Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Surrey
Surrey və ya Sarrey (ing. Surrey [ˈsʌri]) — Cənubi İngiltərədə qraflıq, Cənub-Şərqi İngiltərə regionunun bir hissəi, "Ev qraflığı" (Home Counties) adlandırılan qraflıqlardan biri. İnzibati mərkəzi Kinqston-apon-Tems olsa da, qraflığın tarixi şəhəri Gilford sayılır. Əhalisi — 1 098 300 (2007-ci ilin hesablamaları).
Surrey Universiteti
Surrey Universiteti — İngiltərənin Surrey qraflığının Guildford şəhərində ictimai tədqiqat universiteti. Universitet 1966-cı ildə Robbins Hesabatının tövsiyələrinə uyğun olaraq bir sıra digər qurumlarla birlikdə kral nizamnaməsi almışdı. Universitetin rektoru Kent hersoqu şahzadə Edvarddır. Universitetdəki hazırkı və fəxri akademiklərə Kral Cəmiyyətinin 10 təqaüdçüsü, Kral Mühəndislik Akademiyasının 21 üzvü, Britaniya Akademiyasının 1 üzvü və Sosial Elmlər Akademiyasının 6 üzvü daxildir. 1901-ci ildə İnstitutda Maşınqayırma və İnşaat, Elektrik Mühəndisliyi, Kimya və digər peşələr, Fizika və Təbiət Elmləri, Riyaziyyat, Dillər, Ticarət fənləri, Musiqi, İqtisadiyyat, İncəsənət və Elm fənləri daxil olmaqla xüsusi fənlər tədris olunmuşdur. Həmçinin universitetdə peşə imtahanlarına hazırlıq üçün dərslər təklif olunurdu. İnstitut Elm və Texnologiya fənlərinə diqqət yetirirdi və təxminən 1920-ci ildən London Universitetinin tələbələrinə burada dərs deyilirdi. 1956-cı ildə institut "Qabaqcıl Texnologiyalar Kolleci" adını alan ilk institutlardan biri oldu və Battersi Texnologiya Kolleci adlandırıldı. Surrey Universiteti 1966-cı ildə universitet statusu almışdır. 1970-ci ildə universitet Londondan Guildforda köçürüldü.
Sürvə
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Vəzili sürvə
Ənbər sürvə
Sergey
Sergey — Rus kişi adı. Sergey Senyuşkin — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Murtuzəliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Mironov — Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri. Sergey Namyotkin — görkəmli üzvi kimyaçı, SSRİ Elmlər Akademiyasının akademiki (1939) Sergey Ojeqov — Məşhur rus linqvisti, leksikoqraf, filologiya elmləri doktoru, professor. Sergey Trubetskoy — Dekabristlər hərəkatının təşkilatçılarından. Sergey Çerenkeviç — Sovet və Belorus biofiziki. Sergey Filippov — Aktyor Sergey Kirov — sovet dövlət xadimi Sergey Kozlov — SSRİ partiya xadimi, Sov. İKP üzvü (1947) Sergey Prokofiyev — rus bəstəkarı, pianoçusu və dirijoru. Sergey Şoyqu — Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Surtsey
Surtsey (isl. Surtsey) — İslandiyanın cənubi sahili yaxınında vulkanik bir adadır. Adı İsland dilində "Surturun adası" deməkdir. 63,30° ş.e, 20,62° q.u koordinatlarında yerləşən ada İslandiyanın ən cənub torpaq parçasıdır. Ada yaradan sualtı vulkan püskürməsindən 1 həftə əvvəl Reykyavikdə bir müşahidəçi kiçik tərpəntilər qeydə allr. İki gün öncə isə dənizin temperaturunun qalxdığl məlum oldu. Həmçinin İslandiyanın 80 km uzaqlığında olan Vik ada-kəndindəin sakinləri hidrogen-sulfat qoxusu almışdılar. 14 noyabr 1963-cü ildə yerli vaxtla 07:15-də İslandiyanın cənubunda "İsleifur II" gəmisinin aşpazı qara duman gördü. Gəminin kapitanı əvvəlcə bunun yanan balıqçı gəmisi olduğunu düşündü və buna görə gəmini ora sürdü. Lakin çatanda bunun sualtı vulkan püskürməsi olduğu anlaşıldı.
