Timur Rodrigez
Teymur Mikayıl oğlu Kərimov (14 oktyabr 1979, Penza) — Timur Rodrigez səhnə adı ilə tanınan Azərbaycan əsilli rusiyalı şoumen, aparıcı, müğənni və aktyor. Rusiya telekanallarında efirə gedən KVN və Comedy Club kimi proqramların iştirakçısı, eləcə də Krokodil, Sexy chart, Tantsi bez pravil kimi proqramların aparıcısı olaraq məşhurluq qazanmışdır.
2010-cu ildə o Ani Lorak ilə hit bir duetə, "Uvleçeniye" (rus. Увлечение) mahnısına imza atır. 2013-cü ildə "O tebe" (rus. О тебе), 2015-ci ildə isə "Novıy mir" (rus. Новый мир) albomlarını buraxmışdır.
Muz TV, HTB, THT, Musicbox kimi kanallarda bir çox proqamların aparıcısı olmuş Timur, Penzada dünyaya gəlmişdir. Atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır. Ailəlidir, 2 övladı var.