Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərsim
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Tilsim
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Təcnis
Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri. Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri: Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.
Təfsir
Təfsir (ərəbcə: علم التفسير elm ül-təfsir) — ilahiyyat elmlərinin ən əsas bölməsidir. Quranı təfsir etmək üçün digər dini elmlərlə bərabər ərəb ədəbiyyatını da mükəmməl bilmək zəruridir. Təfsir ayə, hədis, səhabə sözü, dil qaydaları və alimlərin görüşləri diqqətə alınaraq edilməlidir. Mənbələrə nəzər saldıqda təfsir kəlməsinin leksik olaraq iki fərqli kökdən meydana gəldiyini görürük. I. Təfsir kəlməsi, lüğətdə "bəyan etmək, kəşf etmək, üstü örtülü bir şeyi açmaq" kimi mənalara gələn "fəsr" kökündən törəmişdir. II. Təfsir kəlməsi, təqlib vəzni ilə "səfr" kökündən əmələ gələn təfil babında bir məsdərdir. "Səfr" kəlməsi müxtəlif mənalara gəlməklə bərabər "örtülü bir şeyi açmaq, aydınlatmaq və açmaq" anlamlarını da daşıyır. Hər nə qədər bu iki kəlmə mənaca bir-birinə yaxın olsalar da, yenə də bunlar arasında fərq vardır. Belə ki, Əmin əl-Xuliyə görə "fəsr" və "səfr" kəlmələrinin ikisində də kəşf etmək, ortaya çıxarmaq mənaları vardır. Amma "səfr" kəlməsində maddi, zahiri bir kəşf, "fəsr" sözündə isə mənəvi bir kəşf vardır.
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — epik növün ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Təqvim
Təqvim — böyük vaxt intervallarının hesablanması sistemi. Əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Müxtəlif təqvim növləri mövcuddur. == Təqvimdən istifadə == Miladdan 3000 il öncə şumerlər bir gecə-gündüzü 24 saata, bir ili on iki aya bölürdülər. Ən qədim təqvim Ay təqvimi olmuşdur. Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır. Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan hesablamaqda olmuşdur.
Təhsil və Təlim Nazirliyi (Vyetnam)
Təhsil və Təlim Nazirliyi (vyet. Bộ Giáo dục và Đào tạo) — Vyetnamda ümumi, akademik təhsilin və ali təhsilin idarə olunmasına cavabdeh olan nazirlik. Peşə təhsili sahəsi Əmək, Əlillər və Sosial Məsələlər Nazirliyi tərəfindən idarə olunur. Nazirliyin ofisləri mərkəzi Hanoyda, Kodayvyet küçəsində yerləşir. Vyetnam sistemində bu nazirlik onun tabeliyində olan təhsil müəssisələrinin peşəkar fəaliyyətinə və tənzimlənməsinə cavabdehdir, lakin əsas dövlət universitetləri istisna olmaqla, mülkiyyət və maliyyə məsələləri onun məsuliyyətində deyil. Bundan başqa, Hanoy və Hoşimin şəhərində yerləşən Vyetnam Milli Universiteti birbaşa Baş nazirin aparatına tabedir. Təhsil müəssisələrinin əsas hissəsi, o cümlədən bütün məktəb səviyyəli ümumi təhsil müəssisələrinin inzibati və maliyyə məsuliyyəti vilayət və ya rayon hökumətlərinin tabeliyindədir. Bu hökumətlər Vyetnam Konstitusiyasına əsasən bir çox büdcə qərarlarında əhəmiyyətli muxtariyyətə malikdirlər. Bəzi müəssisələr, əsasən, ali təhsil səviyyələrində (orta və ali məktəblərdə) olmasına baxmayaraq, digər mərkəzi nazirliklər tərəfindən də idarə olunur. == Departamentlər == Nazirlik vilayət səviyyəli departamentləri (DoETs, E&T Departamentləri) saxlayır, onların nəzdində həmçinin rayon idarələri (BoETs, E&T Bürosu) və mərkəzi departamentlər var.
