Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spirtli içki
Alkoqollu içkilər (spirtli içkilər) — tərkibində etanol (etil spirti, sadə dildə — alkoqol) olan içki. == Alkoqollu içkilərin nümunələri == Araq Pivə Viski Rom Şərab Brendi Likör Vermut və s.
Spirtli içkilər
Alkoqollu içkilər (spirtli içkilər) — tərkibində etanol (etil spirti, sadə dildə — alkoqol) olan içki. == Alkoqollu içkilərin nümunələri == Araq Pivə Viski Rom Şərab Brendi Likör Vermut və s.
Spirtli içki qadağası
Spirtli içki qadağası — spirtli içkilərin istehsalı və satışının qadağan edilməsi.
ABŞ-da spirtli içki qadağası
ABŞ-də spirtli içki qadağası (ing. Prohibition in the United States) - Amerika Birləşmiş Ştatlarında 1920-1933-cü illər ərzində spirtli içkilərin istehsalı, daşınması və satışının qadağan edildiyi dövr.
ABŞ-də spirtli içki qadağası
ABŞ-də spirtli içki qadağası (ing. Prohibition in the United States) - Amerika Birləşmiş Ştatlarında 1920-1933-cü illər ərzində spirtli içkilərin istehsalı, daşınması və satışının qadağan edildiyi dövr.
Allil spirti
Allil spirti (propen-2-ol-1) – doymamış spirtlər sinfinə daxil olan oksigenli üzvü maddədir. == Fiziki xassələri == Spirt iyli, rəngsiz mayedir. Bir çox üzvi həlledicilərdə həll olur, bütün nisbətlərdə su ilə qarışaraq azeotrop qarışıq (28,3% Н2О; qayn.t. 89,0 °C) əmələ gətirir. == Kimyəvi xassələri == Allil spirti allil birləşmələri və spirtlərin daxil olduğu reaksiyalara daxil olur. Halogenləri, hidrogenhalogenidləri, HClO-nu özünə birləşdirir. 100°С temperaturda üzvi hidrogenperoksidlərlə (katalizatorlar – Mo və W-ın birləşmələri) qarşılıqlı təsirdə olduqda qlisidola çevrilir. Allil spirtini 1000C-də ZnCl2-in iştirakı ilə və ya 200C–də CuCl2-in iştirakı ilə qatı HCl ilə işlədikdə allilxloridə çevrilir, 200-3000C-də Al2O3 üzərindən keçirtdikdə isə diallilefiri alınır. Allil spirtindən asanlıqla sadə və mürəkkəb efirlər alınır.[3] == Aınması == Allilxloridin hidrolizindən Propilen oksidin izomerləşməsindən Propanol-1-in dehidrogenləşməsindən Qliserinin qarışqa turşusu ilə reaksiyasından[4] Propilenin allilasetata oksoasilləşməsindən == Tətbiqi == Qliserinin, akroleinin, qlisidolun və sadə və polimerləşən mürəkkəb allil efirlərinin, xüsusilə, diallilftalatın sintezində tətbiq edilir. Toksikliyi və təhlükəsizliyi Çox zəhərlidir, gözləri qözyaşına qədər qıcıqlandırır, mərkəzi sinir sisteminə təsir edir, qara çiyəri zədələyir, iş sahəsində buraxıla bilən qatılığı (BBQ) 2 mq/m3-dir.
