SEK

tünd
(spirtli içkilər)
SEHVEN
SEKİZ
OBASTAN VİKİ
Vilye-le-Sek (Val-d'Uaz)
Vilye-le-Sek (fr. Villiers-le-Sec) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 168 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 24 km şimalda, Serji belediyyənin 25 km şərqdə yerləşir.
Vilye-le-Sek (Val-d’Uaz)
Vilye-le-Sek (fr. Villiers-le-Sec) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 168 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 24 km şimalda, Serji belediyyənin 25 km şərqdə yerləşir.
Hans fon Sekt
Hans fon Sekt (alm. Hans von Seeckt‎; 22 aprel 1866[…], Şlezviq[d], Şlezviq-Holşteyn – 27 dekabr 1936[…], Berlin) — Almaniya generalı. Birinci Dünya müharibəsi illərində General Avqust von Mackensen ilə şərq cəbhəsindəki Alman hərəkətlərinin planlaşdırılmasında mühüm rol oynamışdır. 1919-1920-ci illər arasında Baş Qərargahın rəhbərliyi altında olan Hərbi Büro rəisi vəzifəsini icra etmişdir. Atası Pozenin hərbi qubernatoru vəzifəsindən pensiyaya çıxarkən Alman ordusunda əhəmiyyətli bir general idi. 1885-ci ildə Prussiya Ordusuna qoşuldu. Elit Kaiser Alexander, Qvardiya Bombardmançıları bölməsində xidmət etmişdir. 1897-ci ildə Prussiya Baş Qərargahına daxil oldu. 1913-cü ildə Berlində yerləşən 3-cü korpusun qərargah rəisi oldu. 1914-cü ilin avqustunda Birinci Dünya müharibəsinin başlamasından və səfərbərlik elan edildikdən sonra qərargah rəisi olduğu 3-cü korpus Şlieffen planına uyğun olaraq Qərb Cəbhəsinə hücum üçün 1-ci Ordunun sağ qanadına göndərildi.
Hironao Seki
Hironao Seki (関博直, Seki Hironao, 17 noyabr 1852, Toyama – 22 yanvar 1939) – "Hakuhodo" reklam agentliyinin qurucusu. == Həyatı == Hironao Seki 1852-ci ildə Yaponiyanın Toyama prefekturasının ərazisində doğulmuşdur. Seki yerli hökumət işçisi kimi işləmişdir. ABŞ-də reklam agentliyi biznesi ilə məşğul olan bir dostunun tövsiyəsi ilə 1895-ci ildə öz reklam agentliyini qurmuşdur. O, əvvəlcə təhsilə həsr olunmuş qəzetlərdə reklamlar yerləşdirməyə başlamışdır. Daha sonra isə bütün növ nəşrlərdə reklamlar yerləşdirməyə keçmişdir. Sekinin yaratdığı "Hakuhodo" reklam agentliyi Yaponiyanın ikinci ən böyük reklam agentliyinə çevrilmişdir. Seki Meyci dövrünə aid qəzet və jurnal kolleksiyasını Tokio Universitetinə bağışlamışdır. == Ailəsi == Hironaonun oğlu Hiromasa Seki 1931-ci ildə şirkətə qoşulmuş, 1945-ci ildə şirkətin vitse-prezidenti olmuşdur. O, 2002-ci ildə ölmüşdür.
Hisao Sekiquçi
Hisao Sekiquçi (29 oktyabr 1954, Saytama) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
Həmişəyaşıl sekvoya
Həmişəyaşıl sekvoya (lat. Sequoia sempervirens) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sekvoya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın dağlıq rayonlarında, Sakit okean sahili boyu ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 m-ə və çətirinin diamteri 8–10 m-ə çatan uzunömürlü (2000 ilə qədər) ağacdır. Sistematik baxımdan bu növ sekvoyadendrona yaxındır. Çətiri ensizdir və budaqlanması gövdənin yuxarısından başlayır. İynəyarpaqları neştərvarıdır, yumşaqdır, budaq üzərində iki cərgədə düzülür. Qozaları kiçik ölçüdədir, ovaldır 2-2,5 sm uzunluqdadır. Hamar, mavi-boz iynəyarpaqlı qısa zoğları sekvoyaya dekorativ görünüş verir. Ağacın qabığı qalın, qırmızımtıl, dərin şırımlıdır.