Təcil
Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət . Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir. Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır ( m s a n 2 {\displaystyle m \over san^{2}} ). Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir. Misal üçün bir avtomobil hərəkətsiz haldan (başlanğıc sürəti 0 olan haldan) düz xətt boyunca sürətini artıraraq hərəkət edərkən, təcilin istiqaməti hərəkət istiqamətində yönəlir. Əgər avtomobil dönərsə, təcil istiqamətini dəyişərək yeni istiqamət alır. Bu misalda avtomobildəki sərnişinlərin müşahidə etdiyi onları oturacağa doğru itələyən və ya basan qüvvəni maşının təcili və ya xətti təcil adlanır. Avtomobil istiqamətini dəyişərkən avtomobildəki sərnişinlər onları yan tərəfə doğru itələyən qüvvələrin yarandığını müşahidə edəcəklər belə təcil qeyri xətti təcil adlanır. Əgər avtomobil sürətini azaldarsa, bu zaman təcil avtomobilin hərəkət istiqamətinin əksinə yönəlir və buna bəzən yavaşıma deyilir.Yavaşıma zamanı sərnişinlər onları önə doğru itələyən qüvvənin meydana gəldiyini müşahidə edirlər.Riyazi olaraq yavaşımanın ayrıca bir düsturu yoxdur,hər ikisidə surət dəyişməsidir.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
"Təhsil" nəşriyyatı
Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat. 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksək ixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir. 2003–2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır. Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. 2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür. == Haqqında == Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan "Təhsil" nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.
Alabamada təhsil
Alabamada təhsil Alabama Universiteti, özəl kolleclər və ibtidai və orta məktəblər daxil olmaqla Alabama ictimai və özəl məktəblərdən təşkil olunmuşdur. == Tarixi == İndi Alabama olan keçmiş Missisipi Ərazisində şəxsi və yerli qurulan ümumi məktəblər mövcud olmuşdur. 1819-cu il Ştat Konstitusiyası ela edir : == İbtidai və orta təhsil == Alabamada ibtidai və orta təhsil Alabama Ştat Təhsil Şurasının, eləcə də 67 qraflıq təhsil şurası və 60 şəhər təhsil şurasının nəzarətindədir. Ümumilikdə 1,541 məktəb 743,364 şagirdi ibtidai və orta təhsillə təmin edir. İctimai məktəb maliyyələşdirilməsi Təhsil Etimad Fondu vasitəsilə Alabama qanunvericiliyi ilə idarə edilir. 2006-2007-ci maliyyə ili üçün Alabama ibtidai və orta təhsilə 3,775,163,578 $ vəsait ayırmışdı. Bu əvvəlki maliyyə ilinə nisbətən 444,736,387 $ artıq olmuşdu. 2007-ci ildə məktəblərin 82 faizindən çoxu Alabama ştatı tərəfindən Milli Heç Bir Uşaq Geri Qalmasın qanunu çərçivəsində müəyyənləşdirilən tədbirlərdən istifadə edərək adekvat illik tərəqqi (AİT) əldə etdilər. 2004-cü ildə məktəblərin 23 faizi AİT səviyyəsinə çatdmışdı. Alabama ictimai təhsil sistemi inkişaf etməsinə baxmayaraq digər ştatlarla müqayisədə geri qalır.
Albaniyada təhsil
Albaniyada təhsil — Albaniya Respublikasındakı təhsil vəziyyətinə verilən ad. Albaniyada əhalinin savadlılıq faizi 99 %-dir (9 yaş və yuxarı). İlkin ümumi təhsil məcburidir (1-9 siniflər). Əksər oxuyanlar sonradan orta təhsili davam etdirir. Təhsili davam etdirmək üçün mütləq 9 -cu və 12 -ci siniflərin sonunda imtahan verilməli. Ölkədə əksər məktəbləri dövlət maliyyələşdirir. Ancaq son illərdə Albaniyada bir neçə özəl məktəblər fəaliyyətə başlamışdır. Dərs ili iki semestrdən ibarətdir. Dərs həftəsi bazar ertəsi başlayır və cümə günü bitir. Dərslər sentyabrın yarısı və ya oktyabrda başlayır, iyun və ya iyulda bitir.