Turkey
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
SuRie
Suzanna Mari Kork (ing. Susanna Marie Cork) və ya səhnə adı ilə SuRie — Britaniya müğənnisi və bəstəkarı. O, "Storm" mahnısı ilə Böyük Britaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. SuRie Londonda yerləşən Kraliyyət Musiqi Akademiyasında təhsil almışdır. Piano və qoboyda ifa edə bilir. O, peşəkar səviyyədə vokal dərsləri almış və 12 yaşından mahnı yazmağa başlamışdır. O, hal-hazırda Mountview Teatr İncəsənəti Akademiyasında müəllimə kimi fəaliyyət göstərir. SuRie kiçik yaşlarında Uels şahzadəsi Çarlzın qarşısında çıxış etmişdir. O, həm də Vill Yanq və Coldplay qrupunun solisti Kris Martinin dəstək vokalçısı olmuşdur. SuRie BBC telekanalının Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ifa etdiyi "Storm" mahnısı ilə yarışmada qalib gələrək, Böyük Britaniyanı Avroviziya 2018-də təmsil etmək hüququnu qazanmışdır.
Aurey
Aureus və ya aurey (lat. aureus) — qədim Roma qızıl sikkəsi. Adı latın dilindəki "aurum" – qızıl sözündən gəlir. İkinci Pun müharibəsi zamanı dövriyyəyə buraxılmışdır. Bu, ilk növbədə qələbələrə görə mükafat olaraq qoşunlara paylanmaq üçün yalnız mükafatlı sikkə kimi istifadə edilmişdir. Beş yüz ildən artıq dövriyyədə olmuş və bu müddət ərzində dəfələrlə devalvasiyaya uğramışdır İmperator Konstantin tərəfindən həyata keçirilən son devalvasiyadan sonra bu, solid (lat. solidus) kimi tanınmışdır == İstinadlar == == Əlavə ədəbiyyat == Cohen. Description historique des monnaies frappé essous l’Empire Romain. Paris-London, 1859—1868 Cohen. Description générale des monnaies de la République Romaine Paris-London, 1857 Lenormant.
Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
FTP-server
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Frensis Burney
Migel Servet
Migel Servet (ing. Michael Servetus; 29 sentyabr 1511 – 27 oktyabr 1553, Cenevrə, Cenevrə Respublikası[d]) — teoloq, həkim və hümanist alim. Servet bir çox elm sahəsində fəaliyyət göstərmişdir. Astronomiya, meteorologiya, coğrafiya, hüquq və incil kimi müxətlif sahələrdə çalışmışdır. Migel Servetin əsas fəaliyyət sahəsinə teologiya və həkimlik daxil olub. Migel Servet Villanueva se Sijena şəhərciyində, İspaniyada 1511-ci ildə anadan olmuşdur. Doğum tarixi haqqında, dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda 1509-cu ildə, doğuldu göstərilmişdir. Servetin atası Araqon krallığının zadəganlarından olan Sərveto nəslindəndir. Anası Monzon bölgəsində keçmiş yahudi ailəsindən idi.
Muravey (motosikl)
Muravey (rus. Муравей) — sovet üç təkərli (3 × 2) yük skuteri. 1959–1995-ci illərdə Tula Maşınqayırma Zavodunda minik skuterlərinə əsasında istehsal olunan bir neçə model var idi. 2020-ci ildən etibarən TMZ-də "Muravey" "Qarışqa" markası altında kabinli dörd təkərli elektrik arabacıq istehsal edir.