Amil spirti
Amil spirti C5H11OH və onun izomerləri doymuş biratomlu spirtlərdir [1]. Amil spirtinin 8 izomeri məlumdur. Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur. == Izomerləri == === Amil spirtinin izomerləri === == XASSƏLƏRİ == === FİZİKİ XASSƏLƏRİ === Amil spirtləri xoşagəlməz iyə malik rəngsiz mayedir. 1-pentanol, 3-metil-1-butanol, 2-pentanol və 2-metil-2-butanol suda asanlıqla həll olur. Amil spirtinin digər izomerləri suda pis həll olur. === KİMYƏVİ XASSƏLƏRİ === Amil spirtləri spirtlərə aid olan bütün xüsusiyyətlərə malikdir: qələvi metallarla alkoqalyatlar əmələ gətiri qeyri -üzvi və üzvi turşularla efirlər əmələ gətiri 1 -pentanol pentanala, sonra valerian turşusuna oksidləşir, ikili amil spirtləri - müvafiq ketonlara, üçlü amil spirtləri - C -C rabitəsinin qırılması nəticəsində sulfat turşusu ilə alkenlərə və ya sadə efirlərə qədər dehidratlaşır və s. == ALINMASI == Sivuş yağlarından və neftin krekinq qazlarından distillə edilməklə alınır. == İZOAMİL SPİRTİ == Amil spirtinin izomerlərindən ən əhəmiyyətlisi izoamil spirtidir - (CH3)2CHCH2CH2OH .
Etil spirti
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. == Tərkibi == Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Metil spirti
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. == Tarixi == Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. == Alınması == Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Polivinil spirti
Poli (vinil spirti) (PVOH, PVA, və ya PVAl) — suda həll olunan sintetik polimer. İdeallaşdırılmış [CH2CH(OH)]n formulaya malikdir. Kağız istehsalında, toxuculuq çubuqlarının ölçüsünün təyin olunmasında, polivinil asetat (PVAc) yapışdırıcı formulalarında qatılaşdırıcı və emulsiya stabilizatoru kimi, müxtəlif örtüklərdə və 3D çapda istifadə olunur. Rəngsiz (ağ) və qoxusuzdur. Adətən muncuqlar və ya suda məhlullar şəklində təqdim olunur. Xaricdən əlavə edilmiş çarpaz bağlayıcı agent olmadan, PVA məhlulu təkrar dondurma-ərimə yolu ilə jelə çevrilə bilər, damar stentləri, qığırdaq, kontakt linzalar və s. kimi müxtəlif tətbiqlərdə istifadə olunan yüksək güclü, ultra təmiz, biouyğun hidrojellər istehsal edir.
İzopropil spirti
İzopropil spirti – (propanol-2, vtor-propanol, izopropanol, dimetilkarbinol, İPS) – üzvi birləşmə olub, alifatik sıranın sadə ikili biratomlu spirtidir. Izopropanolun izomeri – propanol-1 mövcuddur. İzopropil spirti normal şəraitdə şəffaf, rəngsiz, kəskin iyli və yüngül acı dada malik mayedir[2]. İzopropil spirti kosmetika, parfümeriya, məişət kimyasında, avtomobil mayelərinin, tibbi məqsədlər üçün, şüşə təmizləyici vasitələrin, orqtexnikada və sənayedə üzvi maddələrin həlledicisi kimi etil spirtinin əvəzinə istifadə olunur. Inkişaf etmiş ölkələrdə izopraponol az zərərli olduğuna görə şəxsi gigiyena məhsullarında və tibbdə geniş istifadə olunur. Dimetilkarbinolun 75%-li sulu məhlulu əllərin dezinfeksiyaedici vasitəsi kimi istifadə edilir. Su dimetilkarbinolun bakteriyaların membran qəfəslərinə nüfuz etməsinə imkan yaradır, beləliklə daha effektiv zərərsizləşdirir. İzopropil spirti həmçinin tibbdə xarici otit üçün proflaktik vasitənin köməkçi komponenti kimi də işlədilir. Dermatitin müalicəsində dərinin zərərçəkmiş hissəsini silməklə effektiv nəticə verir, bu zaman dəriyə zərərli təsiri cüzi olur. İzopropil spirti bütün uçucu spirtlər kimi oddan təhlükəlidir.
