Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkfur
Təkfur — Bizans İmperatorluğu zamanında qubernator səviyyəsində olan idarəçilərlə Anadolu və Rumelidəki xristian bəylərinə verilən ümumi addır. Təkfur erməni dilindən götürmə bir söz olub Osmanlı türkcəsində Xristian hökmdarlara verilən bir şandır. Əsli Takavor, mənası isə "tac daşıyan" dır. Bizans İmperatorluğunda mərkəz xaricindəki şəhərlərin müstəqil valilərinə Təkfur deyilərdi. Bunların inzibati və hərbi vəzifələri vardı. Türkiyə Səlcuqlular və Osmanlı Dövlətinin ilk zamanlarında Təkfurlarla çox möhkəm münasibət quruldu. Təkfurlar Türk axınlarından qorunub, müstəqilliklərini mühafizə etmək üçün Türklərə çox miqdarda vergi verərdilər. Təkfurların bəziləri vəziyyətlərini mühafizə edə bilmək üçün Türk komandan və bəylərilə qohum olma yollarına üstünlük verərdilər. Bu səbəbdən əksəriyyəti qızlarını Türk komandan və ya oğullarına gəlin verərdilər. Bu təkfurların içindən Müsəlman olanlar da oldu.
Təkfur sarayı
Təkfur sarayı — İstanbulda olan Blaherne sarayı kompleksindən günümüzə qalan tək saray. İstanbulda, Fatih ilçəsi sərhədləri içərisində qalan Ədirnəqapı səmtində, quru surlarına bitişik olaraq inşa edilmiş, mövqe olaraq Ədirnəqapı və Əyriqapı arasında qalan qalın divarlı saray "Təkfur sarayı" olaraq adlandırılar. Təkfur sarayının nə zaman və kimlər tərəfindən inşa edildiyi mövzusunda dəqiq bir məlumat yoxdur. Bəzi tarixi mənbələrdə, İsanın doğumundan sonra onuncu əsrdə Bizans imperatoru Porfirogenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində olan böyük sarayın əlavə binası olduğu bildirilir. Bu məlumatı rədd edən digər tarixi qaynaqlar isə miladdan sonra XIIIvə XIV əsrlərdə "Blakhernai sarayı" olaraq bilinən sarayda yaşayan xidmətçilərin iqamət etməsi üçün inşa edildiyi deyilməkdədir. Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəth edilməsindən sonra Təkfur sarayı XVII əsrin sonlarına qədər metruk şəkildə qalmışdır. XVII əsrin sonlarında isə Təkfur sarayına zoopark qurulmuşdur. İstanbul şəhərinə səyyah olaraq gələn John Sandersonun rəvayətinə görə isə özündən qırx il əvvəl gələn Ogier Ghiselin də Busbecq, buradakı heyvanat bağçasında olan zürafəni görmək istəmiş lakin zürafə bir neçə gün əvvəl öldüyündən, dünyada heç bir ölkədə görə bilmədiyi bu canlını görmək və marağını aradan qaldırmaq üçün zürafənin məzarını qazdırmaq ilə marağını son vermişdir XVIII əsrin əvvəllərində dulusçuluq atelyesi olaraq istifadə Təkfur sarayı XIX əsrin ortalarından etibarən şüşə və şüşə məhsulları emalatxanasına çevrilmişdir. Dünyaca məşhur Qaşıqçı almazı isə Təkfur sarayının zibilliyində tapılmışdır. İndiki vaxtda isə yeni tarixi hadisələrə şahidlik etmək məqsədi ilə Təkfur sarayındakı arxeoloji qazıntılar davam etməkdədir.
Təkbir
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Tənbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biri. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. == Etimologiya == Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. == Tarixçə == Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Süleyman Təkinər
Süleyman Məmmədəli oğlu Təkinər (1917-2009)—Azərbaycan mühacirət ədəbiyyatının tədqiqatçılarından biri. == Həyatı == Süleyman Məmmədəli oğlu Məmmədov 1917-ci ilin aprelində Bakının Mərdəkan qəsəbəsində anadan olub. Atası Məmmədəli Qəhrəman oğlu 1937-ci ildə repressiya qurbanı olub, 1942-ci ildə həbs düşərgəsində dünyasını dəyişib. Müsavat Partiyasının üzvü olub. Süleyman Təkinər 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib və Gəncə Pedaqoji İnstitutunda fəaliyyətə başlayıb. 1942-ci ildə sovet-alman müharibəsində orduya çağırılıb, 1943-cü ildə əsir düşüb, beləliklə də vətəndən didərgin həyat keçirməyə məruz qalıb. Başına çox böyük əzab-əziyyət gəlmiş, hər cür ağır təqdiredici məşəqqətlərə dözüb. Müharibə qurtaranda Avstriyada olmuş, oradan İtaliyaya, Qahirəyə, ən nəhayət, Türkiyə hökumətinin əsirlikdə olan bütün azərbaycanlılara hərtərəfli köməyi nəticəsində 1949-cu il yanvarın 8-də o da Türkiyəyə gələ bilib. Burada Türkiyə vətəndaşlığına qəbul edilib. Təkinər təxəllüsünü də buradan götürmüşdür (mənası Əmin adam deməkdir).
