Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səhl ibn Sumbat
Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə şimali Artsak ərazisinin hakimi. Moisey Kalankatlı onu "Şəki hakimi" adlandırır. 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi. Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir. Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur və o, bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi. == Etnik mənşəyi == Mənbələrdə Səhl ibn Sunbatın etnik mənşəyi haqqında məlumatlar çox az olsa da, onu erkən orta əsrlərdə Qafqazda nüfuzlu olmuş erməni və alban sülalələrinə aid edən müxtəlif tarixçilər vardır. M. Çamçyan , V. Abaza, A. Qren , V. Bartold kimi tarixçilər Səhl ibn Sunbatın erməni hökmdar sülaləsi olan Baqratuni xanədanının nümayəndəsi olduğunu qeyd etmişlər. M. Çamçyan yazır: B. A. Ulubabyan isə qeyd edir ki, mənbələrdə Səhlin erməni Baqratuni sülaləsinə mənsub olması haqqında heç bir qeyd yoxdur. Xaçın knyazlarının nəsil şəcərəsini tərtib etmiş Robert Hyusen isə Səhl ibn Sunbatı bu şəcərənin banisi hesab etməklə yanaşı, Sünik sülaləsinin Geqarqunikdə hakim olmuş qoluna mənsub olduğunu güman edir.
Akademik Əlisöhbət Sumbatzadə (film, 2015)
Sumbatan-Dizə
Sumbatan Yaşayış Yeri — Оrdubad rayоnunda, Sabirkəndin cənub-qərbində, Gilançayın sağ sahilində , Ordubad–Naxçıvan yolundan 800 m şimalda, , eyni adlı dağın üzərində yerləşir,Rəsul və Süleyman dərələrini əhatə edir. == Tarixi == Arxeoloji tədqiqatlardan öyrənirik ki, Sumbatan-Dizə yaşayış yeri E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Sumbatan dağının zirvəsini və yamaclarını əhatə edən, ilk vaxtlarda qəbilə birləşmələrinin mərkəzi olan bu 6–7 hektarlıq kənd genişlənərək bir neçə əsr ərzində 20 hektarlıq yaşayış yerinə çevrilir.. Azərbaycan ərazisində bu tip relyefə uyğunlaşdırılmış şəhərlər çox olmuşdur. Azərbaycanda bu tipli kənd yerləri tədricən müdafiə divarları ilə möhkəmləndirilərək şəhərlərə çevrilmişlər. E.ə. II minilliyin sonlarında ətrafı müdafiə divarları ilə möhkəmləndirilmiş şəhərlərdən biri də Sumbatan-Dizə olmuşdur. Sumbatan-Dizə şəhəri bir neçə dəfə dağıntıya məruz qalsa da bərpa edilmiş və sasanilər dövrünə qədər şəhər kimi mövcud olmuşdur. Əhəmənilər dövründən sonra ikinci dəfə sasanilər zamanı güclü dağıntıya məruz qalmış Sumbatan-Dizə, şəhər kimi öz funksiyasını itirmiş və kiçik yaşayış məskəninə çevrilmişdir. Bu qədim şəhər öz adını günümüzə qədər qoruyub saxlamışdır.
