Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oskar Şindler
Oskar Şindler (Oscar Schindler; 28 aprel 1908[…], Svitavi[d] – 9 oktyabr 1974[…], Hildeshaym[d], Aşağı Saksoniya) — İkinci Dünya Müharibəsində, Polşada və bugünkü Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1200-ə qədər Yəhudini Holokostdan qurtaran alman iş adamı. Şindler 28 aprel 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olan Moravia bölgəsində, Zwittauda anadan olmuşdur. Zwittau bugünkü Çexiya Respublikasının vilayəti olub,"Svitanya" adlanır. Oskar Şindlerin valideynləri Hans Şindler və Anası Fransziska Luser, Roma katoliki idilər, ancaq onlar Oskar 27 yaşında olarkən boşandılar. Oskar bacısı Elfriede ilə çox yaxın idi. Məktəbdən sonra Bronada bir elektrik mühəndisliyi firmasında marketinq olaraq işləyirdi. 1930-cu ildə bir neçə dəfə iş dəyişdirdi. Ayrıca bir çox fərqli iş qurmağı sınadı ancaq həmin ildə olan Böyük Böhran səbəbi ilə bir çox iş adamları kimi o da iflas etdi. Çexoslovakiya vətəndaşı olmasına baxmayaraq Şindler Alman ordu kəşfiyyatı üçün çalışmağa başladı. 1938-ci ilin iyul ayında gördüyü işlərə görə həbsə atıldı, ancaq Münhen razılaşmasından sonra bir siyasi məhbus olaraq əfv edildi.
Adam Sandler
Adam Sendler (ing. Adam Richard Sandler; 9 sentyabr 1966[…], Bruklin, ABŞ) — amerikalı aktyor, komediyaçı, ssenarist və prodüser. == Həyatı == Adam Sendler 9 sentyabr 1966-cı ildə Nyu-Yorkun Bruklin şəhərində anadan olub. Onun valideynləri uşaq bağçası müəlliməsi Cudit və elektrik mühəndisi Stenlidir. Sendlerin əcdadları Rusiyadan mühacir edən yəhudilərdir. O, altı yaşında olarkən Nyu-Hempşirin Mançester şəhərinə köçüb və orada böyüyüb. == Şəxsi həyatı == Adam Sendler 2003-cü ildə Jacqueline "Jackie" Titone ilə ailə həyatı qurub. Həyat yoldaşı onunla evləndikdən sonra İudaizm dinini qəbul edib. Onların Sadie (2006) və Sunny (2008) adlı iki qızı var. Sendlerin həyat yoldaşı və uşaqları bəzən onun filmlərində görünür.
Adam Sendler
Adam Sendler (ing. Adam Richard Sandler; 9 sentyabr 1966[…], Bruklin, ABŞ) — amerikalı aktyor, komediyaçı, ssenarist və prodüser. == Həyatı == Adam Sendler 9 sentyabr 1966-cı ildə Nyu-Yorkun Bruklin şəhərində anadan olub. Onun valideynləri uşaq bağçası müəlliməsi Cudit və elektrik mühəndisi Stenlidir. Sendlerin əcdadları Rusiyadan mühacir edən yəhudilərdir. O, altı yaşında olarkən Nyu-Hempşirin Mançester şəhərinə köçüb və orada böyüyüb. == Şəxsi həyatı == Adam Sendler 2003-cü ildə Jacqueline "Jackie" Titone ilə ailə həyatı qurub. Həyat yoldaşı onunla evləndikdən sonra İudaizm dinini qəbul edib. Onların Sadie (2006) və Sunny (2008) adlı iki qızı var. Sendlerin həyat yoldaşı və uşaqları bəzən onun filmlərində görünür.