Klivden Sekondari Məktəbi
Klivden Orta Məktəbi (ing. Cleveden Secondary School) — Şotlandiyanın Qlazqo şəhərində ümumi təhsil müəssisəsi. == Tarixi == 1973-cü ildə Qlazqo orta qız məktəbi həmin binada qızlar və oğlanları qəbul etməyə başladı və 1975-ci ildə Klivden Orta Məktəbi kimi fəaliyyət göstərməyə başladı. 1998-ci ildə Klivden Nort Kelvinsayd məktəbi ilə birləşdi. 2002-ci il 8 fevralda məktəb böyük genişləndirilmə və yenidənqurmadan sonra, rəsmi olaraq, Şotlandiyanın birinci naziri Cek Makonell tərəfindən açıldı. 2015-ci ilin hesabatıba görə məktəbdə 615 şagird oxuyur.
Kono Subarashii Sekai ni Shukufuku o! Kurenai Densetsu
KonoSuba: God's Blessing on this Wonderful World! və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk növbədə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər "Shōsetsuka ni Narō" veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında "Kadokawa Shoten" nəşriyyatının "Kadokawa Sneaker Bunko" imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Fujimi Shobo" nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında "HobiRecords" tərəfindən drama CD buraxılmışdır. "Studio Deen" tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası Yaponiyada 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Anime serialının ikinci mövsümü 2017-ci ildə, üçüncü mövsümü 2024-cü ildə yayımlanmışdır. 2019-cu ildə "KonoSuba: God's Blessing on This Wonderful World!
Kono Subarashii Sekai ni Shukufuku wo!
KonoSuba: God's Blessing on this Wonderful World! və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk növbədə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər "Shōsetsuka ni Narō" veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında "Kadokawa Shoten" nəşriyyatının "Kadokawa Sneaker Bunko" imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Fujimi Shobo" nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında "HobiRecords" tərəfindən drama CD buraxılmışdır. "Studio Deen" tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası Yaponiyada 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Anime serialının ikinci mövsümü 2017-ci ildə, üçüncü mövsümü 2024-cü ildə yayımlanmışdır. 2019-cu ildə "KonoSuba: God's Blessing on This Wonderful World!
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kunimitsu Sekiquçi
Kunimitsu Sekiquçi (d. 16 dekabr 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Litsini-Seksti
Litsini-Seksti qanunu — Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.
Liçini-Seksti qanunu
Litsini-Seksti qanunu — Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.
Mobutu Sese Seko
Mobutu Sese Seko (ing. Mobutu Sese Seko Nkuku Ngbendu wa za Banga) - 1965-1997-ci illərində əvvəlki adı Zair Respublikası olan Konqo Demokratik Respublikasının prezidenti. Mobutu və ya Yozef Mobutu Sese Seko kimi tanınmışdır. Sese Sekonun hakimiyyətə gəlişi 1965-ci ildə əvvəlki prezident Yozef Kasavubunun hərbi çevirilişlə devirilməsindən sonra gercəkləşib. Hakimiyyəti dövründə, Konqo 32 il ərzində dəmir yumruq siyasəti ilə idarə olunmuşdur. Dəyərli və zəngin yeraltı təbii sərvətlərə sahib olan Konqo Demokratik Respublikası zəif idarəçilik və kütləvi korrupsiya səbəbindən sürətlə zəifləmiş və ölkə dünyanın ən kasıb ölkələrindən birinə çevirilmişdir. 1965-ci ildə hakimiyyətə gəlməsinə Qərb və ABŞ tərəfindən isti yanaşılan Mobutu, zaman keçdikcə bu dəstəyini itirmiş və bundan qısa müddət sonra hakimiyyətdən kənarlaşdırılmışdır. == Həyatı == 1949-cu ildə Bekçika Konqosunun ordusunda maliyyə idarəsində məmur olaraq əmək fəaliyyətinə başlamışdır. Hərbi xidmətdə olduğu zaman Leopoldvil (indiki Kinşasa) şəhərində yayımlanan müxtəlif qəzetlərdə məqalələrlə çıxış etmişdir. 1956-cı ildə ordudan tərxis olduqdan sonra L'Avenir adlı gündəlik qəzetin muxbiri kimi işləməyə başlamışdır.
