Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Erməni dilində türkmənşəli alınma sözlər
Erməni dilində türk mənşəli alınma sözlər – erməni dilində mövcud olan və türk mənşəli olan alınma sözlərə verilən ad. Erməni dilində xeyli sayda türk mənşəli alınma sözlər mövcuddur və Ermənistan özü türkdilli ərazilər ilə əhatə olunub. Erməni dilinin ən çox türk mənşəli alınma sözə malik ləhçəsi İstanbul ləhçəsidir. Buna baxmayaraq, türk dilləri erməni ədəbi dilinə yox, daha çox ləhçələrinə təsir göstərmişdir. Buna görə də erməni dilindəki türk mənşəli alınma sözlər erməni ədəbiyyatında o qədər də qorunub saxlanılmayıb. Erməni aşıqların istifadə etdiyi danışıq dili türk və fars mənşəli alınma sözlərlə dolu idi. Erməni dilçi Raçiya Açaryan XV-XIX əsrlərdə ermənicə yazılı mənbələrdə təxminən 4200 türk mənşəli söz aşkarlamışdır. Bu türkcə mənşəli sözlərin bəziləri bunlar idi: bayatı, başlug (başlık), bek (bey), biz, bostan, bostancı, debağ, talan, gacag (kaçak), nal, nalband, çıban, tolma (dolma), bozbaş, oba, ana, ata, eziz (aziz), gapı, gesd (kasd), gız (kız), yeası (yiyesi), helal, haram, ağ, ağa, el, ilan, damga, donguz (domuz). Türk Dil Qurumunun keçmiş prezidenti Şükrü Haluk Akalın 2010-cu ildə verdiyi açıqlamada erməni dilində 3166 türk mənşəli sözün olduğunu bildirmişdir. Günay Karaağac tərəfindən hazırlanan və Türk Dil Qurumu tərəfindən yayımlanmış bir əsərdə göstərilmiş, erməni dilindəki bəzi türk mənşəli sözləri bunlardır: acı, aşık, boş, bütün, cenk, civar, çalgı, çolak, derbeder, durgun, eşik, folluk, fulya, göç, kamin, hatun, işik, ehtaç, istek, candarma, kafadar, kogan, leken, lezet, mani, misafir, neçe, nutk, oturak, oya, ös, örtü, paşa, pişgin, irica, silik, irişvet, saygı, şaşkın, şimdik, teyze, uçurma, ügez, üzüm, vazzal, veran, yarlah, zampara, zeybek.
Atal türkmənləri
Atal türkmənləri (türkm. Аталың түркменлери Atalyň Türkmenleri) — Rusiyanın Həştərxan oblastının Atal kəndində yaşayan və türkmənlərin bir qolu olan xalq. 5 qəbilədən ibarət olan Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə buraya köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinin nəslidən gəlirlər. Bu türkmənlərin gəldikləri yer kimi Manqışlaq yarımadası qəbul edilir. Dini baxımdan sünni müsəlmandırlar. == Tarix == Əsilləri Mnaqışlar yarımadasından XVII və XVIII əsrin əvvəllərində köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinə dayanır. 5 qəbilədən (Mamıt, Gökler, Tever, Qoldağlı, Yaxşıxoca) ibarətdirlər. Bundan əlavə, kənddə adları türkmən dilində açıqlanmayan, ehtimal ki, Xəzər xaqanlığından qalma Peçenek soyları (Ellindel, An-Bollar, Arindan, İrrahir, İntedaal) da vardır. Müasir Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə köç edən İğdır türkmənlərin nəsilləridir. Manqışlaq yarımadasından, Çovdur və Soyunaji tayfaları ilə birlikdə türkmən ığdır tayfasından ayrıldı.
