Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darvinin şeytanı
Darvinin şeytanı - əgər təkamül heç nə ilə məhdudlaşmasaydı, uyğunlaşmanın bütün aspektlərini maksimum istifadə edən və eyni vaxtda mövcud olan hipotetik orqanizm haqqında fikir eksperimentidir. Belə orqanizmlər doğuşdan dərhal sonra istənilən yerdə və istənilən zaman cütləşmək üçün yoldaş tapa və nəsillərini sonsuz dəfə artıra bilərdilər. “Bizə sadəcə mutasiyalar arasında birini ötürərək və digərlərinin yolunu bağlayaraq seçim edə bilən şeytanı çağırmaq qalır. (Maksvell etdiyi kimi)”. Bu cür orqanizmlərin mövcud olmamasına baxmayaraq bioloqlar, müxtəlif növlərin inkişaf tarixindəki həyat strategiyalarını anlamaq üçün, orqanizmlərin ətraf mühitə adaptasiya olması üçün kompromisslərə getdiklərini göstərmək üçün Darvinin şeytanından fikir eksperimentlərində istifadə edirlər... Darvinin şeytanı təkamül nəzəriyyəsinin banisi olan ingilis təbiətşünas Çarlz Darvinin şərəfinə adlandırılıb. Fikir eksperimenti və Darvin şeytanının konsepsiyası 1963-cü ildə amerikalı biokimyaçı, elm populyarlaşdırıcısı və fantastik yazıçı Ayzek Azimov tərəfindən - “Yüksəklikdən görüntü” əsərində təklif edilmişdi. Eksperiment üçün ad məşhur Maksvell iblisinə bənzətmə yolu ilə seçilmişdi.: “Belə şeytan həqiqətən də mövcuddur, amma mən bildiyim qədər, ona bu adı təkcə mən vermişəm və Maksvell şeytanına bənzətmişəm. Onu kəşf edən isə ingilis təbiətşünas Çarlz Robert Darvindir və buna görə də biz onu “Darvinin şeytanı” adlandıracayıq. Darvin özü isə ona təbii seçim adı vermişdi”.
Dəniz şeytanı
Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır.
Laplasın şeytanı
Laplas şeytanı — Pyer Simon Laplas tərəfindən 1814-ci ildə yayımlanan bir məqalədə yazıldığı kimi kainatdakı hər atomun yerini və hərəkətini bilən və bunun sayəsində kosmosun və kainatın bütün bir keçmiş və gələcəyini bilən virtual bir varlığın mövcud olduğunu iddia edən bir düşüncə təcrübəsidir. Laplasın məqaləsində səbəb determinizmi qavramsallaşdırdığı ifadəsinin özünəməxsus halı bu şəkildədir: "Kosmosun indiki halını keçmişin nəticəsi və gələcəyin səbəbi olaraq düşünə bilərik.
Maksvell şeytanı
Maksvellin Cini (ya da Maksvellin Şeytanı), İsveç fizii James Clerk Maxwellin termodinamikanın ikinci qanununun həqiqiliyini yoxlamaq üçün 1867-ci ildə ortaya atmış olduğu "nəzəri eksperiment"dir == Sınaq == Maxwell bu qanunu sınamaq üçün, aralarındakı qapı istisna olmaq şərti ilə, bir-birindən tamamilə təcrid olunmuş olan A və B otaqlarını fərz edir. Bu otaqların hər ikisi eyni növ qaz ilə doldurulmuşdur və qazın istiliyi hər iki otaqda da, eyni dərəcədədir. Termodinamikanın ikinci qanununa görə, aradakı qapını istədiyiniz qədər açıq-bağlasaq da, eyni istilikdə olan otaqların arasında bir istilik axını olmayacaqdır. Maxwell, qapının başında duran ağıllı bir "cin" fərz edir. Bu cin, hər iki tərəfdəki qaz molekullarına da nəzarət etməyi bacarır. A otağından qapı istiqamətində orta sürətdən daha yüksək bir sürət ilə gələn molekul görəndə, qapını açır və molekulun B otağına keçməsinə şərait yaradır. Oxşar şəkildə, B otağından da, orta sürətdən aşağı sürətdə hərəkət edən bir molekul görəndə həmin molekulun da, A otağına keçməsinə şərait yaradır. Beləliklə, bir müddət sonra B otağındakı molekulların orta sürəti artanda, A otağında olan molekulların orta sürəti azalır. Orta sürət də, istilik deməkdir. Beləliklə də, A otağının istiliyi aşağı düşür və bu da termodinamikanın ikinci qanunu ilə tərs mütənasibdir.
Süleymani
Süleymani — soyad, təxəllüs. Süleymani — Azərbaycanın milli rəqsi. Qasım Süleymani — İran hərbçisi, general-mayor. Peyrəv Süleymani — tacik sovet şairi. Qurban Süleymani — dutar musiqiçisi və müğənni.
