Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Snayper tüfəngləri
Silah saytlarının və ekspertlərinin qiymətləndirmələrinə görə, bu gün çoxlu sayda şirkət tərəfindən müxtəlif modeldə iriçaplı güllələrdən atəş açan snayper tüfəngləri yaradılıb və müxtəlif ölkələrin ordularında silahlanmaya qəbul edilib. Amma keyfiyyət və tətbiqatı baxımından "ən yaxşı" iriçaplı snayper tüfəngləri barmaqla sayılası qədərdir. Maraqlısı odur ki, bu silahlar arasında Azərbaycanın 2009-cu ilin əvvəlində dünya bazarına çıxardığı İST 14,5 Antimaterial Rifle "İstiqlal" tüfəngi də var. İriçaplı snayperlər arasında "ən yaxşı" tüfəng seçilənlər isə aşağıdakılardır: Mechem NTW-20 (Denel NTW-20) CAR-ın "Denel" firması tərəfindən istehsal olunan bu snayper əsasən yüngül zirehli texnikalara, bu texnikalarda daşınan şəxsi heyətə, təyyarə və helikopterlərə qarşı tətbiq olunur. Darağı 3 güllə tutan NTW-20-nin doldurulması əllə həyata keçirilir. Seriya ilə istehsalına 1998-ci ildən başlanmış bu tüfəngin NTW-20 və NTW-14,5 modifikasiyaları mövcuddur. Dünyanın ən böyük çaplı snayper tüfəngləri sayılan bu silahlardan NTW- 20-nin kütləsi 26 kq, uzunluğu 1795 mm-dir. Bu tüfəng 20×83,5 və 20×110 mm çaplı güllələrdən atəş açır. NTW-14,5-in isə kütləsi 29 kq, uzunluğu 2015 mm-dir. Bu modifikasiya isə 14,5×114 mm çaplı güllələrdən atəş açır.