Bob Sinkler
Bob Sinkler (doğum adı Kristof Le Friа́n fr. Christophe Le Friant; 10 may 1969-cu il) — Fransalı prodüser, DJ. Yellow Production adlı leyblın yaradıcısı. == Musiqi karyerası == Kristof Le Friа́n Dj-liyə 1980-ci illərdə "Chris the French Kiss" adı altında başlayıb. Bu müddət ərzində hip-hop musiqisi və caz musiqisi ona daha çox təsir edib və o, The Mighty Bop və Reminiscence Quartet (musiqi kvarteti ilə birlikdə) adlı musiqi layihələri yaradıb. Reminiscence kvartetində Le Friа́n ləqəbini Desmond K dəyişmişdir. Bob Sinkler adını 1998-ci ildə qəbul edib, bu təxəllüsü o, Le Magnifique filmindən götürüb. O, haus-musiqisinin "fransız üslubunu" diskonun sətirləri ilə istifadəsinə və tanıdılmasına görə məşhurlaşıb. O, öz musiqi üslubunun "sülh, məhəbbət və haus-musiqisinindən" ilham aldığını bildirmişdi. Sinklerin bir neçə mahnısı beynəxalq hitlərə çevrilmişdilər, xüsusən də Avropa da çox populyar olmuşdular. "Love Generation" (Qeri Paynla birgə) və "World, Hold On" (Stiv Edvardsla birgə) onun ən populyar hitləridi.
Epton Sinkler
Epton Bill Sinkler (ing. Upton Beall Sinclair, Jr.; 20 sentyabr 1878[…], Baltimor, Merilend – 25 noyabr 1968[…]) — Amerikan yazıçı, jurnalist və publisist. Pulitser mükafatı laureatı (1943) == Həyat və fəaliyyəti == Epton Bill Sinkler 20 sentyabr 1878-ci ildə Merilend ştatının Baltimor şəhərində anadan olmuşdur. "Cəngəllik" (1905), "Paytaxt" (1908), "Məhəbbət sınağı" (1911), "Silviya" (1913), "Silviyanın ərə getməsi" (1914) və s. romanlarında ictimai-tənqidi motivlər güclüdür. "Kral Kömür" (1917), "Cimmi Higgins" (1919) romanlarında sosializm ideyalarını, Böyük Oktyabr sosialist inqilabını müdafiə etmişdir. Antifaşist əsərlər ("Avtomobil kralı", 1937 və s.) yazmışdır. Lenni Bedd haqqında epopeyasının (kitab 1–11, 1940–1953) son kitablarında "soyuq müharibə" əhvali-ruhiyyəsi əksini tapmışdır. Ömrünün son illərində nüvə müharibəsi təhlükəsi əleyhinə çıxmış, SSRİ-yə rəğbətini bildirmişdir. Epton Sinkler 25 noyabr 1968-ci ildə Nyu-Cersi ştatının Baund Bruk şəhərində vəfat etmişdir.
Klayv Sinkler
Klayv Marlz Sinkler (ing. Sir Clive Marles Sinclair; 30 iyul 1940, Riçmond[d], Böyük London – 16 sentyabr 2021, London) — "ZX Spectrum" mikrokompyuterini istehsal etməklə dünya kompüteri tarixinə düşən şəxslərdən biri kimi tanınır. == Həyatı == K.Sinkler 30 iyul 1940-cı ildə Londonun şəhərətrafında, Riçmond yaxınlığında dünyaya gəlib. Klayv məktəb illərindən müxtəlif növ texnikaya və ixtiraçılığa böyük maraq göstərməyə başlayıb. Klayv məktəbi bitirdikdən sonra universitetə daxil olmamağa və şəxsi şirkətinin əsasını qurmağa qərar verir. O, həmin dövrdə radioelektronika ilə ciddi maraqlanırdı, artıq 1958-ci ildə kifayət qədər kiçik və ucuz yeni tip radioqəbuledicinin ən sadə sxemini hazırlayır. Sonrakı bir neçə il ərzində Sinkler öz biznesini qurmaq məqsədilə start kapitalı qazanmaq üçün radio mövzusunda məqalələrin yazılışı və müxtəlif nəşrlərinin redaktəsi ilə məşğul olur. == Arzusunda olduğu şirkət == 1961-ci ildə, doğum günündə, 30 iyulda Kembricdə Sinclair Radionics adlı şirkət qeydiyyatdan keçirir. Bu halda Sinkler jurnalist işləməyə davam edirdi və redaktə etdiyi nəşrlərdə öz məhsulunun reklamını dərc etmək imkanından var gücü ilə istifadə edirdi. Tezliklə onun şəxsi hazırlamaları meydana çıxmağa başladı: əvvəlcə tranzistor mikrogücləndiricisi, sonra 70×41×16 millimetr ölçülü cib radioqəbuledicisi.