Sumbatan körpüləri
Sumbatan körpüləri — Gilançay üzərində bəzi yerlərdə körpülər çox sıx olmuşdur. Orta əsrlər zamanı təkcə Darkəndlə qədim və orta əsr şəhəri Sumbatanın arasındakı təxminən bir kilometrlik məsafədə 3 körpünün salınması bunun ən əyani sübutudur. Belə ki, qalıqlarına əsasən demək olar ki, Darkəndlə Aza kəndini birləşdirən, el arasında "Şah Abbas körpüsü" kimi tanınan və zəmanəmizədək salamat vəziyyətdə gəlib çatan 5 aşırımlı körpüdən təxminən 700 metr şimalda (hazırda Naxçıvan-Ordubad şose yolunda, Gilançay üzərində salınmış müasir körpüdən bir az yuxarıda) bir körpünün, bu körpüdən isə təxminən 300 metr şimalda indiki Sabirkəndin cənub tərəfində qalıqları qalan Sumbatan şəhər yerinin şərq tərəfində ikinci bir körpünün salınması deyilən fikrin ən mötəbər təsdiqidir. Ola bilsin ki, bu körpülər orta əsrlər zamanı həmin ərazidən keçən karvanların və əhalinin sıxlığı ilə əlaqədar yaranmış çətinliyi aradan qaldırmaq üçün salınmışdır. Ehtimal şəklində olsa da demək olar ki, bu körpülər zaman keçdikcə dağıntılara məruz qaldığı üçün bir-birini əvəz etmiş, son nəticədə Darkəndlə Aza kəndini birləşdirən körpü inşa edilmişdir. == Memarlıq quruluşu == Qalıqlarına, bu ərazidə çayın nisbətən sakit axarına və yayılmasına əsasən deyə bilərik ki, bu körpülər Darkənd-Aza körpüsündən daha möhtəşəm, təxminən 100 metr uzunluğunda olmuşdur. Eni təxminən 4 metr olan hər iki körpünün Şərq dayaqları hazırda Sabirkəndin ərazisinə daxil olan yerlərdə, möhkəm qayalardan ibarət təbii özül üzərində qərar tutubmuş. Ərazinin relyefinə əsasən körpülərin hündür olmasını söyləmək olar. Hər iki körpü Sumbatan şəhəri ilə hazırda Gilançayın sol sahilində yerləşən Kələntər Dizə kəndini birləşdirmiş, Naxçıvan ərazisində, Araz çayı boyunca Ordubad-Sədərək marşrutu ilə və əksinə hərəkət edən ticarət karvanlarına, həmçinin əhaliyə xidmət etmişdir. == İnşa tarixi == Fikrimizcə, zaman keçdikcə təbii qüvvələrin təsirindən tədricən aşınaraq dağılan bu körpüləri Şah Abbas körpüsünün inşasından əvvəlki dövrlərə, təxminən XII–XIV yüzilliklərə aid etmək olar.
Səhl Sumbatian
Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə şimali Artsak ərazisinin hakimi. Moisey Kalankatlı onu "Şəki hakimi" adlandırır. 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi. Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir. Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur və o, bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi. == Etnik mənşəyi == Mənbələrdə Səhl ibn Sunbatın etnik mənşəyi haqqında məlumatlar çox az olsa da, onu erkən orta əsrlərdə Qafqazda nüfuzlu olmuş erməni və alban sülalələrinə aid edən müxtəlif tarixçilər vardır. M. Çamçyan , V. Abaza, A. Qren , V. Bartold kimi tarixçilər Səhl ibn Sunbatın erməni hökmdar sülaləsi olan Baqratuni xanədanının nümayəndəsi olduğunu qeyd etmişlər. M. Çamçyan yazır: B. A. Ulubabyan isə qeyd edir ki, mənbələrdə Səhlin erməni Baqratuni sülaləsinə mənsub olması haqqında heç bir qeyd yoxdur. Xaçın knyazlarının nəsil şəcərəsini tərtib etmiş Robert Hyusen isə Səhl ibn Sunbatı bu şəcərənin banisi hesab etməklə yanaşı, Sünik sülaləsinin Geqarqunikdə hakim olmuş qoluna mənsub olduğunu güman edir.
