Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tisiano Veçelli
Tisian Veçellio (it. Tiziano Vecellio; təq. 1490 – 27 avqust 1576[…], Venesiya) — İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. Belluno yaxınlığında, Pyeve-di-Kadoredə (Venesiya respublikası) doğulmuşdur. Doğulduğu yerlə əlaqədar olaraq yaşamı boyunca tez-tez da Kadore deyə də xatırlanır. == Yaradıcılığı == Müasirləri tərəfindən "Kiçik Ulduzlar arasında Günəş" ("The Sun Amidst Small Stars") (Dantenin "Cənnət"indən sonuncu misra) kimi adlanan Tisian universal İtalyan rəssamlarından biri olmuşdur. Məharətli rəssam çoxsaylı portretlərin, təbiət mənzərələrinin, mifik və dini mövzulu əsərlərin müəllifidir. Onun rəssamlıq metodikası, xüsusilə rənglərin istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin qərb incəsənətinin görkəmli nümayəndələrinə də öz əsaslı təsirini göstərə bilmişdir.Yaşadığı müddətcə rəssamlıq tərzində çox dəyişkənlik müşahidə olunsa da rənglərə olan marağını qorumuşdur. Baxmayaraq ki, onun püxtələşmiş işləri erkən dövrlərdəki kimi açıq, işıqlı tonlu işlərinə bənzəməsə də sərbəst fırça toxunuşu və zəriflik çalarları qərb rəssamlıq tarixi nümunələrində rastlanılmır. == Bioqrafiya == === Erkən yaşları === Tisianın dəqiq doğum tarixi məlum deyildir.
Bədəlli
Bədəlli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin əsl adı Şahbədəllidir. Sovet dövründə toponimin birinci komponenti atılmışdır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Şirvanın dağlıq zonasında, Qobustanda yaşamış ərəbqədim tayfasının üç qolundan biri olan şahbədəlli tirəsinə mənsub ailələr tərəfindən salınmış və onların adı ilə adlandırılmışdır. Etnotoponimdir. 1933-cü ildə Ağdaş rayonunun Havarlı inzibati ərazi vahidində Bədilli kəndi qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Pirsaatçayın sol sahilindən 6 km. aralı, Mərəzə yaylasında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 634 nəfər əhali yaşayır.
Məcəllə
Məcəllə (lat. codex — kitab) — bir və ya bir neçə sahənin sitemləşdirilmiş normalarını özündə birləşdirən hüquqi akt. Məcəllənin strukturu əsasən sahənin sitemini əks etdirir. Sahə haqqında qanunvericiliyin məcəllə ilə sistemləşdirilməsi sahə ilə bağlı müxtəlif normaların vahid normativ kompleksə salınma prosesidir. == Mənbə == Кодексы морали. Профессиональная этика Arxivləşdirilib 2008-09-05 at the Wayback Machine (rus.) Кодексы Республики Беларусь. Новые редакции. Архив Кодексы Украины. Комментированные кодексы. Arxivləşdirilib 2014-09-19 at the Wayback Machine Земельный кодекс Украины, с изменениями и дополнениями по состоянию на 22 марта 2010).
Rəcəbli
Rəcəbli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Təkərli
Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkəli türk etnonimi əsasında əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nın 19.
Təkəli
Təkəli (Sarvan) — Sarvan bələdiyyəsində kənd. Təkəli (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Anar Nəcəfli
Anar Nəcəfli — Xəzər TV-nin "Xəzər Xəbər" verilişinin aparıcısı. == Həyatı == 1980-ci ilin noyabr ayında Ucar rayonunda anadan olub. 1998-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur. 2002-ci ildə həmin fakültəni bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən qayıdandan 1 il sonra ANS şirkətlər qrupuna işə düzəlmiş və "İç xəbər" verilişində müxbir kimi çalışmışdır. Ancaq sonradan aparıcı kimi də fəaliyyət göstərməyə başlamışdır. 2007-ci ildə isə müəyyən problemlər səbəbindən ANS-dən uzaqlaşmış və "Bürc FM" radiosunda işə düzəlmişdir. Əvvəl "Bürc FM"də xəbərlər buraxılışı olmayıb o, gələndən sonra burada "Xəbərlər" proqramı fəaliyyətə başlamış və 2-3 saatdan bir efirə çıxmışdır. Bir müddət sonra isə "Xəzər" telekanalı yarandığından fəaliyyətini burada davam etdirmişdir. "Xəzər" telekanalında həm müxbirlik, həm də aparıcılıq edirdi.
