Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Timir Pinegin
Timir Alekseyeviç Pinegin (rus. Тимир Алексеевич Пинегин) — sovet yaxtsmeni, yelkənli qayıq idman növü üzrə yay Olimpiya oyunlarında SSRİ-dən olan ilk çempion. Avropa və Şimali Afrika çempionatının qalibi, SSRİ idman ustası (1960), SSRİ əməkdar məşqçisi. 16-qat SSRİ çempionu: "Zvyozdnıy" — 13 qat: 1953—1962, 1964—1965, 1969 "Solinq" — 3 qat: 1970, 1972—1973 == Həyatı == Moskvada anadan olmuşdur. Onun babası Aristarx Vladimiroviç İlyin məşhur psixiatr olmuşdur. Timirin atası Aleksey Dmitriyeviç Pinegin Yakutiya MSSR Kanqalas ulusu ərazisində 1903-cü ildə doğulmuşdur. O, milliyyətcə yakut olmuşdur.. Timir Alekseyeviç ilk kiçik uğuru hələ məktəbdə ələ etmişdir. Pineginin anası Aleksandra Aristarxovna İlyina rəssamlığı bacarırdı. Timir Hərbi Dəniz Qüvvələrinin Mərkəzi İdman Klubunun heyətində çıxış etmişdir.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd.
Zıxır
Zıxır — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Zuxur oyk., sadə. Quba r-nunun Rük i.ə.v.-də kənd. Qudyal çayının sahilində, dağətəyi ərazidədir. Yerli adı Züxürdür. Kənd mənşəcə həmin r-ndakı Xanəgah kəndindən köçmüş bir qrup ailənin Züxür adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı isə tat dilindəki zil (dərə) və xiir (qüllə, saray) sözlərindən ibarət olub, “qüllə dərəsi** mənasındadır. Kəndin yaxınlığında Kəllahi adlı qəd. qala xarabalıqları var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 116 nəfər əhali yaşayır.
Qımır (Zaqatala)
Qımır — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir.
Timmia
Timmia (lat. Timmia) — bitkilər aləminin timmiales dəstəsinin timmiaceae fəsiləsinə aid bitki cinsi.
Imair
Imair Airlines (İmeyr Hava Yolları) — Azərbaycanda fəaliyyət göstərmiş (1994—2009) özəl aviaşirkət. Hava nəqliyyatlar üzrə beynəlxalq ittifaqının (IATA) üzvü idi. Qərargahı Bakı şəhərində yerləşirdi. Imair Airlines Avropa və MDB ölkələrinə sərnişin daşınmaları təmin edirdi.
Temir
Temir (qaz. Темір) — Qazaxıstanın Aqtöbe vilayətinin Temir bölgəsindəki bir şəhər. Temir şəhər administrasiyasının inzibati mərkəzi. KATO kodu —155621100. == Coğrafiyası == Temir çayı üzərində, Temir dəmir yolu stansiyasından təqribən 20 km cənubda yerləşir. == Tarixi == Şəhər 1870-ci ildə (orijinal adı Karakamıs), Emben postunun (1862-ci ildə Emba çayı üzərində tikilən) buraya köçürüldüyü zaman quruldu. 1896 -cı ildən bir mahal şəhəri olmuşdur. Daşkənd, Buxara, Ufa, Orenburq və Orsk tacirlərinin iştirakı ilə ildə iki dəfə yarmarkaların keçirildiyi XIX əsrin sonu — 20-ci əsrin əvvəllərindəki böyük bir ticarət mərkəzi. İlk məktəblər 1870-ci ildə Temir şəhərində açıldı. Əhməd Halfe məscidi qorunub saxlanılır və bərpa olunur.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi.XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Timfi
Timfi (yun. Τύμφη) — Yunanıstanda dağ. Dağ ölkənin şimal-qərbində yerləşir. Yanina prefekturasında yerləşən dağ Yunanıstanın hündürlüyünə görə altıncı dağıdır. Dağ üç pikdən ibarətdir: ən yüksək olan Qamila (Γκαμήλα). Hündürlüyü 2497 metrdir. İkinci zirvə Quradır (Γκούρα) - 2467 metr. Üçüncü zirvə isə Astrakadır (Αστράκα)- 2432 metr. Timfi dağı şərqdən qərbə doğru 20-25 km məsafədə uzanır. Eni isə 15 km-dir.
