SUVAR
SÜBHANƏ
OBASTAN VİKİ
Memmedli Sübhan
Sübhan Abdurahmanlı
Sübhan Bəkirov
Sübhan Kamal oğlu Bəkirov (4 avqust 1964, Ürkməzli, Qazax rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral (2022). Sübhan Bəkirov 1964-cü il avqustun 4-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. Ailəlidir. Üç övladı var. Ali Hərbi-Mühəndis: 1985–1990 1982–1984-cü illərdə Sovet Ordusunun sıralarında, üzaq şərq vilayətində hərbi xidmətdə olub. 1993-cü ildən Azərbaycan Ordusunun Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının 23 nömrəli hərbi zavodunda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildə Azərbaycan-Rusiya birgə hərbi müəssisəsi olan Xəzər hərbi gəmi təmiri zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. 1997–2013-cü illərdə Müdafiə Nazirliyində və Azərbaycan Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib. 2014-cü ildə müdafiə nazirinin əmrinə əsasən hərbi gəmi təmiri zavodunun baş mühəndisi — zavod rəisinin müavini vəzifəsinə, bir müddət sonra isə zavod rəisi ("n" saylı hərbi hissənin komandiri) vəzifəsinə təyin olunub. 2016-cı ilin iyun ayında müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini- Maddi Texniki Təminat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Sübhan Cəbrayılov
Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983; Salyan rayonu, Azərbaycan SSR, SSRİ— 19 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Sübhan Cəbrayılovda daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Sübhan Cəbrayılov və dəstənin bir neçə üzvü həlak olmuşdur. Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. Sübhan Cəbrayılov 1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin adına birinci sinfinə qəbul olmuşdur. 2000-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Azərbaycan, rus və erməni dillərində sərbəst danışırdı. Sübhan Cəbrayılov Sevda Cəbrayılova ilə ailəli həyatı qurmuşdur.
Sübhan Cəfərov
Sübhan Həsənov
Sübhan Kərimov
Sübhan Məmmədli
Sübhan Əbilzadə
Sübhan Əliyev
Sübhan Əliyev (tam adı: Sübhan Fərmayıl oğlu Əliyev; 15 oktyabr 1981, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (2019),[mənbə göstərin]AMEA Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri (2020),[mənbə göstərin] Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, BDU Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru (2022), "Sirius" Vəkil Bürosunun təsisçisi və müdiri (2022). Sübhan Əliyev 15 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri 245 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra elə həmin il ödənişsiz əsaslarla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 2003-cü ildə isə həmin fakültədə Dövlət hüququ ixtisaslaşması üzrə dövlət hesabına magistratura təhsili almağa başlayıb. Sübhan Əliyev 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında aspirantura, 2012–2018-ci illərdə isə yenə həmin kafedrada doktorantura təhsilini davam etdirib. Sübhan Əliyev evlidir, iki uşağı var. Sübhan Əliyev 2010-cu ildə "Azərbaycan Respublikası yerli özünüidarəetməsinin təşkilati-hüquqi formaları" mövzusunda dissertasiya işini müdafiə etmiş və 2011-ci il iyunun 22-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2013-cü ildə Konstitusiya hüququ kafedrasının dosenti seçilmiş, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilmişdir. 2018-ci ildə "İnsan Hüquqları sahəsində beynəlxalq hüquq normalarının realizəsinin dövlətdaxili təminat mexanizmləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq elmlər doktoru elmi dərəcəsi verilmişdir. Sübhan Əliyevin əsas tədqiqat sahələri inzibati hüquq, inzibati-prosessual hüquq, parlament hüququ, konstitusiya hüququ, vəkillik hüququ və bələdiyyə hüququdur.
Sübhan Əzizov
Ağbulaq (Sübhanverdi)
Ağbulaq — İrəvan xanlığının Aqin mahalında kənd adı. == Toponim == Ağbulaq — İrəvan xanlığının Aqin mahalında kənd adı. Digər adı Sübhanverdi. 1886-cı ilə aid məlumata görə əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1919-cu ildə azərbaycanlılar qovulmuşdur. 1947-ci kənd ermənicə Lyusaxpur adlandırılmışdır. XIX əsrdə Qafqazda mövcud olmuş 24 Ağbulaq toponimindən biridir. Sübhanverdilər adlı oymağın Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ağbulaq Azərbaycan dilində ağ içməli su, axan su, yağış və qar sularından qidalanan su və bulaq sözlərindən ibarətdir. == Həmçinin bax == Ağbulaq (Göyçə) Azərbaycan == Ədəbiyyat == Budaqov B. Ə. Azərbaycan toponimlərinin problemləri.