Bədəlli bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Faiq Rəcəbli
Faiq Rəcəbli — Azərbaycanın tanınmış idman fotoqrafı == Həyatı == Faiq Rəcəbli 1927-ci ildə Gəncə şəhərində anadan olub. Hər şey atasının Faiqin şagird olan vaxtlarında fotoaparat bağışlaması ilə başlayıb. Başlanğıcda həvəskar kimi çəksədə, ama vaxt keçdikcə bu bir xobbiyə çevrilib. Uşaqlıq illərindən etibarən idmana maraq göstərən F.Rəcəbli orta məktəbi bitirdikdən sonra əvvəlcə texnikumda oxuyur. Daha sonra isə Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olur və 1954-cü ildə oranı bitirir. O, idmançı kimi fəaliyyət göstərməsə də, idmandan da kənarda qalmır. Belə ki, o, institutu bitirdikdən sonra idman sahəsi üzrə fotoqraf işləməyə başlayıb. F.Rəcəbli “Sovet idmanı” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, SSRİ jurnalistlər birliyinin üzvü olub. Qeyd edək ki, Faiq Rəcəblinin şəxsi arxivində fotoqraf kimi çalışdığı 60 il ərzində 100 mindən artıq orijinal şəkil yığılıb. Tanınmış idman fotoqrafı Faiq Rəcəbli 2012-ci ildə 85 yaşında uzunsürən xəstəlikdən vəfat edib.
Fuad Nəcəfli
Fuad Vahid oğlu Nəcəfli (1975, Kolanı, Şahbuz rayonu) – Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi. Bu vəzifəyə 22 dekabr 2022-ci ildə təyin olunmuşdur. == Həyatı == Fuad Nəcəfli 1975-ci ildə Şahbuz rayonunda anadan olub.Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib.Əmək fəaliyyətinə 2000-ci ildə Bakı şəhərində 1 saylı yeri İqtisad Məhkəməsində başlayıb. Beynəlxalq Sığorta Şirkətində, "Star Alyans" Sığorta Şirkətində, "Texnikabank"da, "Paşa Holdinq" MMC-də və digər qurumlarda müxtəlif vəzifələrdə işləyib.2019-cu ildən "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Müşahidə Şurasının üzvüdür.
Güntəkin Nəcəfli
Güntəkin Cəmil qızı Nəcəfli (1968, Horadiz, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı, AMEA A.Bakıxanov adına Tarix İnstitutu aparıcı elmi işçisi, "Tarix və gercəklik" jurnalının redaksiya heyətinin, Tarix İnstitutunun Elmi Şurasının və Elmi Seminarının, Atatürk Araşdırma Mərkəzinin üzvü, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Güntəkin Nəcəfli 1968-ci ildə Füzuli rayonunun Horadiz kəndində doğulmuşdur. 1985-ci ildə həmin kəndin orta məktəbini əla qiymətlə bitirmişdir. 1988-ci ildə 3 illik əmək stajı ilə Bakı dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 1993-cü ildə ilk ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 1998-ci ildə "Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsr)" mövzusunda tarix üzrə fəlsəfə doktorluğu üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1996–2017-c illərdə Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun "Azərbay canın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi" "Azərbaycanın beynəlxalq əlaqələri tarixi" və "Azərbaycan xalqına qarşı soyqırımlar tarixi" şöbələrində çalışaraq kiçik elmi işçidən aparıcı elmi işçiyə qədər yüksəlmiş dir. Hazırda "Qarabağ tarixi" şöbəsinin müdiridir. 100-dən çox çapdan çıxmış elmi əsərin müəllifidir.
