Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədavi Hüseynov
Bədavi Hüseynov (11 iyul 1991[…], Kaspiysk, Dağıstan) —Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi olan Bədavi Hüseynov, 2012-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" komandasında mübarizə aparır. Milliyyətcə ləzgidir. Bədavi Hüseynov həmçinin 2012-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 2024-cü ilin iyun ayına kimi 71 oyunda meydana daxil olan Bədavi Hüseynov, karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə Azərbaycan Kubokunun çempionu olub. == Həyatı == Bədavi Hüseynov 11 iyul 1991-ci ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. Bədavi Hüseynov 2007-ci ildə futbol karyerasına yerli "Dağdizel" komandasının heyətində başladı. 2010-cu ilin avqust ayında Bədavi Hüseynov "Anji" komandasının əvəzedici heyətinə transfer olundu. O burada mövsüm ərzində 11 oyunda meydana daxil oldu. 2011-ci il mövsümündə isə Bədavi Hüseynov bir oyun istisna olmaqla "Anji"-nin heyətində bütün çempionat oyunlarında meydana daxil oldu.
Nəval əs-Sədavi
Nəval əs-Sədavi (ərəb. نوال السعداوي‎; 27 oktyabr 1931[…] – 21 mart 2021) — Misirli feminist yazıçı, aktivist və psixiatr. 2012-ci il Şon Makbrayd Sülh Mükafatı laureatı.
Əhməd Əl-Bədavi məscidi
Əhməd Əl-Bədəvi məscidi — Misirin ən şimal hissəsində yerləşən Tanta şəhərinin ən böyük məscidi. Sufi məscididir.
Telavi
Telavi (gürc. თელავი, azərb. Qaracalar‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı. Əhalisi — 19 629 nəfər (2014). Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir. == Tarixi == Telavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur.
Qaracalar (Telavi)
Qaracalar (gürc. ყარაჯალა) — Gürcüstanın Telavi bələdiyyəsində, Alazan-Həftəran vadisində yerləşən kənd. Əhalisi 4,891 nəfərdir (2014). Əhalinin çox hissəsi azərbaycanlı və müsəlmandır (əsasən Sünni). Kənddə bir məktəb, bir uşaq bağçası və bir məscid var. Kəndin əhalisi əsasən əkinçilik, maldarlıq (böyük və kiçik buynuz), üzümçülük və ən çox ticarətlə məşğul olur. Sovet İttifaqının dağılmasından sonra, kənd sakinlərinin əksəriyyəti Tiflisə, Türkiyəyə, Qazaxıstana, Ukraynaya, Rusiyaya köç etmişlər.
Telavi bələdiyyəsi
Telavi bələdiyyəsi (gürc. g.ə. თელავის მუნიციპალიტეტი, l.ə. telavis munitsipaliteti) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi vahidi. 2006-cı ilədək Telavi rayonu adlanırdı.
Telavi qəzası
Telavi qəzası (rus. Телавский уезд, gürc. თელავის მაზრა / telavis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə mövcud olmuş inzibati-ərazi vahidi. == Əhalisi == 1832-ci ilin kameral təsvirinə əsasən Telavi qəzasında yaşayan kişi cinsindən 29.816 nəfər olan əhalinin 26.825 nəfərini gürcülər, 3.621 nəfərini ermənilər, 771 nəfərini azərbaycanlılar, 132 nəfərini isə almanlar təşkil edirdi. 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı. Beləliklə, həmin məlumatlara əsasən Telav qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 24.161 nəfər əhali yaşayırdı. == Həmçinin bax == Abanisxevi Abano == Mənbə == О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр.
Telavi rayonu
Telavi bələdiyyəsi (gürc. g.ə. თელავის მუნიციპალიტეტი, l.ə. telavis munitsipaliteti) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi vahidi. 2006-cı ilədək Telavi rayonu adlanırdı.