Lüis Sinkler
Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[…] – 10 yanvar 1951[…], Roma)) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930). == Həyatı == Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi. Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.
Pyotr Svidler
Pyotr Svidler (rus. Пётр Вениами́нович Сви́длер, 17 iyun 1976, Leninqrad) Rusiya qrosmeysteridir. Svidler 3 dəfə Dünya Şahmat Çempionatında yarışıb (2001, 2005, 2007) və 2011-ci il Dünya Kubokunun sahibidir. 7 dəfə Rusiya Çempionu olmuşdur (1994, 1995, 1997, 2003, 2008, 2011, 2013) 10 dəfə Rusiya komandası ilə Olimpiadalarda çıxış etmiş və 5 dəfə qızıl, 2 dəfə gümüş komanda hesabında və şəxsi hesabda bir dəfə bürünc əldə etmişdir. Svidler şahmatı 6 yaşında öyrənib. 1992-ci ildə gənclər arasında SSRİ Gənclər Açıq Şahmat Çempionatında 1–3-cü yerləri Rəhim Qasımov və Vadim Zvjaginsev ilə bölüşdürmüşdür. 1994-cü ildən qrosmeysterdir. Bir necə dəfə (2001-ci ildə) Dünya Çempionluğuna gedən yolda mübarizə aparmışdır və yarımfinala yüksəlmişdir. Andrei Lukin onun məşqiçisidir. 2005-ci ildə FİDE Dünya Çempionatında Svidler Vişvanatan Anandla ikinci yeri bölüşdü.
Sinkler Lyuis
Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[…] – 10 yanvar 1951[…], Roma)) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930). Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi. Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.
Sinkler Lüis
Sinkler Lüis (ing. Sinclair Lewis; 7 fevral 1885[…] – 10 yanvar 1951[…], Roma)) — amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1930). Sinkler Lüis Nobel mükafatı alan ilk Amerika yazıçısıdır. O, Minnesota ştatında kiçik şəhərcikdə doğulmuşdu. Sonralar bu şəhərciyi, eləcə də kənd həkimi olan atasını özünün "Baş küçə" romanında təsvir etmişdi. 5 yaşında anasını itirmişdi. Evlərinə yeni qadının – analığının gəlməsi onun həyatını daha da çətinləşdirmişdi. Sinkler 1903-cü ildə Yel universitetində təhsil həyatına başlamışdı. Orta əsr balladaları üslublu şeirlərindən birinin universitetin ədəbi jurnalında çap olunması tələbələr və müəllimlər arasında nüfuzunu xeyli qaldırmışdı. Tezliklə redaksiya heyətinin üzvü kimi gənc müəllif özü də həmin jurnalın işinə cəlb edilmişdi.
İrena Sendler
İrena Sendler (pol. Irena Sendlerowa; 15 fevral 1910, Otvotsk, Polşa — 12 may 2008, Varşava, Polşa) — Varşava gettosunda 2500-dən çox yəhudi uşağın həyatını xilas edən polşalı aktivist qadın. O, 1910-cu il 15 fevral tarixində Varşava şəhərinin yaxınlığında yerləşən Otvotsk şəhərində həkim Stanislav Krjijanovskinin ailəsində dünyaya göz açmışdır. Onun atası xəstəxanaya rəhbərlik edən həkim idi. O kasıbları pulsuz müalicə edirdi. Sonra ailə Tarçin adlı balaca bir yerə köçür. İrenanın valideynləri öz qızlarına hələ erkən yaşlarından bütün insanların irqindən, milliyətindən və dinindən asılı olmayaraq pis və yaxşılara bölündüyünü bildirmişdilər. Və qızları bu deyilənləri yaxşı qavramışdı. Krjijanovskilər ailəsi katolik xristian idi. İrenanın 7 yaşı olanda atası dünyasını dəyişir.