Hadi Rəcəbli
Hadi Rəcəbli və ya Hadi Rəcəbov (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu) — I–V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor. == Həyatı == Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Hadı Rəcəbli
Hadi Rəcəbli və ya Hadi Rəcəbov (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu) — I–V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor. == Həyatı == Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Kamran Rəcəbli
Kamran Rəcəbli — aktyor. == Həyatı == 1966-1976-cı illərdə Bakıda 1 nömrəli məktəbdə təhsil almışdır. ABŞ-də yaşayır. Uşaq rollarının ən mahir ifaçlarından biridir. Ailəlidir. İki övladı var. 2010-cu ildə Azərbaycanda olmuşdur. == Filmoqrafiya == Torpaq. Dəniz. Od.
Minaxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. == Elmi fəaliyyəti == Azərbaycan EA-nın müxbir üzvü professor Afat Qurbanovun rəhbərliyi ilə 1983-cü ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik adını almışdır. 1995-ci ildə Pedaqoji Universitetin dosenti seçilmişdir. Rus yazıçılarının əsərləri üzrə türk elementlərinin tədqiqinə böyük maraq göstərmişdir. 2004-cü ildə uğurla "Rus dilində türk sözləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2006-cı ildən professor adına layiq görülmüşdür. Prof.dr. Minəxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya kültüründəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır. Elmi axtarışlarla bərabər bədii yaradıcılıqla da məşğul olur, türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. Ana dilinin və vətən tarixinin keçmişi və müasir məsələlərinə dair radio və televiziyada müntəzəm çıxış edir.
Minəxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. == Elmi fəaliyyəti == Azərbaycan EA-nın müxbir üzvü professor Afat Qurbanovun rəhbərliyi ilə 1983-cü ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik adını almışdır. 1995-ci ildə Pedaqoji Universitetin dosenti seçilmişdir. Rus yazıçılarının əsərləri üzrə türk elementlərinin tədqiqinə böyük maraq göstərmişdir. 2004-cü ildə uğurla "Rus dilində türk sözləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2006-cı ildən professor adına layiq görülmüşdür. Prof.dr. Minəxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya kültüründəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır. Elmi axtarışlarla bərabər bədii yaradıcılıqla da məşğul olur, türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. Ana dilinin və vətən tarixinin keçmişi və müasir məsələlərinə dair radio və televiziyada müntəzəm çıxış edir.
Məhəlli sular
Məhəlli sular - hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Oruc Nəcəfli
Oruc Rövşən oğlu Nəcəfli (6 oktyabr 1989; Yevlax rayonu, Azərbaycan SSR — 17 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Nəcəfli 1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda "İnformatika və hesablama texnikası" ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Oruc Nəcəfli 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Oruc Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Nəcəfli oktyabrın 17-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Sadiq Nəcəfli
Sadiq Nüsrət oğlu Nəcəfli (22 iyun 2000, Yuxarı Cürəli, Biləsuvar rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sadiq Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Sadiq Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Nəcəfli noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Nəcəfli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Nəcəfli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Nəcəfli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Tofiq Nəcəfli
Tofiq Hümbət oğlu Nəcəfli — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi elmi əsərlərin qiymətləndirilməsi şurasının üzvü, tarix üzrə elmlər doktoru. == Həyatı == Tofiq Hümbət oğlu Nəcəfli 1960-cı ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. 1982—1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) tarix fakültəsini əla qiymətlərlə bitirmişdir. 1990—1993-cü illərdə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almış və 1993-cü ildə həmin İnstitutun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 1994-cü ilin iyununda «Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisidir. Onun «Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında» (Bakı, 2000), “Qaraqoyunlular və Ağqoyunlular” (Təbriz, 2012) və “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri” (Bakı, 2012) adlı monoqrafiyaları çap olunmuşdur. Bununla yanaşı, o, 6 elmi-metodik kitabın və dərs vəsaitinin, habelə 100-dən artıq elmi məqalənin müəllifidir. Türkiyə, Çexiya, Rusiya Federasiyası və İran İslam Respublikasında keçirilmiş beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Türkiyə, İran, Argentina və Rusiyada onun elmi məqalələri çap olunmuşdur.
