Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spektral cihazlar
Spektral cihazlar-müxtəlif uzunluqlu dalğaları yaxşı ayırd edən, spektrin ayrı-ayrı hissələrinin bir-birini örtməsinə imkan verməyən (sanki) cihazlardır. İş prinsipi işığın dispersiya hadisəsinə (prizmalı spektroskoplar) və difraksiyası hadisəsinə(difraksiya qəfəsli spektrometrlər) əsaslanır. Dispersiya hadisəsi-mühitin sındırma əmsalının işığın dalğa uzunluğundan asılı olaraq dəyişməsinə deyilir.Spektr-dispersiya nəticəsindəağ işığın üçüzlü prizmadan keçməsi zamanı yaranan mənzərədir.Spektrdə rənglərin düzülmə ardıcıllığı-qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Monoxromatik işıq-müəyyən dalğa uzunluguna malik olan işıqdır. Deməli ağ işıq mürəkkəb işıqdır. İnfraqırmızı şüalar-dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olan işıqdır. Ultrabənövşəyi şüalar-dalğa uzunluğu bənövşəyi işığın dalğa uzunluğundan kiçik olan şüalardır. Dispersya hadisəsi birinci dəfə 1606-cı ildə Nyuton tərəfindən müşahidə edilmişdir. Normal dispersiya-dalğa uzunluğu artdıqca sındırma əmsalı azalan dispersyadır. Anomal dispersiya-dalğa uzunluğu artdıqda sındırma əmsalı artan dispersyadır.
Çoxparametrli spektral nəzəriyyə haqqında mühazirələr
Spektr
Spektr (lat. spectrum lat. specter sözündən — görüntü, ruh) — fizikada işığın monoxromatik (bir rəngli) toplananları çoxluğu. İşıq haqqındakı elmi anlayışlar dərinləşdikcə, bu anlayış elektromaqnit spektrinə də aid edildi. Spektrlərin vizual müşahidəsi üçün istifadə edilən cihaza spektroskop, spektri təsvir edən cihaza isə spektroqraf deyilir. Elmə bu termini İsaak Nyuton 1671—1672-ci illərdə işığın prizmada sınmasından alınan göy qurşağına oxşayan çoxrəngli zolağı təsvir etmək üçün gətirmişdir. Вавилов С. И. Принципы и гипотезы оптики Ньютона. Собрание сочинений. том 3, Москва, Изд-во АН СССР, 1956. Gustav Kirchhoff, Robert Bunsen.
Kütlə spektri
Kütlə spektri- Üzvi maddənin molekul kütləsini və quruluşunu təyin etmək üçündür. == Kütlə spektri cihazının iş prinsipi == Kütlə spektri cihazının iş prinsipi tədqiq olunan maddənin həddindən artıq seyrəkləşdirilmiş buxarlarının güclü elektron seli ilə bombardman edilməsi zamanı əmələ gələn müsbət yüklü qəlpələrin (fraqmentlərin) öyrənilməsi əsaslanır. Elektron selinin təsirinə məruz qalan hər hansı üzvi maddə əmələ gəlməsi mümkün olan müsbət yüklü qəlpələrin hamsımı əmələ gətirir. Müsbət yüklü qəlpələr sürətləndirici lövhələr tərəfindən (onlar ənfi yüklü olur) sürətləndirilir və maqnit vasitəsilə analiz edən kameraya yönəldilir. Onların kütlələri elektrik siqnallarına çevrilib, özüyazan qurğu tərəfindən qeydə alınır. Kütlələlərinə görə alınan "qəlpələrin" təbiəti və onların toplanması ilə tədqiq olunan maddənin quruluşu təyin olunur. == Üstünlüyü == Kütlə spektində ən böyük "qəlpə" həmişə tədqiq olunan maddədən bir elektron qopardıqda əmələ gələn müsbət yüklü ion olur. Buna görə də kütlə spektri maddənin molekul kütləsini təyin etmək üçün ən dəqiq üsuldur. Elektronoqrafik metod da üzvi maddələrin quruluşu haqqında əhəmiyyətli məlumat almağa imkan verir. Bu üsuldan istifadə edərək, elektron dəstəsi vasitəsilə bəzi mürəkəb üzvi molekulların quruluşunu əks etdirmək, onların bir növ şəklini (fotosunu) çəkmək mümkün olmuşdur.