Livan türkmənləri
Livan türkmanları (Livan azərbaycanlıları və ya Livan türkləri) — Livanda yaşayan türklərdir ki, sünni müsəlmandırlar və dilləri Azərbaycan dili və Ərəb dilidir. == Ümumi məlumat == Livanda türk toplumu iki qrupla təmsil olunur, onlardan hər ikisi türk xalqlarının oğuz yarım qrupuna daxildir. Birinci qrup Livan və Suriya vətəndaşları olan və dövlət tərfindən türkman adlandırılan toplumdur ki, danışdıqları ləhçələri azərbaycan dilinə daxil edilir. Livan türkmanları İordaniyada, Suriyada və İraqda yaşayan və bu dövlətlərin mərkəzi ərəb hökumətləri tərəfindən türkman adlandırılan əhali ilə eyni mənşədəndir və onlar kimi azərbaycan dilinin ləhçələrində danışmaqdadırlar. Livanın Şimal əyalətinin Akkar bölgəsində Kobayat şəhəri yaxınlığında iki kənddə 5,050 nəfər, Beqaa əyalətinin Baalbək bölgəsində Baalbək şəhəri ətrafında beş kənddə 3,800 nəfər, 1897-1913-cü illərdə Krit adasının yunan nəzarətinə keçməsi ilə Osmanlı hakimiyyətinin Krit adasından Trablusa köçürdüyü türklər, Suriyadan bura köç etmiş az sayda türkman və 1940-cı illərdə işçi olaraq Livanda əsasən Beyrut şəhərində yerləşmiş Türkiyə vətəndaşları olan türklər bu ölkədə türk toplumunu əmələ gətirirlər. == Yaşayış məntəqələri == Akkar türkmanları Şimal əyaləti: Akkar bölgəsində (Kobayat şəhərinin yaxılığında): Kavaşra kəndi - əhalisi 2,800 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir. Səsvermə hüququ olan əhalisi 1,066 nəfərdir. Aydamun kəndi - əhalisi 3,000 nəfərdir (10-20 iyun, 2009). Sakinlərinin 2,250 nəfərini sünni türkmanlar, 750 nəfərini isə xristian ərəblər (80% ortodoks, 20% maruni) təşkil edir .
Suriya Türkmənləri
Suriya türkmanları — Suriyada yaşayan, Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində danışan türk cəmiyyəti. Türk tayfalarının "Bələdi Şam" (indiki Suriya, Livan, İordaniya və Fələstin) adlanan ərazidə ilk məskunlaşması Səlcuqlu İmperiyasının zamanına təsadüf etmiş, bölgəyə türk tayfalarının axını Osmanlı İmperiyasının zamanınadək davam etmişdir. Suriyada əfşar, peçeneq, bayandır, baharlı və s. türk tayfaları məskunlaşmışdır. Suriyada milli tərkibi öyrənən əhali siyahıya alınmasının indiyədək aparılmaması bu ölkədə yaşayan etnik qrupların sayını müəyyən etməkdə çətinlik yaradır və bu səbəbdən səslənən bütün rəqəmlər müəyyən təxminlərdən ibarətdir. Suriyada ən aşağı qiymətləndirmələrə əsasən 750,000 maksimum isə 3,500,000 türkmənin yaşadığına dair məlumatlar mövcuddur. 1906-cı ildə çap olunmuş Hələb səlnaməsinə əsasən: Hələb şəhərinin ətrafında 350 türk kəndi vardır, bu kəndlərdə və Hələb şəhərində 200,000 nəfər, Lazikyə bölgəsində 150,000 nəfər, Təlkələ ətrafında 50,000 nəfər, Qüneytrə bölgəsində 100,000 nəfər, indiki Suriya o dövrkü digər bölglərində 300,000 nəfər olmaqla təxminən 800,000 nəfər türk yaşamaqda idi. Son məlumatlara əsasən əhalisinin təxminən sayı 23,000,000 nəfərə yüksəlmiş, türklərin sayı isə 3,500,000 nəfərə qədər artmışdır. Onlardan 1,500,000 nəfəri gündəlik danışıq dili olaraq türkcədən istifadə edir və türklük şüurunu yüksək səviyyədə qorumuşdur, 2,000,000 nəfəri isə türklük süurunu qorusa da çox az türkcə bilməkdədir və ana dillərini unutma mərhələsini yaşamaqdadır. 2010-cu ilə olan təxminə əsasən 23,000,000-luq ümumi Suriya əhalisinin 1,500,000 nəfəri türkcə danışan və etnik olaraq türk olan əhalidən, 2,000,000 nəfəri isə etnik kökən olaraq türk olan ancaq türkcəyi unutma mərhələsində olan əhalidən ibarətdir.