Təhləli Novruz
Təhləli Novruz (22 mart 1912, Borçalı qəzası) — Azərbaycanlı sufi-şair. Təhləli Novruz 1912-ci ilin martın 22-də Qarayazı bölgəsində, indiki Qardabani rayonunun Təhlə kəndində anadan olub. O hələ balaca imişkən oxumayacağını demişdi ancaq 17 yaşında şair bir çox şeir yazmağa başladı 1939-cu ildə şairin atasını sürgün etmişdilər.Belə şeylər Qarayazı kəndində çox olurdu 1940-cı ildə şairiə şər atılıb dustaqxanaya salmışdırlar və ona 10 il iş vermişdilər.Təhləli Novruz 9ğ-cu ili bitəndı şairi azad etmişdirlər çünki Sovet itdifakı dağılmışdı. Təhləli Novruzun şeirləri və bir dastanı ilk dəfə ədəbiyyatşünas Əbdüləli İbrahimsoy tərəfindən 1991-ci ildə çap olunub. Daha sonra Allahverdi Təhləli tərəfindən şairin şeirlər kitabı çapdan çıxıb. Kitabda şairin 360-a yaxın şeiri toplanıb. Təhləli Novruzun “Zərqam uşaq” və “Sam şahzadəsi” dastanları Azərbaycan və Gürcüstan dastanları toplusunun 5-ci cildində çap olunub.
Əbülfəz Rəcəbli
Əbülfəz Rəcəbli (tam adı: Əbülfəz Əjdər oğlu Rəcəbli) — Talış əsilli Azərbaycan alimi; türkoloq; ümumi dilçi; filologiya elmləri doktoru; professor; Əməkdar müəllim. == Həyatı == Əbülfəz Əjdər oğlu Rəcəbli 1936-cı il mayın 6-da Lənkəran şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1971-ci ildə isə ikinci institutu – Azərbaycan Dövlət Pedaqoji Dillər institutunun ingilis dili fakültəsini bitirmişdir. 1985-ci ildə isə Markizm-leninizm universiteti ideoloji kadrlar fakültəsinin beynəlxalq münasibətlər şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1963-cü illərdə nəşriyyatlarda əvvəlcə korrektor, sonra redaktor işləmişdir. 1963-cü ildə BDU-nun aspiranturasına daxil olmuş və Qırğızıstan EA-ya ezam edilmişdir. 1967-ci ilin dekabrında “Qədim türk yazısı Orxon-Yenisey abidələrinin dili. Morfologiya” mövzusunda namizədlik, 1978-ci ilin martında “Orxon-Yenisey abidələri dilində felyaratma” mövzusunda doktorluq dissertasiya müdafiə etmişdir.