Sentral park
Sentral park və ya Mərkəzi park (ing. Central park) — Amerika Birləşmiş Ştatlarının, Nyu-York şəhərinin, Manhetten rayonunda yerləşən 341 hektar ərazisi olan çox böyük ümumi bir şəhər parkıdır. İllik orta hesabla 25 milyon ziyarətçisi ilə Mərkəzi Park, Birləşmiş Amerikada ən çox ziyarət edilən şəhər parkıdır. Bir çox film və televiziya şouları bu parkı dünyada ən məşhur şəhər parkı etmişdir və həmçinin Mərkəzi parkda üzmək qanunlara ziddir. Sentral park, Dünyanın ən məşhur şəhər parklarından biridir və Nyu Yorkun simvollarındandır. Nyu-york şəhərinin Manhetten rayonunda yerləşən xəstəlik saçan və nizamsız sahəyə sahib bir bataqlıq, şəhər xalqının nəfəs ala biləcəyi, zaman keçirə biləcəyi bir sahəyə çevrilməsi tələb olunmuşdur. Bunun üçün 1857-ci ildə Mərkəzi Park komissiyası sahə tənzimləmə müsabiqəsi keçirmişdir. Frederik Lo Olmsted və tərəfdaşı Calvert Vaux bu müsabiqəyə qatılmağa qərar vermişdi. Hazırladıqları layihə 33 layihədən birinci seçilmişdir. Olmsted mühəndis olaraq Sentral Park layihəsinin başına keçmişdir.
Elektromaqnit spektr
Elektromaqnit spektr və ya optik spektr — elektromaqnit şüalanması tezliklərinin tam diapazonu. Nəzəri olaraq elektromaqnit spektrinin yuxarı və aşağı sərhədləri olmur. O, adətən, loqarifmik şkala vasitəsilə verilir. ITU elektromaqnit spektrində 30 Hs-dən 3000 GHs aralığında 12 diapazon seçdirib. Elektromaqnit spektr işığın analizi ilə alınır. İşığı təşkil edən tezliklər toplusunun tərkibindən asılı olaraq elektromaqnit spektr xətti (diskret), bütöv və mürəkkəb (bütöv oblastlar və onların daxilində yerləşən ayrı-ayrı spektr xətlərindən ibarət sistem) olur. Elektromaqnit spektrin xarakteri işıq mənbəyi və şüalanma mexanizmi ilə müəyyən edilir. İşıq mənbəyi atomdursa, alınan spektr xətti, malekuldursa zolaqlı olur. Qızdırılmış bərk cisim bütöv spektrli işıq şüalandırır. Bu zaman şüalanan işığın intensivliyinin tezliyə görə paylanması Plank düsturu ilə müəyyən olunur.
Optik spektr
Elektromaqnit spektr və ya optik spektr — elektromaqnit şüalanması tezliklərinin tam diapazonu. Nəzəri olaraq elektromaqnit spektrinin yuxarı və aşağı sərhədləri olmur. O, adətən, loqarifmik şkala vasitəsilə verilir. ITU elektromaqnit spektrində 30 Hs-dən 3000 GHs aralığında 12 diapazon seçdirib. Elektromaqnit spektr işığın analizi ilə alınır. İşığı təşkil edən tezliklər toplusunun tərkibindən asılı olaraq elektromaqnit spektr xətti (diskret), bütöv və mürəkkəb (bütöv oblastlar və onların daxilində yerləşən ayrı-ayrı spektr xətlərindən ibarət sistem) olur. Elektromaqnit spektrin xarakteri işıq mənbəyi və şüalanma mexanizmi ilə müəyyən edilir. İşıq mənbəyi atomdursa, alınan spektr xətti, malekuldursa zolaqlı olur. Qızdırılmış bərk cisim bütöv spektrli işıq şüalandırır. Bu zaman şüalanan işığın intensivliyinin tezliyə görə paylanması Plank düsturu ilə müəyyən olunur.