Təkasur Surəsi
Təkasur surəsi (ərəb. سورة التكاثر‎ — oxunuşu: ət-Təkasur — çoxluqla öyünmə). Quranın 102-ci surəsidir. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surənin 5-7-ci ayələrində yəqinin 2 mərhələsi — elmul-yəqin və eynul-yəqin barədə söhbət açılır.
Təkvir Surəsi
81-ci surə
Cırıltılı Təkər
Squeaky Wheel, Rusiyada rus dilində yayımlanan hərbi radiostansiyadır. Radiostansiyanın 2000-ci ildə yayıma başlayan stansiya olduğu təxmin edilir.
Təknə dağı
Təknə dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1949,0 m). Dərələyəz silsiləsindən cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Gərməçataq kəndindən 2,3 km сənub-şərqdədir. Orta Paleosenin Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş cənub-şərq yamacı sıldırımlı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, onun şimal-şərq cinahına aid Yuxarı Buzqov sinklinalının cənub-qərb qanadında yerləşir.
Təkər bazası
Təkər bazası, təkər məsafəsi, təkər bucağı, təkər aralığı, təkər boşluğu, ox boşluğu, ox aralığı ox bazası, ox bucağı, ox məsafəsi kimi adlarla da adlandırılan ön təkər mərkəzi və arxa təkər mərkəzi arasındakı məsafəyə verilən addır. Təkər bazası sürətlənmə ilə təcillənmə və yavaşlama ilə əyləcləmə zamanı nəqliyyat vasitəsinin aktiv güc ötürülməsinə təsir edən əsas dəyişənlərdən biridir. Təkər bazası nəqliyyat vasitəsinin gövdə formasına və quruluşuna görə seçilir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi nəqliyyat vasitəsinin sabitliyinə və sürücülük xüsusiyyətlərinə müsbət təsir edən bir amildir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi sürücünün yüksək rahatlığını təmin edir. Böyük (uzun) ox (ox) məsafəsi nəqliyyat vasitəsinin sərnişin kabinəsinin geniş olmasına görə oxlara düşən yükün təsirini minimallaşdırır. Kiçik (qısa) təkər bazası (ox) məsafəsi, nəqliyyat vasitəsinin sallanma meylini azaldır və yumşaq nəmləndirmə ilə asqı quraşdırmağı daha asanlaşdırır. Kiçik dönmə diametrləri olan nəqliyyat vasitələrinin təkərləri daha asan dönə bilir. 1-ci sinif nəqliyyat vasitələri: təkər bazası 3.20 metrdən aşağı (təkər bazası) olan nəqliyyat vasitələri. (motosiklet, avtomobil, pikap yük maşını, mikroavtobus, torpaq yollarda hərəkət etmək üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitəsi və s.) 2-ci sinif nəqliyyat vasitələri: təkər bazası (ox bazası) 3.20 metr və daha çox olan istənilən 2 oxlu nəqliyyat vasitəsi.
Əlnur Gülalıyev
Əlnur Seymur oğlu Gülalıyev (25 dekabr 1997; Xəlfəli, İmişli rayonu, Azərbaycan — 3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlnur Gülalıyev 25 dekabr 1997-ci ildə İmişli rayonunun Xəlfəli kəndində dünyaya göz açmışdır. Orta təhsilini şəhid Qabil Mərdalıyev adına İmişli rayon Xəlfəli kənd tam orta məktəbində almışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman sentyabrın 21-də könüllü olaraq adını hərbi sıralara yazdırır. 27 sentyabrda döyüşlər başlayanda Füzuli rayon Qaraxanbəyli kəndi istiqamətində döyüşlərə qatılır. Xeyli erməni hərbçisini məhv edir. Döyüşdüyü müddətdə Füzulinin, Xocavəndin, Cəbrayılın, Hadrutun və Zəngilanın azad olunmasında iştirak edir. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuşdur. Subay idi. Doğulduğu İmişli rayon Xəlfəli kəndində dəfn olunmuşdur.
Əş-Şəkur
Əş-Şəkur (ər. الشكور) — Allahın adlarından biri.
Tellur
Tellur (Te) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 52-ci element. Tellur qızıl filizindən dağ mühəndisi F.Y.Müller tərəfindən 1782-ci ildə ayrılmışdır, amma yeni element kimi onun təbiəti 1798-ci ildə M.Q.Klaprot tərəfindən sübut olmuşdur. O vaxt Yerin şərəfinə ona tellur (tellurium) adı verilmişdir. Sonradan kəşf olunan analoqu Ayın şərəfinə adlandırılmışdır. Fərdi halda tellur metallik parıltıya malikdir, amma zəif elektrik keçiriciliyi var (p – tip yarımkeçiricidir). Ərimiş halda, 700ᐤC-dən yuxarı temperaturda metallik keçiricilik əldə edir. Əvvəlcə tellur metal hesab olunurdu, amma onun selen və kükürdə oxşarlığı belə nəticəyə gətirdi ki, o metal deyil. Tellurun qeyri metallığına onun buxarlarının rəngli olması da uyğun gəlir: onlar qızılı sarıdırlar. Telluru stibium ilə (ən qeyri metallik metal) müqayisə edərək qeyd etmək olar ki, tellur ən metallik qeyri metaldır. Tellur 8 təbii nuklidlərə malik iki elementdən (digəri kadmiumdur) biridir.
