1. Su keçirməyən qalın parça. Un çuvallarının üstü brezentlə örtülmüşdür.
– Böyük brezenti üstündən götürüb, tüfəngləri və patronları əncir ağacının altına yığdılar.
2. Brezentdən hazırlanmış, brezentdən qayrılmış. Brezent əlcək. Brezent ayaqqabı.
– Qar çovğununda yol təmizləyən fəhlələr üçün brezent əlcəklər hazırlanmışdır. ( ).
Əlində tilov, başında şlyapa, ayağında brezent şalvar və köynək Əhmədibiqəm gəlir.