Arximed spiralı
Arximed spiralı (hesab spiralı da adlandırılır) eramızdan əvvəl 3-cü əsrdə yaşamış Arximedin şərəfinə adlandırılıb. == Düsturu == Polyar koordinat sistemində (r, θ) bu bərabərliklə təsvir olunur r = a + b θ {\displaystyle \,r=a+b\theta } burada a və b' real ədədlərdir. a parametrinin dəyişməsi spiralı fırladır, b isə ardıcıl fırlanmalar arasında məsafəni tənzimləyir.
Spirtlər
Spirtlər — karbon atomuna birbaşa -OH qrupunun bağlı olduğu üzvi maddələrə verilən ümumi ad. Ümumi formulları CnH2n+1OH olan monospirtlər, spirtlərin önəmli bir sinfidir. Bunlardan etanol (C2H5OH), alkoqollu içkilərdə mövcud olan növdür. Ümumiyyətlə spirtli içkilərdəki alkoqol sözü ilə etanol nəzərdə tutulur, hansı ki yeni istehsal olunmuş pivədə etanolun faiz nisbəti %3 — %5 arasında, şərabda isə %12 — %15 arasında olur. == Spirtlərin adlandırılması == Spirtlər bir neçə üsulla adlandırırlar. Məsələn, radikalın adından sonra "spirt" sözünü artırırlar. məsələn, metil spirti, izopropil spirti. ikinci adverməyə görə (UPAC beynəlxalq nomenklaturaya görə) ilkin karbohidrogenin strukturuna "ol" şəkilçisini əlavə edirlər. Məs., metanol, 2-metil-1-butanol. Çox vaxt trivial advermədən də istifadə edirlər.
Pirili
Pirili (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Pirili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Pirəli
Pirəli (Urmiya)
Spiral
Spiral — riyaziyyatda, mərkəzi nöqtəyə müəyyən qanunauyğunluqla tədricən yaxınlaşan (uzaqlaşan) əyilən xətt.
Inga spiralis
Inga spiralis (lat. Inga spiralis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Orthosiphon spiralis
Böyrək çayı, erkəkcikli ortosifon, erkəkcikli böyrəkotu (lat. Orthosiphon stamineus) - böyrəkotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Böyrək çayı böyük olmayan həmişəyaşıl kol bitkisidir. Gövdəsi dördtilli, budaqlanan, tünd-bənövşəyi olub, hündürlüyü 30-40 sm-dir. Yarpaqları qarşı-qarşıya, uzunsov-yumurtavari və ya rombvari, pazabənzər əsası və itiuclu zirvəsi vardır. Çiçəkləri monosimmetrik, qarşı-qarşıya düzülmüş çiçək köbəsi zirvədə kəsik-kəsik salxımşəkilli hamaşçiçəklərlə əvəz olunur. Kasacığı zəngşəkilli və ikidodaqlıdır. Çiçək tacı ikidodaqlı, əsası boruşəkilli olub, tutqun-bənövşəyidir. Erkəkciyi 4 ədəd olmaqla, boruşəkilli çiçək tacı vardır. Bütöv və ya sınmış yarpaqları qısasaplaqlı, rombabənzər-ellipsvari və ya uzunsov-yumurtavari, zirvəsi itiuclu və pazabənzər-itiuclu əsasa malik, qismən eşilmiş formalıdır.
Solanum spirale
Solanum spirale (lat. Solanum spirale) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Spratli arxipelaqı
Spratli (vyet. Quần Đảo Trường Sa — Çıonqşa, çin. 南沙群島, taqal Kapuluan ng Kalayaan) — Cənubi Çin dənizinun cənub-qərbində yerləşən arxipelaq. Adalarda daimi yaşayış olmasa belə 4 aeroport fəaliyyət göstərir. Hazırda adalar balıçılıq təsərrüfatı rayonu rolunu oynayır. Arxipelaq ərazisimə altı ölkə iddia edir: Vyetnam, Çin, Tayvan, Malayziya, Filippin və Bruney. Adaların ümumi sahəsinin az olmasına baxmayaraq regionda mövcudluq baxımından əhəmiyyətlidir. Burada böyük miqdarda qaz və neft yataqlarının olması ehtimal edilir. ABŞ Ebergetika Nazirliyinin məlumatına görə adalar ərazisində 5,4 mld barel neft, 55,1 trilion kubmetr qaz vardır.Arxipelaqa daxil 45 adaya Vyetnan, Çin, Malayziya, Filippin və Tayvan öz ordusunu yerləşdirmişdir. Cənub riflərində isə Bruneyin balıqçılıq zonasıdır.