Vəravi
Vəravi — İranın Fars ostanının Möhr şəhristanının Vəravi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4,056 nəfər və 847 ailədən ibarət idi.
Bədəvi
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər.
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Gədayi (Maku)
Gədayi (fars. گدائي‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (12 ailə).
Gəravi (Soyuqbulaq)
Gəravi (fars. گراوي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (8 ailə).
Hüda Şəravi
Hüda Şə’ravi (ərəb. هدى شعراوي‎; 23 iyun 1879, Əl-Minya, Misir xidivliyi – 12 dekabr 1947 və ya 1947, Qahirə, Misir krallığı[d]) — Misirli feminist və aktivist.
Ramiz Təkani
Ramiz Təkani — şair, 1971-ci il, Sumqayıt, Azərbaycan SSR, SSRİ == Həyatı == Ramiz Təkani (Sultanov) Mirzəxan oğlu 1971-ci ilin yanvar ayının 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonu Bürzünbül kəndinin Sultanlı nəslindəndir. 1978-ci ildə Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 saylı orta məktəbə daxil olub, 1986-cı ildə Sumqayıt şəhər Inşaatçılar qəsəbəsinin 7 saylı texniki peşə məktəbinin şagirdi olmuşdur. Orta ixtisas təhsillidir. Şeir-sənət aləminə 10 yaşda qədəm qoymuşdur. 13 yaşından hərbi xidmətə qədər Sumqayıt şəhər Nəriman Nərimanov adına mədəniyyət evinin "İlkin" adına poeziya dərnəyində mərhum ustadı istedadlı satirik şair, mahir qəzəlxan Qulam Feyzullayevin rəhbərliyi altında fəaliyyət göstərmişdir. 1992-ci ildə Sumqayıt şəhər "Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi"ndə "Vahid" adına meyxana, poeziya dərnəyinin yaradıcısı və məhsuldar rəhbəri olmuşdur. Dövrü-mətbuatda mütəmadi olaraq çıxış etmiş, şeir müsabiqələrinin dəfələrlə qalibi olmuşdur. "Bu dünyanın dərddən başqa nəyi var ki…." adlı şeirlər kitabının müəllifidir. Hal hazırda Bakı şəhəri Suraxanı rayonu Yeni Bahar qəsəbəsində yaşayır.
Rifaə Təhtavi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. == Fəlsəfəsi == İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Rəzavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Səmavi Mələkə
Səmavi Mələkə (lat. Regina Caeli) əsasən Katolik Kilsəsinin xristianları və daha az dərəcədə Anqlikanizm, Lüteranizm, və Şərqi Pravoslavlıqda xristianlar tərəfindən Bakirə Məryəmə verilən ünvandır. . Bu mövzuya dair katolik təlimi 1954-cü ildə Papa XII Pius tərəfindən nəşr edilmiş Ad Caeli Reginam ensiklopediyasında ifadə edilir. Məryəmin oğlu İsa Məsih İsrailin və İsrailin padşahı, eyni zaman da səmavi kral olduğuna görə Məryəmin də Cənnət Kraliçası adlandırıldığını bildirir. Həqiqətən də, İsrailin Davud ənənəsi padşahın anasını İsrailin Ana Kraliçası kimi tanıyırdı. "Səmavi Mələkə" titulu uzun müddətdir ki, katolik ənənəsi olub, dualara və sədaqət ədəbiyyatına daxil edilib və Qərb sənətində yüksək orta əsrlərdən Məryəmin tacqoyma mərasimi, ona kilisə tərəfindən rəsmi tərif statusu verilməmişdən çox əvvəl görülürdü. Səmavi Mələkə (lat. Regina Caeli) İsanın anası Məryəmin istifadə etdiyi bir çox Kraliça titullarından biridir. Bu titul qismən qədim katolik təlimindən irəli gəlir ki, Məryəm yer üzündəki həyatının sonunda bədən və ruhən cənnətə qəbul edilib və orada Kraliça kimi şərəfləndirilib. Pius XII 13 may 1946-cı ildə Fatimaya radio mesajında Kraliça titulunun teoloji səbəblərini izah etdi, Bendito seja :O, Allahın Oğlu, səmavi Anası üzərində Onun padşahlığının izzətini, əzəmətini və hökmranlığını əks etdirir, çünki insan Qurtuluş işində Şəhidlər Padşahı ilə … Ana və əməkdaşlıq edən kimi iştirak edərək, o, qalır.