Əhməd Rəcəbli
Əhməd Rəcəbli (28 sentyabr 1898, İrəvan – 15 dekabr 1963, Moskva) — azərbaycanlı seleksiyaçı alim, genetik, professor, aqronom, pedaqoq, cümhuriyyət tələbəsi, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) akademiki. Stalin repressiyalarının qurbanlarından olan Əhməd Rəcəbli 100-dən çox elmi məqalənin və 24 monoqrafiyanın müəllifidir. O, Azərbaycanda ilk dəfə meyvə və dənli bitkilərin xalq seleksiyasının əvvəllər məlum olmayan nadir sortlarını qeydə alıb təsvir etmiş, onların istehsalata tətbiqini tövsiyə etmişdir. Əhməd Rəcəbliyə məxsus sənədlər hazırda Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə edilir. == Həyatı == === Uşaqlıq illəri və təhsil həyatı: 1898–1923 === Əhməd Rəcəbli 1898-ci il sentyabrın 28-də İrəvan şəhərində Məşədi Cabbar Məşədi Cəfər oğlunun və Kübra xanım Hacı Xəlil qızının ailəsində anadan olub. 1907-ci il sentyabrın 15-də İrəvan şəhərindəki İrəvan kişi gimnaziyasına daxil olub və 1916-ci il iyunun 1-də tam səkkizillik kursu bitirib. Hələ 1916-cı il yanvarın 1-də gimnaziyanın pedaqoji şurasının qərarı ilə nümunəvi davranışı və təhsildə qazandığı uğurları ilə əlaqədar Əhməd Məşədi Cabbar oğlu Rəcəbliyə gümüş medal verilib. O, elə həmin il Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. 1918-ci ildə "Azərbaycan füqərası" qəzetinin redaksiyasında korrektor işləyib. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yüz nəfər tələbənin xarici universitetlərdə təhsil almasının təmin edilməsi üçün Təhsil Nazirliyinin büdcəsinə 7 milyon rubl pul köçürülməsinə dair qərarından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə təhsilini davam etdirmək üçün Avropaya göndərilib.
Əhməddin Rəcəbli
Əhməddin İzzət oğlu Rəcəbli (d. 1945, Acıaxur, Qusar, Azərbaycan SSR, SSRİ) – Azərbaycan samboçusu və cüdoçusu, cüdo və sambo məşqçisi. Azərbaycan əməkdar məşqçisi (1981). Cüdoçu Zaur Rəcəbli və Elxan Rəcəblinin atası.
Əli Rəcəbli
Əli Məhəmməd oğlu Rəcəbli (1927, Göyəm, Zaqatala rayonu – 12 noyabr 2022, Bakı) — tarix elmləri doktoru, professor, numizmat-arxeoloq, Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi fondunun şöbə müdiri. == Həyatı == Professor Əli Məhəmməd oğlu Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunun Göyəm kəndində anadan olmuşdur. Əli Rəcəbli 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq Saleh Qazıyevin təklifi ilə "numizmatika" ixtisası üzrə respublikada ilk aspirant olaraq muzeyin aspiranturasına daxil olmuşdur. Əli Rəcəbli 12 noyabr 2022-ci ildə uzunsürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib. == Elmi fəaliyyəti == Azərbaycan numizmatikasının layiqli nümayəndəsi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Əli Məhəmməd oğlu Rəcəbli respublikamızda numizmatika elminin və numizmatika fondunun əsasını qoymuş məşhur numizmat-arxeoloq, prof. Yevgeni Aleksandroviç Paxomovun yeganə və sözün əsl mənasında ləyaqətli yetirməsi olaraq bu elmin inkişafı üçün bütün səy və bacarığını sərf etmişdir. Əli Rəcəbli 1951-ci ildə S.М.Кirov adına Azərbaycan Dövlət universitetinin (hazırda Bakı Dövlət universiteti) "şərqşünaslıq" fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Tarixi Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) sabiq direktoru, məşhur arxeoloq, professor Saleh Qazıyevin təklifi ilə muzeyin aspiranturasına ("numizmatika" ixtisası üzrə) daxil olmuşdur. 1963-cü ildə Qəbələ rayonunda aşkarlanmış dəfinədəki (158 ədəd) sikkələri təyin və tədqiq edən t.e.d., professor Əli Rəcəbli II Bəhram dövrünə aid çoxsaylı gümüş dirhəmlərin əksəriyyət təşkil etdiyini (154 ədəd) müəyyən etmişdir. 1968-ci ildən hal-hazıradək Milli Azərbaycan Tarixi Muzeyinin "Numizmatika və epiqrafika" şöbəsinin müdiri vəzifəsində çalışan Əli Rəcəbli Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından biri olmaqla yanaşı respublikamızda diyarşünaslıq işinin təşkili sahəsində də xüsusi yeri olan aparıcı mütəxəssislərdəndir. Məhz onun səyləri nəticəsində mühafizi olduğu və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidəsinin saxlanıldığı Muzeyin Milli Numizmatika Fondu Azərbaycanın yeganə va zəngin sikkə xəzinəsi, numizmatik tədqiqatlar mərkəzi kimi şöhrət tapmışdır.