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. == Coğrafiya == Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində «Şərq» mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. == İnzibati bölgü == Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Kvinten Timber
Kvinten Rayan Krispito Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Yurrien ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Kvinten atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kvinten Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Səbahəddin Şimşir
Səbahəddin Şimşir (türk. Sebahattin Şimşir; 9 fevral 1966, Balıkəsir ili) — Türkiyə tarixçisi, Azərbaycan siyasi mühacirət tarixinin araşdırıcısı, tərcüməçi, tarix elmləri doktoru, professor. == Həyatı == Səbahəddin Şimşir 9 fevral 1966-cı ildə Türkiyə Cümhuriyyətinin Balıkesir bölgəsinin Kayapa ilçəsinə bağlı İvrindi məhəlləsində anadan olmuşdur. Kayapa ibtidai məktəbini, Bandırma Şəhid Süleyman bəy orta məktəbini, Balıkesir Muharrem Hasbi Koray Liseyini bitirmişdir. 1990-cı ildə Ege Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündən məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Ege Universitetinin Tarix bölümündə müəllim kimi çalışmağa başlamışıdr. Magistratura və doktorantura təhsilini Ege Universiteti Sosial Elmlər İnstitutunda (Sosyal Bilimlər Enstitüsü) tamamlamışdır. 2001-ci ildə de Balıkesir Universiteti Atatürk İlkeləri ve İnkılab Tarixi bölümündə müəllim kimi fəaliyyətə başlamışdır. 2002-ci ildə Balıkesir Universitetinin Tarix bölümündə Türk dünyası tarixi ixtisası üzrə dosent əvəzi, daha sonra dosent adını almışdır. 2004–2008-ci illərdə Qazaxıstanın Almatı şəhərindəki Abay Dövlət Pedaqoji Universitetində bölüm başkanı kimi fəaliyyət göstərmişdir.
Tamxil Ziyəddinoğlu
Tamxil Ziyəddinoğlu (Hacıyev Tamxil Ziyəddin oğlu; 20 mart 1958, Kurud, Qafan rayonu) — Bütöv Azərbaycan qəzetinin təsisçisi və baş redaktoru (2008), AzTv-də "Hərbi-vətənpərvərlik" şöbəsinin baş redaktoru (01.09.2016), "Zireh" və "Hünər meydanı" verilişlərinin müəllifi. Hərbi Jurnalistlər Birliyinin sədri; Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İnformasiya Proqramları Studiyasının direktor müavini (01.06.2017). Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü. == Həyatı == Tamxil Ziyəddinoğlu 20 mart 1958-ci ildə Zəngəzur mahalında, indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Kurud kəndində anadan olub. 1973-cü ildə Kurud kənd 8 illik məktəbini bitirib. Orta təhsili Gığı kənd orta məktəbində başa vurub. 1975–76-cı dərs ilində Bakı şəhərindəki 56 nömrəli Texniki Peşə məktəbini fərqlənmə ilə bitirib. 1977–79-cu illərdə Sovet Ordusu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra fasiləsiz olaraq çilingər, fəhlə, kitabxanaçı və digər işlərdə çalışıb. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsininin əyani şöbəsinə daxil olub.