Səmavi Qusarlar
Səmavi Qusarlar (rus. Небесные Гусары) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 1989-cu ildə qurulmuşdur. 1991-ci ildə ağ, qırmızı və göy rənglərdən ibarət xüsusi dizaynını aldı və Su-25 təyyarələri ilə uçuşalr həyata keçirməyə başladı. Qrup hücum təyyarələri ilə pilotaj göstərən ilk komandalardan biridir. == Yenidən qurulması == 1995-ci ildə komanda təyyarələrdənm məhrum oldu. 2000-ci ildə yeni pilotlar L-39 Albatros təyyarələri ilə təlimlərə başladılar. 2003-cü ildə komanda MiQ-29 təyyarələri əldə etdi. 2005-ci ildə eskadron ləğv olundu.
Tadaşi Nakamura
Tadaşi Nakamura (d. 10 iyun 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Tadaşi İmay
Tadaşi İmay (8 yanvar 1912, Tokio[d] – 22 noyabr 1991[…], Tokio[d]) — yapon rejissoru, Beynəlxalq Sülh mükafatı laureatı (1951). == Həyatı == Tadaşi İmay 1939-cu ildən kinoda fəaliyyət göstərirdi. Ən yaxşı filmləri: "Xalqın düşmənləri (film, 1949)", "Hər halda yaşayırıq (film, 1951)", "Gündüz çağı zülmət (film, 1956)", "Düyü (film, 1957)" , "Qisas (film, 1964)". Tadaşi İmayın filmlərində Yaponiyanın ümumi ictimai problemləri - ağır, üzücü əmək, işsizlik və başqa məsələlər öz əksini tapmışdır. == İstinadlar == == Xarici keçidlər == Tadashi Imai — IMDb səhifəsi Тадаси Имаи (yap.) на сайте Japanese Movie Database.
Təravih namazı
Təravih namazı — Sünnilər tərəfindən Ramazan ayında qılınan müstəhəb namaz. "Qiyam-ı Ramazan" adı ilə də tanınır. == Tənqidlər == Türkiyəli alim, sabiq millət vəkili Prof. Dr. Yaşar Nuri Öztürkə görə İslamda təravih deyə bir namaz yoxdur. Türkiyəli alim Prof. Dr. Əbdüləziz Bayındıra görə təravih namazı Ömər ibn Xəttabın xilafəti zamanından qılınır və Məhəmməd peyğəmbər belə bir namaz qılmayıb. Türkiyənin keçmiş Diyanət İşləri Naziri Prof. Dr.
Vüsal Səmavi
Vüsal Rzayev (Vüsal Səmavi) (d. 2 fevral 1968, Naxçıvan) — Azərbaycan aktyoru, teatr rejissoru,dramaturq. Naxçıvan Muxtar Respublikasının əməkdar artisti. == Həyatı == Vüsal Səmavi 1968-ci il, fevralın 2-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, ziyalı ailəsində anadan olub. 1975-ci ildə Şahbuz qəsəbə orta məktəbinin 1-ci sinfinə getmiş, 1985-ci ildə isə orta təhsilini başa vurmuşdur. 1986-1988-ci illərdə Ukraynanın Kiyev şəhərində hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Azərbaycan Dölət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyoru” fakültəsinə qəbul olmuş, 1994-cü ildə isə “Dram teatrı və kino aktyoru” ixtisası üzrə tam təhsilini başa vurmuşdur. 1993-cü ildə ailə həyatı qurmuşdur. İki övladı var. Eyni Universitetdə təhsil aldığı həyat yoldaşı da təhsilini bitirdikdən sonra, 1997-ci ildə ailəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikasına köçmüş və 1999-cu ildən etibarən həyat yoldaşı ilə birlikdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlamışdır.