Ali təhsil
Ali təhsil (ing. Higher education) — 1)elm, texnika və mədəniyyətin müasir nailiyyətlərindən yaradıcı şəkildə istifadə etməklə hazırlıq yönümlü nəzəri və əməli məsələlərin həllinə imkan verən sistemləşdirilmiş bilik və təcrübi vərdişlərin məcmusu. Ali təhsil termini ali təhsil müəssisələrində elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlanması mənasında da işlədilir; 2)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil. Üç pilləli təhsil sitemində orta təhsil və orta ixtisas təhsilindən sonra gələn ali ixtisas təhsili. Məzuna ixtisası üzrə nəzəri və peşəkar biliklər verir. Orta təhsildən fərqli olaraq ali təhsil ümumi təhsil sayılmır və iddiaçılar müsabiqə əsaında daha az sayda yerə qəbul edilir. == Ali təhsilli == Ali təhsilli - ali məktəb bitirmiş. == Ali təhsil müəssisəsi == Ali təhsil ali məktəblərdə — universitetlərdə, akademiyalarda, institutlarda və kolleclərdə verilir. Müxtəlif ölkələrdə fərqli adları ola bilər. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı.
Almaniyada təhsil
Almaniyada təhsil — Almaniya təhsil sistemi klassik struktrura malikdir: məktəbəqədər, orta və ali. Almaniyanın hər bir əyaləti təhsil haqqında öz qanununa malikdir. Buna görə də atestat və diplomların əldə olunması imkanları və yolları bir birindən fərqlənirlər. Məsələn, Berlində şagirdlər 6-cı sinifə qədər ibtidai siniflərdə qalırlar, Saksoniya və Bavariyada isə bu cəmi 4 il davam edir. == Məktəbəqədər təhsil == Bir çox alman uşaqları məktəbəqədər müəssisələrə -uşaq bağçalarına (alm. Kindergarten‎) 3 yaşından etibarən gedirlər. Uşaq bağçalarında körpələr qrupları (alm. Kinderkrippe‎) da fəaliyyət göstərirlər. buraya uşaqlar altı ayından qəbul edilirlər. Almaniyada belə qruplar az olduğundan orada yer almaq çox çətindir.
Avstriyada təhsil
Avstriyada təhsil — Avropanın mərkəzində yüksək səviyyəli təhsil sistemi. == Ali təhsil == Dövlət universitetlərində maksimum təhsil haqqı semestrdə 363 avrodur. Avropa məkanında ali və ikinci ali təhsil almağın ən əlverişli şərlərinin Avstriyada olduğu hesab edilir. === Əsas üstünlükləri === birbaşa orta təhsildən sonra qəbul olunmaq olur; qəbul üçün yaş məhdudiyyəti yoxdur; qəbul üçün alman dilini bilmək tələb edilmir; qəbul imtahanları yoxdur (istisna: tibb, psixologiya, yaradıcı ixtisaslar) qəbul yerləri məhdud deyil və müsabiqə yoxdur qəbul zamanı attestat və diplom qiymətləri nəzərə alınmır; maksimal təhsil haqqı semestrdə 363 avro; universiteti bitirdikdən sonra ölkədə qalıb işləmək hüququ verilir. === Xüsusiyyətləri === Bütün Avstriya universitetlərində tədris Bolonya prosesi tələbləri ilədir. Universitetlərdə 330-dən çox fakültə vardır. Tələbələr eyni zamanda bir neçə universitetdə təhsil ala bilərlər. Tədris dövründə tələbələrin praktika keçməsi üçün geniş şərait yaradılır və universitet bu işdə tələbələrə kömək edir. Arzu edən tələbələr bir neçə semestri digər Avropa ölkələrinin universitetlərində keçirə bilərlər. Tədrisi bitirən tələbə təhsil aldığı səviyəyə görə bakalavr, magistr və ya doktor dərəcəsini alır.
Ayaqlı təcnis
Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır. Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir. Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir. Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Azərbaycanda təhsil
Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili 10 yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili, əsasən, ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir. == Tarixi == Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi. Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı. Eramızın XIII-XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf, bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri geniş fəaliyyət göstərmişlər. Şənbi-Qazanda "Şəfeiyyə" və "Hənəfiyyə" mədrəsələri olmuşdur. Bakıda "Şah məscidi" yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənddə məhəllə məscidi yanındakı mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi.