Mobutu Sese Seko gölü
Albert gölü (ing. Lake Albert) — Şərqi Afrika ərazisində, Uqanda ilə Konqo Demokratik Respublikası arasında sərhəddə yerləşən göl. Uqanda ərazisində gölü Nyanza (ing. Nyanza), Konqoda isə 1973–1997 illər arası diktator Mobutu Sese Seko şərəfinə adlandırırdılar. Göl 615 metr yüksəklikdə yerləşir. Sahəsi 5,3 min km²-dir. Maksimal dərinliyi 56 netrdir. Mərkəsi Afrika qırılma xətti üzərində yerləşir. Sahillərinin böyük qismi sıldırımlıdır. Gölə Semliki və Viktoriya-Nil çayı tökülür.
Mələklərin seksi (film, 2012)
Mələklərin seksi (isp. El Sexo de los Ángeles) — 2012-ci ildə rejissor Xavier Villaverde tərəfindən ekranizasiya olunmuş film. Mələklərin seksi Alvaro Servantesin (Göy səviyyəsindən 3 metr (film, 2010)), Astrid Bergés-Frisbey'in və Llorenç González'in iştiraki ilə çəkilmişdi. Öz emosiyalarına rəhbərlik edərək həyatlarıyla yaşamağa öyrənməlidirlər. == Məzmun == Karla və Bruno bir-birilərini sevirlər və asudə vaxtlarını dostların kompaniyasında keçirərək, bundan böyük zövq alırlar. Bir gün onların həyatında Rey adlı breykdansla məşğul olan və çox cazibəli oğlan peyda olur. Rey — çox sirli gəncdir, heç bir qayda-qanuna tabe olmur, o Brunoya açıqcasına öz sevgisini bildirərək onunla sekslə məşğul olur. Karla boyfrendinin başqa oğlanla xəyanətindən çox sarsılır və ona ayrılmağı təklif edir. Ancaq Bruno Karlanı dəlicəsinə sevdiyindən və bir tərəfdən də yenicə dostlaşmış Reyə olan hisslərin dilemmasındadır. Bu sevgi üçbucağında və dostluqda bütün adi sərhədlər silinərək breykdans və provokasiya edici romantik münasibətlərə və ehtiraslara olan dərin təsirli baxışdır.
Nəhəng sekvoyadendron
Nəhəng sekvoyadendron (lat. Sequoiadendron giganteum) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sekvoyadendron cinsinə aid bitki növü. Gövdəsinin qabığının qalınlığı 50 mm-ə çatır, rəngi qırmızımtıl bozdur. Yarpaqları pulcuqlu iynevarıdır, uzunluğu 0,5-1,2 sm-ə çatır. Yarpaqları, əsasən, zoğ boyu yerləşir və aşağıya doğru əyiləndir. Onlar ayrı-ayrılıqda yuxarıdan əyilmiş, aşağıdan qabarıq, bozumtul-yaşıl rəngə çalır. İynəyarpaqları töküldükdən sonra zoğ və ya budaq üzərində rombşəkilli başlıqlar qalır. Çiçəklərində tozcuqlar 2-5 ədəd tozcuq kisələrində yerləşir. Toxumları ellips formalıdır, kənarları batıq qanadlarla əhatə olunmuşdur, uzunluğu 5mm-ə çatır. Toxum pulcuqlarında 3-12 ədədə kimi yumurtacıq olur.