Murrey çayı
Murrey (ing. Murray) — Avstraliyanın ən uzun çayıdır. Darlinq çayı ilə birlikdə dünyanın ən uzun çay sistemlərindən birini əmələ gətirir. Çay hövzəsinin sahəsi 1000000 km² təşkil edir. Viktoriya (ştat) və Yeni Cənubi Uels ştatları ərazisindən axır. Öz başlanğıcını Avstraliya Alpından götürür. Keçmişdə çay dəfələrlə məcrasını dəyişmişdir. İrriqasiyaya cəlb edilməsi naviqasiyaya imkan vermir. Sahillərində çoxlu sayda dovşanın yayılması böyük erroziyaya səbəb olmuşdur. Əsas qolları: Darlinq, Marrambici, Laxlan, Qolborn çayə, Kampaspe, Loddon.
Murrey şamı
Şimali Amerika nın şimal-qərbində bitir. Hündürlüyü 25 m-ə qədər olan, düz, piramida çətirli ağacdır. Gövdəsi nazik, açıq-qonur rəngli, hamardır, diametri 40 sm-dir. Açıq yaşıl rəngli, uzunluğu 5-7 sm olan iynəyarpaqları cüt-cüt yerləşən cod, çox vaxt burulmuş formalıdır. 4-5 il yaşayır. Qozaları qonur və ya qırmızı-qonur rəngli, uzunsov-yumurtavarı formalıdır, uzunluğu 6 sm-dir. Zoğa yapışıb, budaqlarda 10 ilə qədər qalır. Alt budaqları tez məhv olur, ancaq ağacda uzun müddət qalır. Qışda ağacın sıx çətiri çoxlu qarı uzun müddət üzərində saxladığına görə, qar əriyən vaxt ağırlıq nəticəsində ağacların kökündən qopmasına səbəb olur. Soyuğa və kölgəyə davamlıdır, tez böyüyür, torpağa az tələbkardır, ancaq rütubətli tropaqlarda yaxşı inkişaf edir.
Proksi server
Proksi server — resursu tələb edən müştəri ilə həmin resursu təmin edən server arasında vasitəçi kimi çıxış edən server proqramı. Bu prosesdə məxfilik, təhlükəsizlik və performansı yaxşılaşdırır. Müştəri, fayl və ya veb səhifə kimi resurs üçün sorğunu yerinə yetirə bilən serverə birbaşa qoşulmaq əvəzinə, müştəri sorğunu emal edən və tələb olunan şəbəkə əməliyyatlarını yerinə yetirən proksi serverə yönləndirir. Bu, sorğunun mürəkkəbliyini sadələşdirmək və ya nəzarət etmək və ya yük balansı, məxfilik və ya təhlükəsizlik kimi əlavə üstünlüklər təmin etmək üçün bir metod kimi xidmət edir. Paylanmış sistemlərə struktur və inkapsulyasiya əlavə etmək üçün proksilər hazırlanmışdır Beləliklə, proksi server xidmətə müraciət edərkən müştərinin adından işləyir və sorğunun əsl mənbəyini resurs olan serverdən gizlədir.
Qurney qartalı
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Sergey Adyan
Sergey İvanoviç Adyan (erm. Սերգեյ Հովհաննեսի Ադյան, rus. Серге́й Ива́нович Адя́н; 1 yanvar 1931, Quşçu, SSRİ – 5 may 2020, Moskva) — erməni əsilli Rusiya riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2000-ci ildən, 1991-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü). Riyazi məntiq, alqoritmlər nəzəriyyəsi və onların cəbrə tətbiqi üzərində işləmişdir. Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülmüşdür. SSRİ Elmlər Akademiyasının Pafnuti Çebışev mükafatı (1963). Rusiya Federasiyasının Dövlət mükafatı (1999). "Şərəf" ordeni (2011). "Riyaziyyata həsr olunmuş həyat" adlı "Dinastiya" fondu mükafatı (2014). Профиль С. И. Адяна на официальном сайте РАН С. И. Адян к 75-летию со дня рождения Биография (англ.) в проекте Mac Tutor History of Mathematics archive Фотопортрет С. И. Адяна в галерее выдающихся учёных МГУ «Портрет интеллекта», созданной в 2005 г.