Trichostema spirale
Böyrək çayı, erkəkcikli ortosifon, erkəkcikli böyrəkotu (lat. Orthosiphon stamineus) - böyrəkotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Böyrək çayı böyük olmayan həmişəyaşıl kol bitkisidir. Gövdəsi dördtilli, budaqlanan, tünd-bənövşəyi olub, hündürlüyü 30-40 sm-dir. Yarpaqları qarşı-qarşıya, uzunsov-yumurtavari və ya rombvari, pazabənzər əsası və itiuclu zirvəsi vardır. Çiçəkləri monosimmetrik, qarşı-qarşıya düzülmüş çiçək köbəsi zirvədə kəsik-kəsik salxımşəkilli hamaşçiçəklərlə əvəz olunur. Kasacığı zəngşəkilli və ikidodaqlıdır. Çiçək tacı ikidodaqlı, əsası boruşəkilli olub, tutqun-bənövşəyidir. Erkəkciyi 4 ədəd olmaqla, boruşəkilli çiçək tacı vardır. Bütöv və ya sınmış yarpaqları qısasaplaqlı, rombabənzər-ellipsvari və ya uzunsov-yumurtavari, zirvəsi itiuclu və pazabənzər-itiuclu əsasa malik, qismən eşilmiş formalıdır.
Typhlodromus spiralis
Typhlodromus spiralis (lat. Typhlodromus spiralis) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus spiralis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Böyük Pirəli
Böyük Pirəli, Böyük Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Böyük Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir.Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb. Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhli təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar. == Tanınmış Şəxsiyyətləri == Səbzəliyev Elnar İlham oğlu - İkinci Qarabağ Müharibəsi iştirakçısı . Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 24 iyun 2021 - ci il tarixli sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Böyük Pirəlli oyk., mür.
Kiçik Pirəli
Kiçik Pirəli və ya Kiçik Pirəlli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafi məlumatlar == Kiçik Pirəlli kəndi mərkəzdən 9 km. cənub-qərbdə Qəbələ-Ağdaş şose yolunun kənarında Topalançayın sahilində (Türyan çayın qolu) Alazan –Həftəran vadisində yerləşir.Toponimikada yazılıb ki, Pirəli adında şəxsin adıyla bağlıdır, əslində tarixi adı Pirəlilidir. Söz təhrifə uğrayaraq indiki halına düşüb.Sosial məsələlər öz həllini tapıb. Mavi yanacaqdan istifadə olunur, işıqları daimidir.Fındıq bağlarından, taxıldan gəlir götürürlər. 700 başdan çox iri buynuzlu mal-qara və 800 başa yaxın qoyun-keçi saxlayan kənd əhali təsərrüfatlarını artıraraq yaxşı yaşayış qurublar. == Toponimikası == Kiçik Pirəlli oyk, mür. Qəbələ r-nunun Böyük Pirəli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. XIX əsrdə keçmiş Qədim Pirelili kəndindən ayrılmış ailələr yeni yaşayış məntəqəsi yaratmış və onu Cocuq Pirəlili adlandırmışdılar.
Pirili (Ağstafa)
Pirili — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisinin çoxluğunu azərbaycanlılar təşkil etsə də, kənddə az sayda axısqa türkləri də məskunlaşıb. 90-cı illərdə kəndə yerləşməyə başlayan axısqa türkü ailələrinin sayı çox olsa da, hal-hazırda (2015-ci ildə) kənddə axısqa türkü ailələrin sayı 5-dir. Onlar əsasən Pirilinin "Türklər məhəlləsi" adlı məhəlləsində məskunlaşıblar.
