Azərbaycanda təkrar və yeni parlament seçkiləri (fevral 1999)

Azərbaycanda təkrar və yeni parlament seçkiləri (fevral 1999) — 1999-cu ilin fevral ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş təkrar və yeni parlament seçkiləri.

Azərbaycanda təkrar və yeni parlament seçkiləri
21 fevral 1999
Fəallıq 63.97%
Rəhbər Heydər Əliyev
Partiya Yeni Azərbaycan Partiyası
Tutulan yerlər 1
Səslər 40 548
(66.27%)

Zəmin[redaktə | mənbəni redaktə et]

1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisi 11 saylı Üçüncü Xətai seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat, Milli Məclisin sədri Rəsul Quliyev 1996-cı ildə sədr vəzifəsindən istefa etmək üçün Milli Məclisə ərizə yazaraq Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdir. İstefa ərizəsinə Milli Məclis tərəfindən 11 sentyabr 1996-cı il tarixində baxılmış və ərizə qəbul edilmişdir.[1] Rəsul Quliyev haqqında 1997-ci il dekabr ayının 16-da Milli Məclisin iclasında xüsusi qərar qəbul olunmuşdur. Belə ki, o, Milli Məclisin sədri vəzifəsindən istefaya getdikdən sonra bir il üç ay müddətində Milli Məclisin iclaslarında iştirak etməmişdir. Bu vaxt ərzində o, Milli Məclisə iclasları buraxmasının səbəblərini izah edən heç bir sənəd təqdim etmədən Milli Məclisin 1996-cı ilin payız sessiyasında, 1997-ci ilin yaz və növbədənkənar sessiyalarında, həmçinin 1997-ci ilin payız sessiyasının əvvəlindən 1998-ci ilədək keçirilmiş 80 iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Əlavə olaraq, Rəsul Quliyev özü haqqında, harada olduğu və nə ilə məşğul olduğu barədə Milli Məclisə heç bir məlumat verməmiş, seçiciləri ilə görüşməmiş və Milli Məclislə əlaqəsini tam itirmişdir. Bu səbəbdən Milli Məclisin 16 dekabr 1997-ci il tarixli iclasında alınan qərarla Rəsul Quliyev deputat səlahiyyətlərini itirmiş hesab olunmuşdur.[2] Həmçinin 26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Səməd oğlu Vəkilov 17 avqust 1998-ci il tarixində ölmüşdür.[3] Hər iki deputatdan boşalan yerlər üçün təkrar və yeni seçkilər təyin olunmuşdur.

Namizədlər[redaktə | mənbəni redaktə et]

Deputat Rəsul Quliyevdən boşalan yer üçün əvvəlcə Azərbaycan Prezidenti Heydər Əliyevin 30 aprel 1998-ci il tarixli, 702 nömrəli Fərmanı ilə 26 iyul 1998-ci il tarixinə yeni seçkilər təyin olunmuşdur.[4] Lakin daha sonra deputat Yusif Səmədoğlundan və deputat Rəsul Quliyevdən boşalan yerlər üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 11 saylı Üçüncü Xətai seçki dairəsi üzrə 21 fevral 1999-cu il tarixinə təkrar, 19 noyabr 1998-ci il tarixli 20 nömrəli fərmanı ilə isə 26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə 21 fevral 1999-cu il tarixinə yeni seçkilər təyin olunmuşdur.[5]

Seçkilərdə Azərbaycan Demokratik İstiqlal PartiyasıYeni Azərbaycan Partiyası iştirak qərarı almışdır. 18 yanvar 1999-cu il tarixində Mərkəzi Seçki Komissiyası hər iki dairə üzrə namizədlərin siyahısını açıqlamışdır.

11 saylı Üçüncü Xətai seçki dairəsi üzrə deputatlığa 3 namizəd olmuşdur. Onlardan ikisi Azərbaycan Demokratik İstiqlal Partiyası, biri isə Yeni Azərbaycan Partiyası üzvü olmuşdur. Azərbaycan Demokratik İstiqlal Partiyası üzvlərindən Bakı Dövlət Universitetinin professoru Maksim Abramoviç Abramov və "Respublika" qəzetinin baş redaktorunun müavini, Azərbaycan Demokratik İstiqlal Partiyasının baş katibi Qafar Qələndər oğlu Mehdiyev deputatlığa namizəd olmuşdur. Yeni Azərbaycan Partiyasından isə Bakı Dövlət Universitetinin dosenti Tofiq Həsən oğlu Hüseynov deputatlığa namizəd olmuşdur.[6]

26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə isə deputatlığa iki namizəd olmuşdur. Onlardan biri bitərəf, digəri isə Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Bitərəf namizəd Bəhdaş Ənvərpaşa oğlu Nəbiyev, Yeni Azərbaycan Partiyası üzvü olan namizəd isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Zakir Həsən oğlu Sərdarov olmuşdur.[7]

Seçki nəticələri[redaktə | mənbəni redaktə et]







Mandatların siyasi partiyalara görə dağılışı

  Yeni Azərbaycan Partiyası (100 %)

  Azərbaycan Demokratik İstiqlal Partiyası (0 %)

  Bitərəf (0 %)







Səslərin siyasi partiyalara görə dağılışı

  Yeni Azərbaycan Partiyası (66,27 %)

  Azərbaycan Demokratik İstiqlal Partiyası (11,81 %)

  Bitərəf (21,92 %)

Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 24 fevral 1999-cu il tarixində 106/403 nömrəli qərarla təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 26 fevral 1999-cu il tarixində qərara baxmış və təsdiqləmişdir. Nəticələrə əsasən 11 saylı Üçüncü Xətai seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Tofiq Hüseynov, 26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə isə Yeni Azərbaycan Partiyası üzvü Zakir Sərdarov deputat seçilmişdir.[8][9]

Ümumi[redaktə | mənbəni redaktə et]

11 saylı Üçüncü Xətai 26 saylı Birinci Nəsimi Cəmi
Seçici 48 026 47 620 96 646
Səs 26 695 31 494 61 189
Seçici aktivliyi 61.8% 66.1% 63.97%
Deputat sayı 1 1 2


Partiyalar üzrə[redaktə | mənbəni redaktə et]

Partiya Sədr Topladığı səs Səs faizi (%) Mandat sayı
Yeni Azərbaycan Partiyası Heydər Əliyev 40 548 66.27 2
Azərbaycan Demokratik İstiqlal Partiyası Mübariz Qurbanlı Vaqif Kərimov 7 228 11.81 0
Bitərəf - 13 413 21.92 0
Ümumi 61 189 100.00 2

Dairələr üzrə[redaktə | mənbəni redaktə et]

11 saylı Üçüncü Xətai[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Azərbaycan Demokratik İstiqlal Partiyası Qafar Mehdiyev ? ?
Azərbaycan Demokratik İstiqlal Partiyası Maksim Abramov ? ?
Yeni Azərbaycan Partiyası Tofiq Hüseynov 24 266 77.5
Cəmi 31 494 100.00

26 saylı Birinci Nəsimi[redaktə | mənbəni redaktə et]

Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Bitərəf Bəhdaş Nəbiyev 13 413 44.4
Yeni Azərbaycan Partiyası Zakir Sərdarov 16 282 55.6
Cəmi 29 695 100.00

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  2. "R. B. Quliyevin Azərbaycan Respublikası Milli Məclisi deputatının səlahiyyətlərini itirməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  3. ANS TV. "Yusif Səmədoğlunun vəfatı" (az.). Youtube.com. 18.03.2017. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.
  4. "Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 9 saylı Birinci Xətai, 11 saylı Üçüncü Xətai, 45 saylı Şuşa-Cəbrayıl-Xocavənd və 48 saylı Ağdam kənd seçki dairələrində yeni seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  5. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 26 saylı Birinci Nəsimi seçki dairəsində yeni seçkilərin keçirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  6. "Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilər üzrə birmandatlı 11 saylı üçüncü Xətai seçki dairəsində təkrar seçkilər üçün deputatlığa namizəd göstərilmiş şəxslərin siyahısının elan edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  7. "Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilər üzrə birmandatlı 26 saylı birinci Nəsimi seçki dairəsində yeni seçkilər üçün deputatlığa namizəd göstərilmiş şəxslərin siyahısının elan edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  8. "Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilər üzrə birmandatlı 11 saylı Üçüncü Xətai seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.
  9. "Azərbaycan Respublikasının Milli Məclisinə Seçkilər üzrə birmandatlı 26 saylı Birinci Nəsimi seçki dairəsində 1999-cu il fevralın 21-də keçirilmiş yeni seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi haqqında AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-30.