Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Təvaf namazı
Təvaf namazı — 2 rəkətdir və sübh namazı kimi qılınır. Kəbəni 7 dəfə təvaf edəndən sonra qılınır. Müstəhəbdir ki, Fatihə surəsindən sonra birinci rəkətdə Kafirun surəsi, ikinci rəkətdə isə İxlas surəsi oxunsun. Cəmiyyətin izdihamı halında mümkün olan tərzdə "İbrahim məqamı" arxasında namaz qılmaq lazımdır. Müstəhəb olan təvafın namazını Məscidül-Həramın hər bir yerində qılmaq kifayət edir. Təvaf namazını unudub onu qılmadığını səy əsnasında xatırlayan şəxs, səy əməlini dayandırıb təvaf namazını yerinə yetirməli və namazı yerinə yetirdikdən sonra qayıdaraq səy əməlini dayandırdığı yerdən davam etdirməlidir. Təvaf namazını qılmadığını səy əməlindən sonra xatırlayan şəxs, dərhal onu yerinə yetirməlidir. Təvaf namazını qılmadığını Məkkə şəhərindən xaric olduqdan sonra xatırlayan şəxs üçün Məkkəyə qayıtmaq çətin olduqda, mümkün olan hər bir yerdə onu yerinə yetirməlidir. Təvaf namazının qiraəti (oxunuşu) sair namazlar kimi imkan daxilində düzgün oxunulmalı və başqa namazları qıldığı oxunuşa kifayətlənməlidir və onun bu barədə ayrı bir şəxsi naib seçməyə ehtiyac yoxdur.
Edafon
Edafon — torpaq orqanizmlərinin cəmi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Teramo
Teramo — İtaliyanın Abruttso regionunda şəhər.
Tadao
Tadao — ad. Tadao Ando — Dünya şöhrətli yapon memar-dizayner. Tadao Horie — keçmiş Yaponiya futbolçusu. Tadao Kobayaşi — keçmiş Yaponiya futbolçusu. Tadao Onişi — keçmiş Yaponiya futbolçusu. Tadao Takayama — keçmiş Yaponiya futbolçusu.
Teramo BK
"Teramo" və ya "Teramo Basket" (ingilis dilində:Teramo Basket) Teramo şəhərini təmsil etmiş keçmiş italyan basketbol klubu. Komanda 2002-ci ildən 2012-ci ilədək İtaliya çempionatında iştirak etmiş, sonralar maliyyə çətinlikləri ilə üzləşən komanda buraxılmışdır. Klubun ev meydançası PalaSkapiano" arenası hesab olunurdu. Teramo basketbol klubu 1973-cü ildə İtaliyanın Teramo şəhərində Karlo Antonetti tərəfindən AİCS adı altında (İtalyan Mədəniyyət və İdman Cəmiyyəti, İngilis dilində:Association of Italian Culture and Sports) yaradılmışdır. Pegional turnirlərdə bir neçə qələbədən və gənclərdən ibarət komandanın hazırlığından sonra 1992–1993-cü il mövsümündə "Teramo Basket" adı altında İtaliyanın C1 liqasında İtaliya milli çempionatında iştirak etmək imkanı qazanmışdır. 2009-cu il mövsümündə klub üçüncü yeri tutmuş və 2010-cu ildə Avropa kubokunda iştirak etmək hüququ qazanmışdır. Getdikcə artan maliyyə problemləri nəticəsində 2012-ci ilin iyul ayında klub iflasa uğradığını elan etmiş və İtaliyanın basketbol liqasından kənarlaşdırılmışdır.
Teramo Kastelli
Teramo Kristoforo Kastelli (it. Teramo Cristoforo Castelli; 1597, Genuya və ya Palermo – 3 oktyabr 1659, Palermo) — İtaliya missioneri. Teramo Kristoforo Kastelli 1597-ci ildə anadan olmuşdur. Zadəgan ailəsindən olan Kastelli 1632–1654-cü illərdə Gürcüstanda yaşamışdır. O, əsasən Gürcüstan xalqı və təbiəti haqqında olan yeddi cildlik səyahət qeydləri yazmış, eskizlər və digər illüstrasiyalar çəkmişdir. Bu əlyazma 1878-ci ildə keşiş Coakkino di Marso tərəfindən kəşf edilmişdir. Bu, Palermo bələdiyyə kitabxanasına çatdırılmış və 1910-cu ildə Mişel Tamarati tərəfindən Gürcüstan alimlərinin diqqətinə çatdırılmışdır. Vikianbarda Teramo Kristoforo Kastelli ilə əlaqəli mediafayllar var.
Krotonlu Teano
Krotonlu Teano (Θεανώ) (ən tezi 600, Krotone, Kalabriya – ən geci 500) — İlk pifaqorçu qadın. == Həyatı == Ən məşhur pifaqorçu qadın kimi tarixə düşüb. Bəs niyə məhz pifaqorçu? Ona görə ki, ilk qadın filosofların Pifaqorun çevrəsində yetişməsi haqqında fikirlər vardır. Bu çevrədəki fikir adamlarının onun riyazi bilgilərinin və fəlsəfəyə aid düşüncələrinin dəstəkləyicisi olduğunu qəbul edirlər. Krotonlu Theano da bu fikir adamlarından biridir. E. ə 550-ci ildə sonrakı dövrdə yaşayan Krotonlu Theano eyni zamanda Pifaqorun həyat yoldaşı olub. Əri kimi riyaziyyata maraq göstərən Theano Pifaqordan fəlsəfə öyrənib. Ərinin ölümündən sonra “Pifaqor məktəbi”ni idarə etmişdir. Bəs Krotonlu Theanonun düşüncələri necədir?