Açıq təhsil
Açıq təhsil — açıqlığa əsaslanan, tənqidi pedaqogika kimi digər təhsil hərəkatları ilə əlaqəsi olan və cəmiyyətdə geniş iştirak və inklüzivliyin tərəfdarı olan təhsil mövqeyi ilə qurulmuş təhsil hərəkatı. Açıq təhsil ənənəvi olaraq formal təhsil sistemləri vasitəsilə təklif olunan öyrənmə və təlimə çıxışı genişləndirir və adətən (lakin mütləq deyil) onlayn və distant təhsil vasitəsilə təklif olunur. "Açıq" kvalifikatoru institut əsaslı təhsildə iştirak üçün həm imkanlarına, həm də tanınmasına maneə törədə bilən problemlərin aradan qaldırılmasına aiddir. Açıqlıq və ya "açıq" təhsilin aspektlərindən biri açıq təhsil təcrübələrini dəstəkləmək üçün açıq təhsil resurslarının hazırlanması və qəbul edilməsidir. == Ümumi xüsusiyyətləri == Açıq təhsil çox vaxt cəmiyyətdə daha geniş açıqlıq hərəkatının (yəni açıq bilik, açıq hökumət, açıq giriş, açıq məlumat, açıq mənbə və açıq mədəniyyət) bir hissəsi kimi birmənalı yaxşılıq hesab olunur. Bununla belə, açıq təhsilə tənqidi yanaşmalar da işlənib hazırlanmışdır. Bunlar açıqlıq kontekstlərinin nüanslı tədqiqi, iştirak, güc və sosial ədalət məsələlərinə diqqət, açıq və qapalı ikiliklərdən kənara çıxma, eləcə də açıq təhsilin formal və qeyri-rəsmi formaları, müəllimlər və tələbələr arasında münasibətlərin araşdırılmasının fərqli perspektivləri və ehtiyacını vurğulayır. Təhsildə açıqlıq həm başa düşülən, həm də çox qatlı və ölçüləri olan mübahisəli termin hesab olunur. Bu, adaptiv, çevik və inkişaf edən bir konsepsiya kimi xarakterizə edilə bilər. Təhsildə açıqlığın tərəfdarları iddia edirlər ki, açıq təhsilin faydalarını tam dərk etmək üçün diqqəti açıq təhsil təcrübələrinə (OEP) yönəltmək lazımdır.
Başqırdıstanda təhsil
Başqırdıstanda təhsil — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının təhsil sistemi. Başqırdıstanda 3,3 min ümumtəhsil məktəbi, 76 orta ixtisas təhsili müəssisəsi, o cümlədən Ufada 1922-ci ildən fəaliyyət göstərən İncəsənət məktəbi və 1986-cı ildən fəaliyyət göstərən Xoreoqrafiya məktəbləri vardır. Ölkənin ən iri ali məktəbləri 1957-ci ildən fəaliyyət göstərən Başqırdıstan Dövlət Universiteti, 1930-cu ildən fəaliyyət göstərən Aqrar Universitet, 1932-ci ildən fəaliyyət göstərən Tibb Universiteti, 1948-ci ildən fəaliyyət göstərən Neft Texniki Universiteti, 1932-ci ildən fəaliyyət göstərən Aviasiya Texniki Universiteti; 1968-ci ildən Ufada fəaliyyət göstərən İncəsənət İnstitutu, 1970-ci ildən Ufada fəaliyyət göstərən Hüquq İnstitutu; 1952-ci ildən Birskdə, 1954-cü ildən isə Sterlitamakda fəaliyyət göstərən pedaqoji institutlar, 1983-cü ildən fəaliyyət göstərən Təyyarəçilərin Ali Hərbi Aviasiya Məktəbi və digərləri var. 1951–1987-ci illərdə Ufa Elmi Mərkəzi olmuş qurum sonradan Rusiya EA Ural Şöbəsinin Elmi Mərkəzi adlandırılmışdır. Bundan başqa ölkədə Rusiya EA-nın elmi tədqiqat institutları da var. Başqırdıstan Respublikası Hökumətinin İcra şöbəsinə daxil olan Təhsil Nazirliyi başqırd dilini xilas və inkişaf etdirmə, Başqırdıstanda təhsilin gücləndirilməsi siyasəti aparır.
