Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quvadar
Quvadar (urdu گوادر) — Bəlucistan əyalətinin cənub-qərbində, Ərəb dənizi sahilində şəhər.Quvadar, 1783-cü ildən 1958-ci ilə qədər Omanın müstəmləkəsi idi. Turbatdan təqribən 120 kilometr (75 mil) cənub-qərbdə, İranın Sistan şəhərindən 170 kilometr (110 mil) məsafədədir.
Suvacal
Suvacal — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Suvacal oyk., mür. Qusar rayonunun Xuray i.ə.v.-də kənd. Qusarçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Suvacal hibrid coğrafi addır, oykonim ləzgi dilindəki sıva (dağ) və türk dillərindəki çal (təpə) sözlərindən ibarət olub, "dağın təpəsi" mənasındadır. Coğrafi ad kəndin fiziki-coğrafi mövqeyini əks etdirir. Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Kənddə ləzgi kəndlərindən (gəlin) köçüb gəlmiş ləzgilər də yaşayır.
Quvadar rayonu
Quvadar rayonu — Pakistanın Bəlucistan əyalətində rayon.İnzibati mərkəzi Quvadar şəhəridir.Şəhər iki sözdən ibarətdir:Quva və dar.Bəluc dilində isə havanın qapısı deməkdir.Quvadar rayounu 1 iyul 1977-ci ildə rayon statusu aldı.
Kentaro Savada
Kentaro Savada (d. 15 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Saak Sevada
Saak Sevada (doğum və ölüm tarixləri bilinmir) - X əsrin I yarısında Xaçın və Girdiman hakimi. Qriqor Hamamın oğlu, Atrnersehin nəvəsidir. Onun hakimiyyətinə Parisos (Artsakın şimalı), Uti və Girdimanın xristianlarla məskunlamış əraziləri daxil idi. Saak Sevada, qızı ilə evlənmiş erməni hökmdarı II Aşotun köməkliyi ilə Utili Movsesin üsyanını yatırmışdır. Saak Sevadanın digər qızı Şahanduxt isə Sünik knyazı I Smbatla evli olmuşdur. I Smbat Sünikin müstəqilliyini elan etdikdə Saak Sevada onun tərəfində duraraq erməni hökmdarı II Aşota qarşı çıxmışdı. II Aşotla döyüşdə məğlub olan Saak Sevada əsir alınmışdı. Erməni hökmdarı onun və oğlu Qriqorun gözlərini çıxartdırmışdı. Digər oğlu Hovannes Sənəkərim isə Parisos hakimi olmuşdur.
Suada Salimova
Suada Ələkbərova
Suada Ələkbərova (24 fevral 2001, Bakı) — 2012-ci ildə Azərbaycanı Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edən iştirakçı. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasının yetirməsidir. Bir neçə ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasında müəllim Nigar Axundova-Kərimovanın rəhbərliyi ilə vokal-oxuma məşğələlərində iştirak edir. Studiyanın direktoru Əminə Musayeva bildirib ki, studiya üzvlərinin bu uğuru təsadüfi deyil: "Çünki onlar bu yarışmaya çox ciddi hazırlaşmışdılar. Mən sevinirəm ki, son mərhələyə vəsiqə qazanan 5 uşaqdan 3-ü bizim studiyanın yetirməsi oldu. Suada isə finalçı kimi Amsterdamda keçiriləcək yarışmada ölkəmizi təmsil etmək hüququ qazandı".
Suzada toy mərasimi
Suzada toy mərasimi — e.ə. 324-cü ildə Əhəmənilər imperiyasının Suza şəhərində Makedoniyalı İsgəndərin təşəbbüsü ilə təşkil olunan ellin əyanlarının yerli zadəgan qızları ilə, həmçinin makedoniyalı əsgərlərin yerli qızlar ilə kütləvi izdivac mərasimi. Cəmi 80 (bəzi məlumatlara görə 90) izdivac bağlandı. Makedoniyalı İsgəndərin özü 2 xanımla ailə qurub - III Daranın qızı Statira ilə və III Artakserksın qızı Parisatida ilə. Qeyd etmək lazımdır ki, bir az öncə İsgəndər Baktriya hökmdarının qızı Roksana ilə izdivac bağlamışdı. Çoxevliliklə İsgəndər özünü fars hökmdarlarına bənzətmək istəyirdi. Ümumilikdə isə, makedoniyalı hökmdar bu mərasimlə iki mədəniyyət arasında möhkəm əlaqə yaratmaq niyyətində idi. Bu mərasimdə tarixi Azərbaycan dövləti Atropatena üçün mühüm bir hadisə baş verib. Atropatena dövlətinin banisi hesab olunan Atropat öz qızını Makedoniyalı İsgəndərin yaxın silahdaşı Perdikkaya ərə verib. Bu nikah diplomatiyası müqabilində Atropat yaxın gələcəkdə öz ölkəsinin müstəqilliyini təmin edib.
