Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Speed Demon
Speed Demon — Maykl Ceksonun mahnısı.
Speed Metal
Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır. Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər. Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır.
Björn "Speed" Strid
Björn "Speed" Strid — Soilwork qrupunun vokalisti Byörn Ove Ingemar Strid. == Həyatı == 10 sentyabr 1978-ci ildə İsveçdə anadan olmuşdur. 1995-ci ildə Soilwork qrpunun əsasını qoymuşdur.
Need for Speed (oyun seriyası)
Need for Speed (azərb. Sürət həzzi‎, abreviaturası: NFS) — ilk olaraq "Electronic Arts", daha sonra isə "Ghost Games" tərəfindən hazırlanan videooyun seriyası. İlk oyun 1994-cü ildə "The Need for Speed" adı ilə çıxmışdır. "Need for Speed: High Stakes" oyunundan başlayaraq isə oyunçuların öz maşınlarında istədiyi dəyişikliyi edə bilməsi xüsusiyyəti əlavə edildi. "Need for Speed" oyunları ilk çıxışından oyunçular tərəfindən sevilməyə başlandı. Oyunun bu günə qədər 150 milyon nüsxəsi satılmışdır. Oyunun uğurlu olması nəticəsində ona uyğun film (Sürət həzzi) çəkildi və "Hot Wheels" oyuncaq maşınları satışa çıxarıldı. Demək olar ki, bütün "Need For Speed" oyunları eyni geympley formasına malikdir. Oyunçu yarış zamanı seçdiyi maşını idarə edir və yarışda birinci olmağa çalışır. Karyera modu və çempionatda alınan qalibiyyətlər ilə qıfıllı maşınlar və yollar açılır.
Sepedi
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
Spred
Spred (ing. spread "yayılma") — hər hansı aktiv (səhm, əmtəə, valyuta, fyuçers, opsion) üçün eyni vaxtda satmaq (sahib etmək) və almaq (təklif etmək)sifarişlərinin ən yaxşı qiymətləri arasındakı fərq. Spred sözünə də deyilir: açıq bazarlarda satılan iki müxtəlif oxşar malın qiymətlərindəki fərq (məsələn, müxtəlif markalı neftin qiymətlərindəki fərq); adətən əks istiqamətlərə və/yaxud müxtəlif əsas aktivlərə və/yaxud müxtəlif son tarixlərə malik olan iki açıq mövqedən ibarət sintetik törəmə maliyyə aləti; müxtəlif maliyyə alətləri üzrə gəlirlilik səviyyələrində fərq. Mübadilə təcrübəsində spredlər pulla deyil, ballarla ölçülür. Məsələn, avronun ABŞ dollarına qarşı cari kotirovkası (EUR/USD) 1,2345/1,2350 kimi göstərilibsə, spred 0,0005 dollar və ya 5 bənd təşkil edəcək. Ballarla ölçülməsi müxtəlif ticarət maddələri üzrə yayılmaları daha müqayisəli edir. Bazar likvidliyini təmin etmək üçün birjalar adətən maksimum yayılma ölçüsü təyin edirlər. Bu limit keçərsə, ticarət dayandırıla bilər. Spred nə qədər kiçik olsa, aktiv bir o qədər likviddir və əksinə. Bəzi hallarda, bir bazar operatoru həm alışı, həm də satışı eyni vaxtda təmin etdikdə, kotirovka dəyişdikdə dəyişməyən sabit spred yaradır.
Kəpənək spredi
Nick Cave and the Bad Seeds
Nick Cave and the Bad Seeds Melburn şəhərində əsas ifaçı Nick Cave,multi instrumetalist Mick Harvey və gitarist Blixa Bargeld tərəfindən qurulan alternativ rok qrupudur.Qrup indiyə qədər 15 studia albumu buraxmış və bir çox sayda beynəlxalq qastrollarda iştirak etmişdir. Qrup Cave və Harvey-in əvvəlki qrupu The Birthday Party qrupunun dağılmasından sonra yaranmışdır.Nick Cave and the Bad SeedsÖz müasirlərinin noise rok kökündən çıxıb, bir çox digər janrlara:post-punk,gothic rock,no wave və blues janrlarına təsir edən yeni alternativ rok yaratdılar. From Her to Eternity (1984) The Firstborn Is Dead (1985) Kicking Against the Pricks (1986) Your Funeral… My Trial (1986) Tender Prey (1988) The Good Son (1990) Henry’s Dream (1992) Let Love In (1994) Murder Ballads (1996) The Boatman’s Call (1997) No More Shall We Part (2001) Nocturama (2003) Abattoir Blues/The Lyre of Orpheus (2CD) (2004) Dig, Lazarus, Dig!!!
Albert Şpeer
Albert Şpeer (alm. Albert Speer‎; 19 mart 1905[…], Manhaym, Baden knyazlığı[d] – 1 sentyabr 1981[…], London)) — Üçüncü Reyxin əsas arxitektoru, silahlandırma və hərbi sənaye naziri. Nürnberq prosesində mühakimə olunmuşlardan biri. == Həyatı == Albert Şpeer 19 mart 1905-ci ildə Almaniya İmperiyasının Mannhaym şəhərində anadan olmuşdur. 1923-cü ildə atasının istəyi ilə Karlsruhe şəhərində memar kimi təhsil alıb. 1924-cü ildə Münhen şəhərinin texniki univertsitetinə daxil olur. 1925-ci ildə təhsilini Berlində davam etdirir. 1928-ci ildə diplom aldıqdan sonra universitetdə assistent kimi çalışmağa başlayır. 1930-cu ildə ilk dəfə universitetdə Adolf Hitlerin nitqini eşidir. Bu nitq daha öncələr siyasətlə heç məşğul olmayan Şpeerə çox güclü təsir edir.