Yuvelian Sumbatov-Topuridze
Yuvelian Davıdoviç Sumbatov-Topuridze (rus. Ювелья́н Дави́дович Сумба́тов-Топури́дзе; 1889, Senaki qəzası[d], Kutaisi quberniyası – 29 avqust 1960 və ya avqust 1960, SSRİ) — Azərbaycan SSR xalq daxili işlər komissarı. == Həyatı == Yuvelian Sumbatov-Topuridze 1889-cu ildə sentyabr ayında Kutaisi vilayətinin (indiki Gürcüstan Respublikası) Senak qəzasının Abaşsk rayonunun Kapana kəndində anadan olmuşdur. 1920-ci ildən Azərbaycan SSR Fövqəladə Komissiyasında işə qəbul olmuş və 1927-ci ilə qədər bu orqanda çalışmışdır. 1927–1929-cu illərdə Bakı və Batumi gömrüyündə işləmişdir. 1929-cu ildən yenidən təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmiş, 1947-ci ilə qədər DSİ, XDİK, DİN sistemlərində işləmişdir. 1933-cü ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilmiş, 1934-cü il mart ayının 31-dən 1938-ci il yanvar ayının 7-nə qədər isə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsində çalışmışdır. 1938–1947-ci illərdə Moskvada DİN orqanlarında fəaliyyət göstərmişdir. Təhlükəsizlik orqanlarından ayrıldıqdan sonra 1947–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. Azərbaycan KP MK-nin və Bakı şəhər Komitəsinin 18 iyul 1953-cü il tarixli birgə plenumunun iclasında Azərbaycan KP MK-nin üzvlüyündən və Kommunist Partiyası sıralarından xaric edilmiş, Nazirlər Soveti sədrinin müavinliyindən çıxarılmışdır.
Yuvelyan Sumbatov-Topuridze

Əlisöhbət Sumbatzadə
Sumbatzadə Əlisöhbət Sumbat oğlu (8 (21) yanvar 1907, Əmircan, Bakı qəzası – 28 yanvar 1992, Bakı) — tarix elmləri doktoru (1948), professor (1954), AMEA-nın müxbir üzvü (1954), həqiqi üzvü (1958), Azərbaycan SSR-nin (5-ci çağırış) deputatı və Rəyasət heyətinin üzvü (1959–1963), görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi. == Həyatı == Əlisöhbət Sumbatzadə 21 yanvar 1907-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. O, 1921–1926-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində, 1926–1930-cu illərdə isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsində təhsil almışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əlisöhbət Sumbatzadə 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Yaxın və Orta Şərq ölkələrində milli azadlıq və fəhlə hərəkatı" probleminin rəhbəri, 1959–1963-cü illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1957–1959-cu illərdə Azərbaycan SSR EA-nın vitse prezidenti olmuşdur. 1959–1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin (V çağırış) deputatı və Rəyasət Heyətinin üzvü seçilmiş, 12 cildlik "SSRİ tarixi"nin baş redaksiya heyətinin, ASE elmi redaksiya şurasını üzvü olmuşdur. Sumbatzadə 1963–1969-cu illərdə Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunun direktoru, 1970–1972-ci illərdə EA-nın Tarix İnstitutunun direktoru vəzifəsini yerinə yetirmişdir. O, 1970–1981-ci illərdə AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, 1982–1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifələrində işləmişdir. === Elmi fəaliyyəti === Əlisöhbət Sumbatzadə 1930-cu ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1954-cü ildə professor elmi rütbəsini almışdır. Həmin ildə Azərbaycan SSR EA-nin müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Sambat
Sambat (yun. Σαμβατας) — Kiyev şəhərinin ya da qalasının adlarından biri. Birinci kəz X-cu əsrdə Konstantinos Porfirogennetos VII tərəfindən De Administrando Imperio-da (hardasa 948-ci il) sənədləşib. Sambat sözü xəzər türkçəsindən sam ("hündür, üst") ilə bat ("güclü") sözlərində yaranıb. Qərb tarix elminə görə Sambat şəhərinin qeyd edilməsi Kiyevin xəzərlər tərəfindən dikilməyini bildirir. == Ədəbiyyat == Архипов A. A. Barədə bir qədim adı Kiyevin // tarixdən rus mədəniyyətinin. — M.: Dilləri, slavyan mədəniyyət, 2002. — S 2/1. — S. 30-46. — ISBN 5-7859-0142-0.
Sumba
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir. == Coğrafiyası == Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür. == Tarixi == Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar.
