Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suliddin Həsənov
Suliddin Həsənov (Şəhid)
Suliddin Abbas oğlu Həsənov (1 yanvar 1972, Qoşabulaq, Gədəbəy rayonu – 17 oktyabr 1993, Yusifcanlı, Ağdam rayonu) — Qarabağ müharibəsi şəhidi. Həsənov Suliddin Abbas oğlu 1972-ci il yanvar ayının 1-də Gədəbəy rayonun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olub. 1980-ci ildə Gədəbəy rayonunun 2 saylı Qoşabulaq kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1990-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib. 1990–1991-ci illərdə Rusiyaya hərbi xidmətə gedib. Qayıtdıqdan sonra 1992-ci ildə könüllü olaraq Qarabağ hərbi hissəsinə döyüş bölgəsinə gəlib. 1993-cü il 17 oktyabrda Ağdamın Yusifcanlı kəndində şəhid olub. Qoşabulaq kənd 2 nömrəli orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya yollanan Suliddin məqsədinə nail ola bilmir. 1980-ci ildə Gədəbəy rayonunun 2 saylı Qoşabulaq kənd orta məktəbinin 1-ci sinifinə gedib. 1990-ci ildə həmin məktəbin 10-cu sinifini bitirib.
Usuliddin
İslam dininin birinci hissəsi "Üsuli-din”-dir. 1-Tövhid 2-Ədl 3-Nübüvvət 4-Məad 5 - İmamət 1.Tövhid (Allahı zatında və sifətində yeganə bilmək və Ona şərik qoşmamaq). Allah-taala Qurani-Kərimdə belə buyurur: ِبسْمِ اللهِ الرَّحْمنِ الرَّحيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ* اللَّهُ الصَّمَدُ* لَمْ يَلِدْ وَلَمْ يُولَدْ* وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ «(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de ki, (Mənim Rəbbim olan) O Allah yeganədir. (Heç bir şəriki yoxdur.) Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır, O, əzəli və əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı, bərabəri və bənzəri yoxdur!» 2. Ədl (ƏDALƏTİN MƏNASI) Ədalət «Ədl» sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Dini termində isə, ədalət zülmkarlığın ziddinə olan bir kəlmə olub, «hər kəsin haqqını özünə vermək» və «hər şeyi öz yerinə qoymaq» kimi mə'nalara malikdir. Allah-taalanın ədalətli olub, heç kəsə zülm etməməsinə inanmaq.
Nuriddin
Nurəddin, Nürəddin, Nuriddin — kişilərə verilən şəxsi ad. Nurəddin Babayev — Nurəddin Həbibov — Nurəddin Sadıqov — Digər Nurəddin (Laçın) — Laçın rayonunda kənd. Nurəddin — Laçın rayonu ərazisində mineral bulaqlar.
Aşıq Nuriddin
Aşıq Nuriddin (azərb. İsgəndərov Nuriddin Abid oğlu‎; 20 noyabr 1956, Daşkənd, Basarkeçər rayonu – 22 dekabr 2017, Şəmkir) — Azərbaycan aşığı, Aşıq Hacı Göyçəlinin şəyirdi. == Həyatı == Aşıq Nuriddin 20 noyabr 1956-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. İlk təhsilini Daşkənd kənd orta məktəbində almış, hərbi xidməti başa vurduqdan sonra təhsilini Moskva Kooperasiya İnstitutunda davam etdirmişdir. Hələ erkən yaşlarından aşıqlıq sənətinə meyl göstərmiş, ustad aşıqların məclislərində olmuş və bu sənətin sirlərinə dərindən yiyələnməyə çalışmışdır. Artıq gənc yaşlarından Aşıq Hacı Bayramovla həm Göyçə mahalının, həm də Azərbaycanın digər bölgələrinin el məclislərində iştirak etməyə başlamış, tez bir zamanda elin-obanın rəğbətini qazanmışdır. Aşıq Hacı ilə birlikdə ifa etdikləri "Aşıq Alı" dastanı hələ 1980-cı illərdən bu yana saz-söz sevənlərin yaddaşlarından silinməyib və bu günə kimi Dövlət Televiziyasının "Qızıl fond"unda ölməz sənət əsəri kimi qorunub saxlanır. Aşıq Nuriddin bu günə qədər də saz-söz sənətinin, soy kökümüzə söykənən milli dəyərlərin qorunub yaranmasında danılmaz rola malikdir. Onun cavanlar arasında apardığı maarifçi təbliğatı gənclərin bu sənətə olar marağını daha da artırmış, bu sənəti ucuzlaşdıranlara qarşı mübarizədə öz misilsiz töhfələrini vermişdir. Aşıq Nuriddin uzun müddət Şəmkir rayonunda yaşamışdır.