Əfqanıstan türkmənləri
Əfqanıstan türkmənləri — Əfqanıstanın Əfqan Türkistanı və ya Cənubi Türkistan deyilən hissəsində çoxu Türkmənistan sərhədinə yaxın, bir hissəsi isə İran (Məşhəd) sərhədində yaşayan türkmənlərin bir qolu olan türk xalqı. Sünni müsalman olub Əfqan özbəklərindən sonra Əfqanıstan türklərini təşkil edən ikinci böyük xalqdır. Özbəklərdən fərqli olaraq oturaq yox, köçəridirlər və heyvandarlıqla məşğul olurlar. 1885-ci ildə Rusiya və Əfqanıstan arasında sərhəd təyinindən sonra Türkmənistan türkmənləri ilə Xorasan türkmənləri ayırılmışlardır. Əfqanıstan türkmənlərinin əsas uruqları Ersarı, Çavdır, Yamut, Göklən, Təkə, Sarıq, Salur və Abdal uruqlarıdır. Ən böyükləri isə Ersarı uruğudur. 1990-cı illərdə əhali sayı 200000 nəfər olmuşdur. Hal-hazırda əhali sayı təxmini olaraq -1000000 600000 -1000000 nəfər təşkil edir. Əfqanıstanda olan əhalinin siyahıya alınması zamanı türkmənlərin yaşadığı bəzi kənd və qəsəbələr saya daxil edilməmişdir və demək olar ki, türkmən qadınlarının heç biri siyahıya alınmamışdır. Bunlarla birlikdə Əfqanıstan türkmənlərinin sayı 3 milyon olaraq təxmin edilir.
Aşağı Türkmənli
Aşağı Türkmənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == Aşağı Türkmənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində «Türkmənli» formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən aşağı sözü ilə -li mənsubluq şəkiliçisi qəbul etmiş qızılbaşların türkmən etnonimindən əmələ gəlib, «Türkmən tayfasının yaşadığı kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musagyuğ (Musakənd) qoyulmuşdur.
Yuxarı Türkmənli
Yuxarı Türkmənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qızılbaşların türkmən etnoniminə -li şəkilçisinin qoşulmasından əmələ gəlmiş türkmənli etnonimi əsasında formalaşmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.19.1935-ci il fərmanı ilə adı dəyişdirilib Apaqa qoyulmuşdur. Kənddə 1831-ci ildə 64 nəfər, 1873 - cü ildə 262 nəfər, 1886-cı ildə 360 nəfər, 1897-ci ildə 438 nəfər, 1904 - cü ildə 510 nəfər, 1914 - cü ildə 540 nəfər, 1916-cı ildə 460 nəfər, 1919 - cu ildə 460 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1919 - cu ilin yazında erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından qovulmuş və kənddə 1915-1918-ci illərdə Türkiyənin Sasun vilayətinin Moqdan əyalətindən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra burada ermənilərlə yanaşı 1922-ci ildə 1 nəfər, 1926-cı ildə 11 nəfər, 1931-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Onlar da 1930 - cu illərin ortalarında sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.