Sumbar çayı
Sumbar çayı - Türkmənistanın cənubunda və İranın şimalında sürətlə axan çay, Ətrak çayının qolu. 1954-cü ilin yanvarında sonunda fərd öldürülənə qədər yaxın çevrələr Türkmənistanda Xəzər pələnginin yaşadığı ərazi idi. == Coğrafiya == Sumbar 245 km (152 mil) uzunluğundadır. İranın Kopet dağlarından başlayır və Türkmənistana doğru axır. Sumbar Ətrak çayına daxil olana qədər uzun bir müddət ərzində ondan Marabeh adlanan bir sıra təpələrlə ayrılır.
II Smbat
II Smabt Aşotyan (doğum tarixi bilinmir — 1044 və ya 1051) – 1040-cı ildən hakimiyyətdə olan Sünik knyazı. == Bioqrafiyası == II Smbat Sünik sülaləsinin Çxuk hakimi olan Aşotyanlar (Aşot oğulları anlamında Aşotyanlar soy adı erməni dilli mənbələrdə işlədilir) nəslindəndir. Ana xətti ilə Vasak Süninin (998—1040) nəvəsidir. Vasak Süninin hakimiyyəti dövründə onun sarayında yaşamış və böyümüş, ölümündən sonra isə taxta keçmişdir. “Knyazlar knyazı” məqamını isə qardaşı Qriqora vermişdir. 1040-cı ildə II Smbat 2000 nəfərlik ordu ilə Şəddadilər sülaləsindən olan Əbüləsvar Şavura qarşı döyüşdə iştirak etmiş və onun məğlub edilməsində mühüm rol oynamışdır. Bunun əvəzinə 1044-cü ildə Ərdəbil, Əhər və Lənkəranın müsəlman əmirləri Sünikə soxularaq onun mədəni-ruhani mərkəzi olan Tatevi ələ keçirmişlər. Müsəlmanların geri çəkilməsindən sonra II Smbat ömrünün sonuna kim Sünikin bərpa edilməsi ilə məşğul olmuşdur. Onun hakimiyyəti zamanı ölkə çiçəklənmə dövrünü yaşamışdır. 1044 və ya 1051 – ci illərdə II Smbatın ölümündən sonra taxta onun qardaşı I Qriqor keçmişdir.
I Smbat
I Smbat Saak - (doğum tarixi bilinmir — 998) – Sünik knyazlığının 987-ci ildən hakimiyyətdə olan ilk müstəqil knyazı. == Bioqrafiya == Knyaz I Smbat Sünik sülaləsindən olan Aşot Süninin dörd oğlundan biri – Saak Süninin oğludur. O, 963 - cü ildən 976 – cı ilə kimi Həkəri çayına qədər olan əraziləri – Çxuk və Balk havarlarını idarə etmişdir. 976 – cı ildən Sünik sülaləsinin varisi kimi Sünik taxtında əyləşmiş və 980 – ci ilə kimi Ani çarlığının vassalı kimi Süniki idarə etmişdir. 987 – ci ildə Azərbaycan ərazisindəki digər iki feodal dövlətinin - Rəvvadilər sülaləsindən Əbülhicanın və Xaçın knyazlığının dəstəyi ilə Sünik knyazlığının müstəqilliyini elan edərək Göyçə gölü sahillərini və Əlincə ərazisini Sünikə tabe etmişdir. Sünik tarixçisi Stepannos Orbeli yazır: “Sünik sülaləsindən olan böyük ər Smbatın başına tac qoyaraq onu taxta gətirdilər.” Hakimiyyətinin ilk dövrlərində I Smbat dövlət strukturlarını formalaşdırmış, ordunu modernləşdirmiş, tikinti-quruçuluq işləri ilə məşğul olaraq müdafiə sistemlərini və qalalrı bərpa etdirmişdir. 988 – ci ildə Əbülhicanın ölümüdən sonra Azərbaycan feodal dövlətləri zəifləmiş və I Smbat erməni Ani çarlığından vassal asılılığını qəbul etməyə məcbur olmuşdu. 991 – 992 – ci illərdə erməni hökmdarı I Qagik Süniki zəiflətmək üçün parçalamış Vayots-Zor, Çaxuk, şimali Çxuk ərazilərini Sünik hökmdarının idarəsindən ayırmış, Sünik hökmdarı yalnız tarixi Sünik ərazisinin cənubunda öz hakimiyyətlərini saxlaya bilmiş, bir müddət həmçinin Əlincə ərazisini də idarə etmişlər. 998 – ci ildə Sünik taxtına I Smbatın oğlu Vasak sahib çıxmışdı. I Smbat isə Tatev monastırında dəfn edilmişdi.