Nuriddin Əliyev
Nurəddin (Nuriddin) Məcid oğlu Əliyev (2 aprel 1920, Petrovsk-Port, Dağıstan vilayəti – 28 noyabr 1991, Bakı) — SSRİ-nin əməkdar təyyarəçisi (1966), Lenin, Oktyabr inqilabı, Qırmızı ulduz ordenləri laureatı, polkovnik. Nurəddin Məcid oğlu Əliyev 2 aprel 1920-ci ildə Mahaçqala şəhərində anadan olmuşdur. 1937–1938-ci illərdə Bakı aeroklubunda U-2 üzrə pilotluq kursu keşmişdi. 1938-ci ildə Batay Yay pilotluq məktəbinə göndərilmişdi. 1940-cı ildə bu məktəbi uğurla bitirmişdi. O, pilot kimi İ-15, İ-16 təyyarələrində uçuşlara başlamışdı. II Dünya müharibəsində iştirak etmişdi. İl-2 təyyarəsinin sükanı arxasında Stalinqrad döyüşündə faşist təyyarələrinə qarşı vuruşmuşdu. 243-cü (78-ci) aviaalayın tərkibində uçuşlara qatılmışdı. Stalinqrad (Volqaqrad) ətrafında düşmənin 10 tankını, 2 zirehli maşınını, 5 zenit qurğusunu, 26 avtomaşınını, 190 yaxın zabit və əsgər heyətini məhv etmişdi.
Nəzihə Muhiddin
Nəzihə Muhiddin (türk. Nezihe Muhiddin Tepedelengil; d. 1889, İstanbul, Osmanlı İmperiyası – 10 fevral 1958, İstanbul, Türkiyə) — osmanlı-türk aktivist, jurnalist, yazar, qadın hüquqları müdafiəçisi. Nəzihə Muhiddin 1889-cu ildə İstanbulda, Üsküdar ilçəsinin Kandilli səmtində Zəhra xanım ilə prokuror və cəza hakimi Muhiddin bəyin ailəsində dünyaya gəlmişdir. Evdə xüsusi təhsil alaraq, fars, ərəb, alman və fransız dillərini öyrənmişdir. İlk gənclik illərindən etibarən siyasi və ictimai məsələlərə, qadın hüquqlarına həssas biri kimi formalaşmışdır. Dayısının qızı Naqiyə xanım ilə anasının ədəbiyyat və ictimai problemlərlə bağlı apardıqları müzakirələr, Naqiyə xanımın evdə təşkil etdiyi toplantılar onun sonrakı baxışlarının formalaşmasında baza rolunu oynamışdır. 1909-cu ildə Maarif Nəzarətinin imtahanından keçərək Qız İdadi Məktəbində fənn dərsi müəllimi kimi işə başlamışdır. Sonradan İttihad və Tərəqqi Qız Sənaye Məktəbinə müdir olmuş; gimnastika, dil, piano, dərzilik dərslərindən müəllimlik etmişdir. Daha sonra Səlcuq Hatun Sultanisi, Qız Həyat Məktəbi və İzmir Hilal Sultanisidə müdir olmuşdur.
Saləddin Allahverdiyev
Saləddin Xosrov oğlu Allahverdiyev (Gəncə) — Azərbaycan Respublikasının Arbitraj Məhkəməsinin Hakimi Allahverdiyev Saləddin Xosrov oğlu 1951-ci il fevralın 11-də Gəncə şəhərində (keçmiş Kirovabad) anadan olub. 1969-cu ildə orta məktəbi bitirb. Ali təhsillidir, 1973-cü ildə "Lenin ad. Azərbaycan Pedaqoji İnstitutu"nun tarix fakültəsini bitirb. 1976–1993-cü illərdə Pioner Evinin müdirü və "Lənkəran Ziyalılar Evi"nin direktoru vəzifələrində işləyib. 1993-cü ildən hüquq müdafiəçisi, 2000-ci ildən "Azərbaycan Xalqlarının Assambleyası"- ın prezidentidir. 1994–2014-cü illərdə ASDP-nin üzvü kimi fəaliyyət göstərib. Bu illər ərzində ASDP sədrinin müavini, ASDP MK üzvü seçilib, müxtəlif beynəlxalq konfranslarda iştirak edib. Partiyanın 2012-ci ildə keçirilmiş XII qurultayında ASDP sədrinin hüquq məsələləri üzrə müavini, ASDP Mərkəzi Komitəsinin üzvü seçilib. ASDP MK Bürosunun üzvüdür.