Türkmaneli (dərgi)
"Türkmaneli" (dərgi) — türk dilində nəşr olunmuş siyasi qəzet. "Türkmaneli" dərgisi İraq Türkman Cəbhəsinin İnformasiya Dairəsi tərəfindən üç ayda bir türk dilində işıq üzü görmüş siyasi və mədəni mövzuları əhatə edən dərgidir. Dərginin 2003-cü ildən sonra nəşri dayandırılıb. 2007-ci ildə isə yeni bir heyətlə təkrar fəaliyyətə başlayıb.
Türkmaneli (qəzet)
"Türkmaneli" (qəzet) — Ərbil şəhərində çap olunan qəzet. Qəzetin 1994-cü ildə ilk sayı İraqın quzeyində Ərbil şəhərində işıq üzü görüb. İraq Türkman Cəbhəsinin mətbu orqanıdır. Ancaq o dövrdə Barzani hakimiyyəti İraq Türkman Cəbhəsinə laqeyd yanaşıb, qəzetin bir şəxs üzərinə olmasını istəyib. Qəzetin təsisçisi Dilşad Tərzi, baş redaktoru Ümid Bənnaoğlu olub. Ərəb və türk dillərində həftədə iki dəfə işıq üzü görən qəzet orta həcmdə siyasiyönümlü qəzetdir. Qəzet Türkiyədə rəsmi şəkildə qəbul edilib. Qəzet məzmun baxımından o qədər də zəngin olmasa da o dövrdə başda ABŞ olmaqla, Avropa, Kanada və Türkiyənin bir çox yerinə qəzetin yayılması ilə İraq türklərinin səsini çatdırıb. 2003-cü ildə İraq Türkman Cəbhəsi rəhbərliyi Ərbildən Kərkükə köçdükdən sonra qəzet də Kərkükdə dərc edilməyə başlanıb. Qısa müddət çətin şərtlər altında dərc edilsə də, indi müntəzəm olaraq həftədə 2 dəfə Kərkükdə fəaliyyət göstərir.
Türkmaneli Peyk TV
Türkmaneli TV — 24 aprel 2004-cü ildə yayımlanan kanal. Türkmanların səsini dünyaya çatdıran “Türkmaneli” TV kanalı “İraqın aydınlıq üzü” şüarı ilə 2004-cü il aprelin 24-də yayıma başlayıb. İraqdakı bir çox televiziya kanalları, xüsusilə də ölkənin şimalında olan kanallar demokrat görünə bilmək üçün Yaxın Şərqdə işlək olan dillərin hamısından istifadə edərək yayım həyata keçirirlər. Çünki ölkə miqyasında yayımlanan bu kanallar müəyyən təşkilatların əlindədir. “Türkmaneli” televiziyası obyektiv yayım anlayışına üstünlük vermişdir. Zaman-zaman hücuma məruz qalan “Türkmaneli” televiziyasının Təlafər şəhərindəki ötürücüsü Amerika təyyarələri tərəfindən hədəf alınaraq yox edilib. Kərkükdəki mərkəzi binası bəzi silahlı qrupların hədəfinə çevrilib. Türkmaneli Vəqfi ilə İraq Türkman Cəbhəsi tərəfindən maliyyələşdirilən televiziyanın məqsədi ortaq dildə İraq xalqının, xüsusilə də türkmanların arasında birlik və bərabərliyi təmin etmək, milli şüuru yayaraq xalqı motivə etmək, ümumi əxlaqa hörmətlə yanaşmaq, İraq cəmiyyətinin milli və mənəvi dəyərləri, ailə sütunlarının əleyhinə yayım həyata keçirməməkdir. “Türkmaneli” televiziyası hədəf kütləsinə görə, siyasi, dini, təhsil və musiqi verilişləri nümayiş etdirir. “Sərbəst görüş”, “Xalq meydanı”, “Xalqın səsi”, “ Uşaq bağçası”, “İslam nuru”, “Dədələr yadigarı”, “Xalq ədəbiyyatı”, “Türkmaneli mətbəxi”, “İdman vəgənclik” çox izlənilən verilişlərdəndir.