Elşən Şirəliyev
Elşən Şirəliyev (tam adı: Elşən Şıxəli oğlu Şirəliyev; 2 oktyabr 1962, Bakı – 20 dekabr 2021, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018).
== Həyatı ==
2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Həmin ildən təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.
H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında əsas rolları:
Əkizlər — ("Dörd əkiz", P. Panşev)
Manqurt — ("Əsrə bərabər gün", Ç. Aytmatov)
Dursun — ("Oqtay Eloğlu", C. Cabbarlı)
Göyçək kababçı — ("Dəyirman", M. Süleymanlı)
Saşka — ("Saşka", V. Kondratyev)
1989-cu ildə Saşka roluna görə Mədəniyyət Nazirliyinin I dərəcəli Diplomuna və pul mükafatına layiq görülüb.
Gənc Tamaşaçılar Teatrında əsas rolları:
Neron — ("Neron oynayır", M. Xubai)
Potso — ("Aydın", C. Cabbarlı)
Məcnun — ("Leyli və Məcnun", M. Füzuli)
Dimetçi — ("Yay gecəsində yuxu", Vilyam Şekspir)
Qildestern — ("Hamlet", Vilyam Şekspir)
Kleon — ("Herostatı unudun", Q. Qorin)
Naçalnik — ("Qurbanəli bəy", C. Məmmədquluzadə)
Məşədi Oruc — ("Ölülər", C. Məmmədquluzadə)
Dəli Tiriq — ("Mamoy kişinin yuxuları", V. Səmədoğlu)
Passifist – ("Generalın son əmri", V. Səmədoğlu)
Fərrux şah – ("Qadın ilan", K. Qotsi)
Məmmədəli – ("Dələduz", N. B. Vəzirov)
Məlikməmməd – ("Məlikməmməd", Xalq nağılı)
Novruz bəy – ("Aydın", C. Cabbarlı)
Səyyad – ("Onun iki qabırğası", Ə. Əmirli)
Səfir – ("İyirmi ildən sonra", Ə. Əmirli)
Əvəz – ("Kişi və qadın", Ə. Əmirli)
Dilənçi – ("Varlı qadın", Ə. Əmirli)
Rüstəm – ("Atamın kitabı", B. Vahabzadə)
Vəzir – ("Yaxşı padşahın nağılı", Anar)
Kişi – ("İmperator", E. Hüseynbəyli)
Əzrayıl – ("Dünyanın axırı", R. Əlizadə)
Effer bəy – ("Bir az gəlirmisiz", Ə. Nesin)
Şair İsmayıl – ("Hamı səni sevənlər buradadır", K. Abdulla)
Zabit – ("Kim dedi ki, Simurq quşu var imiş", K. Abdulla)
Bəstəçi – ("Sevirəm səni Türkiyə", K. Abdulla)
Əbülüla – ("Şeyx Sənan", H. Cavid)
Kral – ("Yatmış gözəl" B. Marvin)
Mister Bambl – ("Oliver Tvistin macəraları" — Ç. Dikkens)
Molla Feliks – ("Əcəl atı" V. Əlixanlı)
Nəcəf – ("Mən səni sevirəm –M. S. S" Ə. Əmirli)
Tip – ("Məhv olmuş gündəliklər" İ. Əfəndiyev)
Əmirqulu — ("Buzovna kəndinin əhvalatları" Elçin)
Hatəmxan ağa – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə)
Ohan yüzbaşı – ("Hacı Qara" M. F. Axundzadə)
Əmir Teymur – ("Əlincə qalası" Dilsuz)
Hüseynqulu bəy – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq)
Karabas Barabas – ("Buratinonun macəraları" A. Tolstoy)
Canavar — ("Qoğalın nağılı" Xalq nağılı)
== Mükafatları ==
7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.