Sucəddin Mirzəyev
Mirzəyev Sucəddin Qiyas oğlu — azərbaycanlı aktyor. Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olmuşdur. İlk təhsilini II Yeddioymaq kəndində , hazırda T. Bayraməlibəyov adını daşıyan orta məktəbdə almışdır . 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır. Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var. Teatr tamaşaları şəkilləri 25 iyun 2013-cü ildə prezident İlham Əliyevin fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Əziz Nesin "Üç yeriyən bədbəxlik" -- Fağır Ə. Nesin "İntihar" — Müştaq bəy Eldar İskəndərzadə "Qalxın, məhkəmə gəlir" --Mətin Xədicə Murad " Artan dovlətinin hekayəti" -- Elgüc Şıxəli Qurbanov "Özümüz bilərik" - Mİriş Süleyman Rüstəm "Durna" - Murad Əbdürrəhimbəy Haqverdiyev "Xortdanın cəhənnəm məktubları" - Hacı Kamyab Fikrət Qoca "Məhkumlar" - Babək Kamran Nəzirli "Şeytan işığı" - Con Şonvis Moris Meterlinq "Korlar" II kor Ramiz Xəlilzadə "Zulus həmayili" --Tennis Rensburq Aleksandr Çxaidze "Çinari manifesti" Qoqi Georgi Xuqayev "Andro ve Sandro" - Dudar Salam Qədirzadə "Şirinbala bal yığır" --Ağaəmi Mar Bayciyev "Toy şənbə günüdür" - Boruş Monkoloyev Qoqol "Müfəttiş" -- Osip Əhmədxan Abubakar "Dulusçu haqqında dastan" -- dilənçi Şiller _ Qaçaqlar -- Şveytser S. Mixalkov "Bahalı oğlan" — Jora Timoxin H. Abbaszadə "General" — Həzi Aslanov H. İbsen "Kuklalar" — Doktor Rank L. Korsunski "Fırıldaqçı" — Ata N. Vəzirov "Hacı Qənbər" -Əşrəf bəy Anar "Şəhərin yay günləri" — Namiq C. Cabbarlı "Sevil" — Balaş N. Nərimanov "Nadir şah" — Şah Təhmas Ə. Haqverdiyev "Bəxtsiz cavan" — Fərhad S. Vurğun "Vaqif" — Əli bəy E. L. Voyniç "Ovod" — Ovod H. Mirələmov "Vicdanın hökmü" — Rəhim H. Mirələmov "Pənah xan Cavanşir" — Allahqulu H. Mirələmov "Ləyaqət" — Kolya X. Murad "Ucalıq" — Mayor İlyas Əfəndiyev "Büllur sarayda" — Bayandur A. Zeynalov "Zəncirlənmiş toy busat" — Şah H. Allahyarov "Bir ovuc torpaq" — Azad Y. Əzimzadə "Nəsrəddin" — Nəsrəddin Sofokl "Şah Edip" — Edip Elçin "Mənim sevimli dəlim" — Ədəbi işçi V. Səmədoğlu "Mamoy kişinin yuxuları" — Fərhad müəllim M. Xubai "Şeytanın oyunları" — Britannik və sair. Qriqori Qorin "Herostratı unudun" — Herostrat Əli Vəlioglu "Əsrlərin harayı" — Harpaq C. Cabbarlı "Vəfalı Səriyyə" — Səfər M.F. Axundzadə "Hacı Qara" — Hacı Qara M.F. Axundzadə "Hekayəti-xırs-quldurbasan" -- Oruc M. F. Axundzadə "Hekayəti-vəziri-xani-Lənkəran" -Teymur aga Əli Fəhmi "Qanlı namə" — Mürşüdqulu xan Visnevski "Nikbin faciə" — Odessalı Beyzai "İlan sultan" — salnaməçi K. Abdulla "Casus" — Qazan xan M. Əliyev "Prokuror" — Səlimxan Q. Nəcəfzadə "İki 23 arasında" ( 2023) Sücəddin Mirzəyevin oynadığı Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən" və C. Məmmədquluzadənin "Ölülər" tamaşaları Azərbaycan Dövlət Televiziyasında "Qızıl fond"da saxlanılır.