Sergey Aksakov
Sergey Timofeyeviç Aksakov (1 oktyabr 1791 - 12 may 1859) — Rusiya yazıçısı. Sergey Aksakov 1791-ci ildə Ufada qədim zadəgan ailəsində anadan olmuşdu. Bütün yaşadıqları və başı çəkənlər onun əsərlərinin mövzusuna çevrildi. "Ailə xronikası", "Nəvə Baqrovun uşaqlıq illəri" və "Xatirələr" bu mənada trilogiya adlanmağa layiqdi. Çünki bu kitablarda da Baqrovların (Baqrov da türk əsilli rus soy adlarındandır; baqrovıy rus dilində tünd qırmızı, "bağır, ciyər" sözündən yaranmış türkizmdir) əslində müəllifin öz ailəsinin nəsilbənəsil tarixi açılır. Yazıçı bilərəkdən adları dəyişmişdi, çünki hadisələri, əhvalatları dəyişdirmədən elə təfərrüatı ilə təsvir etmişdi ki, həmin adamlar özlərini görüb, tanıyıb inciyə bilərdilər. Onsuz da özünü burada tanıyan tapılmışdı; müəllifi qınayırdılar. Ailənin başçısı yazıçının babası özünün bütün qəddarlığı, zalımlığı ilə təsvir olunmuĢdu. Ailə sirrini açıb-ağartdığına görə yazıçıdan küsənlər var idi. O isə ata ocağının nağıllarını bədii yaddaşlara köçürürdü, bunu isə hələ gözdə bilib qiymətləndirən yox idi.
Sergey Aksyonov
Sergey Valeryeviş Aksyonov (ukr. Аксьонов Сергій Валерійович, 26 noyabr 1972, Belsı) — Krım Muxtar Respublikasının Nazirlər Şurasının Sədri. 26 noyabr 1972-ci ildə Moldova SSR-in Belsı şəhərində anadan olub. 1993-cü ildə Simferopol Ali Hərbi-Siyasi İnşaat Məktəbini bitirib. 1993—1998-ci illərdə "Ellada" kooperativi direktorunun müavini işləyib, biznesini ərzaq mallarının satışı üzərində qurub. 1998-ci ilin oktyabr ayından 2001-ci ilin mart ayına qədər "Asteriks" ASC-nin direktor müavinidir. 2001-ci ildən 2014-cü ilin fevralına qədər "Eskada" firması" ASC-nin direktor müavini. 2008-ci ildən Krım rus icmasının üzvü, "Krım Vətəndaş Aktivi" ictimai təşkilatının üzvü. 2009-cu ilsən "Krım Vətəndaş Aktivi"nin idarə heyətinin üzvü, "Krımda rus birliyi uğrunda !" koordinasiya şurasının həmsədri, "Rus birliyi" Ümumkrım ictimai-siyasi hərəkatının lideri. 2010-cu ildən seçkilərdə 4 % səs toplamış "Rus birliyi"ndən Krım Muxtar Respublikasının Ali Radasının deputatı..