Valeri Timoxin
Valeri Timoxin (15 aprel 1959) — Azərbaycanı təmsil edən stend atıcısı, məşqçi. == Karyerası == Valeri Timoxin SSRİ bayrağı altında əvvəl 1984-cü ildə İspaniyanın Saraqosa şəhərində, sonra isə 1987-ci ildə Finlandiyanın Lahti şəhərində baş tutan Avropa Çempionatlarında stend atıcığı üzrə turnirlərdə bürünc medallara sahib oldu. Komanda turnirlərində Valeri Timoxin 1986-cı ildə Dünya Çempionatını bürünc, 1989 və 1990-cı illərdə isə Dünya Çempionatlarını gümüş medallarla başa vurdu.Valeri Timoxin Sovet İttifaqını 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin nəticələrinə əsasən Valeri Timoxin olimpiadanı 196 xalla 52 idmançı sırasında 11-ci pillədə başa vurdu.Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun 31 yanvar 1991-ci il tarixli 152 nömrəli Fərmanına Valeri Vasilyeviç Timoxin Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edildi.1992-ci ildə isə Valeri Timoxin Birləşmiş Komandanı İspaniyanın Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil elədi. Bu səfər Valeri Timoxin olimpiadanı 145 xalla 60 idmançı sırasında 25-ci pillədə başa vurdu. SSRİ-nin dağılmasından sonra Valeri Timoxin beynəlxalq turnirlərdə Azərbaycanı təmsil elədi.Valeri Timoxin Azərbaycan bayrağı altında 1995-ci ildə Kiprda baş tutan Dünya Çempionatında stend atıcığı turnirində gümüş medalın sahibi oldu.Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Valeri Vasiliyeviç Timoxin "Tərəqqi" medalı ilə təltif edildi.Valeri Timoxin Azərbaycanı 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Stend atıcılığı turnirində çıxış edən Timoxin təsnifat mərhələsinin nəticələrinə əsasən 116 xalla 54 idmançı sırasında 38-ci pillənin sahibi oldu və olimpiada da mübarizəsini dayandırdı.Valeri Timoxin 1996-cı ildə idmanla vidalaşdı. Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışdı.
Yurrien Timber
Yurrien David Norman Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Kvinten ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Yurrien atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 2 noyabr 2018-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Yurrien Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Şıxmir Ağamirov
Şixmir Qabil oğlu Ağamirov (5 aprel 1990, Qusar rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şixmir Ağamirov 1990-cı il aprelin 5-də Qusar rayonunun Gican kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Şıxmir Ağamirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şıxmir Ağamirov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda Gican kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şıxmir Ağamirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İmir
İmir (Sarvan)
Məngü Timur
Məngü Timur xan — Qızıl ordanın beşinci xanı. Batı xanın nəvəsi idi. == Hakimiyyəti == Hakimiyyətinin ilk dövründə ruslarla yaxşı əlaqələr qurmuş, Rus Pravoslav kilsəsini vergidən azad etmişdi. 1274-cü ildə müstəqil olan son knyazlıq olan Smolenski də işğal etmişdi. Xubilaya qarşı Kayduya yardım edirdi. Daha sonra Kayduya qarşı gələrək ən sevdiyi oğlu Nomu xanı ona qarşı müharibəyə göndərdi. 1280-ci ildə xan boynundan aldığı zədəyə görə vəfat etdi. == Ailəsi == Məngü Timur Kunqqirat qəbiləsindən Olcay xatunla evlənmişdi. Övladları: Toxta xan Nomu xan Kokçu xan Toğrulça - Özbək xanın atası Çiçəkxatun (Anna) - Yaroslavl knyazı Fyodor Rostivlaviç ilə evlənmişdi.
Tamir çayı
Tamir çayı (monq. Тамир гол) — Monqolustanın mərkəzində, Arxanqay aymakında, Xanqay dağının dərələri boyunca axan çay. Uzunluğuna görə Tamir çayı iki qola bölünür: Şimali Tamir (monq. Хойт Тамир гол) və Cənubi Tamir (monq. Урд Тамир гол). Şimali Tamir Şalxaqiin Xoyt dağ silsiləsində başlayır, İxtamir sumunun Toqo dağında başa çatır. Cənubi Tamir isə Bulqan sumunun 25 km cənub-qərbində başlayır və Xayrxni dağ silsiləsində başa çatır. Hər iki qol Batsenqel sumunda yekunlaşır.Tamir çayı Orxon çayının əsas qoludur. Onlar Uqiynuur sumunda görüşürlər və Orxon çayı Uqiy-Nuur gölünə tökülür.
Temir Sariyev
Temir Sarıyev (Qırğızca: Темир Сариев) (d. 1963) — 2015-ci ildən etibarən Qırğızıstan Baş Naziri olan qırğız türkü siyasətçi. 157,005 (6,74%) səs toplayaraq 2009-cu il seçkilərində prezident namizədi olmuşdu.
