TƏQDİM

is. [ ər. ] Bir şeyi vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) hüzuruna gətirmə, ona vermə.
□ Təqdim etmək1) vermək üçün əlində tutaraq birinin (adətən böyük və ya hörmətli bir şəxsin) qabağına gətirmək, vermək.
Dörd nəfər gözəl kəniz əlvan yeməklər gətirib, qadına və Fəxrəddinə təqdim etdilər. M.S.Ordubadi;

2) tanış etmək. İşə yeni qəbul olunanları bir-bir sex müdirinə təqdim etdilər. – Teymur bəy ev sahibəsini və qızını müsafirlərə təqdim etdi. Çəmənzəminli;
3) elmi şura, iclas və s.-nin müzakirəsinə, təsdiqinə vermək. Dissertasiya işini müdafiəyə təqdim etmək.
– Memar Sadıqzadənin təqdim etdiyi layihələr salondakılar tərəfindən təqdir edildi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏQDİM vermə — göstərmə
TƏQAZA
TƏQDİMAT
OBASTAN VİKİ
Ən yaxşı xarici film üzrə Oskar mükafatına təqdim edilən Azərbaycan filmləri
Azərbaycan 2007-ci ildən bəri "Ən yaxşı xarici film üzrə Oskar mükafatı"na öz filmlərini təqdim edir. Bu mükafat əsasən ingilis dili daxil olmayan dialoqlardan təşkil olunmuş bədii filmlərə verilir. 2021-ci il etibarilə 8 Azərbaycan filmi "Ən yaxşı xarici film" üçün təqdim edilib, ancaq heç biri Oskara namizəd ola bilməyib. == Təqdimatlar == 2006-cı ilin yayında Azərbaycan Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən "Ən yaxşı xarici film" kateqoriyasında film təqdim etmək üçün dəvət edildi. və Azərbaycan 2007-ci ilin payızında ilk dəfə mükafat üçün film təqdim etdi.

Digər lüğətlərdə

обе́денка объе́ктный па́данец шро́ты энтузиа́ст василёк квартпла́та неуря́дица прове́дать пу́говичный acquaintanceship benzo- devise laureate nip off skeletal tow line wodge zygapophysis готтентот ночлег предпринять продираться свёрстывать сверхскоростной