Peyrəv Süleymani
Peyrəv Süleymani (tam adı: Atacan Süleymani; 15 aprel 1899, Buxara, Rusiya Türkistanı general-qubernatorluğu – 9 iyun 1933, Düşənbə) — tacik sovet şairi. Peyrəv Süleymani 15 aprel 1899-cu ildə Buxarada anadan olub. Peyrəv Süleymani 9 iyun 1933-cü ildə Səmərqənddə vəfat edib. Yaradıcılığa aşiqanə şeirlərlə başlamışdır. İnqilabın, sosializm quruculuöunun, qadın azadlığının, Şərq xalqlarının milli azadlıq mübarizəsinin tərənnümü yaradıcılığının əsas mövzuları olmuşdur. Bəzi şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur. Ədəbiyyat gülləri, 1931 Şeirlər, 1932 Divan, 1971 Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.493-494 Очерк истории таджикской советской литературы, М., 1961, с. 48—53, 88—91; Табаров С., Пайрав Сулаймони, Душанбе, 1962.
Qasım Süleymani
Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957, Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d] – 3 yanvar 2020[…], Bağdad Beynəlxalq Hava Limanı[d], İraq) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb. Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.
Qurban Süleymani
Hacı Qurban Süleymani (1920, Qoçan, Rəzəvi Xorasan ostanı – 20 yanvar 2008) — Xorasan türklərinin tanınmış Baxşi (aşıq), dutar musiqiçisi və müğənnilərindənidir ki, Nişapurun Əliabad kəndində dünyaya gəlmişdir. Fransanın Lion musiqi festivalında birinci yeri qazanmışdır.
Safine-ye Süleymani
Safine-ye Süleymani (azərbaycanca: Süleymanın gəmisi) — Səfəvi sülaləsindən olan şah I Süleymanın (1666–1694) Siamda yerləşən Ayutiya krallığına göndərdiyi elçiliyin səyahətnaməsi nəzərdə tutulur. Səyahətnamənin mətni elçiliyin katibi Məhəmməd Rəbi ibn Məhəmməd İbrahim tərəfindən qələmə alınmışdır. Səyahətnamədə əks olunanlar Səfəvi imperiyasının bu dövrdə Hind okeanının şərq bölgələrindəki varlığı barədə mükəmməl məlumat verir. Həmçinin səyahətnamədəki məlumatlar əsasında Siamın XVII əsrin sonlarında tarixini öyrənmək üçün də istifadə edilə bilər. Bu səyahətnamə dünyanın bu xüsusi bölgəsi ilə Səfəvi imperiyasının əlaqələrinin tarixindən bəhs edən yeganə qaynaqdır. Muhammad Rabi' ibn Muhammad Ibrahim (1972). The Ship of Sulaiman (azərbaycanca: Süleymanın gəmisi). Con O' Kane tərəfindən tərcümə edilmiş və Nyu-York şəhərində yerləşən Kolumbiya Universiteti Nəşriyyatında nəşr edilmişdir. Bu tərcümə Britaniya Muzeyində saxlanılan əlyazma əsasında həyata keçirilmişdir. Həmçinin əsərin tərcüməsinə tərcüməçi tərəfindən qeydlər və giriş qismi əlavə edilmişdir.
Abbas Əli Süleymani
Abbas Əli Süleymani (fars. عباسعلی سلیمانی‎; 25 may 1947, Esbu Kola[d], Pəhləvilər İranı[d] – 26 aprel 2023, Babülsər, Mazandaran ostanı) — iranlı Ayətullah Dini Ekspertlər Şurasının Sistan və Bəlucistan ostanı üzrə nümayəndəsi. == Həyatı == Abbas Əli Süleymani 1947-ci ilin 25 may tarixində İranın Mazandaran ostanında şəhrisdanlardan biri olan Savadkuhda, dindar ailədə anadan olmuşdur. O, 5 yaşında ilk dini təhsilini almağa başlamış, 12 yaşından Qumda, daha sonra Behşəhrdə həvzələrində dini təhsil almışdır. Ali dini təhsilini Məşəd şəhərində davam etdirmişdir. Kaşan şəhərində Vilayəti-Fəqih və həmin şəhərin imam cüməsi təyin edilmişdir. Vilayəti-Fəqih sistemi İranda Ayətullah Ruhulla Xomeyni tərəfindən yaradılmışdır və bu şəxslər İranın Ali Rəhbərinin bölgələrdəki rəsmi nümayəndələri hesab olunmaqdadırlar. Bir müddət sonra Dini Ekspertlər Şurasının Sistan və Bəlucistan ostanı üzrə nümayəndəsi seçilmişdir. Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqinin verdiyi məlumata əsasən, İran Dini Ekspertlər Şurasının üzvü, ayətullah Abbas Əli Süleymani Babülsər şəhərində silahlı hücum zamanı qətlə yetirilib. Hadisə 2023-cü ilin 26 aprel tarixində Mazandaran ostanın Babülsər şəhərindəki yerli bankların birində baş verib.