Xaliddin Nəsibov
Xaliddin Vaqif oğlu Nəsibov (17 iyul 1998, Qazax rayonu – 5 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Xaliddin Nəsibov 1998-ci il iyulun 17-də Qazax rayonunun Qarapapaq kəndində anadan olub. 2012–2015 ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Azərbaycan Ordusunun leytenantı olan Xaliddin Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Göstərdiyi xidmətlərə görə vaxtından əvvəl baş leytenant rütbəsiylə təltif edilmişdir. Xaliddin Nəsibov noyabrın 5-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı , 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xaliddin Nəsibov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Xaliddin Veyisli
Fənarizadə Muhiddin Çələbi
Fənarizadə Muhiddin Çələbi (Bursa – 7 yanvar 1548, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == İlk Osmanlı şeyxülislamı Molla Fənarinin oğlu Yusif Bali Fənarinin nəvəsi, Rumeli başqazısı Ələddin Əli Fənarinin oğlu olub, Bursada dünyaya gəlmişdir. Doğum tarixi bilinməsə də, təqribən 1480-ci ildə dünyaya gəldiyi məlumdur. Əvvəlcə atasından, ardından Xətibzadə Muhiddin və Əfdalzadə Həmiddin Əfəndidən dərslər aldı. 1495-ci ildə təhsilini bitirib, ailəsinin ad-sanından istifadə edərək İstanbulda yeni tamamlanmış Atik Əli Paşa mədrəsəsində müdərris təyin olundu. Daha sonra Bursada və 1513-cü ildə Sahn-ı Səman mədrəsəsində müdərris oldu. 1519-cu ildə Ədirnə, 1520-ci ildə isə İstanbul qazılığına gətirildi. 1523-cü ildə Anadolu, 1524-cü ildə isə Rumeli qazəsgəri seçildi. 15 il davam edən Rumeli qazəsgərliyi dönəmində dövrün bəzi siyasi hadisələrinə qarışdı. Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə Xain Əhməd Paşa tərəfindən tərtiblənən bir məsələnin araşdırılmasında vəzifələndirilmiş, ancaq Əhməd Paşa tərəfdarı olan Muhiddin Çələbi bu məsələdə ədalətsiz davranaraq araşdırmanın sonunu Piri Mehmed Paşanın əleyhinə nəticələndirmişdir.
Fənərizadə Muhiddin Əfəndi

Mehmet Muhiddin Kurtiş
Mehmet Muhiddin Kurtiş (türk. Mehmet Muhittin Kurtiş) (d. 1876, Dəməşq – ö. 7 avqust 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1892-ci ildə hərbi məktəbə daxil olmuş və 1896-cı ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 19 iyul 1923-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. Daha sonra orduya 4 iyul 1924-cü ildə yenidən orduya qatıldı.
Məhməd Muhiddin Kurtiş
Mehmet Muhiddin Kurtiş (türk. Mehmet Muhittin Kurtiş) (d. 1876, Dəməşq – ö. 7 avqust 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. 1892-ci ildə hərbi məktəbə daxil olmuş və 1896-cı ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. O, 19 iyul 1923-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. Daha sonra orduya 4 iyul 1924-cü ildə yenidən orduya qatıldı.
Çivizadə Muhiddin Mehmed Əfəndi
Çivizadə Muhiddin Mehmed Əfəndi (1476 və ya 1477, Muğla ili – 19 sentyabr 1547, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. Sultan Murad dövrünün şeyxülislamlarından Hacı Mehmed Əfəndinin atasıdır. Hicri 881-ci ildə (1476/77) dünyaya gəlmişdir. Mentəşəli müdərris və xəttat Çivi İlyas Əfəndinin oğludur. Kiçik yaşlarında atası vəfat etmiş, bu səbəbdən İstanbula gələrək burada əmisinin himayəsində böyümüşdür. İlk təhsilini Molla Bali, Tacizadə Sədi Çələbi və Fənərizadə Muhiddin Əfəndidən aldı. Ardından Qara Bali Əfəndinin müridi oldu. Bir müddət sonra dərs verməyə başlayan Çivizadə Ədirnədə Bəylərbəyi, Bursada Əhməd Paşa və Fərhadiyyə mədrəsələrində müdərrislik etdi və bu illərdə diqqətləri öz üzərinə çəkdi. Əhməd Paşanın yeni inşa etdirdiyi Çorlu mədrəsəsinə baş müdərris olaraq seçilsə də, qısa müddət sonra Misir bəylərbəyi seçilən Əhməd Paşanın burada üsyan başlatması səbəbilə paşanın Çorludakı mədrəsəsində dərs verməkdən imtina etdi və İstanbula qayıtdı. İstanbulda Mahmud Paşa mədrəsəsində, Ədirnədə Üç şərəfəli mədrəsə və İstanbulda Sahn-ı Səman mədrəsəsində müdərris oldu.