Koriolis təcili
Biz müəyyən bucaq sürətilə fırlanan hesabat sistemində yerləşən cismə təsiri nəzərdən keçirərkən cismin fırlanan sistemə görə sükunətdə olduğunu qəbul etmişik . Əksər hallarda fırlanan sistemə nəzərən müəyyən irəliləmə hərəkətində iştirak edən cismin hərəkətini öyrənməli oluruq . Belə olduqda qarşımıza təbii bir sual çıxır : fırlanan sistemlərə nəzərən hərəkət edən cisimlərə , məsələn , Yer üzərində hərəkət edən adamlara , nəqliyyat vasitələrinə , axan çaylara mərkəzəqaçma ətalət qüvvəsindən əlavə başqa qüvvələrdə təsir edirmi ? Bu sualın cavabını ilk dəfə olaraq fransız alimi Koriolis ( 1795-1843 ) vermişdir . Yer Günəş ətrafında hərəkətlə yanaşı öz oxu ətrafında da fırlandığından , ona fırlanan sistem kimi baxa bilərik . Belə olduqda Yer üzərində hərəkət edən bütün cisimlərə Koriolis qüvvəsi təsir göstərməli və bu təsirlərin nəticəsi müşahidə edilmələdir . Müşahidələr göstəmişdir ki , həyatda Koriolis qüvvəsi təsir göstərir və bu təsirlərin nəticəsi müşahidə olunur . Çaylar cənub yarımkürəsində cənuba , şimal yarımkürəsində isə şimala axdığından çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol , şimal yarımkürəsində isə sağ sahillərinin nisbətən çox yuyulub aparılması ( bu hadisə Bera qanunu adlanır ) Koriolis qüvvəsini təsiri ilə izah olunur . Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ , cənubda isə sol relslərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır . Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində şərqə , cənub yarımkürəsində qərbə doğru meyl edir .
Keçəllik
Alopesiya (keçəllik, q.yun. ἀλωπεκία lat. alopecia — keçəlləşmə, saş tökülməsi) — saçın pataloji tökülməsi, baş nahiyəsində saçların tam və ya qismən seyrəklənməsi. Alopesiyanın növləri : androgenetik (androgenetic), diffuz və simptomatik (effluviums), əsalə və yuva (areata), hissəli (scarring).
Tekeli
Tekeli (qaz. Текелі) — Qazaxıstanın Almatı vilayətində, Almatı şəhərindən 310 km və Taldıkorqan şəhərindən 40 km məsafədə yerləşən bir şəhər. == Tarixi == 1933-cü ildə, Korinski dərəsindəki Tekeli bölgəsində, M. M. Yudiçevin rəhbərlik etdiyi bir geoloji kəşfiyyat ekspedisiyası polimetal filizlərinin, xüsusən də qurğuşunların böyük yataqlarını kəşf etdi, bundan sonra Sovet hakimiyyəti filizləri mədənləşdirməyə və işlətməyə qərar verdi. Artıq 1942-ci ildə Cunqar dağlarının ətəyində "Qurğuşun-Sink kombinatı" və onun altında bir işçi qəsəbəsi salınmışdır. Müəssisə Tekeli, Koksu və Tuyuk yataqlarını işlətdi. Böyük Vətən Müharibəsi illərində bu bitki hər səkkizinci güllə üçün ölkəni qurğuşunla təmin edirdi . Daha sonra, müharibədən sonrakı dövrdə Tekeli kəndi böyük ölçüdə artmağa başladı, yaşayış binalarının inşası heyranedici bir tikinti layihəsi elan edildi və Sovet İttifaqının hər yerindən könüllülər axını gəldi. Tekelinin evləri və sənaye obyektləri təkcə ziyarətçi inşaatçılar tərəfindən deyil, Yapon əsir əsgərləri tərəfindən də tikilmişdir. 1952-ci ildə qəsəbəyə şəhər statusu verildi. Tekeli sürətli şəkildə böyüdü və inkişaf etdi.