Sergey Alekseyev
Sergey Alekseyev — futbolçusu. Moldova milli komandasının hücumçusu Sergey Alekseyev əsas yığmada keçirdiyi 4 oyunda 3 qol vurub. "Şerif"in yetirməsi olan Sergey bu klubda keçirdiyi (2002-2004, 2007-2009) 66 görüşdə 22 qol vurub. "Tiraspol"da (48 oyun, 13 qol) iki il yarım oynayan hücumçu 2008/2009 mövsümünün ikinci dövrəsini "İskra-Stal"da (8 oyun) keçirib. Alekseyev həm "Şerif", həm də "Tiraspol"la komandalarımıza qarşı oynayıb. İmişlinin "MKT-Araz" klubu 2006-cı ildə İntertoto kubokunda çıxış etdiyi zamanı Sergey hər iki görüşdə "Tiraspol"un əsas heyətində meydana çıxıb. İmişlililərin avrokuboklarda debüt mövsümündə ilk mərhələdə mübarizənin dayandırmasının baiskarı elə Alekseyev olub. Belə ki, Tiraspoldakı matçda məhz onun dublu (16 və 36-cı dəqiqələr) ilə meydan sahibləri 2:0 hesablı qələbə qazanaraq, "MKT-Araz"ı turnirdən kənarlaşdırıb. Alekseyev 2008-ci ilin qışında "Xəzər-Lənkəran" "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku"nu qalibi olduğu turnirin 1/4 finalında "Şerif"in heyətində olub. 68-ci dəqiqədə meydana daxil olan Sergey komandasının oyun sonrası penaltilərlə uduzması ilə barışıb.
Sergey Aleynikov
Sergey Yevgeneviç Aleynikov (belar. Сяргей Яўгенавіч Алейнікаў; 7 noyabr 1961, Minsk, BSSR) — Sovet və Belarusiya SSRİ millisinin oyunçusu. Müdafiəçi və yarımmüdafiəçi mövqeyində oynamış. Oyun karyerasını başa vurduqdan sonra məşqçiliklə məşğul olmuşdur. 11 yaşından etibarən Sergey bir çox məşhur futbolçunun oynadığı Minsk SDYŞOR-5-də futbol oynamağa başlamışdır. Tezliklə Minskin Dinamo klubunda düblunu həyata keçirdi. 1981-ci ildə 19 yaşlı Aleinikov əsas komandanın baş məşqçisi Eduard Malofeyevin rəhbərliyi altında məşq etmiş, ancaq mövsümün sonuna kimi bir neçə dəfə meydanda çıxa bilmişdir. 1982-ci ildə Minsk klubu tarixində ilk dəfə SSRİ çempionluğunu qazandı və Sergeyin bu uğurda əməyi böyük idi. Meydanda tez-tez görünməməsinə baxmayaraq (ümumilikdə 34 matçdan 21-də oynamışdı), 8 qol vurmağı bacarmışdır. "Spartak" klubuna qarşı keçirilən çempionatın son turunda qapıçı Rinat Dasayevin qoruduğu qapıya qol vuraraq hesabı 4: 1 çatdırdı.
Sergey Baqapş
Sergey Vasilyeviç Baqapş (abx. Сергеи Уасыл-иҧа Багаҧшь; 4 mart 1949, Suxumi – 29 may 2011, Moskva) — Abxaziyanın ikinci prezidentı (2005-2011).
Sergey Bağırov
Sergey Bağırov (rus. Сергей Владимирович Багиров) — Rusiyanın tanınmış prodüseri və rejissoru. Sergey Bağırov Bakıda doğulub böyümüşdür. 18 yaşından Rusiyada yaşayır. S.Bağırov bir müddət “Kinotavr” festivalının baş prodüseri olub, müxtəlif telekanalların kino şöbəsinə rəhbərlik edib. Bir sıra filmləri beynəlxalq festivallarda mükafatlar qazanıb. Hazırda “NTV-KİNO”-nun baş prodüseri və “Üentral Partnerşip” kinokompaniyasının prodüseridir.
Sergey Bezrukov
Sergey Vitalyeviç Bezrukov — Rusiyanın tanınmış teatr və kino aktyoru.
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Surməq
Surməq-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,116 nəfər və 917 ailədən ibarət idi.
Süveyş
Süveyş (ərəb. السويس‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 485.342 nəfərdir (2006).