Teymur
Teymur — kişi adı. Teymur — görkəmli sərkərdə. Cahan Teymur — Elxanilər sülaləsindən, elxanlığa iddiaçı. Teymur Bəkirzadə — rejissor, ssenarist Teymur bəy Aşurbəyov — XX əsrin əvvəllərində yaşamış Bakı milyonçusu. Teymur Paşa xan — Maku xanlığının 5-ci xanı idi.Teymur QuliyevTeymur Quliyev (dövlət xadimi) — Azərbaycan SSR-nin dövlət xadimiTeymur BünyadovTeymur Bünyadov (akademik) — tarix elmləri doktoru, prof., AMEA-nın həqiqi üzvü. Teymur Bünyadov (general-mayor) — general-mayor (1966)Teymur MəmmədovTeymur Məmmədov (aktyor) — Aktyor. Film bələdçisi. Teymur Məmmədov (boksçu) — Azərbaycanlı boksçu, həvəskar boks üzrə dünya, avropa çempionatlarının mükafatçısı.FilmlərTeymur Əmi (film, 2002) — Topal Teymur (film, 1983) —DigərTeymur Müskanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Avtomatik təkrar qoşma
Avtomatik təkrar qoşma (ATQ) — müəyyən edilmiş müddətdən sonra açılmış açarı yenidən qoşan elektroavtomatika vasitələrindən biridir və birdəfəli, ikidəfəli və ya üçdəfəli ola bilər (bəzi müasir sxemlərdə səkkiz tsiklə qədər mümkündür). == Tətbiqi == Elektrik şəbəkələrindəki bütün zədələnmələri iki növə bölmək olar: dayanıqlı və dayanıqsız . Dayanıqlı zədələnmələrə, əməliyyat personalının və ya qəza xidməti briqadasının müdaxiləsinə ehtiyacı olan zədələnmələr daxildir. Bu cür zədələnmələr zamanla öz-özünə aradan qalxmır və zədələnmiş şəbəkə hissəsinin istismarı mümkün deyil. Bu cür zədələnmələrə xətlərin qırılmaları, xətt hissələrinin, EVX-nin dayaqlarının, elektrik aparatlarının zədələnmələri daxildir. Dayanıqsız zədələnmələr baş verdikdən sonra qısa bir müddət ərzində öz-özünə aradan qalxması ilə xarakterizə olunur. Bu cür zədələnmələr, məsələn, təsadüfən naqillərin bir-birinə toxunması zamanı baş verə bilər. Bu zaman yaranan elektrik qövsü ciddi ziyan vurmağa imkan tapmır, çünki qısaqapanma meydana gəldikdən bir müddət sonra dövrə rele mühafizəsinin təsiri ilə açılır. Təcrübə göstərir ki, dayanıqsız zədələnmələr bütün zədələnmələrin 50–90% -ni təşkil edir.Şəbəkənin açılmış hissəsinin gərginliyə qoşulması təkrar qoşma adlanır. Şəbəkənin bu hissəsinin işdə qalmasından və ya təkrar açılmasından asılı olaraq təkrar qoşma uğurlu və uğursuz olur.
Təkrar istehsal (iqtisadiyyat)
Təkrar istehsal — istehsal prosesinin daim yenilənməsi. Onun bir neçə modeli var: sadə (sabit), uzadılmış (artan), daralmış (azalan). == Təkrar istehsal iqtisadi tədqiqatın obyekti kimi == Təkrar istehsal fəlsəfi, daha sonra isə siyasi və iqtisadi əks etdirmə obyektinə çevrilməmişdən əvvəl o, "praktik iqtisadçıların" – "hesab işçilərinin", istehsalın uçotu və dolanışıq xərclərinin rutin funksiyalarını yerinə yetirən katiblərin baxış sahəsinə düşür. Minlərlə işçinin cəlb edilməsini, böyük həcmdə tikinti və istehlak materiallarının istehsalının və müntəzəm çatdırılmasının təşkilini tələb edən antik dövrün hər bir əsas tikinti sahəsinin arxasında güclü, yaxşı işləyən uçot və nəzarət aparatı var idi. Böyük Piramidaların inşaatçılarının briqadalarına yemək verilməsini təyin edən papiruslar, piramidaların özləri ilə birlikdə, bu gün çoxalmanın planlaşdırıldığı və tənzimləndiyi qədim "planlı iqtisadiyyatın" abidəsidir. universal uçot və nəzarət və sağ Orta Krallığa qədər — pul vasitəçiliyi olmadan. Planlaşdırma həm də statistik müşahidələrin təşkili ilə asanlaşdırılır; belə ki, Nil daşqınlarının səviyyələrinin illik uçotu, sözdə. nilometers, digər şeylər arasında, mərkəzləşdirilmiş yenidən bölüşdürmə üçün istehsalçılar tərəfindən təhvil verilən gələcək sızmaların və deməli, gözlənilən məhsulun proqnozlaşdırılması üçün əsas təmin etdi. Pulun dəyər ölçüsü və qiymətlər miqyası kimi meydana çıxması ilə mikroiqtisadi səviyyədə, ayrıca "kapital" səviyyəsində təkrar istehsalın uçotunun təşkili üçün texniki ilkin şərt yaranır. XX əsrdə aparılan arxeoloji tədqiqatlar göstərdi ki, maliyyə əməliyyatlarının qeydə alınması texnikası pulun özündən əvvəl yaranıb.
