SLAT

n planka, tamasa (ensiz hamar lövhə); köndələn tir

SLASH
SLATE
OBASTAN VİKİ
Roqaşka-Slatina
Roqaşka-Slatina (sloven. Rogaška Slatina) — Sloveniyanın şərqində bolneoloji (əsasən müalicəvi sular) kurort şəhəri. Sele şəhərindən 45 km, paytaxt Lyublyanodan 82 km məsafədə yerləşdir. Şəhər "Donat Mg adlı müalicəvi suyu ilə məşhurdur. Roqaşka-Slatina — Sloveniyanın və Avropanın ən qədim və məşhur kurort şəhərlərindən biridir. Slatina vadisi qədim zamanlardan məlumdur. Roma imperiyasına aid olan Petovium Celeia adlı yolun qalıqlarının bu ərazidə aşkarlanması, Roqaşkanın Roma dövründən bəri məşhur olmasını ehtimal etməyə əsas verir. Həmin ərazinin yaxınlığında Roma fibulası və qəpikləri aşkar edilmişdir. Həmin vaxtdan etibarən Donat Mg suyunun müalicəvi xüsusisəyyətləri məlum olmuşdur. Bu suyun müalicəsi xassələri barədə əfsanələr yaranmış, ziyarətçilərin sayı artmışdır.
Slatski düsturu
Slutski düsturu (ing. Slutsky equation) mikroiqtisadiyyatda istehlakçının seçiminə təsir göstərən və qiymətlərin dəyişməsi ilə bağlı sərvət və əvəz etmə effektlərini izah edir. Başqa sözlərlə, o, Marşal tələbində və Hiks tələbində qiymət üzrə baş verən dəyişiklikləri əlaqələndirir. Yevgeni Slutski (rus. Евгений Слуцкий) (1880–1948) şərəfinə adlandırılmışdır. Əvəzetmə effekti iki məhsul bir-birini əvəz etmə qabiliyyətinin dəyişməsi deməkdir. Misal üçün, əgər bir normal məhsula qiymət qalxsa, ona tələb düşəcək, və eyni zamanda onu əvəz edə bilən məhsula tələb artacaq. Sərvət(gəlir) effekti səbəbi qiymətin artması və ya azalması olan istehlakçının alıcılıq qabiliyyətinin dəyişməsi deməkdir. Əgər məhsula qiymət düşsə, istehlakçı bu məhsuldan daha çox almaq istəyə bilər, və tələb artacaq. Slutski matrisasının hər bir elementi (çünki söhbət sayı ikidən çox olan məhsullardan gedə bilər) aşağıdaki kimi ifadə olunur: ∂ x i ( p , w ) ∂ p j = ∂ h i ( p , u ) ∂ p j − ∂ x i ( p , w ) ∂ w x j ( p , w ) , {\displaystyle {\partial x_{i}(p,w) \over \partial p_{j}}={\partial h_{i}(p,u) \over \partial p_{j}}-{\partial x_{i}(p,w) \over \partial w}x_{j}(p,w),\,} burada h ( p , u ) {\displaystyle h(p,u)} Hiks tələbidir və x ( p , w ) {\displaystyle x(p,w)} Marşal tələbidir, p qiymətlərdir, w sərvətdir, və u fayda deməkdir.
Slattaratindur
Slattaratindur dağı (far. Slættaratindur) — Farer adalarının ən hündür nöqtəsi. Esturoy adasının şimalında yerləşir. Zirvənin hündürlüyü 880 metrdir. Hərfi mənası «hamar zirvə» deməkdir. Zirvəyə hər hansı dağa dırmanma ləvazimtı olmadan 4 saata çıxmaq mümkündür. Aydın havalarda bütün arxipelapı müşahidə etmək olur.
Slate
Slate — cari hadisələri, siyasət və mədəniyyəti əhatə edən ABŞ onlayn nəşri. 1996-cı ildə "The New Republic" nəşrinin keçmiş redaktoru Maykl Kinsli tərəfindən yaradılmışdır. Resurs əvvəlcə "Microsoft"a məxsus idi və MSN-nin bir hissəsi idi. 21 dekabr 2004 cü ildə nəşr "The Washington Post Company" tərəfindən satın alınmış və sonradan adı dəyişdirilərək "Graham Holdings Company" olmuşdur. "Slate" 4 iyun 2008 ci ildə "Graham Holdings Company" tərəfindən təsis edilmiş "The Slate Group" tərəfindən təhvil alınmışdır. "Slate"in baş ofisi Nyu Yorkda yerləşir və həmçinin Vaşinqtonda nümayəndəliyi var.
Slate (jurnal)