündürlükdə bitkidir. Yarpaqları qarşı-qarşıya və ya növbəli düzülmüş, saplaqlı, aşağı yarpaqlar ikiqat, yuxarı yarpaqlar dərin lələkvari bölünmüş, bölümləri uzunsov-lansetvari, iti, tam və ya dişli, hər təfərdən qısa və sıx tükcüklü, aşağıda bozumtuldur. Səbətləri uzun və nazik sünbülvari çiçəkqrupunda toplanıb. Erkəkcik çiçəkləri sarı, səbətləri yarımşarvari, 3-5 mm enindədir. Sarğı yarpaqcıqları yaşıl rənglidir. Toxumcaları 3 mm uzunluqda, yumurtavari-uzunsov, incə burunludur. Tozcuqları allergiya xüsusiyyətlidir. == Yayılması == Böyük Qafqazın qərbi, Abşeronun rayonlarında aran və dağətəyi ərazilərdə yayılmışdır.
Ana plata
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Atom saatı
Atom saatı (molekulyar saat, kvant saatı) — zamanın ölçülməsi üçün istifadə edilən elektron cihaz. Bu saat Atom rezonansı əsasında işləyir. Atom saatının 3 milyon il müddətində xətası 1 saniyə ola bilər. Radionaviqasiyada, vaxtın astronomik ölçülməsində və fiziki hesablamalarda tezlik etalonu kimi istifadə olunur. Atomun 1 saniyə içərisindəki fırlanmasına bərabərdir və maksimum soyuq şəraitdə lazer vasitəsilə ölçülür. Hazırda atom qol saatı üzərində çalışırlar. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Bahar salatı
Bidens alata
Bidens alata (lat. Bidens alata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Blake Clark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Blake Ross
Blake Aaron Ross (12 iyun 1985, Mayami, Florida) — Dave Hyatt ilə birlikdə Mozilla Firefoxun yaradıcısı kimi tanınan, Amerikalı proqramçı. 2005-ci ildə Sergey Brin, Lary Peyc kimi məşhurları geridə qoyaraq, Wired jurnalının verdiyi Rave mükafatına layiq görülüb. 2007-ci ildən 2013-cü ilə qədər Facebookda işləyib.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
Sclater
Philip Lutley Sclater (ing. Philip Lutley Sclater; 4 noyabr 1829, Hempşir — 27 iyun 1913) — Britaniya vəkil və zooloqudur. İlk dəfə Lemuriya adasının mövcudluğu haqda fərziyyəni irəli sürmüşdür.
İlahə
İlahə və ya daha az mənbələrdə tanrıça — qadın cinsində təsvir edilən ilah. Bir çox məlum mədəniyyətlərdə ilahələr adətən hərfi və ya metaforik hamiləlik, ya da qadın və qızların necə qəbul edildiyi və ya necə davranması gözlənilən qadınlıq rolları ilə əlaqələndirilir. Buraya toxuculuq, gözəllik, sevgi, seksuallıq, analıq, yaradıcılıq və məhsuldarlıq (qədim ilahə ana kultu ilə nümunə verilmişdir) daxildir. Bir çox böyük ilahələr həmçinin sehr, müharibə, strategiya, ovçuluq, əkinçilik, müdriklik, tale, Yer, səma, güc, qanunlar, ədalət və s. ilə əlaqələndirilir. Mədəni kontekstlərində mənfi hesab edilən diskordianizm və ya xəstəlik kimi bəzi mövzular da bəzi ilahələrlə əlaqələndirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Beavis, Mary Ann and Helen Hye-Sook Hwang (eds). Goddesses in Myth, History and Culture, Mago Books, 2018. ISBN 1976331021ISBN 1976331021 Dexter, Miriam Robbins, and Victor Mair (2010). Sacred Display: Divine and Magical Female Figures of Eurasia.
Şalle
Şalle (fr. Challex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01078. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 100 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1225 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə 798 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 618 nəfər iqtisadi fəal, 180 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 71.7%). Fəaliyyət göstərən 618 sakindən 575 nəfər (309 kişi və 266 qadın) işləyir, 43 nəfər işsizdir (23 kişi və 20 qadın).