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur MəmmədovElnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni.Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı". Elnur HüseynovElnur Hüseynov (müğənni) — azərbaycanlı müğənni.
Enkur
Enkur (fr. Aincourt) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 657 nəfər (1999).Bələdiyyə Paris şəhərinin təxminən 50 km şimal-qərbində, Serji bələdiyyəsinin 21 km şimal-qərbində yerləşir.
Tenor
Bir tenor, vokal diapazonu countertenor və bariton səs növləri arasında olan klassik kişi oxuma səsinin bir növüdür. Kişi səs növlərinin ən yüksəklərindən biridir. Tenorun vokal diapazonu C5-ə qədər uzanır. Kiracılar üçün ən aşağı hədd təxminən A ♭ 2-dir (C-nin altından iki A ♭). Ən yüksək həddə, bəzi tenorlar orta C-dən (F5) yuxarıdakı ikinci F-ə qədər səsləndirə bilərlər. , və tenor buffo və ya spieltenor.
Təkrar istifadə olunabilən komponentlər
Reusable components ~ повторно используемые компоненты ~ yeniden kullanılabilir bileşenler ~ təkrar istifadə olunabilən komponentlər – hər hansı proqram təminatının başqa proqramlarda istifadə oluna bilən parçası. Məsələn, Java sinifləri yenidən istifadə olunabiləndir; onlar ilkin olaraq yazılmış olduqları proqramlardan fərqli proqramlar tərəfindən də istifadə oluna bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Abbasov Teymur
== Həyatı == Abbasov Teymur Rauf oğlu 28 noyabr 1973-cü ildə Şəki şəhərində anadan olub. 1979-cu ildə Şəki şəhər 7 nömrəli tam orta məktəbə 1-ci sinfinə qəbul olub. 1990-cı ildə Şəki şəhər 7 nömrəli tam orta məktəbi bitirib. Məktəbdə ən sevdiyi fənn tarix olub. Tarixçi olmaq istəyib. Məktəbi bitirdikdən sonra 6 ay Şəki İpək Kombinatında işləyib. 1992-ci ilin may ayında hərbi xidmətə çağırılıb. 16 oktyabr 1993-cü ildə Füzulidə gedən gərgin döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.Şəki Şəhər Şəhidlər Xiyabanında Dəfn edilmişdir.
Bisavad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur.Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Bisəvad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur.Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Cahan Teymur
İzzəddin Cahan Teymur — Elxanlılar sülaləsindən, elxanlığa iddiaçı. Atası Keyxatunun oğlu Alafranq idi. == Həyatı == 1339-cu ildə Tacəddin Həsən noyon tərəfindən taxta gətirilmişdi. Haqqında çox məlumat yoxdur. Adına sikkə kəsilən bölgələrə Bağdad, Bəsrə, Ərzincan, Mosul, Samsun, Sincar daxil idi. 1340-cı ildən sonra Həsən Cəlayir müstəqil hakimiyyətə başladı.
Emma Terner
Emma Luiza Terner və ya E L Terner — ingilis ornitoloq və qabaqcıl quş fotoqrafı idi. Terner vəhşi təbiət fotoqrafı Riçard Kearton ilə tanış olduqdan sonra 34 yaşında fotoqrafiya ilə məşğul olmağa başladı. O, 1901-ci ildə Kral Fotoqrafiya Cəmiyyətinə (KFC) qoşulmuş və 1904-cü ilə qədər öz foto slaydları ilə təsvir edilmiş çıxışlar etməyə başlamışdır. Terner 1908-ci ildə, 41 yaşında peşəkar mühazirəçi adını alır. Terner hər ilin müəyyən bir hissəsini Norfolkda keçirirdi. Onun 1911-ci ildə Norfolkda çəkdiyi yuva quran danquşunun şəkli növün 19-cu əsrin sonlarında müvafiq ərazidə nəsli kəsildikdən sonra yuva quran quş olaraq Birləşmiş Krallığa qayıtmasının ilk sübutu idi. Turner səkkiz kitab və çox sayda jurnal və jurnal məqaləsinin müəllifi olmuş və onun çəkdiyi Böyük maygülü fotosu onun KFC-nin Qızıl medalına layiq görülməsinə səbəb olmuşdur. == Erkən həyatı == Emma Luiza Terner 9 iyun 1867-ci ildə Kent ştatının Royal-Tanbric-Uells ştatının Lanqton-Qrin şəhərində Con və Emma Ternerin ailəsində anadan olub. O, Meri adlı bacısı və Con və Frenk adlı qardaşlarından sonra ailənin dördüncü və sonuncu övladı idi. Onun atası üç işçisi olan paltar satıcısı və baqqal idi.