Sumba boğazı
Sumba boğazı (ind. Selat Sumba) — Kiçik Zond adaları arasında yerləşən boğaz. Boğaz Kiçik Zond adalarını Sumba adasından ayırır. Savu dənizini Hind okeanı ilə birləşdirir. Gəmiçilik üçün böyük əhəmiyyət kəsb edir. Ərazisi müxtəlif Milli Parkların ərazisinə daxildir. == Coğrafiyası == Boğaz şimaldan Sape, Lintax və Molo boğazları ilə birləşir. Boğazın eni 45 km təşkil edir. Sahil xətti ərazisində dərinlik 200 metr, maksimsl dərinliyi isə 900 metri keçmir. Suyunun orta illik temoeraturu 30 °C-dir ki, bu isə digər boğazlardan 1-3 °C yuxarıdır.
Bima-Sumban xalqları
Bima-Sumban xalqları - Şərqi İndoneziyada, Kiçik Zond adalarında (Qərbu Nusa-Tenqqara və Şərqi Nusa-Tenqqara əyalətləri) yaşayan Avstroneziya xalqları qrupu: bimalar Sumbava adasının şərqində (586 min nəfər, 2000), manqqarailər (586 min nəfər), endelər (120 min nəfər), nqadalar (70 min nəfər), nagelər və keolar (114 min nəfər) liolar (179 min nəfər) və b. Flores adasının qərbində:sumbalar (kamberalar, lauralar, mamborular, kodilər və başqaları da daxil olmaqla 235 min nəfər, Sumba adasında; havular (savular: 115 min nəfər) Savu adasında yaşayırlar. Ümumi sayları 2 milyon nəfərdən çoxdur. == Dilləri və dinləri == Bima-Sumban xalqlarının təqribən 20 dili Avstroneziya dillərinin Mərkəzi Malayya-Polineziya qolunun Bima-Sumban qrupunu təşkil edir. Onların antropoloji tipində protoavstraliya substratının və Cənubi Asiya komponentlərinin izləri müşahidə olunur. Manddarailər və xüsusilə bimalar arasında müsəlmanlar; simbalar, nqadalar, liolar, naqelər, keolar və endelər arasında xristianlar; havular arasında isə ənənəvi etiqadlarını saxlayanlar üstünlük təşkil edirlər. == Əsas məşğuliyyətləri == Əsas ənənəvi məşğuliyyətləri toxa əkinçiliyidir. Əsasən çəltik və digər dənli bitkilər becərirlər. (onların Qərbi İndoneziyadan gətirildiyi ehtimal olunur). Ənənəvi yerli bitkilər köküyumrulardır (yams, taro, maniok).