Yuvadan quş uçdu (teleserial, 2003)
Yuvadan bir quş uçdu — 2003-cü ildə TRT 1-də yayımlanmış, Samet Polatın rejissorluğu və Kemal Başar ilə İşıl Özgentürkün ssenarisini yazdığı dram serialdır. 13 bölümün ardından finalı olmuş və efirdən qaldırılmışdır.
Şvabax
Şvabax (alm. Schwabach‎) — Almaniyanın Bavariya torpağında şəhər. Nürnberq yaxınlığında yerləşən şəhərin əhalisi 40 minə yaxın, sahəsi 40,71 km²-dir. Şəhər XIX əsrin sonlarında iri tikiş ləvazimatları mərkəzi kimi seçilirdi. Həmçinin, qızıl, gümüş, mis və dəmir simlərin, sabun, şam və saxsı qabların istehsalı ilə məşhur idi. XIX əsr bəstəkarı Adolf Genzelt və XV–XVI əsrlər alman heykəltəraşı Adam Kraft burada doğulmuşlar. Şvabax, həmçinin Adolf Hitlerin buranın fəxri vətəndaşı olması ilə tanınır. XV əsrin sonu XVI əsrin əvvəllərinədək Almaniyada geniş istifadə edilən şrift növü olan "Şvabaxer" öz adını Şvabax şəhərinin adından almışdır.
Şuşada mədəniyyət
Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir. Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılmışdır. Şuşa şəhərinin memarlıq siması üçün, şəhərin yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı ilə səsləşən mənzərəlik xarakterikdir. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefə, sonradan məskunlaşmış qərb tərəfi isə amfiteatr xüsusiyyətinə malikdir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qaya daşlarından istifadə edilmişdir.
Şuşada erməni üsyanının yatırılması
Şuşada erməni üsyanının yatırılması və ya Şuşada ermənilərə qarşı qətliam (erm. Շուշիի ջարդեր – Shushii charder) — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərində 1920-ci ilin mart ayında yerli erməni əhalisinə qarşı törədilmiş poqrom aktı. Hadisələrin baş verməsinin əsas səbəbi kimi Qarabağ ermənilərinin Azərbaycan Xalq Cümhuriyyətinə bağlı ordu birləşmələrinə tabe olmaması və bunun nəticəsində, ərazidəki erməni silahlıların tərki-silah edilməsi göstərilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuş Xosrov bəy Sultanovun 1919-cu ilin 15 yanvar tarixində Dağlıq Qarabağa general-qubernator təyin edilməsi bölgədə yaşayan etnik ermənilərin etirazı ilə qarşılanmışdır. Qarabağ erməniləri, Xosrov bəy Sultanovun əsas məqsədini bölgənin Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatmaq olduğunu və bölgənin Azərbaycan əsilli bir şəxs tərəfindən idarə edilməsinin doğru olmadığı iddia etdilər. Xosrov bəy Sultanov Kürdhacıdan olmaqla türk (azərbaycanlı) kökənli idi. 1918-ci ildə Müsavat partiyasından İttihada keçmişdi. 1920-ci ilin 22 – 26 mart tarixlərində baş vermiş hadisələr nəticəsində 500, bəzi mənbələrdə isə 30 min nəfər şəxsin öldürüldüyü təxmin edilməkdədir. Bu hadisə Dağlıq Qarabağ probleminə görə Azərbaycan və İlk Ermənistan Respublikası (1918-1920) tərəfləri arasındakı ilk əsaslı döyüş sayılır. Qətliam nəticəsində şəhərdə yaşayan erməni əhalisinin sayı əhəmiyyətli dərəcədə azalmış və bu azlıq SSRİ-nin dağılmasına qədər bu şəkildə davam etmişdir.