Belarusda təhsil
Belarusda təhsil (belar. Адукацыя ў Беларусі) — sisteminə məktəbəqədər tərbiyə, ümumi baza, ümumi orta, peşə-texniki, orta ixtisas, ali və ali təhsildən sonrakı təhsil daxildir. 15 yaşdan yuxarı əhalinin savadlılıq səviyyəsi 99,7% təşkil edir (2004). == Məktəbəqədər təhsil == Məktəbəqədər yaşlı (1–6 yaş) uşaqlar üçün körpələr evi, uşaq bağçaları, məktəbəqədər yaşlı uşaqlar üçün inkişaf mərkəzləri, uşaq bağça-məktəbləri fəaliyyət göstərir. 2003/04 tədris ilində 5 yaşlı uşaqların 100%-i məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuşlar. == Ümumi orta təhsil == Ümumi orta təhsil ibtidai, baza və axşam (növbəli) ümumtəhsil məktəbləri, gimnaziyalar, liseylər, internat-məktəblər, sanatoriya internat-məktəbləri, pedaqoji tədris kompleksləri tərəfindən həyata keçirilir. Ümumi orta təhsil müəssisələrində (təhsil müddəti 12 ildir) lisey və gimnaziya sinifləri, həmçinin ayrı-ayrı fənləri dərindən öyrədən siniflər təşkil olunmuşdur. 4408 orta ümum təhsil müəssisəsində 1369 min şagird təhsil alır (2004). Orta ixtisas təhsili texnikum, kollec və peşə-texniki məktəblərində həyata keçirilir (204 orta ixtisas təhsili müəssisəsində 162 mindən çox şagird təhsil alır). == Ali təhsil == Ali təhsil sisteminə klassik universitetlər, profilli universitetlər (akademiyalar), inistitutlar və ali kolleclər daxildir.
Belçikada təhsil
Belçikada təhsil — Avropanın ən qabaqcıl təhsil sistemlərindən biri. == Ali təhsil sistemi == === Ümumi prnsiplər === Belçika ali təhsil sistemi üçün xarakterik ənənə tədris prosesi ilə elmi tədqiqatların sıx bağlılığıdır. Universitetlərin büdcəsinin 40% elmi tədqiqatlara ayrılır. Onun maliyyələşməsi Sənaye və Kənd təsərrüfatında Elmi Tədqiqatlara dəstək İnstitutuna dövlət və nazirliklərdən ayırmalar və müxtəlif şirkət, fond və təşkilatlardan könüllü yardım xətti ilə gedir. Belçikanın ali təhsil sisteminin qədim tarixi vardır. İlk universitet – Luven Katolik Universiteti 1425-ci ildə yaranıb. Вu 1517-ci ildə Erazm Rotterdam Luvendə Üç Dil Məktəbi (ivrit, latın və yunan dilləri) yaradır. Buna bənzər məktəb – Paris Fransız Kolleci sonradan yaranır. === Xüsusiyyətləri === Belçikada ali təhsil iki yarımsistem üzərində qurulub. Onlar müvafiq olaraq fransız dilli və flamand dilli vilayətlərin təhsil nazirliklərinə tabedirlər.
Baza təhsil
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Tecime
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. == Xüsusiyyətlər == Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir. Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. == Üslublar == Tecimenin bir neçə üslubu var.
Cecim
Cecim (fars. جاجیم‎) — xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir. == Ümumi məlumat == Cecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Bu zaman divar xalçası, yataq örtükləri, pərdə qismində istifadə olunan parça alınır. Cecimlərin eni toxucunun ayaqları arasındakı məsafənin eninə bərabər olur, belə ki, parçanın hazırlanması zamanı cecimin eni onun ayaqları arasından keçməlidir. Cecimlərin ornament dekoru müxtəlif və zəngindir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının (daraq, iplik, şamdan) və həndəsi elementəlrin üslüblaşdırılmış təsvirləri ilə bəzəyirlər. XX əsrin ortalarına qədər nazik cecimlərdən qadın və kişi paltarları tikirdilər.
Yəşim
Yəşim — qiymətli mineral daş. == İnsan orqanizminə əhəmiyyəti == Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.