Cəfər Sübhani
Cəfər Sübhani Təbrizi (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Cəfər Sübhani Təbrizi) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Təhsili == == Müəllimləri == == Yaradıcılığı == == Əsərləri == İslam tarixi (İslam Peyğəmbərinin (ə) həyatı) Əbədiyyət Nuru == Həmçinin bax == Məhəmməd Fazil Lənkərani Məkarim Şirazi Həzrət Ayətullah Cəfər Subhani Ayətullah əl-uzma Məkarim Şirazini ziyarət etdi.
Sübhanlı (Meşkinşəhr)
Sübhanlı (fars. صبحان لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (6 ailə).
Sübhanqol (Auırqazı)
Sübhanqol (başq. Собханғол, rus. Субхангулово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 34 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 15 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 40 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95%) üstünlük təşkil edir.
Sübhanqul (Avurğazı)
Sübhanqol (başq. Собханғол, rus. Субхангулово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 34 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 15 km. ən yaxın dəmiryol stansiyasından (Şöngəkgöl stansiyası): 40 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (95%) üstünlük təşkil edir.
Sübhanqulu xan Qacar
Sübhanqulu xan Qovanlı-Qacar — İrəvan qalasının rəisi, İrəvan xanı Hüseynqulu xan Sərdarın qardaşı oğlu və kürəkəni. II Rusiya-Qacar müharibəsinin gedişində 1827-ci ildə generallar İvan Paskeviçin və Bekendorfun İrəvan qalasına hücumları zamanı qalaya rəhbərliyi Sübhanqulu xan edirdi. 1827-ci il mayın 12-də Paskeviçin başçılığı ilə əsas rusların qüvvələrinin, habelə 500 nəfər gürcü və erməni əyanının müşayiəti ilə İrəvan xanlığı istiqamətində yürüşü başladı. Paskeviçin ardınca imperator I Nikolayın razılığı ilə təşkil edilən ilk erməni atlı alayı mayın 17-də İrəvan xanlığının ərazisinə doğru hərəkət etdi. İyunun 8-də Üçkilsədən İrəvan qalasına doğru yönələn Paskeviç İrəvan xanlığına məxsus qalalar haqqında kəşfiyyat məlumatları toplamağa başladı. Paskeviç İrəvan qalasının ətrafına çatanda Benkendorfun Sübhanqulu xanla danışıqlar apardığını öyrəndi. Hələ bir neçə gün bundan əvvəl Sübhanqulu xan knyaz Seversamidzeyə rus qoşunlarının baş komandanı ilə görüşmək istədiyini bildirmişdi. Paskeviç qalanın komendantına öz gəlişi barədə xəbər göndərəndə, Hüseynqulu xan knyaz Seversamidzeyə bildirmişdi: "Əgər söhbət qalanın təslim edilməsindən getmirsə, onda qalanın komendantına Paskeviçlə görüşməyə icazə verirəm. Əks halda bu, mənasızdır - çünki mən qalanı heç vaxt təslim etməyəcəyəm". Bundan sonra Paskeviç qala ilə bütün əlaqələri kəsməyi əmr etdi.
Sübhanqulu şah
Sübhanqulu şah — Qütbşah, Qolkonda hökmdarı. 1543-cü ildə Heydərabadda doğulmuşdu. Atası Cəmşidqulu bəy Baranlı, anası Bilqız Zaman xanımdır. Hakimiyyətə gələndə hələ 7 yaşı vardı. Anası Racmata (Şah anası) Bilqız Zaman Əhmədnaqarda yaşayan Eynəlmülk Səif xanı qəyyumluğa çağırmışdı. Lakin Səif xanın hakimiyyəti öz əlində toplaması bəzi əmirləri narahat etdi və onlar Cəmşidqulunun qardaşı İbrahimqulunu taxta çağırdılar. İbrahimqulu bəy 7 ay sonra - 1550-ci ilin iyulunda taxta çıxdı. Teluqu dilindəki Vikipediyada məqaləsindən tərcüməyə baxın.

Digər lüğətlərdə