TƏXİR

is. [ ər. ] Yubanma, gecikmə, ləngimə.
…Məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə. C.Məmmədquluzadə.

□ Təxir etmək – yubatmaq, gecikdirmək, ləngitmək, sonraya saxlamaq (keçirmək).
[Mələkə:] Zənn edirəm ki, hökmdar mənim bu arzumu yerinə yetirməkdə təxir və tərəddüd etməyəcəkdir. M.S.Ordubadi.

Təxirə düşmək – yubanmaq, gecikmək, ləngimək.
…Azərbaycan nümayəndələri yubandığı üçün bu iş bir az təxirə düşmüşdü. M.S.Ordubadi.

Təxirə salmaq – yubatmaq, gecikdirmək, ləngitmək, sonraya qoymaq.
[Sədr:] Hələlik tədbir görülməni təxirə salmaq tərəfdarları əllərini qaldırsın. Çəmənzəminli.
[Cavanşir:] Biz hücumu təxirə sala bilmərik. M.Hüseyn.

TƏXFİF
TƏXİRƏSALINMAZ
OBASTAN VİKİ
Güllələnmə təxirə salınır!... (film, 2002)
Güllələnmə təxirə salınır! — Rejissor Ələkbər Muradovun filmi. == Məzmun == Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər... 1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar... Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. == Film haqqında == Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir.

Digər lüğətlərdə

говоря́щий гусеобра́зные затрудня́ть поно́шенность сблева́ть смерка́ться смяте́нный угро́зыск уничтоже́ние зложела́тельство несоверше́ние палеопато́лог запас carl coachful gathering-cry indigestion sideswipe untenantable вазон каноэ натуроплата прессование прокрасться штиль