Pirili (Kürdəmir)
Pirili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Pirili oyk., sadə. Ağstafa r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. XVI əsrin əvvəllərinə aid mənbələrdə kəndin adı Qurumsulu Canəli Pirilu, 1798-ci ilə aid sənəddə isə Pirilu kimi qeydə alınmışdır; Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqələri pirili tayfasının adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2114 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pirili bələdiyyəsi
Pirili bələdiyyəsi (Ağstafa) — Ağstafa rayonunda bələdiyyə. Pirili bələdiyyəsi (Kürdəmir) — Kürdəmir rayonunda bələdiyyə.
300 spartalı
== Tarixi hadisə == Fermopil vuruşması — e.ə. 480-cı ildə Yunan-İran müharibələri zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində yunanlarla iranlılar arasında vuruşma. == Filmlər == 300 spartalı — 1962-ci ildə çəkilmiş amerikan filmi. 300 spartalı — 2007-ci ildə çəkilmiş amerikan filmi. 300 spartalı: Bir imperiyanın yüksəlişi — 2014-cü çəkilmiş amerikan filmi.
Spartalı Xilon
Spartalı Xilon (təq. e.ə. 600, Sparta, Peloponnes, Qərbi Yunanıstan və İon adaları – təq. e.ə. 520) — Yunanıstanın yeddi müdriyindən biri. Spartalı Damaetin oğlu. Spartada efor seçilərkən (beş ali vəzifə sahibindən biri) qardaşının paxıllıqdan - niyə səni seçirlər, məni yox? - sualına Xilon belə cavab vermişdir: - Ona görə ki, mən ədalətsizliyə dözə bilirəm, sən isə yox. == Həyatı == Həyatı haqqında məlumat çox azdır.Eforlar həmdə hakim kimi məhkəmə işlərinə baxdıqlarına görə qoca yaşlarında Xilondan soruşulanda ki, -ədalətsiz hökm çıxarıbmı? Xilon cavab vermişdir ki, -yalnız bircə hökmünə görə şübhə içindədir, bilmir ki haqlıdı ya haqsız.
Azçiçәk şirәli
Orobus hirsutus L. = Lathyrus laxiflorus (Desf.) O. Kuntze Hündürlüyü (10) 15-30 (40) sm, gövdəsi nazik, tinli, düz və ya yuxarı qalxan, bəzən qismən çoxsaylı, yumşaq qısa tüklü, nazik, sürünən, şaxəli kökümsovu olan çoxillik ot bitkisidir. Yalançı zoğları iridir, saplaqdan uzundur, yumurtaşəıkilli və ya yumurtaşəkilli-neştərvaridir, sivriləşmişdir, üçkünc qulaqlıdır. == Yarpaq == Yarpaqlar bir cüt yarpaqcıqlardan ibarətdir; yarpaqcıqlar düzgün elliptik, qaidə və uc hissəsinə doğru daralmış, sivridir, adətən qısa sivri uculudur, 5-7 ədəd qövsşəkilli damarı vardır, uzunluğu 20–40 mm, eni 7-15 (20) mmdir. == Çiçək == Çiçək oxu 2-5 ədəd çiçəkli olub, yarpaqlara bərabər və ya ondan uzundur. Tac bənövşəyi-göyümtül rəngdədir, uzunluğu 15–20 mm-dir. == Meyvə == Paxlalar xətlidir, uzunluğu 2,5-3 sm-dir, uzun tüklüdür. == Çiçəkləməsi == (Aprel) May-İyun == Meyvə verməsi == İyun-İyul == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. dağ. Aşağı və orta dağ qurşağında. (1700 m d.s.y.) == Yaşayış mühiti == Meşələrdə və kolluqlarda rast gəlinir.