Səhl ibn Sunbat
Səhl ibn Sunbat (ərəbcə: Sahl ibn-Sunbat) — IX əsrdə şimali Artsak ərazisinin hakimi. Moisey Kalankatlı onu "Şəki hakimi" adlandırır. 822-ci ildə alban hökmdar sülaləsi olan Mehranilərin son nümayəndəsi II Varaz Trdatın ölümündən sonra Yuxarı Artsak – Xaçın ərazisini idarə etməyə başlamış, qısa müddətdə Arranın böyük hissəsini özünə tabe etmişdi. Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl, daha sonra xəlifə əl-Mütasimin sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 854-cü ildə xəlifə əl-Mütəvəkkilin sərkərdəsi olan Buğa əl-Kəbir tərəfindən həbs edilərək Samirə şəhərinə göndərilmişdir. Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs Səhl ibn Sumbatın olmuşdur və o, bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi. == Etnik mənşəyi == Mənbələrdə Səhl ibn Sunbatın etnik mənşəyi haqqında məlumatlar çox az olsa da, onu erkən orta əsrlərdə Qafqazda nüfuzlu olmuş erməni və alban sülalələrinə aid edən müxtəlif tarixçilər vardır. M. Çamçyan , V. Abaza, A. Qren , V. Bartold kimi tarixçilər Səhl ibn Sunbatın erməni hökmdar sülaləsi olan Baqratuni xanədanının nümayəndəsi olduğunu qeyd etmişlər. M. Çamçyan yazır: B. A. Ulubabyan isə qeyd edir ki, mənbələrdə Səhlin erməni Baqratuni sülaləsinə mənsub olması haqqında heç bir qeyd yoxdur. Xaçın knyazlarının nəsil şəcərəsini tərtib etmiş Robert Hyusen isə Səhl ibn Sunbatı bu şəcərənin banisi hesab etməklə yanaşı, Sünik sülaləsinin Geqarqunikdə hakim olmuş qoluna mənsub olduğunu güman edir.
Şubat (serial)
Şubat — 2012-2013-cü illərdə EfLAtunfilmin hazırladığı və TRT 1-də yayımlanan 32 seriyalı Türkiyə serialı. Serialın baş rollarda Əlican Yücəsoy, Melisa Sözən və Musa Uzunlar sənətkarlar var. == Məzmunu == Şubat uşaqlığında anası tərəfindən Çanqaya klinikasına aparılır. Burada onu çətin günlər gözləyir. Onun üzərində əməliyyatlar aparılır, iynələr vurulur. Bir gün klinikada yanğın olanda bir çox uşaq ölür. Xilas olunanlar arasında olan Şubat, klinikanın yaxınlığındakı quyuya düşür. Yaxınlıqdan keçən ortayaşlı kişi (Əziz) quyunu açarkən onu görür. O gündən Əziz, Şubata atalıq edir. İllər sonra Şubat ticarət mərkəzində televizora baxarkən Yağmur Çanqayanı görür və ona aşiq olur.
Şubat (teleserial)

Lumbar
Tibb elmində L2 adı ilə qeyd edilmiş olan və ayrıca olaraq “İkinci Bel” olaraq da tanınan bədənin bir parçası. Epidural anesteziyada “uyuşan” (ağrı hissi ortadan qalxan) bölgələr T10 (onuncu döş qəfəsi (Thoracal) fəqərəsi) - bu L2 (ikinci bel (Lumbar) fəqərəsi) arasında qalmış olan dermatom bölgələrdir.
Mumbay
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
SIMBAD
SIMBAD (Set of Identifications, Measurements and Bibliography for Astronomical Data) — Günəş sistemindən kənarda yerləşən obyektlər barədə olan astronomik bir məlumat bazası. Strasburq Astronomiya Məlumat Mərkəzi tərəfindən saxlanılır. SIMBAD, 1979-cu ilə qədər Meudon Kompüter Mərkəzində mövcud olan Stellar İdentifikasiyaları və Biblioqrafik Yay indeksi birləşdirərək yaradılmış və sonra digər kataloqlar və akademik ədəbiyyatdan əlavə mənbə məlumatları ilə genişlənmişdir. Version 2 kimi tanınan ilk onlayn interaktiv versiyası 1981-ci ildə hazırlanmışdır. C dilində inkişaf etdirilən və Strasburq Rəsədxanasında UNIX stansiyalarında çalışan Version 3, 1990-cı ildə buraxılmışdı. 2006-cı ilin sonunda indi PostgreSQL-də saxlanılan verilənlər bazasının 4-cü versiyasının sərbəst buraxıldı və indi tamamilə Java ilə yazıldı. 10 fevral 2017-ci il tarixindən etibarən SIMBAD-da 24.029.080 müxtəlif adda 9.099.070 obyektin məlumatı var, 327.634 biblioqrafik arayış və 15.511.733 biblioqrafik məqalə mövcuddur. Kiçik planet 4692-yə SIMBAD adı adını verildi.