Sərvət
Gündəlik həyatda sərvət ifadəsi daha çox bir şəxsə və ya ailəyə məxsus olan böyük miqdarda pul dəyəri kimi xarakterizə edilir. İqtisadiyyatda isə bu çox fərqlidir. İqtisadiyyatda sərvət anlayışı ilə 1 manatlıq dəyər də sərvət olaraq xarakterizə edilər.
Şarmey
Şarmey (fr. Charmeil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03060. 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 469 nəfər (15–64 yaş) arasında 330 nəfər iqtisadi fəal, 139 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,4%, 1999-cu ildə 74,3%) idi. 330 aktiv 305 nəfər (158 kişi və 147 qadın) işləyir, 25 nəfər işsizdir (9 kişi və 16 qadın). 139 hərəkətsiz 35 nəfər arasında şagird və ya tələbə, 55 nəfər təqaüdçü, 49 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şurəvi
Şurəvi (fars. شوروی‎ "sovetsi", ərəb. شورى‎ dilindən [Şura] "совет") — Əfqanıstanda SSRİ-dən olan sakinlər üçün istifadə olunan tarixi ad. 1956-cı ildən Əfqanıstanda çoxlu sayda işləyən sovet mülki və hərbi mütəxəssislərinin əfqan adından götürülüb. Şurəvi anlayışının sovet hakimiyyəti ilə əlaqəsi hələ 1920-ci ildə, Buxara Xalq Sovet Respublikası qurulanda meydana gəlir (tac. Ҷумҳурии Халқии Шӯравии Бухоро). Əvvəlcə 1950-ci illərin ikinci yarısında sovet-əfqanıstan əməkdaşlığının intensivləşməsi ilə bu söz neytral mənada işlənmiş və heç bir təhqiramiz məna daşımamışdır. Üstəlik Əfqanıstanın Sovet İttifaqı ilə əməkdaşlığının vacibliyini vurğulamaq üçün hətta rəsmi səviyyədə də istifadə olunmuşdur: xüsusən sovet qonaqlarına ünvanlanan ümumi istifadə edilən "Şuravi — xub astı" qarşılanması və digər qarşılanmalar. Bu söz 1970–1980-ci illərin sonunda mənfi məna kəsb etməyə başlayır. Sovet qoşunlarının Əfqanıstana daxil olmasından sonra vətəndaş müharibəsi vəziyyətinə çevrilən uzunmüddətli daxili siyasi böhran zamanı bu söz əvvəlcə əfqanlar arasında, sonralar isə Əfqanıstan müharibəsi veteranları arasında avtoetnonim kimi ("Biz Şuraviyik") geniş yayılmışdır.
Qürvə
Qürvə (farsca: قروه) İranın Kürdüstan ostanında bir şəhərdir. Bu şəhər Qürvə şəhristanının inzibati mərkəzidir. Əhalisi 66.390 nəfərdir (1996). Qəsəbə Kürdüstan ostanının şərqində, ostan mərkəzi Sənəndəc şəhərindən 93 kilometr şərqdə yerləşir. Qürvə mineral bulaqlar ilə zəngindir. Əhalisi əsasən kürdlərdən ibarətdir.
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377 ailədən ibarət idi.
Süren
Süren (fr. Suresnes) — Parisin qərb sərhəddində O-dö-Sen departamentində kommuna. Əhalisi 48 565 nəfərdir (2015-ci il üçün).
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Sürxə
Sürxə — İranın Simnan ostanının şəhərlərindən və Sürxə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9 062 nəfər və 2 686 ailədən ibarət idi. Əhalisi sürxə dilində danışır.
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s — düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t — həmin yolu getmək üçün sərf olunan zaman, v — isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
Kursəy (Bakalı)
Kursəy (başq. Күрсәй, rus. Курчеево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bozor kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 33 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 77 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kuryaşen (71 %) üstünlük təşkil edir.