Maarif Teymur
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən).İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s. qəzet, jurnallarda dərc olunmuşdur.
Mahmud Teymur
Mahmud Teymur (ərəb. محمود تيمور‎) (16 iyun 1894, Qahirə – 25 avqust 1973, Lozanna) — Misir yazıçısı, dramaturqu, ədəbiyyatşünası. Qahirədə Ərəb Dili Akademiyasının fəal üzvü. Misir realist novella janrının banilərindən biridir. Məhəmməd Teymurun qardaşı olmuşdur. == Həyatı == Mahmud Teymur 16 iyun 1894-cü ildə Qahirədə, Əhməd Teymurun ailəsində anadan olmuşdur. O, Ali Kənd Təsərrüfatı Məktəbində oxumuşdur. Teymur 1925-ci ildə əsərlərini çap etməyə başlamışdır. Onun ilkin əsərlərinə İlkin əsər İvan Turgenev, Anton Çexov və Qi de Mopassan təsir etmişdir. 1920–1930-cu illərdə yazdığı hekayələrində Misir cəmiyyətinin müxtəlif təbəqələrinin həyatını göstərmişdir.
Mir Teymur
Mir Teymur Məmmədov (d. 21 yanvar 1947, Bakı) — Azərbaycan rəssamı. == Həyatı == Mir Teymur Məmmədov 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1968–1978-ci illərdə V. Muxina adına Leninqrad ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun "Teatr, musiqi, kino rəssamı" fakültəsini bitirib. 1970-ci illərdən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvüdür. Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. 2004-cü ildə "Humay" milli mükafatına layiq görülüb.
Məcidzadə Teymur
Teymur Tehran oğlu Məcidzadə (10 oktyabr 1992; Füzuli rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Bakı şəhərinin Xətai rayonunda yaşamağa başladılar. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Dünya iqtisadiyyatı" üzrə ali təhsil alaraq oranı bitirmişdir. Teymur Məcidzadə "Neftçi" FK-nun sadiq fanatlarından idi. Ailə həyatı qurmamışdı. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə öz canını fəda edərək savaşmışdır. Teymur Məcidzadə noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Məngu Teymur
Məngu Teymur (monq. ᠮᠦᠨᠺᠬᠲᠡᠮᠦᠷ) və Daş Möngke— Elxani şahzadəsi, Hülakunun ən gənc oğlu. == Həyatı == 23 oktyabr 1256-cı ildə gecə saatlarında Hülakü xanın ən gənc oğlu olaraq doğuldu. Anası Oyrat tayfasından Ölcay xatun idi. 5 yaşında Fars atabəyi Səəd Əbubəkr oğlu Salqurlunun qızı Abəş xatunla nişanlanmış, 1272-ci ildə evlənmişdi. 1281-ci ildə Suriyada Məmlük sultanı Qalavuna qarşı İkinci Höms döyüşündə məğlub olmuşdu. Uzun sürən xəstəlikdən sonra 26 aprel 1282-ci ildə Mosulda vəfat edib. == Ailəsi == 3 xatunu, bir neçə kənizi olub: Ölcay xatun (Buğa Teymurun qızı və dayısıqızı) Ara Qutluğ — Buğa Teymurun oğlu Tarağayla evləndi Abəş xatun Kərduçin xatun Noçin xatun (Diyarbəkr valisi Durabay noyonun qızı) İncitay xatun (Hülakunun oğlu Cumğurun qızı) Alinaq Egeçi Ambarçi (ö. 24 Sentyabr 1294, Naxçıvan) Əsən Temür Yol Qutluq Pir Hüseyn Qonçi Qutuqtay (Samaqarın oğlu Ərəb Noyonla evləndi) Bibi Şah (Kirman valisi Rüknəddin Mübarək Xacənin qızı) Başqa bir kəniz Buyan ağa — Əmir Sutayla evləndi.
Tellur Mütəllimov
Tellur Uzdan oğlu Mütəllimov (8 aprel 1995-ci ildə Xaçmazda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qəbələ" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Qəbələ === Mütəllimov Avrokuboklarda debütünü 2016-cı ildə Gürcüstanın "Samtredia" klubuna qarşı oyunda etmişdir. UEFA Avropa Liqası 2016/2017 mövsümünün birinci təsnifat mərhələsində "Qəbələ" "Samtredia"ya 5-1 hesabı ilə qalib gəlmişdir. === Zirə === 30 dekabr 2017-ci ildə Mütəllimov Zirə klubu ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == Mütəllimov Azərbaycan milli komandası ilə debütünü 2017-ci ildə Qatar millisinə qarşı yoldaşlıq oyununda etmişdir. == Klub karyerası == === Klub === 19 Mart 2017 tarixində yenilənib === Milli komanda === 9 mart 2017-ci il məlumatlarına əsasən.
Terner sindromu
X və ya Y xromosomu olmayanda ortaya çıxan sindromdur. Bir X daşıyan yumurta hüceyrəsi cinsiyyət xromosomundan məhrum bir spermatozoid ilə (O) mayalandıqda XO tipli rüşeym meydana çıxır. Belə adamların somatik hüceyrələrində 46 deyil, 45 xromosom (44 A+X=45) olur. Belə insanlar anatomik quruluşca qadınabənzər olurlar. Autosom xromosomları normada olub (44) bir X xromosomu olan və Y xromosomundan məhrum olan fərd qadın genotipində meydana çıxır və ya onda qonadalar olmadıqda "neytral" fərdiyyət dünyaya gəlir. Xəstəliyin klinik əlamətləri cox müxtəlif ola bilər. Belə xəstələrin xarici cinsiyyət orqanları qadınlarınkı tipdədir, boyları qısa, qulaq seyvanları normal yerindən aşağıda yerləşir, döş qəfəsləri geniş zirehə bəznəyir, süd vəziləri aralı olur, balalıq inkişaf etmir, yumurtalıq fibroz genəlmədən ibarət olur. Bəzi hallarda aortanın stenozu müşahidə edilir ki, bu da qan təzyiqinin artmasına səbəb olur. Xəstələrin boyu 150 sm- dən cox olmur, boynun arxa hissəsində dəri qırışlar aydın seçilir. Bu xəstəliyin rastgəlmə tezliyi 0,7:1000 nisbətinədir.
Tezpur Universiteti
Tezpur Universiteti (assam. তেজপুৰ বিশ্ববিদ্যালয়) — Hindistanın Assam ştatının Tezpur şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1994-cü ildə qoyulmuşdur.
Azərbaycanda təkrar parlament seçkiləri (2006)
Azərbaycanda təkrar parlament seçkiləri (2006) — 2006-cı ilin may ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri. == Zəmin == 2005-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası 23 noyabr 2005-ci il tarixli iclasında yekun nəticələri açıqlamış və 4 seçki dairəsində seçki nəticələrinin ləğv edildiyini elan etmişdir. Yekun protokol komissiya üzvlərinin 11-nin lehinə, 4-nün əleyhinə səsi olmaqla qəbul edilmişdir. Daha sonra komissiya yekun protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. Noyabr ayının 26-da keçirilmiş iclasda Mərkəzi Seçki Komissiyası tərəfindən seçki nəticələri ləğv olunmuş 9 saylı Binəqədi ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci və 110 saylı Zaqatala seçki dairələrinin komissiyaları buraxılmışdır.1 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin iclası keçirilmiş və iclasda protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinənuyğun olmayan 6 seçki dairəsinin — 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa və 119 saylı Ağdam kənd seçki dairələrinin seçki nəticələri ləğv edilmişdir.İlk dəfə tam majoritar üsulla keçirilən parlament seçkiləri olan 2005-ci il parlament seçkilərində nəticələri ləğv edilmiş 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə lider namizəd Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Azadlıq Blokunun vahid namizədi Əli Kərimli, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə lider namizəd Yeni Azərbaycan Partiyası üzvü Tofiq Hüseynli, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə lider namizəd Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Azadlıq Blokunun vahid namizədi Qulamhüseyn Əlibəyli, 103 saylı Gədəbəy seçki dairəsi üzrə lider namizəd bitərəf siyasətçi Fəxrəddin Qəmbərov, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə lider namizəd bitərəf siyasətçi İlqar Qılıcov, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə lider namizəd isə Yeni Azərbaycan Partiyası üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov olmuşdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 dekabr 2005-ci il tarixində 9 saylı Binəqədi ikinci, 42 saylı Sumqayıt ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkilərinin 13 may 2006-cı il tarixinə təyin edilməsi ilə bağlı sərəncam imzalamışdır. === Partiyalardakı vəziyyət === Yeni Azərbaycan Partiyasının ilk sədri və qurucusu Heydər Əliyevin ölümündən sonra müvəqqəti olaraq partiya sədrinin birinci müavini, prezident İlham Əliyev sədr vəzifələrini icra etmişdir. İlham Əliyev 26 may 2005-ci il tarixində Yeni Azərbaycan Partiyasının III Qurultayında yekdilliklə partiya sədri seçilmişdir. 2005-ci il parlament seçkiləri Yeni Azərbaycan Partiyasının İlham Əliyevin rəsmi rəhbərliyində qatıldığı ilk parlament seçkilərdir. 2005-ci il parlament seçkiləri səbəbi ilə müxalifət cərgəsində iki əsas ittifaq yaradılmışdır.
Azərbaycanda təkrar parlament seçkiləri (2016)
Azərbaycanda təkrar parlament seçkiləri (2016) — 2016-cı ilin iyun ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri. == Zəmin == 2015-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası 17 noyabr 2015-ci il tarixli iclasında bitərəf namizəd Qalib Qarayev və Yeni Azərbaycan Partiyasının namizədi İlqar Vəliyevin şikayətinə baxaraq 90 saylı Ağdaş seçki dairəsi üzrə seçki nəticələrinin ləğv edilməsi haqda 50/342 saylı qərar qəbul etmişdir. Yekun protokol 18 noyabr 2015-ci il tarixində qəbul edilmişdir.Daha sonra komissiya yekun protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. 24 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu keçirilmiş və iclasda 90 saylı Ağdaş seçki dairəsinin seçki nəticələri ləğv olunmaqla seçki nəticələri təsdiq edilmişdir.2015-ci il parlament seçkilərində nəticələri ləğv edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə bitərəf Eynulla Həmid oğlu Əhmədov, bitərəf siyasətçi, sabiq deputat Çingiz Rauf oğlu Əsədullayev, Yeni Azərbaycan Partiyasının üzvü və vahid namizədi İlqar Mahir oğlu Vəliyev, bitərəf siyasətçi, Ağdaş bələdiyyəsinin sədri Qalib Aslan oğlu Qarayev və bitərəf Pərviz Mustafa oğlu Mustafayev deputat mandatı uğrunda yarışmışdır. Lider namizəd isə sabiq deputat, bitərəf siyasətçi Çingiz Əsədullayev olmuşdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 aprel 2016-cı il tarixində 90 saylı Ağdaş seçki dairəsi üzrə 18 iyun 2016-cı il tarixinə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi ilə bağlı 1948 nömrəli sərəncam imzalamışdır. === Partiyalardakı vəziyyət === Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə 2015-ci il parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 5068 səs toplayaraq 5650 səs toplayan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin ardınca seçkiləri ikinci sırada tamamlamışdır. İqbal Ağazadənin şikayətləri əsasında 5 seçki məntəqəsinin seçki nəticələri dairə seçki komissiyası, 1 seçki məntəqəsinin seçki nəticəsi isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmişdir. 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçki nəticələrinin ləğv olunması gözlənilmiş, namizəd İqbal Ağazadə 3 məntəqə xaric olmaqla bütün seçki protokollarının əlində olduğunu və bu protokollara əsasən qalib olduğunu iddia etmişdi. Onun iddiasına görə protokolu olmayan 3 seçki məntəqəsi üzrə rəqibi Araz Əlizadənin xeyrinə 2800 səs yazılmışdı.
Azərbaycanda təkrar parlament seçkiləri (2001)
Azərbaycanda təkrar parlament seçkiləri (2001) — 2001-ci ilin yanvar ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri. == Zəmin == 2000-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası seçki ilə yekun nəticələri açıqlamış və 4 seçki dairəsində — 6 noyabr tarixində 42/172 saylı qərarla 10 saylı Xətai ikinci, 8 noyabr tarixində 43/172 saylı qərarla 38 saylı Sumqayıt birinci, 9 noyabr tarixində 44/173 saylı qərarla 51 saylı Ağsu-Kürdəmir və 13 noyabr tarixində 46/175 saylı qərarla 67 saylı İmişli seçki dairələri üzrə seçki nəticələrinin ləğv edildiyini elan etmişdir. Komissiya yekun protokolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 noyabr 2000-ci il tarixində iclası keçirilmiş və iclasda 7 seçki dairəsinin — 7 saylı Yasamal ikinci seçki, 9 saylı Xətai birinci, 53 saylı Astara, 56 saylı Bərdə şəhər, 64 saylı Qusar, 94 saylı Hacıqabul-Salyan və 98 saylı Şəmkir şəhər seçki dairələrinin seçki nəticələri ləğv edilmişdir.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 25 noyabr 2000-ci il tarixində 7 saylı Yasamal ikinci seçki, 9 saylı Xətai birinci, 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu-Kürdəmir, 53 saylı Astara, 56 saylı Bərdə şəhər, 64 saylı Qusar, 67 saylı İmişli, 94 saylı Hacıqabul-Salyan və 99 saylı Şəmkir şəhər seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkilərinin 4 yanvar 2001-ci il tarixinə təyin edilməsi ilə bağlı 577 nömrəli sərəncam imzalamışdır. Lakin daha sonra Azərbaycan Respublikasının Milli Məclisinə bəzi seçki dairələri üzrə təkrar seçkilər zamanı beynəlxalq müşahidəçilərin iştirakını daha dolğun təmin etmək məqsədi ilə, bu barədə Avropa Şurasının və ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun tövsiyəsini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 2000-ci il tarixində seçki tarixinin 7 yanvar 2001-ci il olaraq təyin olunması ilə bağlı 586 nömrəli sərəncam imzalamışdır. === Partiyalardakı vəziyyət === 2000-ci il parlament seçkilərindən öncə səhhəti pisləşən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, sabiq prezident Ankarada müalicə almağa başlamışdır. Bu dövrdə partiyanın proporsional seçki üçün vahid namizədlər siyahısının tərtibatı mübahisələrə və problemlərə səbəb olmuşdur. Belə ki, partiya faktiki olaraq sədrin birinci müavini Əli Kərimli rəhbərliyində "islahatçılar" və sədrin müavini Mirmahmud Mirəlioğlu rəhbərliyində "klassiklər" qanadına bölünmüşdür. 22 avqust 2000-ci il tarixində Əbülfəz Elçibəyin ölümündən sonra bu mübahisə kəskinləşmiş hər iki qanad digər tərəfi tanımayaraq özünü "əsl" partiya elan etmişdir.2000-ci il parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra müxalif Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Müsavat Partiyası bütün müxalifəti seçki nəticələrini tanımamağa və seçkiləri boykot etməyə səsləmişdir.
Azərbaycanda təkrar parlament seçkiləri (1998)
Azərbaycanda təkrar parlament seçkiləri (avqust 1998) — 1998-ci ilin avqust ayında Azərbaycanda boş qalmış mandat üçün keçirilmiş təkrar parlament seçkiləri. == Zəmin == 1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 48 saylı Ağdam kənd seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Sofiq Hüseynov 30 dekabr 1997-ci il tarixində 47 yaşında ölmüşdür. Sofiq Hüseynovdan boşalan mandat üçün 1998-ci ilin avqust ayına təkrar seçkilər təyin edilmişdir. == Namizədlər == Deputat Sofiq Hüseynovun ölümündən sonra boşalan yer üçün Azərbaycan Prezidenti Heydər Əliyevin 30 aprel 1998-ci il tarixli, 702 nömrəli Fərmanı 26 iyul 1998-ci il tarixinə yeni seçkilər təyin olunmuşdur. Lakin daha sonra seçki tarixi dəyişdirilmiş və 1998-ci ilin avqust ayının 9-na 48 saylı Ağdam kənd seçki dairəsi üzrə təkrar parlament seçkiləri təyin olunmuşdur. Seçki dairəsi üzrə bitərəf siyasətçi, əməkdar aqronom Yaqub Əhmədov öz namizədliyini irəli sürmüşdür. == Seçki nəticələri == Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 12 avqust 1998-ci il tarixində 85 nömrəli protokolla təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 19 avqust 1998-ci il tarixində protokola baxmış və onu təsdiqləmişdir. Nəticələrə əsasən 48 saylı Ağdam kənd seçki dairəsi üzrə bitərəf namizəd Yaqub Əhmədov deputat seçilmişdir.
Təkər üstündə qəlyanaltı (film, 1984)
Təkərlər üzərində qəlyanaltı (ing. Wheels on Meals, kantonca: Kwai tsan tseh, 快餐車) — Ceki Çanın iştirakı ilə Honqkonqda çəkilən filmlərindən biridir. Film 1988-ci ildə döyüş-komediya janrında çəkilmişdir. Filmdə məşhur kikboksçu Benni Urkides çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr İspaniyada XX əsrin 1980-cı illərində baş verir. Tomas və Devid adlı əmioğlular Barselonada şəxsi mikroavtobuslarında çayxanada işləyirlər. Onlar bir gün Silviya adında qızı xilas edirlər və evlərinə gətirirlər. Sabahısı gün qız evdəki pulları götürərək qaçır. Mobi adında bəxtigətirməyən detektiv onlara Silviyanı tapmaq üçün müraciət edir. Lakin qardaşlar ondan imtina edirlər.
Azərbaycanda təkrar parlament seçkiləri (avqust 1998)
Azərbaycanda təkrar parlament seçkiləri (yanvar 2001)
Azərbaycanda təkrar və yeni parlament seçkiləri (fevral 1999)
Azərbaycanda təkrar və yeni parlament seçkiləri (fevral 1999) — 1999-cu ilin fevral ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş təkrar və yeni parlament seçkiləri. == Zəmin == 1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisi 11 saylı Üçüncü Xətai seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat, Milli Məclisin sədri Rəsul Quliyev 1996-cı ildə sədr vəzifəsindən istefa etmək üçün Milli Məclisə ərizə yazaraq Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdir. İstefa ərizəsinə Milli Məclis tərəfindən 11 sentyabr 1996-cı il tarixində baxılmış və ərizə qəbul edilmişdir. Rəsul Quliyev haqqında 1997-ci il dekabr ayının 16-da Milli Məclisin iclasında xüsusi qərar qəbul olunmuşdur. Belə ki, o, Milli Məclisin sədri vəzifəsindən istefaya getdikdən sonra bir il üç ay müddətində Milli Məclisin iclaslarında iştirak etməmişdir. Bu vaxt ərzində o, Milli Məclisə iclasları buraxmasının səbəblərini izah edən heç bir sənəd təqdim etmədən Milli Məclisin 1996-cı ilin payız sessiyasında, 1997-ci ilin yaz və növbədənkənar sessiyalarında, həmçinin 1997-ci ilin payız sessiyasının əvvəlindən 1998-ci ilədək keçirilmiş 80 iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Əlavə olaraq, Rəsul Quliyev özü haqqında, harada olduğu və nə ilə məşğul olduğu barədə Milli Məclisə heç bir məlumat verməmiş, seçiciləri ilə görüşməmiş və Milli Məclislə əlaqəsini tam itirmişdir. Bu səbəbdən Milli Məclisin 16 dekabr 1997-ci il tarixli iclasında alınan qərarla Rəsul Quliyev deputat səlahiyyətlərini itirmiş hesab olunmuşdur. Həmçinin 26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Səməd oğlu Vəkilov 17 avqust 1998-ci il tarixində ölmüşdür. Hər iki deputatdan boşalan yerlər üçün təkrar və yeni seçkilər təyin olunmuşdur.