Simbal
Cimbal üst hissəsi geniş trapez formalı gərilmiş metal qutudan ibarət olan kardafon (chordophone) növüdür. Cimbal 2 döyəcləyici (çubuq) ilə simlərə zərbə endirməklə çalınır. Moravyada bu alət xalq musiqi ansamblı üçün əsas alətlərdən biri kimi istifadə olunur. Cimbalom qrupları günümüzdə ənənəvi musiqi sərgiləyən ən gözlə görülən və ikonik topluluqlar arasındadır. 19-cu əsrdə Moravya musqisinin "kiçik" cimbalom xüsusiyyəti, 20 əsrdə geniş bir istifadə sahəsi tapan olduqca yeni bir musiqi aləti olan "standart" cimbalom ilə dəyişdirildi. Cimbalom qrupunun lideri və ya "şefi" Çexiyada "primáš" olaraq adlandırılan skripkaçıdır (violinist). İkinci violinist- "obligát" isə sıxlıqla düz melodiyanı çalar və "primáš"-ı dəstəkləyər (izləyər). Moravya cimbal qruplarının digər önəmli musiqi alətləri klarnet və kontrabasdır.
Sumbava
Sumbava (ind. Sumbawa) — Kiçik Zond adalarının tərkibinə daxil olaraq İndoneziyanın ərazisidir. Onun ümumi sahəsi 15 448 km² təşkil edir. Adada 1,33 milyon nəfər yaşayır. Onlar arasında Sumbavalılarda vardır. Adanın qərb hissəsində Sumbava-Besar şəhəri mərkəz olmaqla Sumbava diyarı, şərqində isə Boha şəhəri mərkəz olmaqla Bima diyarı yerləşir. Sumbava ada İndoneziyada yerləşən adalar arasında islam və induizm arasında sərhəd rolunu oynayır. Adanın şərqi öz köklərinə bağlılığını qoruyub saxlamışdır. Sumbava turistlərə özünün böyük dalğaları və ağ qumlu çimərlikləri ilə məşhurdur. Adanın turist qəbul etmə potensialının böyük olmasına baxmayaraq otellərin azlığı və adaya gəlmək üçün nəqliyyatın azlığı buranı daha az turistin gəlməsinə səbəb olur.
Vombat
Vombatlar (lat. Vombatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi. Avstraliyanın cənub-şərqində və Tasmaniyanın dağlıq ərazilərində yaşayır. Vombatlar gəmiricilərə xas iri ön dişlərə və güclü ətrafları (ön və arxa ayaqları) sahibdir. Onlar torpağın altında geniş yuva şəbəkəsi qurur. Vombat balaca, qısa quyruqlu, kisəli heyvandır. Qısa quyruğu yırtıcılar tərəfindən tutulmasını çətinləşdirir. Digər kisəlilərdən əsas fərqi odur ki, kisəsinin ağzı bədəninin gerisindədir. Bunun bala vombatlar üçün böyük əhəmiyyəti var. Beləki, vombat yeri qazarkən torpaq kisəsinə dolmur.
Summit
Summit (superkompüter) Summit, Nyu Cersi Summit Entertainment — Birləşmiş Ştatlarda fəaliyyət göstərən kino şirkət GameSummit — Azərbaycanda keçirilən videooyun konvensiyası.
Cumbata
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. == Samba no pé == Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir.
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Frederik Şumba Hapunda
Frederik Şumba Hapunda — Zambiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ildən)
Şubat (teleserial, 2012)
Şubat — 2012-2013-cü illərdə EfLAtunfilmin hazırladığı və TRT 1-də yayımlanan 32 seriyalı Türkiyə serialı. Serialın baş rollarda Əlican Yücəsoy, Melisa Sözən və Musa Uzunlar sənətkarlar var. == Məzmunu == Şubat uşaqlığında anası tərəfindən Çanqaya klinikasına aparılır. Burada onu çətin günlər gözləyir. Onun üzərində əməliyyatlar aparılır, iynələr vurulur. Bir gün klinikada yanğın olanda bir çox uşaq ölür. Xilas olunanlar arasında olan Şubat, klinikanın yaxınlığındakı quyuya düşür. Yaxınlıqdan keçən ortayaşlı kişi (Əziz) quyunu açarkən onu görür. O gündən Əziz, Şubata atalıq edir. İllər sonra Şubat ticarət mərkəzində televizora baxarkən Yağmur Çanqayanı görür və ona aşiq olur.