Temir Xan
Təmir xan - türk və altay mifologiyasında dəmir ilahı. Təmür (Timür) xan olaraq da bilinər. Monqollar Tömür xan deyirlər. == Xüsusiyyətləri == Yumru saç hörgüsü vardır. Yağrını (kürək sümüyü) dəmirdəndir. Dəmir mədənlərini, dəmirçi ocaqlarını və dəmirçiləri qoruyar. "Axacaq qanı yox, çıxacaq canı yox" deyə izah edilər. Temür Xan dəmirçiləri insanlara xidmət etsin deyə göndərmişdir. Ağ dəmirçi və Qara dəmirçi deyilən iki növü vardır. Ağ dəmirçilər yaxşı ruhların, qara dəmirçiləri pis ruhların köməyini alarlar.
Timur Rodrigez
Teymur Mikayıl oğlu Kərimov (14 oktyabr 1979, Penza) — Timur Rodrigez səhnə adı ilə tanınan Azərbaycan əsilli rusiyalı şoumen, aparıcı, müğənni və aktyor. Rusiya telekanallarında efirə gedən KVN və Comedy Club kimi proqramların iştirakçısı, eləcə də Krokodil, Sexy chart, Tantsi bez pravil kimi proqramların aparıcısı olaraq məşhurluq qazanmışdır. 2010-cu ildə o Ani Lorak ilə hit bir duetə, "Uvleçeniye" (rus. Увлечение) mahnısına imza atır. 2013-cü ildə "O tebe" (rus. О тебе), 2015-ci ildə isə "Novıy mir" (rus. Новый мир) albomlarını buraxmışdır. Muz TV, HTB, THT, Musicbox kimi kanallarda bir çox proqamların aparıcısı olmuş Timur, Penzada dünyaya gəlmişdir. Atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır. Ailəlidir, 2 övladı var.
Timur Rodriguez
Teymur Mikayıl oğlu Kərimov (14 oktyabr 1979, Penza) — Timur Rodrigez səhnə adı ilə tanınan Azərbaycan əsilli rusiyalı şoumen, aparıcı, müğənni və aktyor. Rusiya telekanallarında efirə gedən KVN və Comedy Club kimi proqramların iştirakçısı, eləcə də Krokodil, Sexy chart, Tantsi bez pravil kimi proqramların aparıcısı olaraq məşhurluq qazanmışdır. 2010-cu ildə o Ani Lorak ilə hit bir duetə, "Uvleçeniye" (rus. Увлечение) mahnısına imza atır. 2013-cü ildə "O tebe" (rus. О тебе), 2015-ci ildə isə "Novıy mir" (rus. Новый мир) albomlarını buraxmışdır. Muz TV, HTB, THT, Musicbox kimi kanallarda bir çox proqamların aparıcısı olmuş Timur, Penzada dünyaya gəlmişdir. Atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır. Ailəlidir, 2 övladı var.
Timur Rəcəbov
Timur Ummatoviç Rəcəbov (19 avqust 1976, Buynaksk, Dağıstan MSSR) — Dağıstan şairi və tərcüməçisi. Rusiya Yazıçılar Birliyinin üzvü (2015). == Həyatı == Timur Rəcəbov Dağıstanda, Buynakskda anadan olub. Onun ata nəsli Rutulski rayonunun Kina kəndindən gəlir. O, milliyətcə rutuldur. === Təhsili === Timur Rəcəbov Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Prezident Rəsul Həmzətov gənc şairin 1997-ci ildə Universitetə qəbul olması üçün ona referans verir. Məktəbə getməzdən öncə Rəcəbov Cənubi Dağıstanın Azərbycanla sərhəd dağlıq hissələrində yaşayıb. Tez-tez məktəblərini dəyişərək Mahaçqala, Kaspiysk, Xasavyurt, Buynaksk şəhərlərində təhsil alıb. Kolleci bitirdikdən sonra gələcək şair Dağıstan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa qərar verir.
Gəmilər tarlaya çıxır (film, 1975)
== Məzmun == Film Azərbaycanın adlı-sanlı pambıq ustası, mexanizator Sərdar İmrəliyev haqqındadır.
Yol maşınları yola çıxır (film, 1990)
== Məzmun == Elmi-kütləvi film Mingəçevir Maşınqayırma zavodunda şose yollarının çəkilişində istfadə olunan texnikanın istehsalından bəhs edir. == Film haqqında == Film "Azərbaycan Yol Maşınları" İstehsalat Birliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Rafiq Məmmədov, Nemət Rzayev Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov == Sponsor == "Azərbaycan Yol Maşınları" İstehsalat Birliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.