Oral seks
Oral seks (lat. os, oris — ağız sözündəndir) — partnyorun cinsi orqanına dodaqlar, dişlər, dil, yanağın içi, boğaz, bütün ağız və bütövlükdə ağız boşluğu və ya bu bədən hissələrinin birləşməsi ilə stimulyasiya etməklə cinsi oyanma və/yaxud həzzin əldə edildiyi cinsi əlaqə. Erogen zonaların stimulyasiyası öpüşmə, yalama, dil ilə masaj hərəkətləri, zərif dişləmə, əmmə (ağız və dodaqların qarşılıqlı hərəkətləri) şəklində olur. Oral seks, insanlardan başqa, digər primatlarda, eləcə də yarasalarda mövcuddur. == Gigiyenik və tibbi aspektləri == Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün oral seks zamanı prezervativlərdən (kişilər üçün) və lateks lentlərdən (qadınlar üçün) istifadə edilməlidir ki, bu, oral cinsi əlaqə zamanı, həmçinin vaginal cinsi əlaqə zamanı mümkündür. Bununla belə, iki səbəbə görə həkimlərin tövsiyələrinə nadir hallarda əməl olunur: hətta nazik prezervativ belə həssaslığı azaldır və xoşagəlməz "rezin" dad cinsi əhval-ruhiyyəni aşağı salır. Oral seks ağız boşluğunda və yuxarı tənəffüs yollarında (kəskin respirator virus infeksiyaları, tonzillit, skarlatina, tonzillit, faringit və s.) hər hansı iltihabi proseslər üçün təhlükəlidir, çünki infeksiya partnyorun cinsiyyət orqanlarına yayılaraq, iltihablı təsirlər yarada bilər. Bu cür infeksiyalar çox vaxt xarakterik olmayan klinik mənzərəyə (diaqnozun qoyulmasını çətinləşdirir) və ya bəzi cinsi yolla keçən infeksiyalara oxşar simptomlara malikdir. Oral seks təcrübəsi nəticəsində bakteriya, virus və göbələklərin yaratdığı yoluxucu xəstəliklər keçə bilər. Ağız mikroorqanizmləri (həm normal şəraitdə, həm də xəstəliklərdə, məsələn, kariyesdə) də ağız boşluğunun iltihabına və cinsiyyət orqanlarının mikroflorasının pozulmasına səbəb ola bilər.
Piledriver (seks pozası)
Piledriver seks pozalarından biridir. Əsl koperin aşağıya doğru hərəkəti ilə müqayisə edilərək belə adlandırılmışdır. Mövqe, yoqa halasana pozasına bənzər bir pozada, qabaq tərəfə əyilmiş, yaxud da arxası üstə uzanan cinsi partnyor tərəfindən həyata keçirilir. Digər partnyor ayaq üstə dayanır və qəbul edən partnyorunun vaginasına və ya anusuna penis və ya başqa bir əşyanı daxil edir.
Qartopu (seksual fəaliyyət)
Qartopu, yaxud qar yağışı — bir şəxsin ağzına aldığı spermanı əksər hallarda öpüşərək başqa birisinin ağzına ötürdüyü seksual fəaliyyətdir. == Tarix və yayılımı == Termin olaraq əvvəllər sadəcə gey və biseksual kişilər üçün istifadə olunurdu. 2004-cu ildə Nyu-York lgbt qrup tədbirlərində 1200-dən çox gey və biseksual kişini araşdıran araşdırmaçılar təqribi 20% seqmentin ən az bir dəfə qartopu etdiklərini müəyyən ediblər.
Qay Plini Sesili Sekund
Kiçik Plini və ya tam adı ilə Qay Plini Sesili Sekund (lat. Gaius Plinius Caecilius Secundus; təq. 61, Komo – ən tezi 113 və ən geci 114, Vifiniya) —Qədim Roma dövlət xadimi, yazıçısı və hüquqşünası. O, b.e. 100-cü ildə konsul-suffekt vəzifəsini tutmuşdur. Kiçik Plini Böyük Plini tərəfindən övladlığa götürülmüşdür.. == Həyatı == Romada Kvintiliandan ritorika öyrənmişdir. O, Domisianın hakimiyyəti dövründə, 81-ci ildə Suriyada hərbi tribun olmuş, burada Yevfrat və Daldidalı Artemidorla görüşmüşdür. B.e. 88-ci ildə Romaya qayıtmış, "cursus honorum" uğrunda çalışmış və 100-cü ildə, Trayanın hakimiyyətində konsulluq aldı.