Nedao döyüşü
Nedao döyüşü — German tayfaları və Hunlar arasındakı döyüşdür. Attilanın ölümündən sonra hakimiyyətə keçən Ellakın hakimiyətinə razı olmayan Gepidlərin kralı Ardarix döyüşdə qalib gələrək onu öldürmüşdü.
Tadao Ando
Tadao Ando (yap. 安藤 忠雄; 13 sentyabr 1941[…]) — Dünya şöhrətli yapon memar-dizayner. O, memarlıq təhsili olmayan və memarlıqda 4 əsas mükafatı (Pritsker, Kyoto, Praemium İmperiale, Royal Gold Medal) qazanan yeganə dünya şöhrətli memar 13 sentyabr 1941-ci ildə Osakada anadan olmuşdur. Cavanlığında boksçu olmuşdur. Əmək fəaliyyətinin ilk vaxtlarında tir sürücüsü kimi çalışmışdır. Le Corbusier, Mies van der Rohe, Louis Kahn kimi memarların işləri olan binaları gəzdikdən sonra 1968-ci ildə Osakaya qayıdaraq "Tadao Ando, Associated Architects" studiyasını qurmuşdur. Dünya üzrə 100-dən çox layihənin müəllifidir. Memarı olduğu Naqaraqava Konvensiya Mərkəzinin layihəsinə görə 1995-ci ildə Pritsker memarlıq mükafatına layiq görülmüşdür. Francesco Dal Co. Tadao Ando: Complete Works.
Tadao Horie
Tadao Horie (13 sentyabr 1913 – 29 mart 2003) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Tadao Kobayaşi
Tadao Kobayaşi (d. 7 iyul 1930) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Tadao Onişi
Tadao Onişi (18 aprel 1943 - 29 iyun 2006) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tadao Takayama
Tadao Takayama (24 iyun 1904, Tokio[d] – 1 iyul 1980, Tokio[d]) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Şizuki Tadao
Şizuki Tadao (志筑 忠雄, 1760, Naqasaki – 22 avqust 1806, Naqasaki) – Yaponiya astronomu və tərcüməçisi. Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etməsinə görə tanınır. Müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabın müəllifidir. Şizuki Tadao 1760-cı ildə Yaponiyanın Naqasaki şəhərində yaşayan Nakano ailəsində doğulmuşdur. Lakin daha sonra Şizuki ailəsinə səkkizinci nəslin oğlu kimi qəbul edilmişdir. Bu ailə holland və yapon dili mənbələri ilə məşğul olan peşəkar tərcüməçilərdən idi. Şizuki 1776-cı ildə tərcüməçi kimi işləməyə başlamışdır. Lakin 1777-ci ildə səhhətindəki problemlərə görə rəsmi vəzifəsini tərk etmiş və öz tərcümələri üzərində işləməyə başlamışdır. Nakano soyadını bərpa edərək Ryuen Nakano təxəllüsü ilə yazmağa qərar vermişdir. Daha sonra Nikolay Kopernikin heliosentrik sisteminin izahlarını və digər astronomiya əsərlərini tərcümə edən Motoki Ryoeyin tələbəsi olmuşdur.
Terao Tsunefumi
Terao Tsunefumi (寺尾 常史, doğum adı Yoşifumi Fukuzono 福薗 好文; 2 fevral 1963, Sumida, Tokio – 17 dekabr 2023, Tokio) – Yaponiya sumoçusu və heya ustadı. Sekivake dərəcəsinə qədər yüksələ bilmiş və Şikoroyama adını daşımışdır. Sumo karyerasına 1979-cu ildə İzutsu heyasında başlamışdır. 1985-ci ilin bahar böyük turnirinin makuuçi top diviziyasının səhnəsində debüt etmişdir. Terao cəmi 110 kiloqramlıq çəkiyə malik olan yüngülçəkili sumoçu olsa da, sürətli itələmə texnikası sayəsində yüksək sumo dərəcələrinə çata bilmişdir. Terao 1989-cu ilin bahar turnirində sekivake dərəcəsini əldə etmişdir. Qardaşı Sakahoko ilə eyni vaxtda bu uğuru əldə etdiyi üçün Yaponiyanın idman dünyasında məşhurlaşmışdır. Belə ki, onlar eyni vaxtda sekivake dərəcəsi əldə etmiş ilk qardaşlar olmuşdurlar. İştirak etdiyi 13 turnirdə sanyaku kimi çıxış edən Terao həm xarici görünüşü, həm də sumo texnikalarına görə populyar sumoçulardan biri olmuşdur. 2002-ci ildəki payız böyük turnirindən sonra karyerasını bitirmiş və sumo məşqçisi olmuşdur.