Güləddin Şahbabayev
Mühiddin Akyüz
Mühiddin Akyüz — Mühiddin Paşa (1870, Konstantinopol – 11 noyabr 1940, Ankara) Türk hərbçi, diplomat, siyasətçi. Qurtuluş müharibəsində iştirak edən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra diplomat və millət vəkili kimi çalışmışdır. 1870-ci ildə İstanbulda dünyaya gəlib. Atası, Ədirnə Evkaf mühasibi Şövqü bəy, anası Fatmatüzzəhra xanımdır. 1885–1888-ci illərdə Ali Hərb məktəbini bitirib. Leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 1888-ci ildə Ali Hərbi Məktəbində müəllim köməkçisi işinə başladı. 1897-ci ildə Türk-Yunan müharibəsinə qatıldıqdan sonra təkrar Ali Hərbi Məktəbində müəllimliyə qayıdıb və 1905-ci ildə sürgün edilənə qədər bu işi davam etdirib. Tələbələrə padşah II Əbdülhəmid əleyhinə fikirlər aşıladığı səbəbilə 1905-ci ildə rütbəsi geri alındı və əvvəl Fizana, sonra Diyarbəkirə və Ərzuruma sürgün edilib.
Sücəddin Abdullayev
Abdullayev Sücəddin Mustafa oğlu (20 dekabr 1949, Nərimankənd, Gədəbəy rayonu – 21 oktyabr 2018, Bakı) — Azərbaycan Respublikasının keçmiş Mənzil-Kommunal Təssərrüfat naziri, ictimai-siyasi xadim. Sücəddin Abdullayev 1949-cu ilin 20 dekabr tarixində Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub.1967-ci ildə kənd məktəbini qurtardıqdan sonra M. F. Axundov adına Azərbaycan Dillər İnstitutun rus dili və ədəbiyyat fakültəsinə daxil olub.1967-ci ildən 1972-ci ilə qədər başqa -başqa yerlərdə fəhlə, tərbiyəçi vəzifələrində çalışıb.1972-ci ildə peşə məktəbində komsomol komitəsinin katibi olub.1973-cü ildə sovet ordusu sıralarında xidmət edib.1974-cü ildə texnikumda komsomol komitəsinin katibi vəzifəsində çalışıb.1975-ci ildə Lenin rayonu(indiki Sabunçu)komsomol komitəsində şöbə müdiri olub.1976-cı ildə partiya işinə keçdiyinə görə tutduğu vəzifədən azad olunub.1976–1990-cı illərdə Lenin rayonu partiya komitəsində instruktor, şöbə müdiri vəzifələrində çalışıb.1984-cü ildə Bakı Ali partiya məktəbini qırmızı diplomla başa vurub.1990–1991-ci illərdə Xətai rayonu İcra hakimiyyətində sədr müavini vəzifəsində çalışıb.1991–1992-ci illərdə icra başçısının mənzil məsələləri üzrə müavini olub.1992–1993-cü ilədək Azərbaycan Respublikası Mənzil-Kommunal Təssərrüfat naziri vəzifəsinə təyin edilib.1993–1999-cu ilədək Mənzil-Kommunal Təssərrüfatı Komitəsinin sədri vəzifəsində çalışıb. 2018-ci ilin oktaybr ayının 21-ində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Sülhəddin Əkbər
Sülhəddin Bayram oğlu Əkbərov və ya Sülhəddin Əkbər (1960, Noraşen) — Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri. Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir. 1990-cı il Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə 346 nömrəli Qıvraq seçki dairəsindən deputat seçilmişdir. 26 noyabr 1991-ci ildə təşkil olunan Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurasına daxil edilmişdir. 1991-ci ildə Azərbaycan Demokrat Partiyasının həmsədrlərindən və həmtəsisçilərdən biri olmuşdur. 16 may 1992-ci ildə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini təyin olunmuşdur. 1993-cü ilədək bu vəzifədə çalışmışdır. 16 iyul 1993-cü ildə Milli Məclisin üzvlüyündən azad edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdur. 1 sentyabr 1993-cü ildə həbs qərarı tətbiq olunmuşdur.