Amblyseius newelli
Andrea Boçelli
Andrea Boçelli (it. Andrea Bocelli; 22 sentyabr 1958[…], Layatiko[d], Toskana) — İtalyan tenor, bəstəkar, müğənni və albom prodüseri. Müğənni Selin Dion onun haqqında: "Əgər Allahın oxumağa səsi olsa, bu səs Andrea Bocellinin səsinə oxşamalıdır" deyib. Prodüser və bəstəkar Devid Foster isə Andrea Bocellinin səsini "dünyanın ən gözəl kişi səsi" kimi təsvir edir.1992-ci ildən bəri Boçellinin 90 milyondan çox albomu satılıb.Zəif görmə ilə doğulan Boçelli, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tam itirib. 1994-cü ildə Sanremo Musiqi Festivalının "Yeni gələnlər bölümü"ndə "Il mare calmo della sera" mahnısı ilə qalib olmuşdur. Beynəlxalq şöhrətinə böyük təkan verən Con te partirò (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır. 1998-ci ildə adı People jurnalında dərc edilən "50 ən gözəl/yaraşıqlı insan" siyahısında yer alıb. 1999-cu ildə Qremmi Mükafatının Ən Yaxşı Yeni Sənətçi nominasiyası üzrə namizəd olub. "Quest for Camelot" animasi filmi üçün yazılmış, Selin Dionla duet oxuduğu "The Prayer" mahnısı ilə, Qızıl Qlobus Mükafatının Ən Yaxşı Orijinal mahnı nominasiyası üzrə qalib, Oskar Mükafatının Ən Yaxşı Orijinal Mahnı nominasiyası üzrə isə namizəd olmuşdur. "Secret Arias" albomu ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Baccharis tenella
Baccharis tenella (lat. Baccharis tenella) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Calycadenia tenella
Osmadenia (lat. Osmadenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Osmadenia tenella Nutt.Sinonim Calycadenia tenella (Nutt.) Torr.
Capsella tenella
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Cardamine tenella
Kələkötür ürəkotu (lat. Cardamine hirsuta) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Arabis heterophylla G.Forst. ex DC. Cardamine africana subsp. borbonica (Bojer) O.E. Schulz Cardamine angulata Regel [Illegitimate] Cardamine borbonica Bojer Cardamine fagetina Schur Cardamine hirsuta var. apetala Soó Cardamine hirsuta f. apetala Soó Cardamine hirsuta var. exigua O.E.Schulz Cardamine hirsuta var. formosana Hayata Cardamine hirsuta f. glabra Schweinf.
Diphyes tenella
Bulbophyllum ovalifolium (lat. Bulbophyllum ovalifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum ovalifolium növü Çindən Malayziyanın mərkəzi hissələrinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum amblyoglossum Schltr. Bulbophyllum ariel Ridl. Bulbophyllum diploncos Schltr. Bulbophyllum hirsutum (Blume) Lindl. Bulbophyllum ovatilabellum Seidenf. Bulbophyllum parvulum Lindl. Bulbophyllum pusillum (Blume) Rchb.f.
Eimeria tenella
Eimeria tenella (lat. Eimeria tenella) — Eimeria cinsinə aid ibtidai parazit növü. Bütün dünya üzrə yayılmışdır.
Hemizonia tenella
Osmadenia (lat. Osmadenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Osmadenia tenella Nutt.Sinonim Calycadenia tenella (Nutt.) Torr.