Hacı Səədi
Səədi Hacı Həsən oğlu (?, Göyçay - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1919-cu ildə Türkiyədə İstanbul Universitetinin tibb fakültəsinin son kursunda oxuyarkən maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmağa məcbur olmuş və Azərbaycana qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün yenidən İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Səədi sultanlığı
Səədi sultanlığı və ya Səədilər (ərəb. سعديون‎ — sa‘adiyūn‎) 1509-dan 1659-a qədər Məğribdə (Mərakeş) hökmranlıq etmişdilər. 1509-1554-cü illərdə Mərakeşin cənubunu, sonra 1603-cü ilə qədər bütün Mərakeşi, daha sonra yalnız Fəs və Marakeş bölgələrini idarə etmişdilər. Saadilər əsillərinin Məhəmməd peyğəmbərdən gəldiklərinə inanırdılar. Saadilərin əcdadı Yambu şəhərindən Məhəmməd an-Nafsa az-Za-kiyidir - Məhəmməd peyğəmbərin nəvəsi İmam Həsənin nəvəsi. XVI əsrin əvvəllərində Dra çay vadisində Taqmadertdə yaşayırdılar. Onların ata yurdu Zaqoradan 10 km şimalda yerləşən Ksar Tiji qalası hesab olunur . Saadilərin siyasi rəqibləri onların İmam Həsənin nəslindən olmasını qəbul etmirdilər. Onların əcdadlarını Məhəmməd peyğəmbərin südanası Həlimə bint Abi Zu'ayb'a bağlayırdılar . Saadilər Məğribdə sufizmi yayırdılar.
Səəd Həriri
Səəd əl-Həriri (ərəb. سعد الحريري‎; tam adı Sə’dəddin Rəfiq əl-Həriri; ərəb. سعد الدين رفيق الحريري‎; 18 aprel 1970[…], Ər-Riyad) — livanlı siyasətçi və milyarder, 2016- ci ildən etibarən Livanın baş naziri olmuşdur. Həmçinin, o, 2009-cu ilin noyabr ayından 2011-ci ilin iyun ayına qədər Baş nazir vəzifəsində çalışmışdır. O, 2005-ci ildə öldürülən keçmiş Livan baş naziri Rəfiq Həririnin ikinci oğludur. Həriri, 2005-ci ildən "Gələcək hərəkatı "nın lideri olmuşdur. O, 14 mart Koalisiyasının "ən güclü namizədidir". 3 il xaricdə yaşadıqdan sonra 2014-cü il 8 avqustda Livana döndü və 3 noyabr 2016-cı ildə baş nazir təyin edildi. 4 noyabr 2017-ci ildə Səudiyyə dövlət televiziyasında yayımlanan Həriri'nin istefa etmək niyyəti gözlənilməz olmuş, İran-Səudiyyə Ərəbistan vasitəçilik müharibəsinin Livanda bir hissəsi kimi qəbul edilmiş və Livan və Səudiyyə Ərəbistanı arasındakı mübahisəyə səbəb oldu. Prezident Mişel Övnün çıxışından sonra 5 dekabrda Həriri istefasını təxirə saldı.
Çuxur Səəd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Məsud Səəd Salman
Məsud Səəd Salman (1046–1121) — İran şairi. Məsud 1046-cı ildə Lahorda anadan olub. Şairin ailəsi Həmədandan olsa da sonra Qəzvinə köçmüşlər. Onun atası 60 il Qəznəvilər dövlətinin əyanlarından (mustovfi) biri olmuş və müxtəlif dövlət işlərini görmüşdür. Bu barədə şair şeirlərinin birində deyir: Şair hələ gənc yaşlarından yaxşı təhsil almış və dövlət işlərini, maliyyə hesablarını yaxşı bilmişdir. Eləcə də özündən əvvəlki poeziyanı dərindən öyrənmişdir. Mənbələrin verdiyi məlumata görə, onun üç dildə: dəri, ərəb və hind dilində divanı olmuşdur. Şairin həmin divanlarından yalnız dəri dilindəki divanı bizə gəlib çatmışdır. Ərəb dilində yazdığı şeirlərdən isə təkcə bir beyt Vətvatın divanından bizə məlumdur. Vətvat onu çox sevmişdir və şeirlərindən nümunələr vermiş, onlara nəzirə yazmışdır.
Səəd əl-Dövlə Əbhəri
Səəd əl-Dövlə Əbhəri və ya tam adı ilə Səfi ibn Hibatullah ibn Mühasib əl-Dövlə əl-Əbhəri (d. 1240 - ö. 5 mart 1291) Elxanilər dövlətində fəaliyyət göstərmiş dövlət xadimi, vəzir və həkim. O, Buğanın yerinə baş vəzir təyin edilmişdi. Buğa 16 yanvar 1289-cu ildə ölüm hökmünə məhkum edildi. Onun yerinə yəhudi həkim olan Səəd əl-Dövlə Əbhəri təyin edildi. Səəd əl-Dövlə Əbhəri monqol dövlət xadimlərinin dövlət əmlakını yağmalamasını və sui-istifadə hallarını pisləməklə, onlara qarşı mübarizə aparmaqla dövlətin mərkəzi hakimiyyətinin güclənməsində qismən uğurlu oldu. Sədəddövlənin dövründə iqtisadiyyat və mərkəzi hakimiyyət gücləndi, illik vergi 10 milyon dinara çatdı. == Həyatı == Əslən yəhudi olan əl-Dövlə İran Azərbaycanının Əbhər bölgəsində dünyaya gəlmişdir. O, 1289-1291-ci illərdə Elxani dövlətinin hökmdarı Arqun xanın baş vəziri olmuşdur.