Səmavi Əyicə
Mustafa Səmavi Əyicə (türk. Semavi Eyice; 9 dekabr 1922, Kadıköy, İstanbul ili – 28 may 2018, İstanbul) — Türk incəsənət tarixçisi, tarix, mədəniyyət, din, elm, siyasət və iqtisadiyyat da daxil olmaqla, demək olar ki, hər sahədə Bizans imperiyasını araşdırmış elm adamı. Bizans və Osmanlı incəsənəti ilə bağlı araşdırmaları ilə tanınan alimdir. Məqalələri, ensiklopedik məqalə və araşdırmaları mindən çox kitabda çap olunmuş Əyicə Bizans incəsənətinin Türkiyədə tanınmasında böyük rol oynamışdır. O, "İstanbul aşiqi" kimi tanınır. Onun İstanbulun itirilmiş tarixi abidələri ilə bağlı məqalələri bu mövzuda ən mühüm araşdırma mənbəyidir. Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şuradakı vəzifəsi sayəsində bir çox tarixi binanı dağılmaqdan xilas edib; O, xilas edə bilmədiklərinin də qeydə alınmasını təmin edib. İstanbulun tarixi abidələri ilə bağlı araşdırmaları ilə yanaşı, Balkan ölkələrində Tavr dağlarındakı arxeoloji ərazilər və Osmanlı abidələri ilə bağlı araşdırmaları vardır. == Həyatı == Səmavi Əyicə, 1922-ci ildə İstanbulda anadan olub. Amasranın köklü dənizçi ailələrindən olan Əyicəoğullarına mənsubdur.
Niqol (fədai)
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van ili) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. == Həyatı == Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
Tsedani
Tsedani (gürc. ცედანი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 104 nəfər idi. 2014-cü ildə 59 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.
Hərb medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Layell medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
Loqan medalı
Loqan medalı (Logan Medal) — Kanada Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal "XIX əsrin ən görkəmli alimlərindən biri olan" Kanada geoloqu Vilyam Edmond Loqanın şərəfinə adlandırılmışdır.
Ləyaqət medalı
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Motsart medalı
Motsart medalı (Meksika)
Müharibə medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Naximov medalı
Naximov medalı — SSRİ Ali Sovetinin 3 mart 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medal rus admiralı Pavel Naximovun adınadır.
Prestviç medalı
Prestviç medalı (ingilis dilində: Prestwich Medal) — London Geologiya Cəmiyyətinin (ingilis dilində:Geological Society of London) geologiya sahəsində yüksək elmi nailiyyətlərə görə təsis etdiyi elmi mükafat. Prestviç medalı 1903-cü ildə geoloq Cozef Prestviçin (ingilis dilində:Sir Joseph Prestwich) (1812–1896) vəsiyyətinə və vəsaitinə əsasən təsis olunmuşdur.
Reynald Temari
Reynald Temari (d. 1967) — Taiti Futbol Federasiyasının rəhbəri. FİFA Nizam İntizam Komitəsi tərəfindən etik kodekslərə əməl etmədiyi üçün 2015-ci ilin may ayında 8 il müddətinə cəzalanıb. Bu müddətdə onun bütün daxili və beynəlxalq yarışlarda futbolla hər hansı bir əlaqəsi qadağan olunub. Cəzaya səbəb onun 2010-cu ildə Asiya Futbol Federasiyaları Konfederasiyasının o zamankı prezidenti Muhammed bin Hammamdan külli miqdarda pul alaraq bəzi uyğunsuzluqları ört-basdır etməsi olub.