Sülhəddin Əkbərov

Şahiddin Əliyev
Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947, Azərbaycan SSR) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Şaitdin Əliyev ailəlidir, beş övladı var. 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.
Şurəddin Məmmədli
Şurəddin Bahəddin oğlu Məmmədov (28 fevral 1956, Kolagir, Bolnisi rayonu) — azərbaycanlı alim, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2002); filologiya elmləri doktoru (2004); professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Gürcüstan Yazıçılar Birliyi Azərbaycanlı Yazarlar Qrupunun üzvü, Gürcüstan Jurnalistlər Federasiyasının üzvü. 1973–cü ildə daxil olduğu A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun(ka) Azərbaycan bölməsində Filologiya fakültəsini 1978–ci ildə fərqlənmə diplomu ilə bitirib. Elmlər namizədi: Azərbaycan Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "19-cu Yüzil Gürcü Mətbuatında Azərbaycan Ədəbiyyatı Məsələləri"; 1988 Elmlər doktoru: Azərbaycan Milli Elmlər Akademiyası Nizami Ədəbiyyat İnstitutu; Mövzu: "Borçalı Ədəbi Mühiti (1920-ci ilinə qədər)"; 2004 Tərcüməçi: Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi 1978–1984 Müxbir, şöbə müdiri: "Gürcüstan" ("Sovet Gürcüstanı") qəzeti 1984–2006 Gürcüstan təmsilçisi: "Azərbaycan" (Bakı) qəzeti 1994–1997 Ortaq (Association) Professor (Dosent): Tbilisi Humanitar Universiteti 1999–2004; Sertifikat: Cavaxişvili Tbilisi Dövlət Universiteti 2004 Tam (Full) Professor: Tbilisi Dövlət Universiteti Kvemo-Kartli Filialı 2004–2006; Tbilisi Dövlət Pedaqoji Universiteti (Marneuli) 2005–2006; Kafkas Üniversitesi (Türkiyə) 2007–2010; Heydər Əliyev Gürcüstan Azərbaycan Tədris Universiteti 2010; Ardahan Üniversitesi (Türkiyə) 2010–2011... Gürcüstan Milli Akademiyası həqiqi üzvü, akademik, 2002-ci il. Bilim Kurulu üyesi (Elmi Şura üzvü) – TuranSAM, Turan Stratejik Araştırmalar Merkezi uluslar arası hakemli dergisi, Konya / Türkiyə 2009–2011 Gürcüstanın "ღირსება" = Şərəf ordeni: Gürcüstanla Azərbaycan arasında elmi-ədəbi əlaqələrin inkişafındakı xidmətlərində görə 2002 "Qızıl Kitab": Elmi fəaliyyətindəki uğurlarına görə 2004 "Borçalı": Gürcüstan azərbaycanlılarının ədəbiyyatının, tarixinin tədqiqindəki xidmətlərinə görə 2004 a- Monoqrafiyaları 2000 * Borçalı Ədəbi Mühiti: Qaynaqları, Təşəkkülü, İnkişafı – Elm; 224 s. / Bakı 2001 * საქართველოს აზერბაიჯანელთა ლიტერატურული ტრადიციები = Gürcüstan Azərbaycanlılarının Ədəbi Gələnəkləri – Azəri / Tbilisi 2002 * Ədəbi Borçalı: Bədii Ədəbiyyatda Borçalı Mövzusu – Borçalı; 96 s. / Bakı 2003 * Azərbaycan Ədəbiyyatının Borçalı Qolu (1920-ci ilə qədər) – Kolori; 272 s. / Tbilisi b- Elmi-publisistik-ədəbi kitabları 1991 * Paralanmış Borçalı vəya 1918-ci il Ermənistan–Gürcüstan Müharibəsinin Acı Nəticəsi. – Azərnəşr, 66 s. / Bakı 1995 * Paralanmış Borçalı.
Şurəddin Qarapapaq

Şurəddin Məmmədli Qarapapaq