Qrindlər
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Şindilər
Şindilər – Gürcüstanın Dmanisi rayonunda yerləşən kənd. Şindilər kəndi Şindi dağının ətəyində yerləşir. Şindi dağı Dmanisi (Başkeçid) rayonunda yüksək dağlardan biridir. Onun hündürlüyü dəniz səviyyəsindən 2050 metr yüksəklikdədir. Şindilər kəndi isə 1350 metr yüksəklikdədir. Şindilər kəndi Suludərə və Tağlı çaylarının arasında, Dmanisi qəsəbəsindən 4 km aralıda yerləşir. Şindilər - mənsub olduğu millət Azərbaycan türkü. Başkeçid rayonunda məskunlaşmışlar. Başkeçid 1947-ci ildən Dmanisi adlanır. Başkeçid Gürcüstanın Borçalı mahalında yerləşir.
Sinqlər
Hindistanda orta əsrlərdə baş vermiş dini münaqişələrdə müslümlər(müsəlmanlar) qalib gələrək Hindistanın qərb və şimal hissələrində İslamı yaymışdılar. Lakin öz yerli dinlərinə sadiq qalan bəzi hind tayfa başçıları müsəlmanlara qarşı ordu toplamaq qərarına gəlmişdilər. Onlar həmin orduya daha cəsarətli, mərd və sədaqətli hindliləri seçmək üçün xüsüsi üsuldan istifadə etmişdilər.[mənbə göstərin] Rəvayətə görə bəzi hind başçıları bir binanın qarşısına toplanmış və üzünü camaata tutaraq demişlər:Ay camaat, biz əvvəl-axır müslümlərdən qisas almalıyıq!Bundan ötrü insan qanı lazımdır. Kim öz həyatınını millət yolunda qurban vermək istəyirsə, gəlsin bu binaya!Bir nəfər irəli çıxıb deyir:Öz millətim yolunda həyatımı quban verməyə hazıram!Onu otaqlardan birinə aparırlar. Az müddət sonra bir nəfər qanlı köynəyi qaytarıb camaata deyir:Budur onun köynəyi!İndi daha kim özünü millət yolunda qurban vermək istəyirsə gəlsin!Yenə bir neçə adam cəsarətlə irəli çıxıb öz razılığını bildirir. Bu qayda ilə bir neçə gün əməliyyatı davam etdirirlər. İlk günlərdə kifayət qədər adam yığa bilirlər. Amma bu cəsur cavanların heç birini öldürməmişdilər. Camaata göstərdikləri qanlı köynəkdəki heç qan deyilmiş. Bu qayda ilə onlar ən yaxşı döyüşçüləri seçirmişlər.
Şeidlər
Şeidlər – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Şeidlər kəndi Qasımalılar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şeidlər kənd inzibati-ərazi vahidi yaradılmışdır. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində uğuzlu (və ya hacılar), zeynallar və kəlbhəsənli adlı oymaqların Şeidlər yeri adlı sahəyə köçürülməsi nəticəsində yaranmışdır. Kənd salındığı ərazinin adını daşıyır. Ərazinin adının isə şəhid (günahsız ölən) sözü ilə bağlılığı güman edilir. Kənd dağlıq ərazidə yerləşir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Uzunayaq sçinklər
Uzunayaq sçinklər (lat. Eumeces) — Uzunayaqlar fəsiləsinə aid cins. Cinsə 4–5 növ daxildir. Onlar əsasən Şimali Afrika, Ön Asiya, Cənubi Qafqaz, Orta Asiya, Əfqanıstan, Pakistan və Hindistan ərazilərində yayılmışdır. Uzunayaq sçinklər orta ölçülərə və kifayət qədər iri olurlar. Pulcuqları hamar və gözəldir. Onlar təhlükə zamanı asanlıqla quyruğunu atır. Eumeces cinsinə aşağıdakı növlər daxildir: Eumeces algeriensis — Əlcəzair uzunayaq sçink Eumeces blythianus Eumeces indothalensis Eumeces schneideri — Uzunayaq sçink Plestiodon: A replacement name for most members of the genus Eumeces in North America. Arxivləşdirilib 2007-03-16 at the Wayback Machine Molecular studies on the genus Eumeces Wiegmann, 1834: phylogenetic relationships and taxonomic implications. Arxivləşdirilib 2011-05-18 at the Wayback Machine A cladistic evaluation of the cosmopolitan genus Eumeces Wiegmann (Reptilia, Squamata, Scincidae).
Şeidlər bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.