Qrup seks
Qrup seks — ikidən daha artıq şəxsin birlikdə cinsi əlaqədə olması. Fərdlər arasında heç bir cins məhdudiyyəti yoxdur. Qrup seksə pornoqrafik filmlərdə tez-tez yer verilir. == Növləri == Ümumi olaraq 2-dən artıq fərdin cinsi əlaqədə olması qrup seks adlandırılsa da, bəzi növlərinin xüsusi adları vardır: Qızçiçəyi zənciri - bir qrup iştirakçı bir-birinə dairəvi formada cunnilingus və ya fellatio edir. Hər bir iştirakçı "verici" və "alıcı" rolunda çıxış edir; Üçlü (üçləmə) — 3 şəxsin cinsi əlaqədə olması; Dabl penetrasyon — iştirakçılardan biri qadın, ikisi erkəkdir. Erkək fərdlər qadınla eyni anda həm vagina, həm də anus yolu ilə cinsi əlaqədə olurlar; Dördlü — 4 şəxsin cinsi əlaqədə olması; Dəstə patlaması (toplu təcavüz) — eyni insanla eyni vaxtda və ya sırayla seks edən çox insanlar == Risklər == == Yayılım == 2015-ci ildə ABŞ-də keçirilən anket sorğusunun nəticələri kişilərin qadınlardan daha böyük faizlə ömür boyu üçlü və ya qrup sekslə məşğul olduqlarını müəyyən etdi.
Qəza Sektoru
Rhus sekhukhuniensis
Rhus sekhukhuniensis (lat. Rhus sekhukhuniensis) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü.
Robert Sekuta
Robert Sekuta (1954, Roçester[d], Nyu-York ştatı) — ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)
SPİD. Seks. Zdorovye
"SPİD. Seks. Zdorovye" (rus. СПИД. Секс. Здоровье) — 1991-ci ildən nəşr olunmağa başlayan elmi-populyar jurnal. == Haqqında == "SPİD. Seks. Zdorovye" jurnalı 1991-ci ildə — Rusiyada "seksual inqilab"ın ən pik dönəmində professor Aza Rəhmanova tərəfindən təsis edilmişdir. Ölkədə cinsiyyət problemləri haqqında danışan az saylı nəşrlərdəndir. Jurnalın əsas təyinatı – HİV/QİÇS sahəsində fundamental bilikləri, bu sferada dünya elminin son nailiyyətlərini işıqlandırmaq, HİV-infeksiyadan əziyyət çəkən insanların talelərindən danışmaq, onlara insansevər münasibət formalaşdırmaq, böyüyən nəsilə seksual mədəniyyət barədə biliklər aşılamaq və cəmiyyəti sağlam həyat tərzinə istiqamətləndirməkdən ibarətdir. Jurnal ildə 4 dəfə — mart, may, sentyabr və dekabr aylarında dərc edilir. == Mükafatları == "SPİD. Seks.
Samanta Cons (Böyük şəhərdə seks)
Samanta Cons — Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə Samanta rolu aktrisa Kim Ketrall tərəfindən canlandırılmışdır. Ketrall canlandırdığı bu rola görə “Screen Actors Guild Award” və “Qızıl Qlobus Mükafatı”nı qazanmışdır. == Obrazın tarixi == === Roman və serialda === “Mən nə Demokratlar Partiyasına, nə də Respublikaçılar Partiyasına inanmıram, mən ancaq partilərə inanıram.” Samanta serialın əsas dörd qadın obrazından biridir. Qürurlu, yaxşı sirdaş və çox seksual qadın olan Samanta ilə bağlı hadisələr əsasən seks və qısa ömürlü əlaqələri ilə bağlıdır. O, sözü üzə deyəndir və özünü “yoxlayıcı-seksual” (hər şeyi yoxlayan anlamında) elan edib. Samanta obrazı bir qədər düşüncəsiz, ədalətli, dostlarının yolunda hər şeyə hazır olan və onları müdafiə edən bir tipdir. Samanta ailə həyatına və monoqamiyaya qarşıdır, onun əlaqələri hissi mərhələyə keçdikdə narahat olur, münasibətdə olduğu insanların ona aşiq olmasından çəkinir. Samanta üçün qarşı tərəflə münasibətlər yalnız seksdən ibarət olmalıdır. Samantanın gənclik illəri haqqında çox az məlumat var.