Sukat
Sukat (it. succada, succo — "şirə" sözündən) — doğranmış meyvə və ya tərəvəzlərin şərbətdə (şəkər siropunda) qaynadılaraq, sonradan qurudulması yolu ilə hazırlanan şirniyyat. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Sumax
Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça. == Ümumi məlumat == Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları — yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir. Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Kalsium sulfat
Kalsium sulfat (CaSO4) — qeyri-üzvi birləşmədir, sulfat turşusunun kalsium duzudur. Təbiətdə CaSO4•2H2O dihidrat (gips, selenit) və susuz vəziyyətdə - anhidrit şəklində tapılır. == Fiziki xüsusiyyətləri == Susuz kalsium sulfat — sıxlığı 2,96 q / sm³, ərimə nöqtəsi 1450 ° C olan, rombvari kristal qəfəsli normal şəraitdə rəngsiz kristallardır. Yüksək temperaturda (1200 ° C-dən çox) sabit kub modifikasiyası və ya iki metastabil α- və β-altıbucaqlı modifikasiyası şəklində mövcud ola bilər. Çox yavaş-yavaş suyu birləşdirir, sulfatın 1 molekuluna müvafiq olaraq CaSO4 · 0,5H2О ilə 1/2 və ya 2 su molekulu olan kristal hidrata nəmləndirir. Suda bir az həll edilməlidir. Artan temperaturla həllolma azalır: 20 ° C-də 0,2036 q/ 100 q sudursa, suyun qaynama nöqtəsinə yaxın (100 ° C) 100 q suya 0,067 q sulfat qədər azalır. Sərt suda həll olunan kalsium sulfat suyun sərtliyini təyin edən amillərdən biridir. === Kalsium sulfat dihidratın fiziki xüsusiyyətləri === Temperatur yüksəldikdə, lakin 180 ° C-dən çox olmadıqda, kalsium sulfat dihidrat suyun bir hissəsini itirir, yarı sulu olur - sözdə "yanmış gips" büzücü kimi sonrakı istifadə üçün uyğundur. Daha sonra 220 ° C-yə qədər qızdırıldıqda, gips tamamilə suyu itirir, susuz CaSO4 əmələ gətirir, bu da yalnız uzunmüddətli saxlama zamanı nəm udur və hemihidrata çevrilir.
Dümyat
Dümyat (ərəb. دمياط‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 206.664 nəfərdir (2006).
Hümbət
Hümmət — Kişi adı.
Şabbat
Şabbat və ya Sebt, Yəhudilərin istirahət günü olan şənbə gününü bildirir. Yəhudilər üçün Yehova ilə aralarındakı xüsusi bir bağı ifadə edir. İbranicə “lişbot” (işlərdən imtina etmək, istirahət) sözündən yaranıb. Yəhudilikdə bəşəriyyətin başlanğıcı haqqında olan Yaradılış kitabında bildirilir ki, Allah dünyanı 6 gün ərzində yaratmış və 7-ci gün istirahət etmişdir. Məhz buna görə Yəhudilər Allahın bu günü yəhudilərə xüsusi verdiyinə inanırlar. == Fəaliyyətləri == Şənbə günü yəhudilər bütün günü dincəlir, Tövrat oxuyur və sinaqoqa gedib dua edirlər. Şənbə, bütün həftənin bir növ panoramasıdır. Şənbə həm həftəni və nələr etdiyini düşünmək, həm Allaha yaxınlaşmaq və həm də daha yaxşı bir insan olmaq üçün bir fürsətdir. Bu gün heç bir iş görülmür, elektrik istifadə edilmir. Yəhudi təliminə görə, şənbəyə (“şabbat”) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir.
Şümşad
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi. Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.