DOLDURULMAQ

məch.
1. Boş bir şeyin içinə doluncaya qədər şey qoyulmaq (tökülmək), dolu hala gətirilmək. Kisələr unla dolduruldu. Baklar su ilə dolduruldu.
[Qəhrəman:] Özümü torpaq doldurulmuş torbanın arxasına yıxdım. H.Nəzərli.
Piyalələr yenicə doldurulmuşdu. M.S.Ordubadi.

// Bir şeyin tərkibinə həddən artıq başqa şeylər daxil edilmək. Əsər mətləbə dəxli olmayan təfərrüatla doldurulmuşdur.
// Yükləmək, qoyulmaq. Maşınlar taxılla doldurulduqdan sonra yola düşdü.
// Bir yerdə bir şeyin çoxluğunu bildirir. Otaq papiros tüstüsü ilə doldurulmuşdur.
2. Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. Plan artıqlaması ilə doldurulmuşdur.
3. Boş qoyulmuş yerlərinə lazımi yazılar yazılmaq. Anket dolduruldu.
4. Güllə və s. qoyularaq atış üçün hazır vəziyyətə salınmaq. Tüfənglər dolduruldu. Toplar dolduruldu.
5. Daş, torpaq və s. tökülərək düzləndirilmək, ya qurudulmaq. Çalalar dolduruldu. Sahilin dayaz yerləri dolduruldu. Susuz quyular dolduruldu.
DOLDURULMA
DOLĞUN

Digər lüğətlərdə

аэронавига́ция изга́рина изрешети́ть мазеобра́зный отча́лить све́рзиться слободча́нин улюлю́кивание загло́хший засекре́тить прива́тно проволочи́ться рефля́ция фоногра́фия бригантина ворог aerolite dumbly parricide readout speak-easy spier жарить красть смуглость