Spektr (film, 2015)
Spektr (ing. Spectre) — rejissor Sem Mendes tərəfindən 2015-ci ildə ekranlaşdırılmış film. Əsas rolları Deniel Kreyq, Kristof Valts və Lea Seydu ifa edirlər. Keçmişdən gələn şifrəli mesaj nəticəsində Ceyms Bond əvvəlcə Mexikoya və sonra gözəl Lüsiya ilə tanış olacağı Romaya yollanır. Burada Bond "Spektr" adlı gizli bir təşkilatın varlığını aşkar edir. O, bu təşkilatın cinayətlərini üzə çıxarmaq üçün köhnə düşməni Mistr Vaytın qızı Madleni axtarır. Bond təşkilatın içində irəliyə doğru hərəkət etdikcə Frans Oberhauzer və onunlar bağlı heyrətamiz məqamların üstü açılır.
Agent 007: Spektr (film, 2015)
Spektr (ing. Spectre) — rejissor Sem Mendes tərəfindən 2015-ci ildə ekranlaşdırılmış film. Əsas rolları Deniel Kreyq, Kristof Valts və Lea Seydu ifa edirlər. == Məzmun == Keçmişdən gələn şifrəli mesaj nəticəsində Ceyms Bond əvvəlcə Mexikoya və sonra gözəl Lüsiya ilə tanış olacağı Romaya yollanır. Burada Bond "Spektr" adlı gizli bir təşkilatın varlığını aşkar edir. O, bu təşkilatın cinayətlərini üzə çıxarmaq üçün köhnə düşməni Mistr Vaytın qızı Madleni axtarır. Bond təşkilatın içində irəliyə doğru hərəkət etdikcə Frans Oberhauzer və onunlar bağlı heyrətamiz məqamların üstü açılır.
Ultrasəs dalğaları. Akustik siqnal və onun spektri.
Ultrasəs dalğaları — İnsan qulağının eşidə bilmədiyi 20 kHs tezlikdən böyük tezlikli səs və ya akustik dalğalar. Akustik dalğalar elastiki mühitin zərrəciklərinin yaratdığı rəqslərin mühitdə yayılması və enerji daşımasından ibarətdir. Akustik dalğalar bərk mühitdə, mayelərdə və həm də qazlarda yayılir. Bioloji toxumalar həm elastiki maye mühitə (yumşaq toxumalar), bərk (sümüklər) və qaz mühitlərinə uyğun gəlir (ağ ciyərlər, mədə, bağırsaq). Ona görə demək olar ki, akustik dalğalar tibbi diaqnostikada istifadə olunan bütün növ bioloji toxumalarda yayıla bilir. Akustik dalğalar digər fiziki təbiətə malik dalğalar, məsələn, elektromaqnit dalğaları kimi fəza və zamana görə dəyişən bir sıra xarakteristikalara malikdir. Akustik dalğalarda əsas dəyişən kəmiyyət rəqs zamanı elastiki mühitin yerdəyişməsi və təzyiqyin rəqsləridir. Ultrasəs diaqnostikasında uzununa akustik dalğalardan istifadə olunur. Uzununa dalğalarda mühitin zərrəciklərinin tarazlıq vəziyyəti ətrafında yerdəyişməsi rəqsin yayılması istiqamətində baş verir. Sıxılma və seyrəkləşmə zonalarının mühitdə yayılma sürəti dalğanın sürətinə bərabərdir.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi