Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızılca
Qızılca — qızılca virusunun yaratdığı yüksək yoluxucu, peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəlik. Simptomlar adətən yoluxmuş şəxslə təmasda olduqdan 10–12 gün sonra başlayır və 7–10 gün davam edir. İlkin simptomlar adətən 40 °C (104 °F)-dən yuxarı qızdırma, öskürək, burun axması və iltihablı gözlərdir. Simptomların başlamasından iki və ya üç gün sonra ağızda Koplik ləkələri kimi tanınan kiçik ağ ləkələr meydana gələ bilər. Adətən üzdə başlayan və sonra bədənin qalan hissəsinə yayılan qırmızı, yastı səpgilər adətən simptomların inkişafından 3–5 gün sonra başlayır. Əsas fəsadlara ishal (8% hallarda), ortaqulaq iltihablanması (7%) və pnevmoniya (6%) daxildir. Daha az hallarda epileptik tutma, korluq və ya beynin iltihabı baş verə bilər. Qızılca, yoluxmuş insanların öskürməsi və asqırması ilə bir insandan digərinə asanlıqla keçən, hava-damcı yolu ilə yoluxulan xəstəlikdir. Xəstəlik son dərəcə yoluxucudur: xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpgilərin başlamasının dörd gün əvvəlindən dörd gün sonrasına qədər başqalarına yoluxdura bilərlər.
Qızılca (Bicar)
Qızılca (fars. قزلجه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 200 nəfər yaşayır (44 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qızılca (Bostanabad)
Qızılca (fars. قزلجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (23 ailə).
Qızılca (Culfa)
Qızılca — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Kənd salındığı ərazinin adını daşıyır. Əhalisi 457 nəfərdir.
Qızılca (Göygöl)
Qızılca — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Qızılca oyk., sadə. Culfa r-nunun Kimə ə.v.-də kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Kənd salındığı ərazinin adını daşıyır; Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Kəndin adı Qızılca dağının adındandır; Laçın r-nunun Zabux i.ə.v.-də kənd. Qarabağ yaylasmdadır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtile Ermənistanın Sisyan r-nundakı Qızılca kəndindən köçməyə məcbur olmuş ailələr salmış və kənd tərk edilən yurdun adı ilə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1087 nəfər əhali yaşayır.
Qızılca (Laçın)
Qızılca — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd. Qızılca kəndi Qarabağ vulkanik yaylasındadır. . 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Qədim Kürd tayfasının “Şadmanlılar”soy kökündən olan və Türkiyənin Həkəri vadisinin Qızılca obası əhalisinin çox hissəsi XV əsrin sonu XVI əsrin əvvəlində vaxtaşırı baş verən müharibələrdən və yoxsulluqdan əziyyət çəkdikləri üçün yaşadıqları əraziləri tərk edərək indiki Azərbaycan ərazilərinə köç etmişlər.Onların bir qrupu cənubi Azərbaycanda məskən salmış, başqa bir qrupu Qərbi Azərbaycanın Sisyan mahalında məskən salmış, başqa bir qrupu indiki Şəki və Daşkəsən rayonlarında, digər bir qrupu isə Laçın rayonunun ərazisində məskən salmışlar. Maraqlı cəhət ondan ibarətdir ki,həmin ailələr harada yaşamaqlarından asılı olmayaraq öz obalarının adını yaşadıqları kəndlərə vermiş və keçmiş adət-ənənələrini uzun müddət yaşatmışlar. Etibarlı mənbələrin məlumatına görə Türkiyədən köçərək Naxçıvana oradan isə Araz çayı aşağı hərəkət edən 30-a yaxın ailə sonradan Arazın sol qolu (Həkəri) yuxarı gələrək indiki Laçın şəhəri ilə üzbəüz ərazidə çayın sağ və sol sahillərində məskən salmışlar. Etimal olunur ki, çayada Həkəri adın həmin insanlar vermişlər. Hətta Qubadlı rayonunda Həkəri çayı sahilindəki Həkəri kəndi əhalisinin ulu babalarının da Türkiyədən gəlməsi söylənilir. Onların ilk məskən saldıqları yurd, yer adları indidə əvvəlki kimi söylənilir.
Qızılca (Miyanə)
Qızılca (fars. قزلجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 49 nəfər yaşayır (16 ailə).
Qızılca (Salmas)
Qızılca (fars. ‎قزلجه‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (60 ailə).
Qızılca (Smilacoideae)
Qızılca (Xoy)
Qızılca (fars. قزلجه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qızılca (xəstəlik)
Qızılca — qızılca virusunun yaratdığı yüksək yoluxucu, peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəlik. Simptomlar adətən yoluxmuş şəxslə təmasda olduqdan 10–12 gün sonra başlayır və 7–10 gün davam edir. İlkin simptomlar adətən 40 °C (104 °F)-dən yuxarı qızdırma, öskürək, burun axması və iltihablı gözlərdir. Simptomların başlamasından iki və ya üç gün sonra ağızda Koplik ləkələri kimi tanınan kiçik ağ ləkələr meydana gələ bilər. Adətən üzdə başlayan və sonra bədənin qalan hissəsinə yayılan qırmızı, yastı səpgilər adətən simptomların inkişafından 3–5 gün sonra başlayır. Əsas fəsadlara ishal (8% hallarda), ortaqulaq iltihablanması (7%) və pnevmoniya (6%) daxildir. Daha az hallarda epileptik tutma, korluq və ya beynin iltihabı baş verə bilər. Qızılca, yoluxmuş insanların öskürməsi və asqırması ilə bir insandan digərinə asanlıqla keçən, hava-damcı yolu ilə yoluxulan xəstəlikdir. Xəstəlik son dərəcə yoluxucudur: xəstəliyə qarşı immuniteti olmayan və yoluxmuş bir insanla eyni yaşayış məkanını paylaşan on nəfərdən doqquzu yoluxur. İnsanlar xəstəliyi səpgilərin başlamasının dörd gün əvvəlindən dörd gün sonrasına qədər başqalarına yoluxdura bilərlər.
Qızılca (İcrud)
Qızılca (fars. قزلجه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 200 nəfər yaşayır (66 ailə).
Qızılca (Şəbüstər)
Qızılca (fars. قزلجه‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (62 ailə).
Qızılca (Əbhər)
Qızılca (fars. قزلجه‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 222 nəfər yaşayır (48 ailə).
Qızılca (Əhər)
Qızılca (fars. قزلجه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (18 ailə).
Qızılca bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qızılca nekropolu
Qızılca nekropolu — Culfa rayonunun Qızılca kəndindən cənubda arxeoloji abidə. AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmışdır. Nekropolun ərazisi əkin sahəsi kimi istifadə edildiyindən təpənin üzəri şumlanmış və qəbirlər tamamilə dağıdılmışdır. Sahəsi 845 m²- dir. Nekropolun ərazisində xeyli daş yığınlarına rastlandığından qəbirlərin daş qutu tipli olduğunu ehtimal etmək olar. Nekropolda aparılan araşdırmalar zamanı qəbirlərin dağıdılması zamanı aşkar olunan keramika parçaları toplanmışdır. Keramika nümunələri çəhrayı rəngdə yaxşı bişirilmişdir. Aşkar olunan keramika nümunələrinə əsasən nek- ropolu e.ə. 4-1 əsrlərə aid etmək olar.
Yeni Qızılca
Yeni Qızılca — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Qızılca kənd inzibati ərazi dairəsinin tərkibində yeni salınmış yaşayış məntəqəsi Yeni Qızılca kəndi adlandırılmaqla rayonun ərazi vahidləri siyahısına daxil edilmiş və bu kənd mərkəz olmaqla, Yeni Qızılca kənd inzibati ərazi vahidi yaradılmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1173 nəfər əhali yaşayır.
Qızılca (Mahnişan)
Qızılca (fars. قزلجه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (26 ailə).
Qızılca (kəpənək)
Qızılca (lat. Thersamonia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Qızılca (dəqiqləşdirmə)
Qızılca — kəskin yoluxucu virus xəstəliyi. Həmçinin bu mənaları da ifadə edə bilər: Azərbaycan Qızılca (Culfa) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Qızılca (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Yeni Qızılca — Azərbaycanın Göygöl rayonunda kənd. Qızılca (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. İran Qızılca (Xoy) — Qızılca (Salmas) — Qızılca (Şəbüstər) Qızılca Ərşad (Çaroymaq) Qızılca (Miyanə) Qızılca (Bicar) ‎Qızılca (Əbhər) Qızılca (İcrud) Qızılca (Mahnişan) Qızılca (kəpənək) — göycələr fəsiləsinə aid kəpənək cinsi. Qızılca Dövlət Təbiət Yasaqlığı — 1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatında yaradılmış yasaqlıq.
Qızılca peyvəndi
Qızılca peyvəndi qızılcaya yoluxmaqdan qoruyur. Bir dozadan sonra immuniteti formalaşmayanların demək olar ki, hamısı ikinci dozadan sonra immunitet yaradır. Bir cəmiyyətdə peyvənd nisbəti 92%-dən çox olduqda, qızılca epidemiyaları adətən artıq baş vermir; Ancaq peyvənd nisbəti azalarsa, bu təkrarlana bilər. Peyvəndin effektivliyi uzun illər davam edir. Zamanla daha az təsirli olub-olmadığı aydın deyil. Peyvənd həmçinin qızılcaya məruz qaldıqdan sonra bir neçə gün ərzində verilərsə, qızılcadan qoruya bilər. Peyvənd ümumiyyətlə QİÇS-ə yoluxmuş insanlar üçün belə təhlükəsizdir. Uşaqların əksəriyyətində heç bir yan təsir müşahidə olunmur; qızdırma, səpgi, inyeksiya yerində ağrı və oynaqların sərtliyi kimi baş verənlər isə adətən yüngül və qısamüddətli olur. Anafilaksiya hər milyon dozada təxminən 3,5–10 halda qeydə alınmışdır. Guillain Barre sindromu, autizm və iltihablı bağırsaq xəstəliyinin dərəcələri qızılca peyvəndi ilə artmır.
Livilla
Liviya Yuliya (lat. Livia Ivlia), Klavdiya Liviya Yuliya (lat. Claudia Livia Ivlia), Livilla (lat. Livilla Liviyanın əzizlənmə, kiçildilmə forması) (e.ə. 13, Roma – 31, Roma) Neron Klavdi Druz və Gənc Antonianın qızı IV Roma imperatoru Klavdinin bacısi, Seyana qarşı sui-qəsdin iştirakçısı. Xatirənin lənətlənməsi damğası almışlardandır. == Ailə həyatı == === Birinci nikah === İlk dəfə e.ə. 2-ci ildə, 10 yaşında Avqust tərəfindən Aqrippin ölümündən dərhal sonra oğulluğa götürülmüş 17 yaşlı Qay Yuli Sezar Vipsaniana ərə verilmişdir. O zamanlar Qay Yuli Avqust səltənətinin inamlı xələfi sayılırdı. Nikah 6 il sürür.
Sivilcə
Sivilcə — üz, çiyinlər, bel, sinədəki yağ bezləriylə əlaqəli dəri xəstəliyidir.14-20 yaş insanlar arasında daha çox yayılır və gənclər arasında psixoloji narahatlıqlara yol açır.Yağ bezlərinin kanalında tıxac yaranır və bu tıxacın başı daha da bərkiyib qaralır.Bəzən, kanal tıxalı olduğu halda, bez, yağ ifraz etməyə davam edər və beləcə içərisi yağ dolu kist yaranar.Qara nöqtələrə tibbdə komedon adı verilir.Genetik tutarlılıq, stres, yağlı kosmetik məhsullar, hiperandrogenizm risk faktorları arasında sayılır.
Tiviçay
Tiviçay — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində çay. Gilançayın sol qoludur. Xəzəryurd dağının ətəyindən, 2980 m hündürlükdən başlanır. Uzunluğu 9 km-dir. Yeraltı sular və qar suları ilə qidalanır.
Aşağı Qızılca (Soyuqbulaq)
Aşağı Qızılca (fars. قزلجه سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).
Qızılca Qamışlı (Çaroymaq)
Qızılca Qamışlı (fars. قزلجه قمشلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 123 nəfər yaşayır (24 ailə).
Qızılca Ərşad (Çaroymaq)
Qızılca Ərşad (fars. قزلجه ارشد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (19 ailə).